Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3812/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (anası) X4, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının 65-80% pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixində əyani baxışda iştirak etdiyi, əlilliyin qiymətləndirilməsi üçün H00N83N89DGD saylı forma 88-ə rəsmi statusun verilməsi və elektron sistemə yüklənməsi öhdəliyininin Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək İddiaçı göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının 65-80% pozulmasının müddətsiz olaraq təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Xuduyev X9 azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına iştirak etmiş, yaralanaraq qazi olmuşdur. İddiaçı Silahlı Qüvvələrinin hərbi qulluqçusu, xüsusi təyinatlı İddiaçı Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı, “Müharibə iştirakçısı” medalı və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. İddiaçı xx.xx.202N-ci ildən 3-cü dərəcəlik əlillik diaqnozu qoyulmuşdur. Bu müddət ərzində onun səhhətində ciddi problemlər yaranmış, vəziyyəti kəskin səkildə pisləşmişdir. Buna görə də əlillik dərəcəsinin artırılmasına dair müxtəlif tibbi komissiyalardan keçərək 2024-cü ilin aprel ayında Tibbi Sosial Ekspert Komissiyasına müraciət olunmuşdur. H00N83N89DGD saylı forma 88-ə Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyası tərəfindən əyani baxışa dair çoxsaylı şikayətlərdən sonra tərtib edilmişdir. İddiaçı özü hərəkət edə bilmir, danışma qabiliyyətini itirmişdir və özünü idarə edə bilmir. Hərbi Həkim Komissiyası yaxınlarının komissiyada iştirakına şərait yaratmır, dərmansız halda apardıqda müayinəyə qeyri-adekvat olduğu üçün müayinədən ümumiyyətlə imtina edirlər, dərmanlar və sakitləşdiricilər qəbul etdikdə də eyni qaydada belə halda müayinə edə bilmədiklərini bildirirlər. Sonuncu müayinənin cavabı isə xx.xx.2024-cü il tarixdən təqdim edilməmiş, elektron formada sistemə, şəxsi kabinetə yüklənməmişdir.
4. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-N7-4/3-3-3655/2023 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.N992-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında 26.07 202N-ct ıl tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçun tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyanı müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki. İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxılı Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.202N -ci il tarixli N87 nömrəli Şəhadətnamə verilmişdir Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-bevin travması. baş-beyın silkələnməsi nəticəsində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntuları, tez-tez dekompensasıyalar və kəkələmə ilə” dıaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli XN PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 26N8/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Başbeyin üzvi xəstəliyi (kallə-bevin travması mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntusu, tez-tez bas verən dekomoensasivalar və kəkələmə ilə.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli XN PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli N770/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beyın üzvi xəstəliyi (kəllə-bevin travması mənşəli İİ Qarabağ müharibəsi) nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu, tez-tez bas verən dekompensasivalarla, kəkələmə. psixotik daxilolmalarla.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023-cü il tarixli N446 nömrəli Tibbi rəyində diaqnoz “Baş-beyin üzvi xəstəliyi kəllə-beyin travması mənşəli İİ Qarabağ müharibəsi) nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu, tez-tez təkrarlanan dekompensasıyalar, psixotik daxilolmalar və kəkələmə ilə, kımı müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, baş ağrısından, kəkələmədən. qulaqda küydən, yuxunun pozulmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Dissosiativ-konversion pozuntu.” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-cı ıl tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-N7-4/3-3-58N3/2024 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.N992-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023cü i! tarixdə qiymətləndirilmiş və OFP 35% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçun tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyanı müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki. İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.202N-ci il tarixli N87 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması. bəs-beyın silkələnməsi nəticəsində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntuları, tez-tez dekornoensasivalar və kəkələmə ilə” diaanozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatrıya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 40NN nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli səxsivvət pozuntusu, tez-tez dekornoensasivalar, cari psixotik vəziyyət, epileotiform tutmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli N260 nömrəli Tibbi rəyində diaqnoz “Baş-beynin xəstəliyi (İİ Qarabağ müharibəsində kəllə-beyin travması mənşəli) nəticəsində yaranan kəskin ifadə olunan səxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalaria, nitqin kəskin kəkələməsi, davamlı sizofrenəbənzər psixotik pozuntu, kənar şəxsin müsavətinə ehtiyac var” kimi müəyyənləşdirilmişdir. Müayinə zamanı RRM-ə məxsus təkərlikli oturacaqda daxil olmuş, danışmamış, qışqırmışdır. Bu səbəbdən xəstəni müayinə etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli komissiyada anası övladının avtomobildə müayinə edilməsini istəmiş, ona bunun imkansız olduğunu və “vəziyyətinə” uyğun olaraq daimi nəzarətdə stasionar şəraitdə müalicə olunması tövsıyyə edilmişdir. Lakin buna əməl edilmədən, xəstəni yenidən komissiyaya gətirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən tam aydınlaşdırılması rnumkun olmamış, qeyd olunan diaqnozlarla sərgilənən klinika uyğunsuz hesab edilmiş və əlillik dərəcəsinin güclənməsinə əsas verə biləcək əlamətlər kimi qəbul edilməmişlər. Nəticədə xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır.
6. TSEK-Müayinələr: - xx.xx.202N-ci il tarixində hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. keçirilmiş qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi nəticəsində şəxsiyyət pozuntusu. İfadəli davranış pozuntuları. Tez-tez dekompensasiyalar və kəkələmə ilə diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.3. üçüncü dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2023-cü il tarixində baş beyin üzvi xəstəliyi (KBT mənşəli) nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, psixotik daxil olmalarla və kəkələmə ilə diaqnozun mətni ilə 2 il müddətinə təkrar üçüncü dərəcə əllik təyin edilmişdir (meyar – 7.6.2.N). - xx.xx.2023-cü il tarixində baş beyin üzvi xəstəliyi (XN2 İİ Qarabağ Müharibəsi) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında. davamlı şizofrenəbənzər psixotik pozuntu ilə diaqnozun mətni ilə 2 il müddətinə təkrar üçüncü dərəcə əllik təyin edilmişdir (meyar – 7.6.2.N). - xx.xx.2024-cü il tarixində baş beyin üzvi xəstəliyi (İİ Qarabağ Müharibəsi) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntu, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında. davamlı şizofrenəbənzər psixotik pozuntu ilə diaqnozun mətni ilə xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır.
7. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT N0 kodu Xəstəliyin adı Əsas diaqnoz F23.2 Kəskin şizofreniyaya bənzər psixotik pozuntu., Davamlı şizofrenəbənzər psixotik pozuntu, kənar şəxslərin himayəsinə ehtiyacı var. Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində XN2 mənşəli) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında, davamlı şizofrenəbənzər psixotik pozuntu, kənar şəxslərin himayəsinə ehtiyacı var Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları Ağırlaşma F06.2 Üzvi sayıqlama [şizofreniyayabənzər] pоzuntusu, Üzvi sayıqlama [şizofreniyayabənzər] pozğunluğu Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, İİ Qarabağ müharibəsində XN2 Ağırlaşma Z74.3 Daimi müşahidəyə ehtiyac, Kənar şəxslərin himayəsinə ehtiyacı var. Ağırlaşma F98.5 Kəllədaxili travmaların nəticələri, İİ Qarabağ müharibəsində XN2 Yanaşı S06.0 Baş beynin silkələnməsi, Kəllədaxili travma xəstəliklər Yanaşı Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla xəstəliklər və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar
8. Xəstəliyə görə ambulator müraciətlər: F07.0 Üzvi mənşəli şəxsiyyət XX.0N.000N XX.0N.00N pozğunluğu F07.0 Üzvi mənşəli şəxsiyyət XX.0N.000N XX.0N.00N pozğunluğu
9. Stasionar müalicə aldığı müəsisələr: Bakı Psixi Sağlamlıq XX.03.2024 XX.03.2024 0 F07.0 Üzvi mənşəli şəxsiyyət Mərkəzi pozğunluğu 2 nömrəli X5 XX.03.2024 XX.03.2024 0 F23.2 Kəskin şizofreniyayabənzər psixotik pozğunluq 2 nömrəli X5 XX.09.2023 XX.09.2023 N4 F23.2 Kəskin şizofreniyayabənzər psixotik pozğunluq 2 nömrəli X5 XX.04.2023 XX.04.2023 0 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 nömrəli X5 XX.02.2023 XX.03.2023 2N F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 nömrəli X5 XX.05.2022 XX.05.2022 2N F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Bakı N saylı XX.05.202N XX.06.202N 9 S06.0 Baş beyin silkələnməsi Respublika Psixiatriya Xəstəxanası Bakı Baş Səhiyyə XX.06.202N XX.06.202N N0 S06.0 Baş beyin silkələnməsi İdarəsi Oftolmologiya şöbəsi Daxili İşlər Nazirliyi XX.NN.2020 XX.NN.2020 N S06.0 Baş beyin silkələnməsi X8 Daxili İşlər Nazirliyi XX.NN.2020 XX.NN.2020 N3 S06.0 Baş beyin silkənməsi X8 X8 XX.0N.202N XX.02.202N N6 Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr X8 XX.05.202N XX.05.202N 2 S06.0 Baş beyin silkələnməsi Bakı N saylı XX.05.202N XX.06.202N 9 F07.0 Üzvi mənşəli şəxsiyyət Respublika pozğunluğu Psixiatriya Xəstəxanası X8 XX.06.202N XX.06.202N N0 S06.0 Baş beyin silkələnməsi
10. Həkim və laboratoriya müayinələrinin nəticələri: Müayinənin adı Müayinənin tarixi Nəticə Həkim XX.04.2024 F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş müayinəsi beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində XN2 mənşəli) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında, davamlı şizofrenəbənzər psixotik pozuntu, kənar şəxslərin himayəsinə ehtiyacı var. Həkim XX.04.2024 T90.5 Kəllədaxili travmaların nəticələri, İİ Qarabağ müayinəsi müharibəsində XN2 Həkim XX.04.2024 Z74.3 Daimi müşahidəyə ehtiyac, Kənar şəxslərin müayinəsi himayəsinə ehtiyacı var. Həkim XX.04.2024 F98.5 Kəkələmə [hıqqana-hıqqana danışmaq], müayinəsi Kəkələmə [hıqqana-hıqqana danışmaq]
11. Respublika Psixiatriya Xəstəxanası XN3 Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 40NN nömrəli Rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin N7 fevral 2023-cü il 3-28/3-N-NN8/2023 saylı “Vətən müharibəsi iştirakçılarının müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, cari psixotik vəziyyət, epileptiform tutmalarla F07.0
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, İddiaçı daimi qulluğa və nəzarətə ehtiyacı var.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
14. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və 2 il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Lakin iddiaçı ona göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının 65-80% pozulmasının müddətsiz müəyyən edilməsini tələb edir.
15. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.N.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
19. Hazırki iddia məcburetməyə dair iddiadır.
20. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən əlilliyin qiymətləndirilməsi xx.xx.2024-cü il tarixdə aparılmış, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.
21. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - N.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - N.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın N-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
23. TSEK Müayinələrə əsasən İddiaçı xx.xx.202N-ci il tarixində hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. keçirilmiş qapalı kəlləbeyin travması. Baş-beyin silkələnməsi nəticəsində şəxsiyyət pozuntusu. İfadəli davranış pozuntuları. Tez-tez dekompensasiyalar və kəkələmə ilə diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.3. üçüncü dərəcə əlillik təyin edilmişdir; xx.xx.2023-cü il tarixində baş beyin üzvi xəstəliyi (KBT mənşəli) nəticəsində yaranan şəxsiyyət pozuntusu, kobud davranış pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, psixotik daxil olmalarla və kəkələmə ilə diaqnozun mətni ilə 2 il müddətinə təkrar üçüncü dərəcə əllik təyin edilmişdir (meyar – 7.6.2.N); xx.xx.2023-cü il tarixində baş beyin üzvi xəstəliyi (XN2 İİ Qarabağ Müharibəsi) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında. davamlı şizofrenəbənzər psixotik pozuntu ilə diaqnozun mətni ilə 2 il müddətinə təkrar üçüncü dərəcə əllik təyin edilmişdir (meyar – 7.6.2.N); xx.xx.2024-cü il tarixində baş beyin üzvi xəstəliyi (İİ Qarabağ Müharibəsi) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntu, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında. davamlı şizofrenəbənzər psixotik pozuntu ilə diaqnozun mətni ilə xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır.
24. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2024-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) Xəstə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks-hücum əməliyyatlarında xx.xx.2020-ci il tarixdə yaxınlığında mərmi partlaması nəticəsində travma almış, ilk tibbi yardım göstərilərək xx.xx.2020-ci il tarixdə MN-in N nömrəli hərbi hissəsinə təxliyə olunmuş və xx.xx.2020-ci il tarixədək "Şəraitlə əlaqədar dissosiativ reaksiya" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstə xx.xx.2020-ci il tarixdə DİN-in DQ-ın qospitalına köçürülmüş, xx.xx.2020ci il tarixədək "Partlayış travması, baş-beyin silkələnməsi. İsterik mutizm" diaqnozu ilə stasionar müalicədə olmuş (x/t-N200/2020), xx.xx.2020-ci tarixdə QHHK-da hərbi xidmətə müvəqqəti yararsız hesab olunmaqla məzuniyyət verilməsi barədə qərar verilmişdir (345 nömrəli arayış) Xəstə DQ-ın qospitalında xx.xx.202N-ci il tarixdən xx.xx.202N-ci il tarixədək "İsterik mutizm." (x/t-87/202N)xx.xx.202N-ci il tarixdən xx.xx.202N-ci il tarixədək "Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət, kəkələmə ilə. Partlayış travması nəticəsində səltərəfli subyektiv qulaq küyü. AD/AS=5 m/5m" diaqnozları ilə stasionar müalicədə olmuş (x/t-533/202N), diaqnozun dəqiqləşdirilməsi üçün Respublika Psixiatriya Xəstəxanasına köçürülmüşdür. Xəstə xx.xx.202N-ci il tarixdən xx.xx.202N-ci il tarixədək "Baş-beyin travması nəticəsində şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntuları, tez-tez dekompensasiyalar və kəkələmə ilə diaqnozu ilə stasionar müalicədə olmuşdur (x/t-395N/202N). PSİXİ STATUS: Bələdliyi saxlanılıb.Zahirən narahatdır.Nitqi qüsurludur, kəkələmə müşahidə olunur.Əhval-ruhiyyəsi bir qədər enikdir.Ünsiyyətə çətinliklə daxil olur.Emosional labildir.Verilən suallara qısa,konkret cavablar verir.Özünə qarşı tənqidi formaldır. HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin N4 "b", 89 "a" maddələrinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-in xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatının "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"- yə qoşma) əsasən: Azərbaycan Respublikası DİN-in DQ-ın Hərbi-həkim komissiyasının N528 No xx.xx.202N tarixli qərarına əsasən: “C” yararsız, müharibə dövründə məhdud yararlıdır. sülh dövründə hərbi xidmətə Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". - Əsas diaqnoz. F23.2. Kəskin şizofreniyaya bənzər psixotik pozuntu., Davamlı şizofrenəbənzər psixotik pozuntu, kənar şəxslərin himayəsinə ehtiyacı var. - Ağırlaşma. F07.0. Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində XN2 mənşəli) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında, davamlı şizofrenəbənzər psixotik pozuntu, kənar şəxslərin himayəsinə ehtiyacı var. - Ağırlaşma. F07.8. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. - Ağırlaşma. F06.2. Üzvi sayıqlama [şizofreniyayabənzər] pоzuntusu, Üzvi sayıqlama [şizofreniyayabənzər] pozğunluğu. - Ağırlaşma. T90.5. Kəllədaxili travmaların nəticələri, İİ Qarabağ müharibəsində XN2. - Ağırlaşma. Z74.3. Daimi müşahidəyə ehtiyac, Kənar şəxslərin himayəsinə ehtiyacı var. - Ağırlaşma. F98.5. Kəllədaxili travmaların nəticələri, İİ Qarabağ müharibəsində XN2 - Yanaşı xəstəlik. S06.0. Baş beynin silkələnməsi, Kəllədaxili travma - Yanaşı xəstəlik. Y36.2. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar - Həkim müayinəsi nəticəsində F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində XN2 mənşəli) nəticəsində yaranan kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, nitqin kəskin kəkələmə formasında, davamlı şizofrenəbənzər psixotik pozuntu, kənar şəxslərin himayəsinə ehtiyacı var. T90.5 Kəllədaxili travmaların nəticələri, İİ Qarabağ müharibəsində XN2. Z74.3 Daimi müşahidəyə ehtiyac, Kənar şəxslərin himayəsinə ehtiyacı var. F98.5 Kəkələmə [hıqqana-hıqqana danışmaq], Kəkələmə [hıqqana-hıqqana danışmaq].
25. Respublika Psixiatriya Xəstəxanası XN3 Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 40NN nömrəli Rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin N7 fevral 2023-cü il 3-28/3-N-NN8/2023 saylı “Vətən müharibəsi iştirakçılarının müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz “üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, cari psixotik vəziyyət, epileptiform tutmalarla F07.0” müəyyən edilmişdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə (2022-ci il iyulun N-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N5-ci il 30 dekabr tarixli 4N3 nömrəli Qərarının N-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Qiymətləndirmə 7.6.2.N. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 27.Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi işin mübahisəsiz halı olmaqla tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklə bağlı illər ərzində (202N-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (Bakı Psixi Sağlamlıq Mərkəzi, 2 nömrəli X7, Bakı N saylı Respublika Psixiatriya Xəstəxanası, Daxili İşlər Nazirliyi X8) təsdiqlənmişdir. 28.Məhkəmə müəyyən edir ki, əlillik təyin edən xəstəliyin (üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0) qiymətləndirməsi nəticəsində İddiaçı yuxarıda qeyd edilən qaydaların 7.6.2.N-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilmişdir. 29.Məhkəmə qeyd edir ki, iddiaçının əziyyət çəkdiyi “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyinin qiymətləndirməsi zamanı orqanizmin funksiyalarının pozulması faizinin (7.6.2.N-ci bəndə əsasən 35-60 faiz, 7.6.2.2-ci bəndə əsasən 65-80 faiz) müəyyən edilməsində əsas meyarlardan biri şəxsin daimi müşahidə zərurətinin olması, eləcə də xəsəliyin azı 2 il davam etməsidir. Belə ki, orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz müəyyən edilməsi (7.6.2.N) üçün əsas kimi “bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması” nəzərə alınsa da, orqanizmin funksiyalarının pozulmasının 65-80 faiz müəyyən edilməsi üçün əsas “daimi müşahidə zərurəti”nin olması və xəstəliyin azı 2 il davam etməsidir. 30.Məhkəmə nəzərə alır ki, iddiaçının nümayəndəsi (anası) məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, İddiaçı daimi qulluğa və nəzarətə ehtiyacı var. Digər tərəfdən əlilliyin təyininə dair sonuncu forma 88 arayışında xəstəliyin (F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu) ağırlaşması olaraq “Z74.3. Daimi müşahidəyə ehtiyac, Kənar şəxslərin himayəsinə ehtiyacı var” müəyyən edilmiş və İddiaçı xəstəliyi ilə əlaqədar daimi müşahidə zərurətinin olması aşkar şəkildə qeyd edilmiş, eləcə də iddiaçının 202N-ci ildən (qiymətləndirildiyi vaxt 3 il ərzində) həmin xəstəlikdən əziyyət çəkdiyi müəyyən edilmişdir. Belə ki, iddiaçıya 202N-ci ildən əlillik təyin edilmiş olması işin mübahisəsiz halıdır. 31.Məhkəmə qeyd edir ki, iddiaçının əziyyət çəkdiyi “F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə əsasən əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin Həmin Meyarların 7.6.2.N-ci bəndinə əsasən təyin edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 32.Digər tərəfdən İddiaçı orqanizmin funksiyalarının pozulmasının 65-80 faiz pozulmasının müddətsiz təyin edilməsini tələb etmişdir. 33.Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 3N- 60 faiz aralığında ardıcıl olaraq N5 il, 6N-80 faiz aralığında ardıcıl olaraq N0 il və 8N-N00 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla N5 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 8N-N00 faiz, 6N-80 faiz və 3N-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 34.Odur ki, məhkəmə nəzərə alır ki, İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) qiymətləndirildiyi tarixə 3 ildir (202N-ci ildən bəri olan müayinə sənədləri ilə təsdiq olunur) əziyyət çəkir. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, əlilliyin müddətsiz təyin edilməsi üçün müddət tələbi yerinə yetirilməmişdir.
35. Məhkəmə qeyd edir ki, iddiaçının “şizofreniya, fasiləsiz gediş” xəstəliyi ilə müddətsiz əlilik təyinatı üçün həmin xəstəlik onda F20 diaqnozu ilə 5 ili ərzində müşahidə olunmuş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.N.3cü bəndinə əsasən müşahidə dövründə remissiyanın qeydə alınmaması, davranışın sayıqlama və hallüsinasiyaların təsiri altında olması; xəstəliyin ilk 5 ili ərzində neqativ simptomların intensiv artması səbəbindən özünəqulluq, ev işləri, ailə və sosial əlaqələr, şəxsi gigiyena və s. sahələrdə fəaliyyət qabiliyyətinin itirilməsi, xəstəliyə və ətraf reallığa qarşı tənqidin tamam olmaması, kənar şəxslərin müşahidəsi və qulluğu olmadan yaşaya bilinməməsi müddətsiz olaraq sağlamlıq imkanlarının 85-N00 pozulması ilə əlillik təyin edir. İddiaçıya qoyulan diaqnoz isə F07 olmaqla həmin diaqnoz müddətsiz əlillik təyin etmir.
36. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.2.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilməlidir. 37.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın N.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq N0 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 38.Göründüyü kimi iddiaçıya münasibətdə göndəriş xx.xx.2024-cü il tarixli olmasına baxmayaraq o, qeyd edilən müddətdə deyil, xx.xx.2024-cü il tarixdə qiymətləndirilmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçıya müvafiq dərəcə əlillik təyinatı məhz göndərişin verildiyi tarixdən aparılmalıdır. 39.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
40. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
41. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
42. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
43. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
44. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
45. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
46. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
47. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən 2 il müddətinə təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.N, 23.N, 58.7, 69, 75, 78 – 79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia qismən təmin edilsin. İddiaçı orqanizmin funskiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva