Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3819/2020 16.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Kompensasiyasının ödənilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlük məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-nın sökülməsi ilə əlaqədar ona ödənilməmiş olan 99.451 manat məbləğində pulun ödənilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 17:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı barədə iddiaçıya bildiriş göndərilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 53A ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. AR Nazirlər Kabinetinin 51 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə onun mulkiyyətində olan həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün satın alınmışdır. Cavabdehlə iddaçı arasında xx.xx.2019-cu il tarixli AN-İ-0782477 saylı alqı-satqı müqaviəsi bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndinə görə bu fərdi yaşayış evinin dəyəri 56.549 manat məbləğində müəyyən edilmişdir. Həmin bu söküntü işləri gedən zaman cavabdeh orqanın rəhbərliyi və digər nümayəndələri iddiaçı ilə aralarında söhbət zamanı bağlanmış alqı-satqı müqaviləsində göstərilən məbləğə baxmayaraq, ona faktiki istifadəsində olan sahəyə uyğun olaraq əlavə kompensasiya ödəyəcəklərini də bildirmişdirlər.İddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsində onun payına düşən hissənin 29.12 kv.m olduğu göstərilsə də, əslində mülkiyyətində 80 kv.m sahə olmuşdur. İddiaçı həmin əlavə sahələrə dair dəyişikliklərin ona məxsus mənzilin texniki pasportunda qeyd etməsi ilə əlaqədar Bakı şəhər Cavabdehnə müraciət etmiş və başçının xx.xx.2005-ci tarixli 23 saylı sərəncamı ilə həmin əlavə sahələrin dair dəyişiklərin də ona məxsus mənzilin texniki pasportunda qeydə alınması müvafiq dövlət orqanına tapşırılmışıdr. Faktiki istifadəsində olan 80 kv.m sahəyə görə 120.000 manat məbləğində pul və həmin əlavə 30%-ə görə 36.000 manat məbləğində olmaqla ümumilikdə 156.000 məbləğində kompensasiya ödənilməli olduğu halda, ona cəmi 56.549 manat məbləğində kompensasiya ödənilmişdir. Bu da qanunveriliciliklə nəzərdə tutulmuş ödəniləcək məbləğdən 99.541 manat az məbləğ edir. Cavabdehin axırıncı cavab məktubunda ona bildirilmişdir ki, dövlət ehtiyacları üçün torpaq sahəsi alınarkən mənzilin əsas sahəsinə görə hər kv.m üçün 1500 manat, digər köməkçi sahələrə görə isə onun təmir səviyyəsindən və konstruksiyasından asılı olaraq ***-**** manat məbləöində kompensasiya ödənilir. Cavabdehin gətirdiyi bu arqument tamamilə əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 53A ünvanında yerləşən evinin sökülməsi ilə əlaqədar iddiaçıya ödənilməmiş olan 99.451 manat məbləğində kompensasiyasının iddiaçıya ödənilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə etiraz edərək, qeyd olunan iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 53A ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı 51.549 manat məbləğində kompensasiya ödənilməsinə dair qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(81)- 1798/2019 saylı qərarı vardır. Bundan başqa Cavabdeh ilə iddiaçı arasında iddiaçının mülkiyyətində olan sözügedən əmlaka dair AN-İ nömrəli ******* saylı “Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi” bağlanaraq iddiaçıya 56.549 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçının əmlakı dövlət ehtiyacları üçün alınan zaman müstəqil qiymətləndirici “xxxxxxxxxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələr nəzərə alınaraq ədalətli olaraq qiymətləndirilmişdir. Beləliklə iddiaçı ona təklif olunan kompensasiya məbləği ilə razılaşaraq Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 53A ünvanında yerləşən ona məxsus əmlaka dair Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlamışdır. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Qanunvericiliyin norması onu deməyə əsas verir ki, məbləğində asılı olmayaraq əqdi imzalanmış tərəf özünün iradəsini ifadə etmiş və bununla da onu mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müqavilə üzrə narazılığını ifadə edən şəxs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edilikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisləndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin aldıqlarını bir birinə tam qaytarılması prosedurudur. Başqa sözlə işin bu halında iddiaçı aldığı 56.549 manatı tam şəkildə geri qaytarıldıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Qeyd edilənlərə əsasən, cavabdeh iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (hazırki Bakı İnzibati Məhkəməsinə) iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı 51.549 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və cavabdeh qismində İddiaçı göstərmişdir. Həmin iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1798/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh iddiası təmin edilərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı 51549 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti arasında xx xxxx 2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci və 4-cü bəndlərinə əsasən satıcı-İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 113.25 kv.m, yaşayış sahəsi 87.06 kv/m olan 5 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (2 otaq) 56.549 manat qiymətinə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə satmışdır. Beləliklə işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən kompensasiya məbləği ilə bağlı məhkəmə qərarı olmuş və həmin məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə həmin məbləğ ilə bağlı narazılığını bildirməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1798/2019 xx xxx 2019-cu il tarili qərarından şikayət verməmiş və üstəlik Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti ilə həmin yaşayış evinin satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni tərəflər arasında və eyni mahiyyət üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan faktlardan görünür ki, eyni tərəflər arasında sözügedən daşınmaz əmlaka dair kompensasiya ödənişi ilə bağlı məhkəmə mübahisəsi olmuş, məhkəmə qərarı qəbul edilmiş, hazırki iddiaçı (digər iş üzrə cavabdeh) tərəfindən məhkəmə qərarı mübahisələndirilməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunaraq, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, kompensasiya ödənişi həyata keçirilmişdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu zaman, hakim icraata xitam verilmə barədə qərardad qəbul edir. Lakin inzibatiprosessual məcəlləsində qanunverici qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3819/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3819/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver