Məhkəmə qərarları › İş №2-1(112)-3817/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3817/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3817/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 57 yaşı tamam olduğu yəni 14.10.2020-ci il tarixdən güzəştli yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Kürdəmir rayonunun Şiliyan kəndində doğulmuşdur. 01.09.1979-cu ildən 22.07.1982-ci ilə qədər Kürdəmir rayonu, 115 №-li kənd orta texniki peşə məktəbində təhsil almışdır. 16.10.1982dən 10.11.1984-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 30.01.1985ci ildən 29.04.1985-ci ilə qədər Bakı Dəniz Ticarət Limanında doker mexanizator şagirdi, 29.04.1985-ci ildən 25.01.2016-cı ilədək doker mexanizator vəzifəsində işləmişdir. O, 25.01.206-cı ildən hazırkı vaxtadək "xxxx” MMC-də doker-mexanizator vəzifəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF- nin Xüsusi Şərtlər Təyinat üzrə Mərkəz Filialına müraciət edərək ona güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə 28.12.2020-ci il tarixli, **********0 №-li məktubla müraciətdə qeyd edilənlərin icrasından imtina etmişdir. İmtinanın əsası kimi “doker-mexanizator" peşəsinin AR NK tərəfindən təsdiq edilmiş Siyahıya sonradan əlavə edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. İşlədiyi "doker mexanizatorları” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı»da qeyd olunmasa da, AR Nazirlər Kabinetinin 06.10.2008-ci il tarixli 236 №-li qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «C» yarımbəndinə əlavə edilmişdir. Hesab edir ki, qeyd edilən hal onun hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. 01.01.2006-cı ilə qədər təhsil, hərbi xidmət və iş stajı daxil olmaqla 25 il 10 ay 16 gün ümumi, 20 il 8 ay 3 gün güzəştli iş stajı mövcuddur. İddia ərizəsinə əlavə edilmiş "xxxx” MMC tərəfindən tərtib edilmiş 16.10.2020-ci il tarixli, TCS-M-032/20 №-li Arayışdan görünür ki, onun "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli, 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2-ci bəndinin "C” yarımbəndinə əlavə edilən "yükvurma-yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker mexanizatorları)" qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verdiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu müddətdə doker mexanizator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Buna görə də həmin vəzifə güzəştli şərtlərlə əmək pensiyası hüquq verən əmək şəraiti zərərli və ağır olan vəzifə hesab edilməmişdir. Sözügedən Qərar Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 2- ci bəndinə əsasən qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “c” yarımbəndinə Nazirlər Kabinetinin 06 oktyabr 2008-ci il tarixli 236 nömrəli Qərarı ilə aşağıdakı məzmunda beşinci abzas əlavə edilmişdir: “Limanlarda yükvurma-yükboşaltma işlərində çalışma kompleks mexanizatorları (doker-mexanizatorlar)”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 30 yanvar 1985-ci il tarixli əmək kitabçasında və “xxxx" MMC-nin iddiaçıya dair 16 oktyabr 2020-ci il tarixli TCS-M-032/20 nömrəli arayışında 30.01.1985-ci il tarixindən bugünədək dokermexanizator vəzifəsində işlədiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq iddiaçının hazırda 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatına baxılarkən yuxarda qeyd olunanlara əsasən müəyyən edilir ki, 01.01.2006-cı il tarixindən əvvəlki qanunvericiliyə görə doker mexanizator vəzifəsi güzəştli şərtlərlə təminat verən vəzifələr sırasına daxil edilmədiyi üçün həmin tarixədək iddiaçının güzəştli iş stajı tamamlanmayıb. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşının tamam olduğu tarixdə yaranacaqdır. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE № ******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1963-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - “xxxx” MMC tərəfindən tərtib edilmiş 16.10.2020-ci il tarixli, TCS-M-032/20 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən güzəştli əmək pensiyasına çıxması üçün stajı 30.01.1985-ci il tarixindən bu günədək 35 il 8 ay 15 gün doker-mexanizator vəzifəsində təşkil etmişdir. Hal-hazırda da bu vəzifədə işləyir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “C” yarımbəndinə əlavə edilən “yükvurma-yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker-mexanizatorları)” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28 dekabr 2020-ci il tarixli, **********0 saylı imtina məktubunun məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.2-ci bəndinin “c” yarımbəndinə Nazirlər Kabinetinin 06 oktyabr 2008-ci il tarixli 236 nömrəli Qərarı ilə aşağıdakı məzmunda beşinci abzas əlavə edilmişdir: “Limanlarda yükvurma-yükboşaltma işlərində çalışma kompleks mexanizatorları (doker- mexanizatorlar)”. Mərkəzi Filiala təqdim edilmiş 30 yanvar 1985-ci il tarixli əmək kitabçasında və “xxxx” MMC-nin 16 oktyabr 2020-ci il tarixli TCS-M-032/20 nömrəli arayışında 30.01.1985-ci il tarixindən bugünədək doker-mexanizator vəzifəsində işlədiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq ərizəçinin hazırda 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatına baxılarkən yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, 01.01.2006-cı il tarixindən əvvəlki qanunvericiliyə görə doker mexanizator vəzifəsi güzəştli şərtlərlə təminat verən vəzifələr sırasına daxil edilmədiyi üçün həmin tarixədək güzəştli iş stajı tamamlanmayıb. - Azərbaycan SSR Dövlət texniki Peşə Təhsili Komitəsi 609598 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildə Azərbaycan SSR Kürdəmir rayonu 115 nömrəli kənd orta texniki peşə məktəbinə daxil olmuş, 22 iyul 1982-ci ildə elektrik qaz qaynaqçısı peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 16.10.1982-ci il tarixində Sovet ordu sıralarına qoşulmuş, 15 noyabr 1984-cü ildə hərbi xidmətini başa vurmuşdur. İşdə olan iddiaçının nömrəli İT-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən və notarial təsdiq edilmiş tərcüməsindən görünür ki: -İddiaçı 16.10.1982-ci ildən 15.11.1984-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 30.01.1985-ci ildən 29.04.1985-ci ilə qədər Bakı Dəniz Ticarət Limanında yük rayonunun yük fəhləsi-mexanizatorunun şagirdi-doker mexanizator şagirdi vəzifəsində çalışmış, 29.04.1985-ci il tarixində imtahan verdikdən sonra 4-cü dərəcəli yük fəhləsimexanizator hesab edilmiş, 01.04.1986-cı il tarixində 1 saylı istehsal yükləmə kompleksinin 4-cü dərəcəli yük fəhləsi mexanizatoru, 25.10.1990-cı il tarixində istehsal yükləmə kompleksinin 4-cü dərəcəli yük fəhləsi –mexanizatoru (manqabaşı), 27.12.1990cı il tarixində istehsal yükləmə kompleksinin 3-cü dərəcəli yük fəhləsi-mexanizatoru (manqabaşı), 01.01.1991-ci il tarixində 1 saylı İYK-nın struktur dəyişikliyi ilə əlaqədar olaraq 1 saylı yük rayonunun 3-cü dərəcəli yük fəhləsi-mexanizatoru hesab edilmiş, 23.04.1993-cü il tarixində imtahan verdikdən sonra 2-ci dərəcəli yük fəhləsi –mexanizator hesab edilmiş, 12.08.1993-cü il tarixində yük fəhləsi-mexanizator briqadiri keçirilmiş, 25.01.2016-cı il tarixində əmək müqaviləsinə xiam verilmiş, 25.01.2016-cı il tarixində “X2” MMC-yə doker-mexanizator vəzifəsinə qəbul edilmişdir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğuya “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş cavab məktubundan görünür ki, İddiaçı həqiqətən 29.01.1985-ci ildə Bakı Dəniz Limanına (indiki “xxxx” QSC) 174/л saylı əmrə əsasən doker mexanizator şagirdi kimi işə qəbul edilmiş. 696/л saylı 29.04.1985-ci il tarixli əmrə əsasən “4-cü dərəcəli doker mexanizator” vəzifəsinə keçirilmişdir. 1761/л saylı 25.10.1990-cı il tarixli əmrə əsasən müvəqqəti olaraq 3 Noli “manqanın başçısı” vəzifəsinə keçirilmişdir. 2202/л saylı 27.12.1990-cı il tarixli əmrə əsasən imtahan verdikdən sonra “3 dərəcəli doker mexanizator” vəzifəsinə təyin edilmişdir. 567/m saylı 26.04.1993-cü il tarixli əmrə əsasən imtahan verdikdən sonra “2 dərəcəli doker mexanizator” vəzifəsinə keçirilmişdir. 1127/ш saylı 12.08.1993-cü il tarixli əmrə əsasən “doker mexanizator /növbətçi briqadir” vəzifəsinə təyin edilmişdir. 282/m saylı 29.12.1998-ci il tarixli əmrə əsasən 3 №-li AKB-na “doker mexanizator (briqadir)” vəzifəsinə təyin edilmişdir. 1/040 saylı 25.01.2016-ci il tarixli əmrə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 29.01.1985-cü il tarixindən 25.01.2016-cı il tarixinədək Cəmiyyətdəki ümumi iş stajı 30 il 11 ay 27 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında “doker mexanizator” vəzifəsi üzrə qeydlər olmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 21.2-ci bəndinin c) yarımbəndində qeyd edilən “limanlarda yükün aşırılması işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker-mexanizatorlar)” “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid edilmişdir. İddiaçı həmin vəzifədə çalışdığı müddətdə əmək şəraitinə görə əmək haqqına əlavə verilməmiş, lakin əmək şəraitinə görə əlavə məzuniyyətlər (30.01.1985- ci il tarixindən 30.01.2009-ci il tarixinə kimi hər iş ili üçün 6 gün, 30.01.2009-cu il tarixindən etibarən isə hər iş ili üçün 13 gün) verilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı 57 yaşı tamam olduğu yəni 14.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsini xahiş etmiş, lakin ona 01.01.2006-cı il tarixindən əvvəlki qanunvericiliyə görə doker mexanizator vəzifəsinin güzəştli şərtlərlə təminat verən vəzifələr sırasına daxil edilmədiyi üçün həmin tarixədək güzəştli iş stajının tamamlanmadığı bildirilmiş. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 60 yaşının tamam olduğu tarixdə yaranacağı qeyd edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsas ən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçininəmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının işlədiyi “doker mexanizatorları” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı»da qeyd olunmasa da, AR Nazirlər Kabinetinin 06.10.2008-ci il tarixli 236 №-li qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «C» yarımbəndinə əlavə edilmişdir. Məhkəmə hesab edir ki, həmin hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə həmçinin hesab edir ki, “doker-mexanizator” şagirdi ilə “dokermexanizator” vəzifələri faktiki olaraq eyni funksiyaları yerinə yetirdiyindən “dokermexanizator” şagirdi kimi iddiaçının işlədiyi dövr də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına əlavə edilməlidir. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər təhsil dövrü, hərbi xidmət dövrü də daxil olmaqla 25 il 10 ay 16 gün ümumi və 20 il 11 ay 1 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal-ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 14.10.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 14.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 14.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar