Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3817/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qaşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixinə qədər SOLİUV Moskva şəhərində aspiranturada, xx.xx.1988-ci il tarixindən xx.xx.2000-ci il tarixinə qədər Azərbaycan Dövlət Həkimlərin X1 İİ kafedrasına asistent - elmi işçi kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilərək onun əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1985-xx.xx.1988-ci ilədək Soliuv Moskva şəhərində aspiranturada və xx.xx.1988-xx.xx.2000-ci il tarixinədək Azərbaycan Dövlət Həkimlərin X1 İİ kafedrasına asistent-elmi işçi kimi işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdehin ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, inzibati orqana göndərilmiş əmək kitabçasının surətinə əsasən X2 elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sğorta stajı 25 ildən az müddət olaraq, 23 il 7 ay 29 gün olaraq hesablanmışdır. Ancaq hesabladıqda bu müddətin 26 il 7 ay 29 gün olduğu müəyyən edilmişdir. İş stajının düzgün hesablanmaması iddiaçını həm ümumi əsaslarla əmək pensiyasından, həm də Prezident təqaüdündən məhrum etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il etirazda iddia tələbinin rədd edilməsi xahiş edilmiş və bildirmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ilk olaraq 27 yanvar 2022-cı il tarixdə ona elmlər namizədi elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi barədə ərizə ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı “DOST" mərkəzinə müraciət etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 23 il 07 ay 29 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya Prezident təqaüdünün təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı yenidən 26 aprel 2023-cü il tarixdə eyni əsasla 1 saylı “DOST” mərkəzinə müraciət etmiş, lakin yenidən eyni xüsusatlarda imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. Fərmanın tələbindən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə münasibətdə təsis edilmişdir. Belə ki təhsil dövrləri Prezident təqaüdünün təyin edilməsi zamanı nəzərə alınan dövrlər kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı xx.xx.1985-xx.xx.1988-ci il tarixədək aspiranturada təhsil aldığı dövrlər əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan dövr kimi qəbul edilməsinə baxmayaraq, Prezident təqaüdünün təyin edilməsi zamanı nəzərə alınan dövrlərə aid edilə bilməz. A.X3 təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 23 il 07 ay 29 gün olmaqla (xx.xx.1988-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək) qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya sözügedən Prezident təqaüdünün təyin edilməsi ganunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının **********2 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən ömürlük yaşa görə 244.44 manat miqdarında əmək pensiyası təyin edilmişdir. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında **********0 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2016-cı il tarixdə iddiaçıya pensiya təyin edilmiş, təhsil əlavəsi nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq 281.55 manatdan 308.77 manata qaldırılmışdır. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı əmək pensiyasının hesablanması zamanı onun təqdim etdiyi 019691 nömrəli diplomunun surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil illəri, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən, xx.xx.2002-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrləri (xx.xx.2006-cı il tarixinədək cəmi 33 il 8 ay 12 gün sığorta stajı) və xx.xx.2006-cı il tarixindən pensiya yaşına çatdığı xx.xx.2016-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 1911,01 manat pensiya kapitalı nəzərə alınmışdır. Beləliklə, işin istinad olunan hallarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və bu zaman hazırda sığorta stajı kimi nəzərə alınmasını xahiş etdiyi xx.xx.1985-xx.xx.1988-ci ilədək Soliuv Moskva şəhərində aspiranturada və xx.xx.1988-xx.xx.2000-ci il tarixinədək Azərbaycan Dövlət Həkimlərin X1 İİ kafedrasına asistent-elmi işçi kimi işlədiyi dövrlər də daxil edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı həmin dövrlərin sığorta stajına daxil edilməklə əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçısı kimi əmək pensiyasının sığorta hissəsinə əlavə edilməklə yenidən hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 19.2-ci maddəsinə görə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı. 2021-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli № 240-VİQD saylı Qanununun 1.4-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi ləğv edilmişdir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmana əsasən: - bənd 1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuş; - bənd 2. Müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. 20 dekabr 2021-ci il tarixli 1494 nömrəli Fərmanla edilmiş dəyişikliyə görə 2022-ci il yanvarın 1-dən elmlər doktoru elmi dərəcəsinə görə təqaüdün məbləği 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manat müəyyən olunmuşdur. Sadalanan normalardan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə əsasən elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə əmək pensiyalarının sığorta hissəsinə hesablanaraq aylıq əmək pensiyası ilə birlikdə ödənilirdisə, xx.xx.2021-ci il tarixdən elmi dərəcəyə görə ödənilən həmin məbləğ, əmək pensiyasına əlavə statuslu ödəniş olmaqdan çıxarılmış, artıq Prezident təqaüdü statuslu ödənişə keçirilmişdir, hansı ki, bu ödənişin ödənilmə qaydası 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanla tənzimlənir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçısı kimi pensiyasının sığorta hisssəsinə əlavə edilməklə əmək pensiyasının yenidən hesablanmasına dair tələbinin hüquqi əsası mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda cavabdehin hərəkəti qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına istinad edərək, ona əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi üçün cavabdehə müraciət etmək, imtina cavabı aldıqda isə müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3817/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3817/2024
05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver