Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3812/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X30 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X11 və X12 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6 və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X11 və X7 Bakı şəhəri, Binəqədi rayonu, X25 prospekti, məhəllə 3078a, ev 65, mənzil 36 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.03.2020-ci il tarixli, İPKN 226-05 saylı “Daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsi”nə əsasən X17 özünün mülkiyyətində olan Binəqədi rayonu, X25 prospekti, məhəllə 3078 a, ev 65, mənzil 6 ünvanında yerləşən yaşayış evini (mənzilini) ünvan 3ır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 mart 2020-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********06- 05301-093007 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Binəqədi rayonu, X25 prospekti, məhəllə 3078 a, ev 65, mənzil 36 ünvanında yerləşən mənzil onun tam mülkiyyətindədir. Mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan iş üzrə cavabbdehlər X11 və X12 əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır. Bu hal isə onun bir mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hal-hazırda yuxarıda adları çəkilən cavabdehlərin harada yaşamaları barədə heç bir məlumatı yoxdur. 3 saylı Bakı “Asan xidmət” Mərkəzindən verilən 30 avqust 2020-ci il tarixli, ******* saylı arayışdan da, aydın görünür ki, cavabdehlər hal-hazırda Binəqədi rayonu, X25 prospekti, məhəllə 3078 a, ev 65, mənzil 36 ünvanında qeydiyyatda qalmışlar. ünvan 521-ci il tarixli qərardadı ilə iddiaçının “iş üzrə cavabdehlər X11 və X7 cavabdehlər qismindən çıxarılaraq 3-cü şəxs qismində cəlb edilməsi, iş üzrə cavabdeh qismində isə Bakı şəhəri Cavabdeh cəlb edilməsini və Bakı şəhəri, Binəqədi rayonu, X25 prospekti, məhəllə 3078a, ev 65, mənzil 36 ünvanında yerləşən mənzildən X11 və X7 yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş, iş üzrə cavabdehlər X11 və X12 cavabdehlər sırasından çıxarılaraq 3-cü şəxs qismində cəlb edilmiş, iş üzrə Bakı şəhəri Cavabdeh qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, 19.09.20210-ci il tarixli, 059-344547-3220 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, X25 prospekti, məhəllə 3078 a, ev 65 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnamə əsasında həyata keçirilir. İşdə olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, iddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə 26.06.1958-ci il təvəllüdlü X14 və 25.08.1983-cü il təvəllüdlü X8r. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 10.03.2020-ci il qeydiyyat tarixli, **********06-05301-093007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X25 prospekti, məhəllə 3078a, ev 65, mənzil 36 ünvanında yerləşən, ümumi sahəsi 131.9 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 20.03.2021-ci il tarixli, 059-10190 nömrəli cavab məktubundan və ona əlavə edilmiş Forma 1 (fərdi uçot kartoçkasının) kserosurətindən görünür ki, X11 Bakı “Asan xidmət” mərkəzi tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunduğu üçün Forma 1 (fərdi uçot kartoçkasının) kserosurətinin təqdim edilməsi mümkün olmamış, X7 Forma 1 (fərdi uçot kartoçkasının) kserosurətindən isə müəyyən edilmişdir ki, X1 ünvana qeydiyyata alınmasına əsas verən sənəd qrafasında hər hansı bir qeyd aparılmamışdır. X3 ünvana 16.05.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan ünvan 8t ofisində rəsmiləşdirilmiş İPK seriyalı, 226-05 nömrəli, 07.03.2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsi”nin surətindən görünür ki, satıcı X13 mülkiyyət hüquqları Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 17.12.2010-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********06-05301-093007 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydiyyata alınmış, tam mülkiyyət üzrə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, X25 prospekti, məhəllə 3078a, ev 65, mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 131.9 kv.m olan 3 otaqlı mənzili həmin müqaviləyə əsasən alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermişdir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı X17 müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən 2 (iki) ay müddətinə ipoteka predmeti olan mənzildən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq ünvan 8t ofisi tərəfindən təqdim edilmiş satıcı X17 ilə İddiaçı arasında bağlanmış 07.03.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi ilə bağlı notariat işinin təsdiq olunmuş surətindən müəyyən edilir ki, tərəflər arasında sözügedən alğı-satqı və ipoteka müqaviləsi bağlanılarkən, notariat işinə əlavə edilmiş 02.03.2020-ci il tarixli 2 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X25 prospekti, ev 65, mənzil 36 ünvanında 20.02.1981-ci il təvəllüdlü X17, 23.06.1980-cı il təvəllüdlü X19, 15.11.2003-cü il təvəllüdlü X20 və 21.03.2007-ci il təvəllüdlü X21 qeydiyyatda olmuşlar. Eyni zamanda, “Elektron notariat” X2 Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatlardan çıxarışda da, sözügedən ünvanda 20.02.1981-ci il təvəllüdlü X17, 23.06.1980-cı il təvəllüdlü X19, 15.11.2003-cü il təvəllüdlü X20 və 21.03.2007-ci il təvəllüdlü X15 qeydiyyatda olması göstərilmişdir. Həmin şəxslərdən yetkinlik yaşına çatmış şəxslər isə notarial qaydada razılıq ərizələri təqdim edərək, sözügedən mənzilin satılmasına etiraz etmədiklərini bildirmişlər. İşdə olan məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 18.10.2021-ci il tarixli, 018- 1648-1-1221 nömrəli cavab məktubu və ona əlavə edilmiş fərdi uçot kartoçkasının surətindən müəyyən edilir ki, 25.08.1983-cü il təvəllüdlü AğakişiyevaYeganə Mərdan qızı 10.05.2007-ci il tarixdən ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Onun qeydiyyata alınmasına əsas olan sənəd qisməndə MH seriyaıl, ******* nömrəli, 01.06.06-cı il tarixli anası X7 adına olan sənəd əsasında aparılmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə mənzilin əvvəlki mülkiyyətçisi X17 ilə hazırki mülkiyyətçisi İddiaçı arasında bağlanmış 226-05 nömrəli, 07.03.2020-ci il tarixli “Alğı-satqı və ipoteka Müqaviləsi”-nə əsasən Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etdiklərindən, yəni, satıcı öz əmlakını alıcıya satdığından, alıcı isə həmin əmlakın dəyərini ona ödədiyindən və satıcı da, qəbul etdiyindən, bununla da, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verildiyindən, hazırda həmin mənzildə əvvəllər qeydiyyatda olmuş, mənzildə yaşamayan, yaşayış sahəsinə istifadə və əmlak hüquqları olmayan 25.08.1983-cü il təvəllüdlü X4 və 26.06.1958-ci il təvəllüdlü X7 qeydiyyatına, yeni mülkiyyətçi İddiaçı inzibati orqana müraciəti əsasında xitam verilməli idi. Məhkəmə eləcə də, qeyd edir ki, sözügedən alğı-satqı müqaviləsi rəsmiləşdirilən zaman da, Müqavilənin 2.2.4-cü maddəsinə əsasən X17 2 (iki) ay müddətinə alğı-satqı və ipoteka müqaviləsinin predmeti olan mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçı həmin şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X5 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X16 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 26.06.1958-ci il təvəllüdlü X9 və 25.08.1983-cü il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, X25 prospekti, məhəllə 3078a, ev 65, mənzil 36 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3812/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3812/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver