Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3808/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı ilədək döyüş bölgəsində yerləşən AR DTX-nin İİİ Baş İdarəsinin N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin, güzəştli şərtlərlə, 13 sentyabr 2004cü il tarixədək 1 ilinin 3 il kimi, 13 sentyabr 2004-cü il tarixdən sonrakı illərin isə 1 ilinin 2 il kimi pensiyasının üzərinə yenidən hesablanması və yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ.
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı ilədək döyüş bölgəsində yerləşən AR DTX-nin İİİ Baş İdarəsinin N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin, güzəştli şərtlərlə, 13 sentyabr 2004-cü il tarixədək 1 ilinin 3 il kimi, 13 sentyabr 2004-cü il tarixdən sonrakı illərin isə 1 ilinin 2 il kimi pensiyasının üzərinə yenidən hesablanması və yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il tarixdən xx.xx.2023cü il tarixədək (Hərbi-Əks-Kəşfiyyat Xidməti, AR MTN və Dövlət Təhlükəsizlik Xidməti) həqiqi hərbi xidmətdə olmuşdur. 2023-cü ilin aprel ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə - Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar) əsasən ehtiyata buraxılmışdır.İddiaçı xx.xx.2001-ci il tarixdən 01.05. 2007-cı il tarixədək döyüş bölgəsində yerləşən AR DTX-nin İİİ Baş İdarəsinin N saylı hərbi hissə üzrə şöbəsində xidmət etmişdir. Qeyd olunan hərbi hissədə xidmət edən hərbi qulluqçuların xidmət illəri, 13 sentyabr 2004-cü il tarixədək, 1(bir) ili 3 (üc il) kimi, 13 sentyabr 2004-cü il tarixədən sonrakı illər isə 1 (bir) ili 2 (iki) il kimi hesablanmışdır.Lakin nəməlum səbəblərdən iddiaçıya pensiya hesablanarkən qeyd olunan xidmət illəri 1 (bir) gün, 1(bir) gün kimi hesablanmış, güzəştli xidmət illəri nəzərə alınmamışdır. Bu da iddiaçının pensiya təminatına mənfi təsir etmişdir.Bununla əlaqədar iddiaçı 22 sentyabr 2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edərək pensiya illərinin yenidən düzgün hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə İdarəsinə göndərilməsi və rəsmi cavab verilməsi xahiş olunmuşdur.Lakin bu günədək 22 sentyabr 2023-cü il tarixli ərizəyə cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, daxil olmuş iddia ərizəsi ilə bağlı aidiyyəti strukturların verdiyi məlumatlar əsasında müvafiq qaydada araşdırma aparılmışdır.Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı xx xxxx 1974-cü ildə anadan olmuş, 1993-cü ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunu bitirdikdən sonra 2001-ci ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə qəbul olunaraq əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş və 2023-cü ilin aprel ayında "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə (yaşa görə) müvafiq olaraq polkovnik-leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır.İddiaçının pensiya təyin etmək üçün xidmət illərinin hesabı təhlil edilərkən müəyyən edilmişdir ki, onun xidmət illəri təqvim hesabı üzrə 22 il 07 ay 03 gün, güzəştli xidmət 07 il 11 ay 06 gün və ali təhsil 01 il 11 ay 04 gün olmaqla cəmi 32 il 05 ay 13 gün hesablanmışdır. DTX-nin hərbi qulluqçularının güzəştli xidmət illərinin hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının müddəalarına əsasən aparılır. Həmin Qərara əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının xidmət illərinin güzəştli xidmət illərinə aid edilməsi DTX-nin normativ hüquqi aktlarına əsasən müvafiq əmrlə rəsmiləşdirilir.İddiada qeyd olunan müddətlərdə İddiaçı xidmət etdiyi hərbi hissənin döyüş şəraitində döyüş əməliyyatlarında iştirakı ilə bağlı Müdafiə Nazirliyinin qərarlarının və ya hər hansı digər hüquqi aktın (məlumatın) DTX-də mövcud olmadığını nəzərə alaraq, həmin xidmət illərinin güzəştli xidmət illərinə daxil edilməsi həyata keçirilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. 5.Сavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü
6.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 7.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar.
9. İddiaçı tərəfindən imzalanmış cavabdehə ünvanlanmış ərizəyə və poçt qəbzinə əsasən iddiaçı pensiya illərinin yenidən hesablanması və yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir.
10. xx.xx.2001-ci il tarixli, 1053 nömrəli əmrə əsasən iddiaçı Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmuşdir, 701 nömrəli briqada üzrə şöbəsinə əməliyyat müvəkkilinin vəzifəsinin icraçısı təyin edilmiş və MN-nin N saylı hərbi hissəsi üzrə şöbəsinə ezam edilmişdir.
11. xx.xx.2005-ci il tarixli, 530 nömrəli əmrə əsasən iddiaçı xx.xx.2005-ci il tarixdən Hərbi Əks-Kəşfiyyat Baş İdarəsi 1-ci idarəsinin 1-ci ordu korpusu üzrə şöbəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir.
12. xx.xx.2007-ci il tarixli, 716 nömrəli əmrə əsasən iddiaçı Hərbi Əks-Kəşfiyyat Baş İdarəsi 1-ci idarəsinin 1-ci ordu korpusu üzrə şöbəsinin əməliyyat müvəkkili vəzifəsindən aza olunmaqla həmin idarənin 703 №li briqada üzrə bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir.
13. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 1287 nömrəli məktubunda göstərilir: “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2001-ci il tarixli, 0145 nömrəli əmrində 1-ci Ordu Korpusu (708, 701, 130, 127 və 1-ci qaubitsa artilleriya divizionunu çıxmaq şərtilə N saylı hərbi hissələr istisna olmaqla) xx.xx.2002-ci il tarixdən; xx.xx.2002-ci il tarixli, 0151 №li əmrində xx.xx.2003-cü il tarixdən; xx.xx.2003-cü il tarixli 0138 №li əmrində xx.xx.2004-cü il tarixdən; xx.xx.2004-cü il tarixli, 0135 №li əmrində xx.xx.2005-ci il tarixdən; xx.xx.2005-ci il tarixli, 0129 №li əmrində xx.xx.2006-cı il tarixdən: xx.xx.2006-cı il tarixli, 0140 №li əmrində xx.xx.2007-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat qeyd olunmuşdur”.
14. Pensiya təyin etmək üün xidmət illərinin hesabı” adlı sənədə əsasən iddiaçı güzəştli hesablamalarla döyüş bölməsində xidməti xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər 02 il 02 ay 21 gün, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə qədər olan dövrdə 43 gün təqvimi və “2” əmsalı tətbiq edilməklə güzəştli hesablanmışdır.
Tətbiq edilən hüquq
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;
16. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır
17. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1 iyul 2005-ci il tarixə qədər qüvvədə olan 2-ci bəndində deyilirdi: Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; Həmin Qərarın 2-ci bəndində göstərilir: Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. 18.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Məhkəmənin mövqeyi
19.İşin faktiki hallarından göründüyü kimi iddiaçı xx.xx.2001-ci il tarixdən Hərbi Əks- Kəşfiyyat Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmuşdir, 701 nömrəli briqada üzrə şöbəsinə əməliyyat müvəkkilinin vəzifəsinin icraçısı təyin edilmiş və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi üzrə şöbəsinə ezam edilmişdir, xx.xx.2005-ci il tarixdə Hərbi Əks- Kəşfiyyat Baş İdarəsi 1-ci idarəsinin 1-ci ordu korpusu üzrə şöbəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir, xx.xx.2007-ci il tarixdən iddiaçı Hərbi Əks-Kəşfiyyat baş idarəsi 1-ci idarəsinin 1-ci ordu korpusu üzrə şöbəsinin əməliyyat müvəkkili vəzifəsindən azad olunmaqla həmin idarənin 703 №li briqada üzrə bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir, 1-ci Ordu Korpusu xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixinə qədər, habelə xx.xx.2007-ci il tarixdən döyüş şəraitində hesab edilmişdir. Belə olan halda iddiaçının iddiası 2001-ci ildən xx.xx.2006-cı ilədək döyüş bölgəsində yerləşən N nömrəli hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan hissəsinin 1 ili 3 il kimi, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək olan dövrünün 1 ili 2 il kimi hesablanmalı olduğu halda cavabdeh tərəfindən bu qaydaya əməl edilməmişdir, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələbləri, nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya almaq hüququ olan iddiaçının hüquqları pozulmuşdur. Odur ki, məhkəmənin gəldiyi nəticəyə əsasən iddia tələbi iddiaçının 2001-ci ildən xx.xx.2006-cı ilədək döyüş bölgəsində yerləşən N nömrəli hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan hissəsinin 1 ilinin 3 il kimi ( xidmət etdiyi hərbi hissə xx.xx.2002-ci ildən döyüşən hərbi hissə hesab edilmişdir), xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək olan dövrünün 1 ilinin 2 il kimi hesablanması hissəsində əsaslı, qalan hissədə isə əsassızdır. Belə ki, iddia tələbində göstərilən qalan dövrdə iddiaçının döyüş bölgəsində xidmət etməsi öz təsdiqini tapmamışdır. 20.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 21.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 22.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı iddiası qismən təmin edilməli, iddiaçının 2001-ci ildən xx.xx.2006-cı ilədək döyüş bölgəsində yerləşən N nömrəli hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan hissəsinin 1 ilinin 3 il kimi, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək olan hissəsinin 1 ilinin 2 il kimi hesablanması və yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə qoyulmalıdır, iddia tələbi qalan hissədə rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ 23.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cı, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı 2001-ci ildən xx.xx.2006-cı ilədək döyüş bölgəsində yerləşən N nömrəli hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan hissəsinin 1 ilinin 3 il kimi, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək olan hissəsinin 1 ilinin 2 il kimi hesablanması və yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova