Məhkəmə qərarları › İş №2-1(112)-3814/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3814/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3814/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı“xxxxxx” firmasının direktoru X1 cavabdehlər “xxxxxx” firmasına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Qeydin ləğv olunması”tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxx” firmasının direktoru X5 cavabdehlər “xxxxxx” firmasına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respubikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş X3 dövlət qeydiyyatı idarəsinin reyestr çıxarışında xxxxxx firmasının icraçı direktoru vəzifəsinə aid qrafada X2 qeydiyyatının etibarsız sayılmaqla ləğv olunması vəzifəsinin şikayət olunan quruma həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbinin və cavabdehlər sıyahısının dəqiqləşdirilməsinin zəruri olduğu bildirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər qismində işəgötürən xxxxxx firması təsisçisi Bəşirov Mərhəmət və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsini qeyd etməklə, Azərbaycan Respubikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş X3 dövlət qeydiyyatı idarəsinin reyestrindən xxxxxx firmasının icraçı direktoru vəzifəsinə aid qrafada X1 qeydiyyatının etibarsız sayılmaqla ləğv olunması vəzifəsinin şikayət olunan quruma həvalə olunması haqqında qərar çıxarılması xahiş edilmişdir. İddia ərizəsinə dəqiqləşdirilmə ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmə hazırlıq icraatının növbəti iclası xx.xx.2020-ci il tarixə saat 14:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı barədə iddiaçıya bildiriş göndərilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh onun müraciətini icra etmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bununla əlaqədar bildirilir ki, direktor (qanuni təmsilçi) kimi iddiaçının adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması hüquqi şəxsin reyestr məlumatlarında aparılan dəyişiklik hesab edilir. Bununla əlaqədar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Firmanın Nizamnaməsinin 7.1-ci bəndinin üçüncü abzasına əsasən icra orqanının (yəni direktorun) təyin edilməsi və geri çağırılması ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir. Odur ki, qanunvericiliyin və firmanın nizamnaməsinin tələblərindən göründüyü kimi cavabdeh inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün reyestr aparan orqan tərəfindən hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi məsələsi iddianı predmeti ola bilməz. İddia tələbindən də göründüyü kimi, bu tələb inzibati orqanın qəbul etdiyi aktın etibarsız hesab edilməsi ilə əlaqədar olmadığından məhkəmə aidiyyəti pozularaq Bakı İnzibati Məhkəməsinə verilmişdir. Bundan əlavə həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Qanunvericiliyin tələbindən göründüyü kimi iddiaçının hüquqi şəxsi (İddiaçı firmasına) və inzibati orqan olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsini eyni anda cavabdeh qismində göstərməsi hüquqi baxımdan düzgün hesab edilmir. Belə ki, ilk öncə iddiaçının cavandeh hüquqi şəxsə (İddiaçı firmasına) qarşı olan iddia tələbi müəyyən edilməli, daha sonra həmin tələb üzrə aidiyyət məsələsi müzakirə edilməlidir. İddiaçının digər cavabdeh olan inzibati orqana (Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə) qarşı hissəsində isə bir daha yuxarıda sadalanmış hallara əsaslanaraq hesab edilir ki,inzibati orqan tərəfindən iddiaçının hər hansı hüququ pozulmadığından iddianın mümkünsüzlük şərti nəzərə alınmalıdır.Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı X5 “xxxxxx” firmasının icraçı direktoru olmasına dair qeydiyyatın etibarsız sayılmaqla ləğv edilməsini tələb edir. İddiaçının tələblə bağlı müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyi (hazırda Dövlət Vergi Xidmətinin) Milli Gəlirlər Baş X3 Dövlət Qeydiyyatı İdarəsinin **********632400 №li xx xxxxxx 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, firmanın nizamnaməsinin 7.1-ci bəndinin üçüncü abzasına əsasən icra orqanının (yəni direktorun) təyin edilməsi və geri çağırılması ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir. Qanunvericiliyin və nizamnamənin tələblərindən göründüyü kimi, firmaya qanuni təmsilçi (direktor) təyin edilməlidir. Qeyd olunan faktın dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə firmanın əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə təsisçisinin qərarı və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Vergilər Nazirliyinin Milli Gəlirlər Baş X3 dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Belə ki, Müəssisənin Nizamnaməsinin 7.1-ci bəndinə əsasən idarə heyətinin seçilməsi müəssisənin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1 -ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun (Bundan sonra Qanun) 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə du qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12- ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Beləliklə, qanunvericiliyin və nizamnamənin tələblərindən göründüyü kimi, müəssisəyə qanuni təmsilçi (sədr) təyin edilməlidir və qanunvericiliklə Vergilər Nazirliyinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi mümkün olmamışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. İşin araşdırılan hallarından da müəyyən olunur ki, İddiaçı firmasının xx xxxxxx 2018-ci il tarixli 83 nömrəli əmri ilə X5 firmanın direktor vəzifəsinə təyin olunmuş və işin hazırki mərhələsində X1 firmanın direktor vəzifəsinə təyin olunması barədə xx xxxxxx 2018-ci il tarixli əmri mübahisələndirilməmişdir. İddiaçı iddia tələbində cavabdehlər qismində “xxxxxx” firmasının təsisçisi Bəşirov Mərhəməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsini göstərmiş, lakin Məhkəmə zəruri hesab edərək qeyd edir ki, qanuni təmsilçilikdən çıxarılması üçün ilkin olaraq “xxxxxx” MMC-yə qarşı ümumi qaydada iddia qaldırılmalıdır. Cavabdeh qismində çıxış edən tərəflər müsəqil şəkildə çıxış etmək hüququna malikdirlər. İddiaçının hüquqları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən pozulmamışdır. Həmçinin, cavabdeh qismində göstərilmiş “xxxxxx” firmasının təsisçisi Bəçirov Mərhəmət inzibati orqan deyildir. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh “xxxxxx” firmasının təsisçisi Bəşirov Mərhəmət inzibati orqan kimi müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İPM-nin 30.1 və 30.2-ci maddələrinə əsasən Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəlləsinin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi tərəfindən bir iddiada birləşdirilə bilər. Şərh olunan maddələrinin normalarına əsasən, eyni bir işdə iddiaçı və ya cavabdehin tərəfində əks tərəflə mübahisəli hüquq münasibətində olan, tələbləri və ya vəzifələri birbirini istisna etməyən bir neçə şəxsin iştirakı prosessual həmiştirakçılıq adlanır. Prosessual həmiştirakçılığın əsas əlaməti iştirakçıların ümumi birgə və bir-birini istisna etməyən maraqlarının olmasıdır. Bu maraq biri digərini istisna etməyən iddia tələblərində və ya iddia tələbindən doğan və biri digərini istisna etməyən vəzifələrdə ifadə oluna bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş idida müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya vaxt verilməsinə baxmayaraq, dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia növlərinə uyğunlaşdırılmadığından, bununla da, iddianın baxılması mümkün olmadığından, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiаçı “xxxxxx” firmasının direktoru X1 cavabdehlər “xxxxxx” firmasına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Qeydin etibarsız sayılmaqla ləğv olunması” tələbi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 37, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı “xxxxxx” firmasının direktoru X1 cavabdehlər “xxxxxx” firmasının təsisçisi Bəşirov Mərhəmətə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Qeydin ləğv olunması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar