Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3823/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, tərcüməçi X8, İddiaçı, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yaşayış sahəsinin avtomobil təmir sexinə çevrilməsi ilə bağlı aparılmış yenidən qurma işlərinin qanunsuz hesab edilməsi; cavabdehin üzərinə avtomobil təmir sexinin fəaliyyətinin dayandırılması ilə bağlı və həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Nəsimi RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 yenidən qurulmuş avtomobil təmir sexində qanunsuz fəaliyyət göstərməsinin qadağan edilməsi ilə bağlı inzibati aktın (sərəncamın) qəbul edilməsi vəzifəsinin Nəsimi RİH-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin avtomobil təmir sexinə çevrilməsi ilə bağlı aparılmış yenidən qurma işlərinin qanunsuz hesab edilməsi; cavabdehin üzərinə avtomobil təmir sexinin fəaliyyətinin dayandırılması ilə bağlı və həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, arvadı və azyaşlı övladı ilə birlikdə göstərilən ünvanda yaşayır. ünvan 3aşayan qonşusu X11 onların yaşadığı küçə olan Feyzullah Qasımzadə küçəsinə evindən bir qapı açıb və orada avtomobil rənglənmə və təmiri sexi açaraq orada qanunsuz sahibkarlıqla məşğul olmağa başlamış və onun evi ilə həmin sex sadəcə divar ilə ayrılmışdır. Həmin sexin onun evinə çox yaxın olması orada aparılan rənglənmə prosesi zamanı boyaların, kimyəvi həlledicilərin və açetonun qoxusu onun ailəsinin sağlığı üçün çətinliklər yaradır. Əlavə olaraq avtomobil təmiri zamanı elektrik və digər alətlərdən çıxan səs-küç vəziyyəti də onları narahat edir. O, bununla bağlı aidiyyəti orqanlara müraciət etmişdir. Sexin başqa yerə köçürülməsi ilə bağlı Hikmət Fərəcova dəfələrlə müraciət etmiş, lakin heç bir nəticə verməmişdir. Hesab edir ki, Hikmət Fərəcovun qanunsuz fəaliyyəti sanitar texniki normalara cavab vermir və baş verə biləcək hər hansı bir yanğın və partlayış onun ailəsinin sağlamlığına xeyli ziyan vura bilər. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış,məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehə və üçüncü şəxsə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı Nəsimi RİH-yə S- 89/2-159/2 saylı, xx.xx.2022-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək Süleyman Rüstəm küçəsi, 84 saylı ünvanda olan X7 məxsus avtomobil təmiri sexinin qanunsuz fəaliyyətinin dayandırılması barədə müvafiq sərəncam verilməsini xahiş etmişdir. Nəsimi RİH-nin S-89/2-159/2, xx.xx.2022-ci il tarixli məktubu ilə RİH Başçısının 3 saylı SlƏD-ə müraciət müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti üzrə göndərilmişdir. Vətəndaş İddiaçı evdə olmadığından onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək, şikayətinin araşdırılması üçün dəvət olunmuş, o isə işdə olduğunu səbəb göstərərək, gələ bilməyəcəyini bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Natik Fərəcov qardaşı Hikmət Fərəcovun mülkiyyətində olan evin təsərrüfat otağından istifadə edərək, Bakı şəhər Vergilər Departamentinin ********** VÖEN-nə əsasən xx.xx.2012-ci ildən avtomobil təmiri ilə məşgul olur. Natik Fərəcov bildirmişdir ki, qonşusu Viktor mütamadi olaraq ondan müvafiq instansiyalara çoxlu şikayətlər edir və onun şikayətlərindən sonra 3 noyabr 2016-cı ildə Nəsimi Rayon Məhkəməsində və 06 mart 2017-ci ildə Bakı Apellasiya Məhkəməsində araşdırma aparılaraq şikayətinin əsassız olmasına dair qətnamələr qəbul olunmuşdur. X17 fəaliyyəti ilə əlaqədar qonşulara səs-küy və digər narahatçılığa yol verməməsi barədə SİƏD tərəfindən xəbərdarlıq edilmişdir. Bu barədə 15 sentyabr 2022-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməyə müraciət edərək, ünvan 6 ünvanın həyətində cavabdeh X7 məxsus avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 84 saylı evin 4 saylı mənzili X5 mülkiyyətindədir. H.Fərəcovun mülkiyyətində olan həmin ünvanda Bakı şəhər Vergirər Deportamenti tərəfindən X12 (VÖEN**********) mübahisəli avtomobil təmiri təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə xx.xx.2012ci İl tarixdə uçota alınmışdır. Məhkəmədə qeyd edilmişdir ki, iş materiallarına əsasən İddiaçı müraciətləri əsasında Azərbaycan Respublikası Ekologiya və X14 Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti və Azərbaycan Respublikası Ekologiya və X14 Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən keçirilən monitorinqlərdə qeyd olunan avtomobil təmiri obyektinin fəaliyyətində atmosfer havasında zərərli qaz qarışıqlarının yol verilən qatılıq həddinin aşmadı, səs-küyün səviyyəsi və atmosfer havasında zərərli qaz verilən konsentrasiya hədləri normaları daxilində olduğu, atmosfer hava nümunələrində zərərli qaz birləşmələrinin aşkar edilmədiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 8268/2016 saylı, 03 noyabr 2016- cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı “ziyan vuran avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması” tələbinə dair iddiası təmin edilməmişdir. Daha sonra İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2402/2017 saylı, 06 mart 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X11 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 8 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********14 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 9 ünvanı Bakı şəhəri Cavabdeh 586 nömrəli xx.xx.2002-ci il tarixli sərəncamına, Nəsimi Rayon Xalq Deputatları Sovetinin 110/5 nömrəli və 164 nömrəli xx.xx.1990-cı il tarixli qərarlarına, Forma 2 arayışına, razılıq ərizələrinə əsasən xx.xx.2003-cü il tarixdə X5 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 13 saylı notariat kontorunun 4Ə/3-490 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2003-cü il tarixdə X13 adına qeydiyyata alınmışdır. Sonradan Nəsimi Rayon Məhkəməsinin 2-145/05 nömrəli xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və müvafiq reyestr kitabında qeyd aparılmışdır. Məktuba əlavə olunmuş: - Bakı şəhəri Cavabdeh Başçısının 586 №-li xx.xx.2002-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, S.Rüstəmov küçəsi 84 saylı evin 3 otaqlı yaşayış sahəsi 44,0 kv.m olan 4 saylı mənzilinin icarə müqaviləsinin vətəndaş X11 ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi; 13 saylı MKİS-də “vətəndaş H.A.Fərəcov”un adına 8 nəfərə (özü, qızı, oğlu, qardaşı, 2 q/oğlu, q/arvadı, bacısı) şəxsi hesab vərəqəsi açılması; sərəncamın surətinin icra üçün 13 saylı MKİS-ə, məlumat üçün isə vətəndaş H.A.Fərəcova göndərilməsi qərara alınmışdır. - 198400 №-li xx.xx.2003-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X11 ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 111,9 kv.m, yaşayış sahəsi 44,0 kv. m. olan üç otaqlı mənzilini X1. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 165217 №-li qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, S.Rüstəm küçəsi, 84 saylı evin, 44,0 kv. m. yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı, 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X13 adına qeydiyyatdan keçirilmişdir və bu barədə 1262 saylı reyestr kitabında 189469-cu səhifədə 30/19940 № ilə, xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-145/05 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, X21, X7 və qeyrilərinə qarşı qanunsuz zəbt edilmiş mənzilin boşaldılmasına dair iddia ilə və X12 və qeyriləri X15 və qeyrilərinə qarşı əqdin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-145/05 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə X16 X10 və qeyrilərinə qarşı qanunsuz zəbt edilmiş mənzilin boşaldılmasına dair iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, X11 ilə X21 arasında Bakı şəhəri, S.Rüstəmov küçəsindəki 84 saylı evin 4-cü mənzilinin alqı-satqısına dair 30 iyul 2003-cü il tarixdə Bakı şəhəri 13 saylı DNK-da bağlanılaraq 4Ə/3-490 saylı reyestrdə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən mənzilə dair Bakı şəhəri Tİ və MHQİ tərəfindən X13 adına verilmiş 30/19940 saylı 11 sentyabr 2003-cü il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, X4 X13 xeyrinə məzənnə üzrə manatla 22.500 ABŞ dollarının tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 1MK- 2942/05 №-li, xx.xx.2005-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 14 mart 2005-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 6k-1900/2005 №-li, xx.xx.2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın bu iş üzrə 13 may 2005-ci il tarixli qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhər Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 0/355 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş: Bakı şəhər İcra Hakimiyyəti Başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 84 ünvanında yerləşən mənzilə dair X7 verilmiş “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin” texniki pasportunun surətindən müəyyən olunur ki, mənzilin texniki göstəriciləri bölməsində otaqların sayı 3, ümumi sahəsi 111,9 kv.m, yaşayış sahəsi 45,5 kv. m., köməkçi sahəsi 66.4 kv. m. qeyd olunmuşdur. Bakı şəhər Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil- Kommunal İstismarı Sahəsi tərəfindən Nəsimi rayon MKTB-yə ünvanlanmış 150 №-li xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, ev 84, mənzil 4 Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 142622 №-li, xx.xx.2003-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən vətəndaş X5 mülkiyyətindədir. X2 xx.xx.1990-ci ildən həmin mənzidə daimi qeydiyyatda olmaqla yaşayır. Tİ və MHQİ-nin xx.xx.2003-cü il tarixə tərtib olunmuş mənzilin Texniki Pasportlarında göstərilir ki, 19,5 kv. m. olan sahənin girişi həm də Feyzulla Qasımzadə küçəsi tərəfindədir. Bakı şəhər Vergilər Departamenti tərəfindən X12 (VÖEN **********) Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm ev 84 mənzil 4 ünanında yerləşən təsərrüfat subyektinin (obyektinin) adı: Avtomobil təmiri, kodu:**********-14001, Uçota alınma tarixi xx.xx.2012-ci il. 2012-ci ildən bu günə kimi vətəndaş N.A.Fərəcov qeyd olunan ünvanda avtomobil təmiri ilə məşğuldur. Qonşuluqda F.Qasımzadə küçəsi, ev 14, mənzil 3-də yaşayan vətəndaş İddiaçılə uzun müdətdir ki münaqişə şəraitində yaşayırlar. Vətəndaş İddiaçı həmin avtomobil təmir obyektinin bağlanması üçün bir çox aidiyyəti orqanlara, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər etmiş, lakin etdiyi şikayətlər təsdiqini tapmamışdır. Sonradan obyektin bağlanması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən vətəndaş S.V.İvanoviçin iddiası rədd edilmiş, təmin edilməmişdir. Bundan sonra vətəndaş S.V.İvanoviç apellyasiya şikayəti vermiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8268/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 84 ünvanının həyətində cavabdeh X7 məxsus avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8268/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı “ziyan vuran avtomobil təmri sexinin fəaliyyətinin dayandırılması”na dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2402/2017-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2016cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. İPM-nin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.4 və 2.3cü bəndlərinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını...qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını...yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qaışı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Belə ki, iddiaçının iddia ərzisəində göstərdiyi tələblər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid edilməmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyu zəruri hesab edir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırki halda İddiaçı tərəfindən verilmiş iddia üzrə tələb inzibati məhkəmə icraatı qaydasında baxılmalı işlərə aid olmadığından və İPM-nin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, ona göstəriləcək hüquqi yardım nəticəsində də mümkünlük şərtləri ödənilməyəcəyindən, məhkəmə tərəfindən sonuncuya qeyd olunan maddədə sadalananqaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsi, yanlış iddia növünün münasibi ilə əvəz olunması təklif olunmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yaşayış sahəsinin avtomobil təmir sexinə çevrilməsi ilə bağlı aparılmış yenidən qurma işlərinin qanunsuz hesab edilməsi; cavabdehin üzərinə avtomobil təmir sexinin fəaliyyətinin dayandırılması ilə bağlı və həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3823/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3823/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver