Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3813/2024 04.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtina cavabının qanunsuz hesab edilməsi, iddiaçıya ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 25 ildir şəkər xəstəsidir və insulin tələblidir. 2017-ci ildə beyin insultu keçirmiş, həmin ildə ona 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. 5-ci ilin tamamında o, yerli poliklinikada müayinə olunmuş, poliklinika tərəfindən onun sənədləri cavabdehə göndərilmiş, lakin ona sənədləri natamam olduğu üçün imtina cavabı verilmişdir. İddiaçı daha sonra cavabdeh orqanın mütəxissisləri tərəfindən əyani müayinə olunmuş, lakin ona müsbət cavab veriməmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə idarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış “Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmanı təsdiqləyən köməkçi diaqnostik müayinə ətraflı qeyd edilsin.” əsası ilə Mərkəzə geri göndərilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya ilki dəfə xx.xx.2017-ci il tarixdə növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il olmaqla 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: “Dəqiqləşdirilməmiş beyin infarktı. Sağ beyin yarımkürəsində işemik insult. Digər rubrikalrda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Ağırlaşma K76.0” Qaraciyərin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası. Ağırlaşma G63.2. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə). Ağırlaşma G81.1. Spastik hemiplegiya, Sol tərəfli hemiparez. Yanaşı xəstəliklər H35.8. Digər dəqiqləşdirilmiş retinal pozğunluqlar., Ou-Torlu qişanın angiopatiyası. Yanaşı xəstəliklər E66 piylənmə. Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli dibet, Şəkərli diabet tip 2. İnsulin tələbi. Ağır forma. Yanaşı xəstəliklər İ10 Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİİ mərhələ” olmuşdur. İddiaçıya xx.xx.2023-cü il tarixdə göndərişin natamam doldurulması - Səbəb: Nevrolojı statusu səthi yazılıb (əzələ gücü qeyd edilməyib) əsası ilə imtina cavabı verilmişdir. Diqnoz: “169.3 Beyin infarktının nəticələri, Keçirilmiş işemik insultun qalıq əlaməti G81.1 Spastik hemiplegiya, Sol tərəfli hemiparez” olmuşdur. İddiaçıya xx.xx.2023-cü il tarixdə göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmanı təəsdiqləyən köməkçi diaqnostik müayinə ətraflı qeyd edilsin əsası ilə imtina cavabı verilmişdir. Diqnoz: “Keçirilmiş işemik insultun qalıq əlaməti Sol tərəfli hemiparez. Hipertoniya xəstəliyi İİ mərhələ. Hipertonik ensefalopatiya. Şəkərli diabet tip 2.Ü.İ.X q/stabil stenokardiya İİ f.s.” olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə ona əlillik dərəcəsinin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə baxılaraq müvafiq inzibati akt qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli Vətəndaşın əyani müayinə olunması haqqında məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının həkim-ekspertləri tərəfindən yaşadığı ünvanda müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X6-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, T 639/2024 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının iş materiallarında olan tibbi sənədlərinə əsasən Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, S00086988NNV nömrəli X1: 10 kodu üzrə: Forma 88-də qeyd edilmiş “Əsas diaqnoz: İ69.3-beyin infarktının nəticələri, keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşmalar: G81.1-spastik hemiplegiya, soltərəfli hemiparez. Yanaşı xəstəliklər: El 1.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, İ67.4-hipertenziv ensefalopatiya, F48.0-nevrasteniya, asteno- nevrotik sindrom, İ20.8-stenokardiyanm digər formaları, ÜİX, qeyri-stabil stenokardiya İİ f.s., İlO-essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozlar ona stasionar müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilsə də, 2023-cü ilin dekabr ayında yenidən DTSERA-da yenidən müraciəti zamanı şikayətləri sol ətrafların zəifliyindən, öskürmə, qanhayxırmadan, ümumi zəiflikdən olmuş, vərəm xəstəliyi residiv verdiyindən vərəm əleyhinə dərmanlar qəbul etdiyini bildirmiş, nevroloji statusda kəlləbeyin sinirləri tərəfindən ciddi patologiya aşkar edilməmiş, hərəki sferada sol yuxarı ətrafı aktiv hərəkət etdirmədən imtina etmiş, amma passiv olaraq qaldırdıqda qolunu həmin səviyyədə saxlamış, hətta koordinator sınaq zamanı sol qolunu aktiv olaraq qaldırmış, vətər refleksləri solda sağa nisbətən cüzi artıb, patoloji reflekslər (mənfi) olmuşdur. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcbuetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina qərarından görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). İşdən göründüyü kimi iddiaçıya ilki dəfə xx.xx.2017-ci il tarixdə növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il olmaqla əlillik təyin edilmişdir. Həmin müddət bitdiyi üçün iddiaçı iki dəfə yeni göndəriş alaraq cavabdehə müraciət etmiş, lakin göndərişin natamam doldurulması səbəbindən cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. İddiaçı bundan sonra cavabdeh tərəfindən əyani müayinədən keçirilmiş və cavabdehin qərarı ilə ona əlillik dərəcəsi təyin edilməsindən imtian edilmişdir. İddiaçıya ilk dəfə əlillik dərəcəsi təyin edilərkən ona “Dəqiqləşdirilməmiş beyin infarktı. Sağ beyin yarımkürəsində işemik insult. Digər rubrikalrda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Ağırlaşma K76.0” Qaraciyərin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası. Ağırlaşma G63.2. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə). Ağırlaşma G81.1. Spastik hemiplegiya, Sol tərəfli hemiparez. Yanaşı xəstəliklər H35.8. Digər dəqiqləşdirilmiş retinal pozğunluqlar., Ou-Torlu qişanın angiopatiyası. Yanaşı xəstəliklər E66 piylənmə. Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli dibet, Şəkərli diabet tip 2. İnsulin tələbi. Ağır forma. Yanaşı xəstəliklər İ10 Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİİ mərhələ” diaqnozları qoyulmuşdur. Həmin diaqnozun hal-hazırda ona əlillik təyinatına əsas verib-verməməsini, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də nəzərdə tutulmuş ağırlaşmalara səbəb olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə-tibbi ekspertiza təyin edilmişdir. Ekspert rəyində həmin diaqnozların iddiaçının stasionar müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilsə də, 2023-cü ilin dekabr ayında yenidən DTSERA-da yenidən müraciəti zamanı şikayətlərinin sol ətrafların zəifliyindən, öskürmə, qanhayxırmadan, ümumi zəiflikdən olmduğu, nevroloji statusda kəllə-beyin sinirləri tərəfindən ciddi patologiyanın aşkar edilmədiyi bildirilmişdir. İPM-in 1.2-ci maddısinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir (97.1.). Ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay, bu Məcəllənin 172.1.1-ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə göndərir. Bu Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə ekspert rəyi 3 günədək müddətdə verilir (101.1.). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2.). Göründüyü kimi iş üzrə ekspert rəyində iddiaçıya əlillik təyinatına səbəb olmuş diaqnozların hal-hazırda ona əlillik təyininə əsas vermədiyi göstərilmişdir. Məhkəmə tərəfindən iddiaçının sağlamlıq dərəcəsinin müəyyən edilməsi üçün yeganə sübut kimi ekspert rəyi çıxış etdiyindən, həmçinin rəy iş üzrə digər mötəbər sübutlarla təkzib olunmadığından məhkəmə həmin rəyin mötəbərliyinin şübhə altına alınmasına əsas görmür. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdehin imtina cavabının qanunsuz hesab edilməsi, iddiaçıya ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3813/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3813/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver