Məhkəmə qərarları › İş №2-1(112)-381/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-381/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-381/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1996-cı ildə adıma açılmış ИТ-İ № ******* nömrəli əmək kitabçasındakı və SOCAR-ın verdiyi **********80020123X00274 saylı arayışdakı 1980-2006-cı il dövr üçün iş stajını təsdiq edəsiniz və mənə 57 yaşım tamam olduğu xx.xx.2019-cu il tarixdən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsini cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci ildə anadan olub. xx.xx.1979-xx.xx.1981ci illərdə Texniki Peşə məktəbində təhsil alıb. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildə “Kirovneft” NQÇİ-nin 1 nömrəli NQÇS-nə təmirçi-çilingər kimi başlayıb. xx.xx.1981xx.xx.1983-cü illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1980-ci ildə adına açılmış əmək kitabçası itdiyinə görə xx.xx.1996-ci ildə adına dublikat (təkrar) ИТ-İ № ******* nömrəli əmək kitabçası açılmışdır. Lakin hansısa anlaşılmazlıq ucbatından 1980- 1986-cı illər üzrə iş stajı əmək kitabçasında qeyd edilməmişdir. İşlədiyi təmirçi-çilingər peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuşdur. Buna görə də 57 yaşının tamam olduğu 2019-cu il tarixdə sənədlərini cavabdeh tərəfə təqdim etsə də, onun xx.xx.2006-cı ilə qədər olan dövr üzrə ümumi stajı düzgün hesablamayaraq, ona 2 dəfə güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişlər. Bildirir ki, xx.xx.1980-xx.xx.1986-cı illər üzrə işləməyi barədə arayışı SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin verdiyi xx.xx.2019-cu il tarixli SOCAR **********80020123X00274 saylı arayışında öz əksini tapmışdır. Digər tərəfdən 1993-1996cı illər üzrə iş stajı əmək kitabçasının 41, 42, 43-cü səhifələrində qeyd olunmasına baxmayaraq iş stajı hesablanarkən cavabdeh tərəfindən nəzərə alınmamışdır.

3. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən verilmiş xx.xx.2019-cu il tarixli “iş stajı haqqında” arayışa əsasən xx.xx.1962-ci il il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1980-cı ildə (əmr № 1651 k, xx.xx.1980-cı il) “Kirovneft” NQÇİ-nin 1 №-li NQÇS-nə (neft mədəni) 2-ci dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr № 1723 k, xx.xx.1981-ci il) Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, hərbi xidmətə çağırılması iiə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə (əmr № 680 k, xx.xx.1984-cü il) “Kirovneft” NQÇİ-nin 1 №-li Neft mədəninə 3-cü dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1985-ci ildə (əmr № 992 k, xx.xx.1985-ci il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1986-cı ildə (əmr № 107 k, xx.xx.1986-cı il) “Kirovneft” NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) 1 №-li Neft mədəninə 3-cü dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1987-ci ildə (əmr № 610 k, xx.xx.1987-ci il) 4-cü dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. xx.xx.1991-ci ildə (əmr № 183 k, xx.xx.1991-ci il) neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə (əmr № 720 k, xx.xx.1992-ci il) QYƏTS-yə 4-cü dərəcəli quyuların yeraltı təmiri operatoru peşəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə (əmr № 130 k, xx.xx.1993-cü il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1996-cı ildə (əmr № 363 k, xx.xx.1996-cı il) “Binəqədineft” NQÇİ-nin 3 №-li NQÇS-nə 4-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.2002-ci ildə (əmr № 368 к, xx.xx.2002-ci il) 5-ci dərəcəli əmtəə operatoru peşəsinə, keçirilmişdir. xx.xx.2005-ci ildə (1 №-li protokol) idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur (Əsas: Fond: 65, Siyahı: 1, İş: 76, 84, 109, 115, 125, 130, 134, 149, 158, 130, 170, 181).

4. İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979xx.xx.1981-ci illərdə texniki peşə təhsili almışdır.

5. 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən imtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajı 25 ildən az (20 il 6 ay 18 gün (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1993-cü il və xx.xx.1996xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən bildirilmişdir ki, "xxxx" Dövlət Şirkətinin 446 nömrəli Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsi tərəfindən bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Dövlət Şirkətinin 446 nömrəli Tikinti İdarəsi 05 iyun 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır.

8. Məhkəmənin sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Qeydiyyatı idarəsi tərəfindən bildirilmişdir ki, idarədə olan reyestrə əsasən "xxxx" Açıq tipli Səhmdar Cəmiyyəti (VÖEN:**********) ləğv edilmiş "xxxx" Dövlət Şrkətinin 9 müəssisəsinin bazasında yaradılmışdılr və onların hüquq və öhdəliklərinin varisidir.

9. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR tərəfindən İddiaçı əmək kitabçasının surətindəki qeydlərə və SOCAR-ın Baş ofisinin Hüquq idarərəsinin xx.xx.2021-ci il tarixli SOCAR**********30490089X00078 nömrəli məktubundakı SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərin əsasında yazılmış qeydlərə uyğun olaraq hazırlanmış əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı haqqında arayış təqdim edilmişdir. Həmin arayışa əsasən o “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin 1 nömrəli neft və qazçıxarma sexində xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, 1 nömrəli neft mədənində xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək «təmirçi çilingər», həmin sexdə xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin 1 nömrəli neft mədənində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək «neft və qaz hasilatı üzrə operator», Quyuların yeraltı təmiri sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək «quyuların yeraltı təmiri üzrə operator» peşəsində işləyib və bu peşələrdə işlədiyi müddət (09 il 04 ay 19 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin (a) “Fəhlələr” bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Kod Peşələrin, vəzifələrin adı Bölmənin və bəndin nömrəsi İşlədiyi müddət

xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək neft, qaz və qaz kondensatı

2130200a- hasilatı obyektlərində Siyahı № 2, bölmə - Xİİ, xx.xx.1984-cü il tarixdən 18559 bilavasitə məşğul olan yarımbölmə - 2, bənd - «a» xx.xx.1985-ci il tarixədək təmirçi çilingər

xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək

2130200a- neft və qaz hasilatı üzrə Siyahı № 2, bölmə - Xİİ, xx.xx.1991-ci il tarixdən 15824 operator yarımbölmə - 2, bənd - «a» xx.xx.1992-ci il tarixədək

2130200a- quyuların yeraltı təmiri üzrə Siyahı № 2, bölmə - Xİİ, xx.xx.1992-ci il tarixdən 15870 operator yarımbölmə - 2, bənd - «a» xx.xx.1993-cü il tarixədək

Qeyd: “Binəqədineft” NQÇİ-nin 3 nömrəli neft və qazçıxarma sexində xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulmamışdır.

14. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 6 ay 18 gün (xx.xx.1979-xx.xx.1981-cü il, xx.xx.1981- xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1993-ci il və xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

15. “Binəqədi OYL Kompani” şirkətinin iddiaçıya dair 18 iyul 2022-ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci Mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixindən bugünədək Neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı şirkətdə çalışdığı vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının (güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısı) 10.2 və 10.5 bəndinin «a» yarımbəndində göstərildiyi qeyd edilmişdir.

16. İddiaçının 60 yaşdan pensiya təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli təkrar müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhlələr yarımbəndində texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “Binəqədi OYL Kompani” şirkətinin ona dair 18 iyul 2022ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci Mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixindən bugünədək Neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Binəqədi OYL Kompani" şirkəti Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 7 gün (xx.xx.1984- xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1993-cü il və xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

17. İddiaçının 60 yaşdan pensiya təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli təkrar müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin (10.5) fəhlələr yarımbəndində texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Binəqədi OYL Kompani” şirkətinin sizə dair 18 iyul 2022-ci il tarixli 48 nömrəli arayışında xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətin 2-ci Mədənində əmtəə operatoru vəzifəsində, xx.xx.2009-cu il tarixindən bugünədək Neftin qazın hazırlanması və vuluması sexinə texnoloji qurğu operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Binəqədi OYL Kompani” şirkətinin fəaliyyət sahəsi Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

18. İddiaçı tərəfindən iddia tələbi 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəyişdirilmişdir.

19. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

20. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi (iddianın dəyişdirilməsinə etiraz etmədən) güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. II. İddianın növü və mümkünlüyü

11. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

14. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

15. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müraciət etmişdir.

16. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hərbi biletinə, diplomuna və əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə stajı iddiaçının ümumi stajı 37 ilə yaxındır.

17. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iş yeri tərəfindən verilən arayışda iddiaçının 2007-ci ilə qədər işlədiyi neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingər (2130200a-18559), neft və qaz hasilatı üzrə operator (2130200a-15824), quyuların yeraltı təmiri üzrə operator (2130200a- 15870) peşəsi (cəmi 9 il 4 ay 17 gün), eləcə də 2007-ci ildən sonra işlədiyi əmtəə operatoru və neftin qazın hazırlanması və vurulması sexinə texnoloji qurğu operatoru peşəsi (cəmi 13 il 11 ay 27 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (a) Fəhlələr yarımbəndində “neft və qaz hasilatı üzrə operatorları” vəzifəsinə və 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin texnoloji qurğuların operatorları vəzifəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir.

18. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

19. Odur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə stajı mövcuddur.

20. Məhkəmə qeyd edir ki, cavabeh qurum həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.

21. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.

22. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

23. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar