Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3821/2020 25.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı cavabdehin xx xxxxxx 2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və qanunsuz olaraq hesablanmış 65402.1 manat vergi borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanuni qüvvədə olan məhkəmə qərarlarına baxmayaraq şəxsi hesab vərəqəsinə qanunsuz olaraq 65042.1 manat vergi borcu hesablanmış və ödənilməsi tələb olunmuşdur. Hərçənd ki, bu vergi məbləğləri tamamilə əsassız olmaqla hansı əsasla yaranması onlara məlum deyil. Həmin qanunsuz hesablanmış vergi borcunun silinməsi ilə bağlı cavabdehə etdikləri çoxsaylı şikayətlərə baxmayaraq cavabdeh inzibati orqan qanunsuz hərəkətlərindən əl çəkməmiş və xx xxxxxx 2020-ci il tarixdə qanunsuz hesabladığı borcu silməyəcəyinə dair mövqe nümayiş etdirmişdir. Məhz şirkət olaraq cavabdehin bu qanunsuz mövqeyindən müdafiə üçün məhkəməyə müraciət etməkdən başqa çıxış yolları qalmamışdır. Çünki, məhz bu qanunsuzluqlar nəticəsində Şirkətin rəhbərinin ölkədən gediş-gəlişi belə qanunsuz olaraq məhdudlaşdırılmışdır. Qüvvədə olan qətnamələrlə MMC-nin heç bir vergi borcunun olmadığı açıq aşkardır. Belə ki, “Cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx xxxxxxxx 2016-cı il tarixli, **********66910 saylı “Səyyar vergi yoxlaması aktı”nın, həmin akt əsasında xx xxxxxxx 2016-cı il tarixli, **********051502 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” Qərarının, vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamənin, qərar və tələbnamə ilə müəyyən olunmuş əlavə hesablanmış vergilər üzrə 192254,46 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 100769.66 manat, ümumilikdə 293024.12 manat borcun, eləcə də, xx xxxxxxx 2016-cı il tarixli, **********132100 saylı və xx xxxxxxx 2016-cı il tarixli, **********970500 saylı “Vergilərin hesablanması barədə qərarların və qərarlara əsasən müəyyən edilmiş 169697.34 manat vergi borcunun ləğv edilərək qanunsuz olaraq hesablanmış vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının silinməsi barədə qərarın çıxarılması ilə bağlı tərəflərindən qaldırılmış iddia bütün məhkəmə instansiyalarının qərarları ilə təmin edilmiş və hal-hazırda da, həmin qərar qüvvədədir. Bu iş üzrə sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış və xx.xx.2018-ci il tarixli qərarla vergi orqanının kassasiya şikayəti təmin edilməmişdir. Məhz qeyd olunan hallara hüquqi qiymət verilərsə, o halda hesablanmmış borcun əsassızlığı tam təsdiq olunacaq. Hətta cavabdeh inzibati orqanın özü belə imtinasında həmin borcu əvvəllər sildiklərini amma sonradan bərpa etdiklərini qeyd etməklə öz qanunsuzluqlarını etiraf etmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli, 474- VQ nömrəli Qanununa əsasən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixinə mövcud olan 65042.1 manat faiz borcu silinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2398/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********176234 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş xx.xx.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrar azaldılmışdır. Eyni faiz məbləği iki dəfə azaldıldığı üçün xx.xx.2019-cu il tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş imtina məktubunun surətindən görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Qanununa əsasən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixinə mövcud olan 65042.1 manat faiz borcu silinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2398/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********176234 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş xx.xx.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrar azaldılmışdır. Eyni faiz məbləği iki dəfə azaldıldığı üçün xx.xx.2019-cu il tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. İşdə olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsində baxış keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən vergi orqanı tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində, cavabdehin imtinasında və etirazında qeyd edilən, silinmə, təkrar silinmə və bərpa edilmə əməliyyatları aparılmışdır. Beləliklə işin halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Qanununa əsasən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixinə mövcud olan 65042.1 manat faiz borcu silinmişdir. Sonra iddiaçının iddia ərizəsində istinad etdiyi, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2398/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********176234 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş xx.xx.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrar azaldılmışdır. Eyni faiz məbləği iki dəfə azaldıldığı üçün xx.xx.2019-cu il tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qanunsuz qərar, sərəncam va ya digər növ hakimiyyət tədbiri, eləcə də, hər hansı bir qanunsuz hərəkət (və ya hərəkətsizlik) edilməsi və bunun nəticəsində əsassız olaraq əlavə borc məbləğinin hesablanması halı öz təsdiqini tapmadığından, cavabdehin imtinada və iddiaya qarşı etirazda göstərdiyi hallar şəxsi hesab vərəqəsi ilə təsdiqləndiyindən, bununla da, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12-ci maddəsinə əsasən Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3821/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3821/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver