Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-382/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: mühəndis, Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətində inspektor işləyir),cаvаbdеhin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, baş məsləhətçi vəzifəsində işləyir), 3-cü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümüyəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Kadr Siyasəti Baş İdarəsinin Kadrların qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyir)iştirаkı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı 3-cü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə “Belarusiya Respublikasının FHN “Mülki Müdafiə Universiteti” tərəfindən onun adına verilmiş fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə seriya Dİ ******* nömrəli, 23 iyun 2018-ci il tarixli ali təhsil haqqında mütəxəssis diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək Belarusiya Respublikasının FHN “Mülki Müdafiə Universiteti” tərəfindən onun adına verilmiş fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə seriya Dİ ******* nömrəli, 23 iyun 2018-ci il tarixli ali təhsil haqqında mütəxəssis diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə Fövqəladə Hallar Nazirliyinin xətti ilə Dövlət Təhsil Müəssisəsi olan Belarus Respublikasının FHN "Komanda-mühəndislik İnstitutu"na daxil olmuşdur. Belarusiya dövlətinin ərazisində tam təhsil proqramını mənimsəmiş və tədris planını yerinə yetirmiş, ixtisası üzrə dövlət imtahanlarını vermiş və diplom işini müdafiə etmişdir. 2018-ci ildə "Belarus Respublikasının FHN Mülki Müdafiə Universiteti"nin "Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə tam kursunu bitimişdir. Dövlət İmtahan komissiyasının 1 nömrəli protokolu və 22 iyun 2018-ci il tarixli qərarı ilə iddiaçıya "Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası verilmiş, o cümlədən həmin ixtisas üzrə N90025785 ali təhsil haqqında diplomla təmin edilmişdir. Diplomu apostil etdikdən sonra tələb olunan sənədlərlə birlikdə diplomun tanınması üçün Təhsil Nazirliyinə rəsmi formada müraciət etmişdir. İddiaçı Təhsil Nazirliyininn Akkreditasiya və Nostrifikasiya İdarəsində ekspertlərin qarışısında müsahibədə olmuşdur. Müsahibə üzrə ona ünvanlanan bütün suallara, xüsusilə də dil biliyinin yoxlanılması üçün bütün suallara lazımi səviyyədə cavab vermişdir. Müsahibədən sonra iddiaçıya verilən cavabda göstərilmişdir ki, "nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə müraciət etmək hüququ vardır”. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçı sahibləndiyi ixstisas üzrə dil bilik səviyyəsi yaxşıdır. Verilən suallara tam və dolğun cavab vermişdir. Bu hal, dinləmə aparılarkən otaqda gedişatı qeydə alan video görüntülərdə də öz əksini tapmışdır. Təhsil Nazirliyi adından xaricdə təhsil almış azərbaycanlı məzunların diplomlarının tanınması ilə bağlı verdikləri ərizələrin hamısına eyni formada və məzmunda imtina cavabı verilmişdir. Lakin, ilkin olaraq Təhsil Nazirliyi ekspert qrupu adından yazılmış və məzunlara təqdim edilmiş belə formal və əsassız ekspert rəylərinin müəlliflərinin soyadları qeyd edilsə də onların imzaları və sənədin tərtib edilmə tarixi "sənəddə" göstərilməmişdir. Yəni, saxta ekspert rəyi əsasında vətəndaşlara kütləvi surətdə Təhsil Nazirliyi adından "İmtina"cavabları yazılmışdır. AR Təhsil Nazirliyi ilə Belarusiyanın Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən Azərbaycan tərəfi bakalavr və magistr pilləsində təhsil almaq üçün Belarusiyann ən nüfuzlu universitetlərinin diplomları tanındığı halda onun diplomunun tanınmaması düzgün deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya dair etirazında qeyd edilmişdir ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Belə ki, agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.3-cü mаddəsinə əsаsən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. İnzibаti-Prоsеssuаl Məcəlləsinin 34.1-cü mаddəsinə əsаsən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında cavabdehin nümayəndəsi S.Əhmədzadə iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi H.Osmanov iddia tələbi ilə bağlı verdiyi izahatında bildirmişdir ki, iddiaçı Fövqəladə Hallar Nazirliyi tərəfindən təhsil haqqı ödənilmək və hərbi qeydiyyatdan çıxarılmaqla Belorus Respublikası FHN Mülki Müdafiə Universitetində əyani təhsil almaq üçün göndərilmiş və təhsilini 2017-2018-ci tədris illində bakalavriat səviyyəsində “fövqəladə halların xəbərdar edilməsi və qarşısının alınması” ixtisası üzrə başa vurmuşdur. Hal-hazırda nazirliyin dövlət Yangın Nəzarəti Xidmətində xidmət edir. Xaricdə təhsil almaq üçün iddiaçının təhsil haqqı, gediş və gəliş pulları Fövqəladə Hallar Nazirliyi tərəfindən ödənilmişdir. İddianın təmin edilməsinə etirazı yoxdur, məhkəmənin mülahizəsinə buraxır, Məhkəmə iddiaçının, cavabdehin və 3-cü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin surətini, “xxxx” MTK-nın arayışını, Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya idarəsinin 21.10.2019-cu il tarixli imtina məktubunu, Belorus Respublikasının Ali Təhsil haqqında Belorus Respublikasının FHN “Komanda mühəndislik İnstitutunun Dİ ******* saylı bakalavr diplomunu, 13.03.2019-cu il tarixli apostilin surətini Belarusiya Respublikasının FHN “Mülki Müdafiə Universiteti”nin diploma əlavəsini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 28 dekabr 2018-ci il tarixli arayışını məhkəməyə təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Belarusiya Respublikasının FHN Mülki Müdafiə Universitetində təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplomu verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyil. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6.1-ci maddəsində də razılığa gələn tərəfə belə bir səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının təhsil aldığı Belorus Respublikası FHN Mülki Müdafiə Universitetində tədris dili rus dili olduğundan, müvafiq ekspert rəyi verilməsi üçün iddiaçı ilə müsahibə rus dilində aparılmışdır. Cavabdehin etiraza əlavə etdiyi DVD video çəkilişindən məhkəmə müəyyən etdi ki, iddiaçının rus dilini bilmə səviyyəsi onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına alınmasına əsas verir. Belə olan halda cavabdeh tərəfindən diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin iddiaçıya verilməsindən imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı 3cü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə “Belarus Respublikasının FHN “Mülki Müdafiə Universiteti” tərəfindən onun adına verilmiş fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə seriya Dİ ******* nömrəli, 23 iyun 2018-ci il tarixli ali təhsil haqqında mütəxəssis diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,34, 68,69,85,110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “Belarus Respublikasının FHN “Mülki Müdafiə Universiteti” tərəfindən onun adına verilmiş fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ixtisası üzrə seriya Dİ ******* nömrəli, 23 iyun 2018-ci il tarixli ali təhsil haqqında mütəxəssis diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-382/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-382/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver