Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3821/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək övladı X1 Əhədzadə-dən Əhədova-ya dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X8 incəsənətin “rəsm və fortepiano” sahələri ilə məşğul olur. Qızının və valideynlərinin arzusu odur ki, beynəlxalq müsabiqələrdə X8 dövləti və milləti layiqli təmsil etsin. Lakin, X2 sonluğunun “zadə” ilə olması onlara viza və bilet alarkən müxtəlif çətinliklərlə qarşı-qarşıya qoyur. Belə ki, xarici pasportda soyadı Ahadzade qeyd olunub, həmçinin biletdə də Ahadzade yazılır, vizada isə Ahadzada olaraq qeyd olunur və bu fərq onları müxtəlif çətinliklərlə üzləşdirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 3724-05/13 nömrəli iddiaya yazılı etirazında bildirilmişdir ki, Cavabdeh, iddiaçı Aqşin Nadir oğlunun Bakı şəhər Cavabdehnə qarşı “X1 Əhədzadə-dən Əhədova-ya dəyişdirilməsi” tələbinə etiraz edir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən,vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Yuxarıdakıları nəzərə alaraq, X1 Əhədzadə-dən Əhədovaya dəyişdirilməsinə dair kifayət qədər əsas olmadığına görə iddiasını təmin etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1983-cü il təvəllüdlü X9 Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 148, 15B ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ–T 006871 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X9 xx.xx.2011-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1357 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhədov, arvada Əhədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ 519858 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X7r. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.2015-ci il təvəllüdlü X8 Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 148, 15B ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İV 568931 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası X7r. İş materiallarına əlavə edilmiş X6 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2015-ci il təvəllüdlü X1 sonluğunun dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 Saylı Bakı Şəhəri “Asan Xidmət” X4 xx.xx.2022-ci il tarixli, 316-5/8-1xx-xx/2023 nömrəli məktubu ilə göndərilmiş ********* nömrəli xx.xx.2015-ci il tarixli doğum haqqında akt qeydinin surətindən görünür ki: - X8 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, anası xx.xx.1983-cü il təvəllüdlü X7r. Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 3366-05/15 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. X5 doğumu haqqında akt qeydində soyadının Əhədzadə-dən Əhədova-ya dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənizin şöbəmiz tərəfindən təmin edilməsi mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəməyə müraciət etməyiniz xahiş olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı yetkinlik yaşına çatamayan qızı xx.xx.2015ci il təvəllüdlü X2 sonluğunun “zadə”dən “ova”ya dəyişdirilməsi ilə bağlı qeydiyyat orqanına müraciət etmiş, cavabdeh orqan doğum haqqında akt qeydində soyadın Əhədzadə-dən Əhədova-ya dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmamasını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. -53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. -53.3-cü maddəsinə görə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -5.1-ci bəndinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. -5.4-cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. -5.5-ci bəndinə əsasən ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir. -5.6-cı bəndinə görə akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluğa 3 iş günü müddətində göndərilir. -5.10-cu bəndinə əsasən Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Sadalanan normalardan görünür ki, yetkinlik yaşına çatmayanların doğum haqqında ak qeydlərində soyad sonluqlarının dəyişdirilməsi valideynlərin ərizəsi əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Qanunverici ad, soyad və ata adının dəyişdirilməsinə yol verilməməsi ilə bağlı halları Qaydaların müvafiq olaraq 6.3 və 6.5-ci bəndləri ilə tənzimləsə də, Qaydaların 5-ci bəndində soyad sonluğunun dəyişdirilməsini birbaşa qadağanedici normalar nəzərdə tutulmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 2 fevral 1993-cü il tarixli 495 nömrəli Qərarında da Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarının “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilməsi qeyd edilmiş, başqa sözlə, soyad sonluğunun mütləq qaydada “-zadə” kimi müəyyən edilməsi barədə imperativ tələb və ya məhdudiyyət qoyulmamışdır. Hazırkı iş üzrə iddiaçının övladının dəyişdirilməsini istədiyi soyadı Əhədova soyadı ilə hazırkı soyadı “Əhədzadə” soyadları eyniköklü “Əhəd” olmaqla yalnız bir-birindən sonluqlarına görə fərqlənirlər. X5 valideynlərinin hər ikisinin soyadı “Əhədov(ova)”dır. Bundan əlavə valideynlərin birgə nikahdan olan digər azyaşlı övladları xx.xx.2021-ci il təvəllüdlü X3 da valideynlərinin soyadına uyğun sonluqla bitir. Hazırkı halda iddiaçı M.Əhədzadənin soyad sonluğunun dəyişdirilməsini sənədləşmə işlərində yaranmış çətinliklə əlaqələndirir. Bundan əlavə M.Əhədazdənin anası X6 da övladının soyad sonluğunun dəyişdirilməsinə notarial qaydada razılığı da mövcuddur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X5 doğum haqqında akt qeydində soyad sonluğunun dəyişdirilərək “Əhədova” kimi qeyd edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X5 doğum haqqında akt qeydində soyad sonluğunun dəyişdirilərək “Əhədova” kimi qeyd edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3821/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3821/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver