Məhkəmə qərarları › İş №2-1(112)-3810/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3810/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3810/2021 13.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Mustafayev Raqif Həmid oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi Əzizli Fatimə Ağalar qızının (Lənkəran rayonunda qeydiyyatdadır, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı Mehman oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyə görə təyin edilmiş pensiya ödənişlərinin bərpa edilməsi, ödənilməmiş müddətlər üzrə pensiya məbləğinin bir dəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Mehman oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq 10.03.2018-ci ildən əlilliyə görə təyin edilmiş pensiya üzrə 2020-ci ilin sentyabr ayından dayandırılmış pensiya ödənişlərinin bərpa edilməsi, ödənilməmiş müddətlər üzrə yığılmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı Mehman oğlu öz iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı 1974-cü ildə doğulmuşdir, 1991-ci ildən 1996-cı ilə qədər Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunda təhsil almışdır, 1997-ci ildə əmək fəaliyyətinə başlamışdır, 2008-ci ildən "xxxx" ASC-də və digər yerlərdə işləmişdir.Səhhətindəki problemlərlə bağlı sonradan görmə qabiliyyətini itirmişdir və 19.03.2018-ci ildən ona 3-cü dərəcəli əlillik təyin edilmişdir və 17.01.2020-ci ildən etibarən ona əlilliyə görə pensiya təyin edilmişdir.2020-ci ilin sentyabr ayından cavabdeh heç bir səbəb göstərmədən pensiya ödənişini dayandırmışdır.Bununla bağlı iddiaçı cavabdehə 11.09.2020-cı il və 20.10.2020-ci il tarixlərdə rəsmi qaydada müraciət edərək səbəbini müəyyən etməyə çalışsa da buna nail olmamışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dir etirazın tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən məhkəmə sərəncamı icra edillməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda İddiaçı Mehman oğlu subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Mustafayev Raqif Həmid oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi Əzizli Fatimə Ağalar qızı iddiaya etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin vəkil və nümayəndələrinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: İddiaçının 11.09.2020-ci il, 20.10.2020-ci il tarixli ərizələrinə və poçt xəbərnaməsinə, poçt qəbzinə əsasən iddiaçı cavabdehə müraciət edərək 2020-ci ilin sentyabr ayı üzrə pensiyasının ödənilməməsinin səbəbləri barədə məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi adlı sənədə əsasən iddiaçıya 17.01.2020-ci ildə gözdən əlillik səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik verilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 01.03.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, onun 12.01.2021-ci ildə daxil olmuş müraciətinə 23.11.2020-ci il tarixli məktubla cavab verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 09.04.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya 16.04.2018-ci ildə 843,77 manat əlilliyə göörə əmək pensiyası təyin edilmişdir.10.08.2020ci ildən Mərkəzləşmiş Elektron İnformasiyalar X7 Sistemində iddiaçının əlilliyi etibarsız qeyd edilmişdir.Əlillik müayinəsindən yenidən keçməsinə dair məlumat Filiala daxil olduqdan sonra iddiaçının əlilliyə görə pensiya hüququna təkrar baxılacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri İlə İş üzrə Mərkəzi Filialının 16.05.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş iddiaçı Qarayev Taşan Mehman oğlunun Dövlət Sosial Müdafiə Fondunun Xətai xidmət nümayəndəliyinə müraciəti əsasında aparılmış inzibati icraat materiallarında olan: İddiaçının Azərbaycan Respubliikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə ünvanlanmış 16.04.2018-ci il tarixli ərizəsinə əsasən iddiaçı əlilliyə görə pensiya təyin edilməsini xahiş etmişdir. Əmək kitabçasının surətinə əsasən iddiaçı "xxxx" ASC-nin 1 saylı filialında, “Bank Standard” Kommersiya bankında, ”Məskən” KM-də, “Azkoplayihə” TİLİ-də, “Bank of” Baku” ASC-də müxtəlif işlərdə işləmişdir. Hərbi biletin surətinə əsasən iddiaçı 2002-ci ildən 2003-cü ilə qədər hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi adlı sənədə əsasən iddiaçıya 19.03.2018-ci ildə gözdən əlillik səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikasının vətəndaşın şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 175585 nömrəli pensiyaçının uçot vərəqinə əsasən 17.01.2020-ci il tarixdə iddiaçıya 929,24 manat pensiya təyin edilmişdir. “Sığortaolunanların fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış”a əsasən iddiaçı 64915,19 manat pensiya kapitalı toplamışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 16.04.2018-ci ildə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir.10.08.2020-ci ildə Mərkəzləşmiş Elektron İnformasiyalar X7 Sistemində iddiaçının əlilliyi etibarsız qeyd edildiyi üçün iddiaçıya pensiya verilməsi dayandırılmışdır, iddiaçı cavabdehin qeyd edilən hərəkətlərini qanunsuz hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir:..4.1.2. əlilliyə görə əmək pensiyası;.. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən əlilliyi olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq təkrar müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlmədikdə, əmək pensiyasının ödənilməsi dayandırılır. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən onun əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə, bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənilir. Həmin Qanunun 41.4-cü maddəsinə əsasən təkrar müayinə zamanı əlilliyi olan şəxs başqa əlillik dərəcəsinə keçirildikdə, bu Qanunun 41.3-cü maddəsində göstərilən müddət üçün əmək pensiyası əvvəlki dərəcə üzrə ödənilir. Göründüyü kimi qanunvericilik əlilliyi olan şəxslərin əmək pensiyasını ödənilməsinin dayandırılmasının əsaslarını dəqiq müəyyən etmişdir ki, bu da əlilliyi olan şəxsin müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlməməsidir. Halbuki işin faktiki hallarına əsasən iddiaçıya əlillik müddətsiz təyin edilmişdir və onun təkrar müayinə edilməsi müddəti müəyyən edilməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının əlilliyi ilə bağlı sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçının müraciəti əsasında cavabdeh dövlət orqanında aparılmış inzibati icraat materiallarında iddiaçıya pensiya verilməsinin dayandırılması haqqında nə cavabdeh inzibati orqanın və başqa səlahiyyətli dövlət orqanının və ya məhkəmənin qərarı mövcud deyildir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, 10.03.2018-ci ildən əlilliyə görə təyin edilmiş pensiya üzrə 2020-ci ilin sentyabr ayından dayandırılmış pensiya ödənişlərinin bərpa edilməsi, ödənilməmiş müddətlər üzrə yığılmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Mehman oğluna 10.03.2018-ci ildən əlilliyə görə təyin edilmiş pensiya üzrə 2020-ci ilin sentyabr ayından dayandırılmış pensiya ödənişlərinin bərpa edilməsi, ödənilməmiş müddətlər üzrə yığılmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar