Məhkəmə qərarları › İş №2-1(112)-3812/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3812/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3812/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadının qərar hissəsinin 1-ci bəndinin icra olunaraq, ünvan 2 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə "xxxx" və “Saloğlu” firmaları üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadının qərar hissəsinin 1-ci bəndinin icra olunaraq, qeyd olunan qərardada əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli bölgü sxeminə uyğun ünvan 3 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən əmlak kompleksi kimi xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh X3, X2, "xxxx" Firması və “Saloğlu” fərdi fırmasına qarşı əmlakın real bölgüsünün aparılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 18 fevral 2019-cu il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmiş və mülki işin icraatına xitam verilmişdir: 1. Tərəflərin həmtəsisçi olduqları "xxxx" firmasının əmlak kompleksi olaraq müəssisə kimi ünvan 4 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarşına əsasən xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan hissə iddiaçının xüsusi mülkiyyətinə keçir. 2. Cavabdeh iddiaçının mülkiyyətinə keçən torpaq sahəsinin dövlət qeydiyyatı orqanlarında rəsmiləşdirilməsi üçün lazimi sənədləri ona təqdim etməyi, bu məqsədlə bütün yardımları etməyi öhdəliyinə alır. 3. Cavabdeh iddiaçının mülkiyyətinə keçən torpaq sahəsinin hər hansı yüklülükdən azad olduğuna zəmanət verir və üçüncü şəxslər qarşsında bu şərtin təminatı ilə bağlı tam məsuliyyət daşıyır. 4. İddiaçı həm ilkin, həm də əlavə iddia ərizəsində irəli sürdüyü digər tələblərdən imtina edir. 5. Cavabdeh iddiaçıya qarşı bu sazişin qüvvəyə minməsi və icrasının tam başa çatması tarixinə kimi həmtəsisçilik hüququna əsaslanan və "xxxx" firmasının fəaliyyəti ilə əlaqədar hər hansı tələb irəli sürməyəcəyini öhdəliyinə alır. 6. Tərəflər "xxxx" firmasının hüquqi şəxs olaraq dövlət qeydiyyatı məlumatlarında təsisçiliklə bağlı lazimi dəyişikliklər aparılmasında birgə fəaliyyət göstərəcəklər. 7.İddiaçı "xxxx" firmasının təsisçiliyindən çıxmağı öhdəliyinə alır. 8. Məhkəmə tərəfindən barşıq sazisinin şərtlərinin təsdiq edilməsi nəticəsi haqda Azərbaycan Respublikası MPM-nin 191-ci və 262-ci maddələrinin tələblərinin məzmunu və mənası iddiaçıya və cavabdehə məlumdur və aydındır. Məhkəmənin qeyd olunan qərardadı qanuni qüvvəsini almış və bununla bağlı məhkəmə tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli arayış verilmişdir. Bundan sonra iddiaçı ərizə ilə (qərardad və arayış əlavə edilməklə) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək qərardadın qərar hissəsinin 1-ci bəndində göstərilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu haqqında iddiaçıya reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh məhkəmənin qərardadını icra etməmiş və müraciətinə verdiyi cavab məktubunda qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixində şikayət vermişdir. Həmçinin barışıq sazişində iddiaçının mülkiyyətinə keçməsi qeyd olunan torpaq sahəsinin iddiaçının adına qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd də (notarial qaydada təsdiq edilmiş əqd, müqavilə və.s) ərizəçi tərəfindən İdarəyə təqdim edilməmişdir. Bu səbəblərdən də ərizənin icrası mümkün olmamışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 9054/2019 saylı qərardadı ilə 1 saylı BƏİ-nin şikayəti təmin edilməmiş və Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qüvvədə saxlanılmışdır. İddiaçı yenidən ərizə ilə cavabdehə müraciət etdikdə cavabında bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı icra üçün rəsmi qaydada 1 saylı BƏİ-nə daxil olacağı təqdirdə ərizəyə qanunamüvafıq qaydada baxıla bilər. Qeyd olunan cavab məktubundan sonra iddiaçı məcbur olaraq məhkəməyə ərizə ilə müraciət edib qərardadın icrası ilə bağlı icra vərəqəsi verilməsini xahiş etmişdir. Nəticədə məhkəmə tərəfindən verilmiş icra vərəqəsi Sabunçu rayon icra şöbəsi tərəfindən DƏDRX-nin 1 saylı BƏİ-nə göndərilmişdir. Lakin bu dəfə də 1 saylı BƏİ məhkəmə qərardadının icrasından imtina edərək icra şöbəsinə ünvanladığı məktubda qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Cavabdeh həmin qərardadla onun üzərinə hər hansı bir öhdəlik qoyulmadığını iddia etsə də, qanunvericilik normalarından məlum olduğu kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə təqdim edilmiş etirazında göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadının icrasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 838/2019 saylı məktubu İdarəyə daxil olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 838/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh X3, X2, "xxxx" Firması və “Saloğlu fərdi firması”na qarşı əmlakın real bölgüsünün aparılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 18 fevral 2019-cu il tarixli barışıq sazişinin təsdiqlənməsi qət edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 838/2019 nömrəli qərardadı ilə təsdiq edilmiş barışıq sazişində nəzərdə tutulan ünvan 4 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 2,144 hektar torpaq sahəsinin 0,23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********869-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə “avtoservis” qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74mx31m olan hissə ilə bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Bununla bağlı Sabunçu Rayon Məhkəməsinə **********40 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən əmlak kompleksi müəssisə üzərində "xxxx" Firmasının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********290 nömrəli imtina məktubunda bildirilmişdir ki, barışıq sazişinin təsdiq edilərək mülki işin icraatına xitam verilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 nömrəli qərardadı ilə İddiaçı ilə cavabdehlər X5, X4, “Komfort" firması və "Saloğlu fərdi firması" arasında bağlanmış barışıq sazişi təsdiq edilərək mülki işin icraatına xitam verilmiş və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********59 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı barışıq sazişində nəzərdə tutulan ünvan 4 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 2,144 hektar torpaq sahəsinin 0,23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********869-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə “avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74m x 31 m olan hissə ilə bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxemi ilə birlikdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edəcəyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********48 nömrəli, xx.xx.2019-cu il tarixli nömrəli cavab məktubunda iddiaçıya bildirilmişdir ki, məhkəmə qərarında göstərilən ölçülərlə faktiki göstərilən torpaq sahəsinin perimetrik ölçüləri arasında fərq mövcuddur. Sabunçu Rayon Məhkəməsinin 2(008)-838/2019 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişində qeyd olunan ünvan 4 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 2,144 hektar torpaq sahəsinin 0,23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********869-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə “avtoservis” qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74 m x 31 m olan hissəni iddiaçının mülkiyyətinə keçməsi qeyd olunsa da, lakin müvafiq daşınmaz əmlakın qeyd olunan hissəsinin iddiaçının adına qeydə alınması üçün hər hansı hüquqmüəyyənedici sənəd (qanunvericiliklə müəyyən edilmiş qaydada notarial qaydada təsdiq edilmiş əqd, müqavilə və s.) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X3, X2, "xxxx" Firması və “Saloğlu fərdi fırması”na qarşı əmlakın real bölgüsünün aparılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizə ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 18 fevral 2019-cu il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmiş və mülki işin icraatına xitam verilmişdir:

1. Tərəflərin həmtəsisçi olduqları "xxxx" firmasının əmlak kompleksi olaraq müəssisə kimi ünvan 4 ünvanda yerləşən və daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarşına əsasən xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşsında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74m x 31 m olan hissəni iddiaçının xüsusi mülkiyyətinə keçir.

2. Cavabdeh iddiaçının mülkiyyətinə keçən torpaq sahəsinin dövlət qeydiyyatı orqanlarında rəsmiləşdirilməsi üçün lazimi sənədləri ona təqdim etməyi, bu məqsədlə bütün yardımları etməyi öhdəliyinə alır.

3. Cavabdeh iddiaçının mülkiyyətinə keçən torpaq sahəsinin hər hansı yüklülükdən azad olduğuna zəmanət verir və üçüncü şəxslər qarşsında bu şərtin təminatı ilə bağlı tam məsuliyyət daşıyır.

4. İddiaçı həm ilkin, həm də əlavə iddia ərizəsində irəli sürdüyü digər tələblərdən imtina edir.

5. Cavabdeh iddiaçıya qarşı bu sazişin qüvvəyə minməsi və icrasının tam başa çatması tarixinə kimi həmtəsisçilik hüququna əsaslanan və "xxxx" firmasının fəaliyyəti ilə əlaqədar hər hansı tələb irəli sürməyəcəyini öhdəliyinə alır.

6. Tərəflər "xxxx" firmasının hüquqi şəxs olaraq dövlət qeydiyyatı məlumatlarında təsisçiliklə bağlı lazimi dəyişikliklər aparılmasında birgə fəaliyyət göstərəcəklər.

7. İddiaçı"xxxx" firmasının təsisçiliyindən çıxmağı öhdəliyinə alır.

8. Məhkəmə tərəfindən barşıq sazisinin şərtlərinin təsdiq edilməsi nəticəsi haqda Azərbaycan Respublikası MPM-nin 191-ci və 262-ci maddələrinin tələblərinin məzmunu və mənası iddiaçıya və cavabdehə məlumdur və aydındır. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-838/2019 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı cavabdeh X3, X2, "xxxx" Firması və “Saloğlu fərdi firması”na qarşı əmlakın real bölgüsünün aparılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmənin qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2(008)- 838/2019 saylı qərardadı xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış və hazırda həmin qərardaddan şikayət verilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 9054/2019 saylı qərardadından görünür ki, DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi şikayəti təmin edilməmiş və Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qüvvədə saxlanılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 2829.1 kv.m olan əmlak kompleksi və onun yerləşdiyi 2.63 ha torpaq sahəsi üzərində "xxxx" Firmasının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Fiziki və ya qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin 4518 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2002-ci il tarixli, 001964 saylı «Mülkiyyət hüququ haqqında» şəhadətnaməyə əsasən "xxxx" Firması ünvan 9 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 26300,0 m2 torpaq sahəsini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən alımışdır. - Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli razılaşmadan görünür ki, “Satıcı “Komfort" firması ilə alıcı "Saloğlu fərdi firması" arasında ünvan 10 ünvanında yerləşən 2.63 ha torpaq sahəsinin 0.8 ha hissəsinin alqı-satqı barədə xx.xx.2017-ci ildə Bakı şəhəri 43 saylı notariat kontorunda bağlanmış alqı-satqı ******* saylı müqavilənin 18-0 bəndinə əsasən, tərəflər həmin müqavilənin birinci bəndinə aşağıdakı dəyişiklik edilməsi haqında razılaşma əldə etmişlər:

1. satıcı ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 2.63 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni "alıcının” mülkiyyətinə verir. - AN-İ ******* saylı xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, "xxxx" Firması Bakı şəhəri, Nizami rayonu, 2427-cü məhəllə ünvanında yerləşən torpaq sahəsinin 0.8 ha hissəsini “Saloğlu fərdi firmasına” satmışdır. - Cavabdeh tərəfindən ünvan 9 ünvanda yerləşən əmlak kompleksinin bölgü sxemi tərtib edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Həmin Məcəllənin 144.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmastnın (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı ünvan 2 ünvanda yerləşən və daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən əmlak kompleksi kimi xüsusi mülkiyyətində olan 2.144 hektar torpaq sahəsinin 0.23 hektar ölçüdə olan və əmlak kompleksinə aid xx.xx.2013-cü il tarixli, **********69-12301 saylı texniki pasportunda göstərilmiş baş plan üzrə "avtoservis" qeyd yazısının qarşısında yerləşən əsas giriş darvazasının sağ tərəfindən ölçüləri 74 m x 31 m olan torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlmişdir. Mübahisəyə dair iş materiallara əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X3, X2, "xxxx" Firması və “Saloğlu fərdi fırması”na qarşı əmlakın real bölgüsünün aparılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizə ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 18 fevral 2019-cu il tarixli barışıq sazişi təsdiq edilmiş və mülki işin icraatına xitam verilmişdir. İddiaçı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 838/2019 saylı qərardadını təqdim edərək mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-838/2019 nömrəli qərardadı ilə İddiaçı ilə cavabdehlər X5, X4, “Komfort" firması və "Saloğlu fərdi firması" arasında bağlanmış barışıq sazişi təsdiq edilərək mülki işin icraatına xitam verilmiş və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. İddiaçının göstərdiyi dəlillərdən fərqli olaraq, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müqavilə növü kimi barışıq sazişi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2229/2022 saylı iş üzrə formalaşdırdıgı hüquqi mövqeyinə görə qeyd olunan maddələrin məzmunundan göründüyü kimi məhkəmə mübahisəsi üzrə bağlanmış barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas olmadığından iddiaçının mənzilə dair tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehin imtinası qanuni olmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 10.2.1-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. Beləliklə də iddiaçı əmlak üzərində hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəməyə sübut təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş sənədlər toplusuna istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Buna görə də cavabdeh tərəfindən hüquqların qeydiyyatından imtina barədə hərəkətləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 14

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar