Məhkəmə qərarları › İş №2-1(112)-3824/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3824/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3824/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 yanvar 2021-ci il tarixli, **********202800 saylı qərarının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 18 oktyabr 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış və vergi orqanı tərəfindən ********* saylı VÖEN təqdim edilmişdir. Vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmişdir. Sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi 13.10.2020-ci il (AVİS qeydiyyatı: 13.10.2020-ci il tarixli, **********670000 nömrəli və 14.10.2020-ci il tarixli **********916000 nömrəli) inzibati şikayətlərinin araşdırılmasının nəticəsi aşağıdakılardır. “ELFRUİT" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.08.2020-ci il tarixli **********3812 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən 19.08.2020-ci il tarixdə operativ vergi nəzarətinin keçirildiyi, 617.717,0 manat məbləğində malların elektron qaiməfaktura əsasında təqdim edilməməsinə görə 19.08.2020-ci il tarixli, DVX seriyalı, 001095 nömrəli aktın tərtib edildiyi, tərtib edilmiş akt əsasında Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 61.771,7 manat maliyyə sanksiyasının hesablandığını, məsuliyyətə cəlb edilməsi haqqında qərar ilə razı olmadıqları bildirilərək, tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi xahiş edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” 18.08.2020-ci il tarixli **********3812 saylı Qərar qəbul etmişdir. Bu məqsədlə iddaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, 1-ci Mədən küçəsi, ev 72 ünvanda yerləşən anbarda 19.08.2020-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirmişdir. Operativ vergi nəzarəti malların elektron qaimə-faktura əsasında təqdim edilməməsi faktını iddia edərək, 19.08.2020-ci il tarixli, DVX seriyalı, 001095 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, həmin akt iddiaçı tərəfindən imzalanmamışdır. Göstərilən aktın icrası məqsədi ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.10.2020-ci il tarixli **********8499 nömrəli Qərarı əsasında Cəmiyyət barəsində 61.771,7 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Qərardan narazı qalan iddaçı 13 Oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət təqdim etmişdir. Dövlət Vergi Xidmətinin 06 yanvar 2021-ci il tarixli, **********202800 saylı qərarı ilə Bakı Lokal Baş İdarəsinin 08.10.2020-ci il tarixli, **********8499 qərarı dəyişlik etmədən qüvvədə saxlanmışdır. Şikayət instansiyası inzibati araşdırma vaxtı ilə sübutların təqdim edilməsi barədə iddiçı ilə əlaqə saxlamış və vergi orqanının tələb etdiyi sübutlar vaxtında təqdim edilmişdir. “İnzibatı İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Lakin, vergi orqanı göstərilən dəlillərin həqiqətə uyğun olmadığını sübut etməmiş və ona görə də, göstərilən sənədlər mötəbər hesab edilməlidir. Halbuki, Qanunun 45.2.1-ci maddəsinə əsasən sənədlər inzibati icraatda sübutlar hesab edilir. Lakin, şikayət instansiyası mübahisəli inzibati aktı qəbul edərkən göstərlən sübutlara hüquqi qiymət verməmişdir. Qanunun 47.1 -ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Lakin, şikayət instansiyası təqdim edilmiş sübutlara qiymət verməmişdir. Mübahisəli inzibati aktda yalnız Vergi Məcəlləsinin 58.13-cü maddəsinə itinad edilmiş və opartiv vergi yoxlamasın nəticəsində yoxlayıcının qərar qəbul ediməsi üçün sübutlar barədə Lokal Gəlirlər Baş İdarəsinin qərarında da, Vergi Məcəlləsinin 58.13 maddəsinin tələbinin pozulması barədə hər-hansı sübutun mövcud olması göstərilməmişdir. Həmçinin vergi orqanın tələbi ilə malların maxadil, satış və qalığı hərəkətini göstərən sübut vergi orqanına təqdim edilmiş və vergi orqanı həmin sübuta qiymət verməmişdir. İddiaçının yanız bir təsərrüfat sübyekti mövcuddur. Göstərilən təsərrüfat subyekti anbar kimi 24.04.2020-ci il tarixdə vergi orqanında qeydiyyatdan keçmiş və vergi orqanı tərəfindən **********- 10001 saylı kod verilmişdir. Malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməklə digər təsərrüfat subyektinə verilməsi üçün digər təsərufat sübyekti mövcud olmalıdır. Vergi orqanı göstərilən faktı araşdırmadan həmin haldan istifadə etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-cı maddəsinə əsasən malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız-bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaiməfaktura və ya elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti pərakəndə satışdır. Göstərilən obyektdə pərəkəndə satış keçirilməsi barədə vergi orqanının razılığı mövcuddur. Beləki obyekt pərəkəndə satış məqsədi ilə vergi orqanında qeydiyata alınmış və həmin obyektdə qoyulmuş kassa aparatı vergi orqanında qeydiyyata alınmışdır. Mallar pərəkəndə satış qaydasında təqdim edilmişvə elektron qaimə təqdim edilməsi üçün sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura təqdim edilməmiş, həmçinin vergi orqanı göstərilən halı aşkar etməmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə- faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məcəllənin 58.13-cü maddəsinin aşağıda göstərilən 2 halı mövcud olduqda tətbiq edilir. Elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi fakt mövcud olduqda, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsi faktının mövcud olması. Oparativ vergi nəticəsində çeki sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməməsi faktı aşkar etməmişdir. Elektron-qaimə faktura təqdim etməli olduğu vergi ödəyicilərini müəyyən etməmişdir. Həmçinin, iddaçının yalnız bir ədəd təsərufat subyekti mövcuddur, nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilməsi o halda tətbiq etmək münküıı olan hal hesab etmək olardı vergi ödəyicisinin bir necə təsərrüfat subyekti mövcud olsun, mal istehlakçıya çatdırmaq üçün digər təsərrüfat sübyektinə nəqliyyat vasitəsinə çatdırıma zərurəti mövcud olun. Halbuki, "İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Parakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Presdentinin 19 aprel 2017-ci il tarixli 1341 saylı Fərmanının 3.5-ci maddəsinə əsasən Parakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Parakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Göstərlən hal operativ vergi nəticısində sübut olunmamışdır. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır.Həmin maddənin tələbinə əsasən 14 operativ nəzarət tədbiri müəyyən edilmişdir. Məcəllənin 50.1.13-ci maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi operativ nəzərət formasıdır. Məcəllənin 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Bu hal bir daha sübut edir ki. Məcəllənin 58.13-cii maddəsinin tələbi oparativ vergi nəzarəti təbdirinə daxil deyil. Həmçinin operativ vergi yoxlaması keçirilməsi üçün əsaslar Məcəllənin 50.2-ci maddəsində göstərilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Azərbaycan Respublikası Konsitutsiayasının 156-cı maddəsinin V bəndinə əsasən Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır. X15 Haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.10-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi qanunun analogiyasıdır. Yuxarıda göstərlənlərə əsasən Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş təqdim edilmiş mallara görə elektron-qaimə tətbiq edilməsinə görə maliyyə saksiyası tətbiq etmək səlahiyyəti malik olmamasına baxmayaq maların alış qaydalarını tənzimləyən normaları tətbiq etməklə Məcəllənin 58.8-ci maddəsinin tələbi kimi tətbiq etməklə qanunun alaologiyasım tətbiq etmişdir. Halbuki, Konsitutsiya Qanunun 13.5-ci maddəsinin tələbinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göstərlənlərə əsasən vergi orqanı Vergi Məcəlləsinin tələbinə əməl etməklə bərabər Azərbaycan Respublikası Konsitutsiyasının tələbininə də əməl etməmişdir. Vergi Məcəlləsinin 50.6-ci maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Mübahisəli inzibati akt Məcəllənin 49.2-ci maddəsinin tələblərinin pozulması ilə hazırlanmışdır. Beləki Maddənin tələbinə əsasən nə yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, nə vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələr nə də vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunmamışdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Mubahisəli inzibati aktda vergi ödəyicisinin vergi qanunvericliyinin pozulması barədə vergi orqanı heç bir sübuta malik olmadığı və operativ vergi nəzarətinin səlahiyyətinə aid olmayan Vergi Məcəlləsinin 58.13-cü maddəsində istifadə etmiş Bakı Lokal Baş İdarəsinin qərarının qanun pozuntusu ilə hazırlandığı üçün Dövlət Vergi Xidməti Bakı Lokal Gəlirlər Departametinin göstərilən qərarını “İnzibati icraat haqqında” Qanunun 80.1.2-ci maddəsinə inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt etməli olduğu halda Qanunun 80.1.1-ci maddəsinə istinad etməklə inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlamışdır. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Ona görə də, Həmin Məcəllənin 49.2-ci maddəsinin tələbinin pozulmasına görə mübahisəli inzibatı akt Məcəllənin 49.5-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Mübahisəli inzibati akt elektron qaydada 07 yanvar 2021-ci il tarixdə təqdim edilmişdir. Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra iddiaçıya verilmiş sayılır. Ona görə də, mühaisəli inzibatı aktın iddaçıya təqdim edilməsi üçün tələb olan 3 gün müddətin axımı 08.01.2021 tarixdə başlayıb və 12.01.2021 tarixdə bitmişdir. Məhkəməyə müraciət etmək müddəti 13.01.2021 tarixi başlayıb, 11.02.2021 tarixdə qurtarmalıdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olmaqla, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3-cü şəxs qismində cəlb edilməsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 08.10.2020-ci il tarixli, **********8499 saylı qərarının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh iddia ərizəsində qeyd edilənlərə, İnzibati Prosessual Məcəllənin 1.2-ci, 47-48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən işin mahiyyəti ilə bağlı bildirmişdir ki, cavabdehin 18.08.2020-ci il tarixli, **********3812 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Mədən 1-ci 72N ünvanında yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 617717,00 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, 19.08.2020-ci il tarixli DVX seriyalı 001095 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan imtina etmişdir. Yuxarıda göstərilən akt əsasında Baş idarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.10.2020-ci il tarixli **********8499 nömrəli Qərarı ilə iddiaçı barəsində 61771,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. Həmin Məcəllənin 13.2.63-ci maddəsinə əsasən topdansatış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. Nəzərə çatdırırlar ki, elektron qaimə-faktura verilmədən təqdim edilmiş malların ümumi dəyəri X13 vurulmuş məbləğlər əsasında müəyyən edilmişdir (siyahı əlavə olunur). Həmin siyahıya nəzər yetirdikdə iddiaçı tərəfindən pərakəndə qaydada satılmış malların dəyərinin nə dərəcədə yüksək olduğu aydın görünür. Bu isə öz növbəsində həmin malların satışının (təqdim edilməsinin) məhz alıcının (alıcıların) sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyinin göstəricisidir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, Baş İdarə aşağıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi ilə razılaşmır və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İddiaçı dəqiqləşdirilmiş iddia ərizəsində bildirir ki, fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Məhkəmənin nəzərinə çatdırırlar ki, sübutların mötəbər hesab edilməsi həmin sübutların hər hansı faktın mövcud olub-olmamasını təsdiq etdiyi mənasını daşımır. “İnzibati icraata haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Daha sonra iddiaçı, yalnız bir təsərrüfat subyektinin mövcud olmasını əsas gətirərək, cavabdeh tərəfindən qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir. Nəzərə çatdırırlar ki, cavabdeh tərəfindən qəbul edilmiş 08.10.2020-ci il tarixli, **********8499 nömrəli qərar malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməklə digər təsərrüfat subyektinə verilməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının təqdim edilməməsinə görə deyil, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə qəbul edilmişdir. İddiaçının əsas fəaliyyət növü ixtisaslaşdırılmış topdansatışdır. İnzibati araşdırma zamanı iddiaçının 2020-ci il ərzində 3.117.390,0 manat gömrük dəyəri ilə meyvə idxal etdiyi, həmin dövr ərzində elektron qaimə-faktura əsasında mal təqdim etmədiyi və mal satışının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Elektron qaimə-faktura verilmədən təqdim edilmiş malların ümumi dəyəri X13 vurulmuş məbləğlər əsasında müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə iddiaçı tərəfindən pərakəndə qaydada satılmış malların dəyərinin nə dərəcədə yüksək olduğu aydın görünür. Bu isə öz növbəsində həmin malların satışının (təqdim edilməsinin) məhz alıcının (alıcıların) sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyinin göstəricisidir. Bundan əlavə, iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsində də, (2-ci səhifə, sonuncu abzas) malların sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə təqdim etdiyini etiraf edir. Daha sonra, iddiaçı iddia tələbini onunla əsaslandırır ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllədə nəzərdə tutulmuş operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərə daxil deyil. Nəzərinizə çatdırırlar ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərdən biridir. Bundan əlavə bildirirlər ki, mübahisələndirilən qərar iddiaçının bildirdiyi kimi qanunun analogiyasının tətbiq edilməsi yolu ilə deyil, məhz Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edərək, qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərar qüvvədə olan qanunvericiliyə tam uyğundur. Əlavə olaraq qeyd edirlər ki, iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsində qərarın qanunsuz hesab edilməsinin əsası kimi yalnız mövcud olmayan prosessual pozuntulara istinad edərək, işin mahiyyəti ilə bağlı hər hansı dəlil və sübut irəli sürmür. Bu da, öz növbəsində mübahisələndirilən qərarın tam qanuni və əsaslı olduğunu bir daha təsdiq edir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza və etiraza əlavəyə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 12.08.2020-ci il tarixli, Y201466712 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi İddiaçı MMC-də 18.08.2020-16.09.2020-ci il tarixləri arasında operativ vergi nəzarəti yoxlaması təyin edilmiş, yoxlamanın predmeti malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturarının tərtib edilməsinə nəzarət edilməsi olmuş, yoxlamanın təyin edilməsi üçün əsas Vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi göstərilmiş, yoxlayıcı şəxslər X11 (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarətinin təşkili və təhlili şöbəsinin dövlət vergi müfəttişi) və X5 (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ Vergi Nəzarəti İdarəsinin 2-ci şöbəsinin baş dövlət vergi müfəttişi) göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.08.2020-ci il tarixli, **********3812 nömrəli, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarından görünür ki, İddiaçı MMC-yə məxsus obyektdə, ünvan – AZ1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Mədən 1-ci (Binəqədi) 72 N, obyektin adı – anbar (**********-10001), fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edimədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yükləməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi (ləri) üzrə 18.08.2020-ci il tarixdən 16.09.2020-ci il tarixədək (16.09.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin vergi ximdəti müşaviri X3, vergi xidməti müşaviri X14 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 18.08.2020-ci il tarixli, **********3870 nömrəli "xxxx"-dən görünür ki, MMC-yə bildirilmişdir ki, MMC-də operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq, aşağıdakı zəruri sənədlərin təqim edilməsi tələb edilmişdir: yoxlamanın predmetinə aid olan ilkin mühasibat sənədləri, o cümlədən müqavilələr, elektron qaimə fakturaları, dövriyyə cədvəlləri, baş kitablar, bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, müəssisənin obyekti və təsərrüfat subyektləri barədə sənədlər və vergilərin hesablanması üçün zəruri olan digər mühasibat-maliyyə sənəldərinin təsdiq edilmiş surətləri və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar. Sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə AZ1029, ünvan 4 ünvanında təqdim olunmalıdır. Operativ vergi nəzarətinin keçirilməsi zamanı sənədlərin təqdim edilməsindən imtina edilməsindən imtina edilməsi və ya bu tələbnamə ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surəltəri təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372,377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədlərin göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İşdə olan “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malalrın təsərrüfat sunyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsəsləsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 19.08.2020-ci il tarixli, DVX seriyalı, 001095 nömrəli aktın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.08.2020-ci il tarixli, **********3812 nömrəli qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Baş Dövlət Vergi Müfəttişi, vergi xidməti müşaviri X3 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Baş Dövlət Vergi X2 tərəfindən malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət məsələsi üzrə İddiaçı MMC-yə məxsus ünvan 5 ünvanında yerləşən anbara direktor X4 iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə operativ vergi nəzarətinin keçirilməsi zamanı Binəqədi rayonu, Binəqədi ŞTQ, 1-ci mədən, 72 N ünvanında yerləşən, İddiaçı MMC-yə məxsus obyektdə (anbarda) 13.05.2020-30.05.2020-ci il tarixlərdə NKA-na 61771.70 manat vurulması, Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsini 16.1.3-cü, 71ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsini 58.13-cü maddəsinə əsasən 61771.70 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Təqdim edilmiş malların elektron qaimə-faktura və topdan satılması əsasında həyata keçirilməsi (satılması) tövsiyyə olunmuşdur. Akt vergi ödəyicisi tərəfindən imzalanmamış və bir nüsxəsi qəbul edilməmişdir. İşdə olan 19.08.2020-ci il tarixli, DVX seriyalı, 000241 nömrəli “Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim ediməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların Siyahısı”-dan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Baş Dövlət Vergi Müfəttişi, vergi xidməti müşaviri X3 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Baş Dövlət Vergi X2 tərəfindən İddiaçı MMC-yə məxsus ünvan 7 ünvanda yerləşən anbarda mal və digər sərvətlər aşkar olunmamışdır. İşdə olan İddiaçı MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış izahatdan görünür ki, 18.08.2020-ci il tarixli qərarla tələb olunanlarla əlaqədar bildirmişlər ki, Vergi orqanlarında 04.05.2020-ci il tarixində qeydiyata alınmasına baxmayaraq, servis tərəfindən 06.05.2020-ci il tarixində müəssisəyə aid anbara yeni nəsil kassa aparatı gətirilmişdir və istifadə etmə qaydalarını bilmədikləri üçün 13.05.2020-ci il tarixədək istifadə edilməmişdir. Servis tərəfinədn NKA-nı istifadə etmək üçün obyektə nümayəndə gəlmiş , istfadə qaydalarını onlara izah etmiş (göstərmiş) və yalnız bundan sonra NKA-nın istifadəsinə başlanılmışdır. Aprel ayında başlayan karantinlə əlaqədar yeni nəsil kassa aparatının quraşdırılmasına çətinliklər yaranmışdır və bu çətinliklər dövründə olan nağd satış məbləğləri kassa aparatı quraşdırıldıqdan sonrakı günlərdə hissə-hissə kassa aparatına daxil edilmişdir. MMC yalnız subtropik məhsullarının (banan, portağal, limon) idxalı fəaliyyəti ilə məşğul olur. Daxili bazardan mal alışı yoxdur, sənədsiz mal anbarda yoxdur. Kassa aparatına edilən mədaxillər aşağıdakı kimi olmuşdur: 13.05.2020 – 58480.0 manat, 14.05.2020-82479.0 manat, 15.05.2020 – 61850.0 manat, 16.05.2020 – 35520.0 manat, 17.05.2020 – 49536.0 manat, 18.05.2020 – 43360.0 manat, 19.05.2020 – 40640.0 manat, 20.05.2020 – 27072.0 manat, 21.05.2020 – 18912.0 manat, 22.05.2020- 13824.0 manat, 23.05.2020 – 25344.0 manat, 24.05.2020 – 12800.0 manat, 26.05.2020 – 17056.0 manat, 27.05.2020 – 59456.0 manat, 28.05.2020 – 40028.0 manat, 29.05.2020 – 18912.0 manat, 30.05.2020 – 12448.0 manat. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 08.10.2020-ci il tarixli, **********499 nömrəli “Vergi ödəyicisini vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarə rəisinin 1-ci müavini, vergi xidməti müşaviri X10 tərəfindən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında, 19.08.2020-ci il tarixli, 001095 nömrəli akta, eləcə də, Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə baxıb müəyyən edilmişdir ki, Azərbayan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malalrın elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsini 58.13-cü maddəsinə əsasən 61771.70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, 17.10.2020-ci il tarixədək 61771.70 manat məbləğin büdcəyə ödənilməsini təmin etsin. İşdə olan “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********8500 nömrəli tələbnamədən görünür ki, İddiaçı MMC-yə bildirilmişdir ki, büdcəyə ödənilməli oan 61771.70 manat vəsait 17.10.2020-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməlidir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə ünvanlanmış 13.10.2020-ci il tarixli inzibati şikayəti 13.10.2020-ci il tarixdə qeydiyyata alınmış və bu barədə MMC-yə həmin tarixli müvafiq bildiriş göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “İnzibati şikayətin təmin edilməməsi haqqında” 06 yanvar 2021-ci il tarixli, **********202800 nömrəli qərardan görünür ki, inzibati şikayətin araşdırılması zamanı Cəmiyyətin əsas fəaliyyət növünün ixtisaslaşdırılmamış topdansatış olduğu, meyvə (banan, portağal, limon) idxal edərək, satışı ilə məşğul olduğu, 2020-ci il ərzində 3.117.390,0 manat gömrük dəyəri ilə meyvə idxal etdiyi, həmin dövr ərzində elektron qaimə-faktura əsasında mal təqdim etmədiyi və mal satışının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirdiyi, 2020-ci ilin 11 ayı üzrə ƏDV bəyannamələrinə əsasən təqdim edilmiş malların dəyərinin 3.028.618,3 manat (ƏDV-li) olduğu,Cəmiyyət tərəfindən satılmış malların son istehlak məqsədi daşımadığı müəyyən edilmişdir. Vergi ödəyicisinin şikayətinə və dəlillərinə baxılmış, inzibati araşdırma üzrə toplanmış materiallar (sənədlər) öyrənilərək belə nəticəyə gəlinmişdir ki, Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 12 ünvanda yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsinə görə tərtib olunmuş 19.08.2020-ci il tarixli, DVX seriyalı, 001095 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt etibarlı hesab edilməli və bu akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.10.2020-ci il tarixli, **********8499 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı və vergi ödəyicisinin şikayəti təmin edilməməlidir. Belə ki, Cəmiyyət tərəfindən vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.10.2020-ci il tarixli, **********8499 nömrəli Qərarının ləğv olunması və satdığı malların son istehlak məqsədi daşıması ilə əlaqədar araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilən konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir. Göstərilənlər nəzərə alınaraq, İddiaçı MMC-nin operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi 13.10.2020-ci il tarixli şikayətləri təmin edilməmiş, 19.08.2020-ci il tarixli, DVX seriyalı, 001095 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.10.2020-ci il tarixli, **********8499 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş **********1 nömrəli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışdan görünür ki, həmin arayış İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Mədən 1-ci (Binəqədi), ev 72 N ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş hüquqi şəxs haqqında ümumi məlumatdan görünür ki, İddiaçı MMC-nin əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış, obyekti – AZ1053, ünvan 11 ünvanında yerləşən anbardır. İşdə olan Azərbaycan Respublikası Vergiər Nazirliyi tərəfindən verilmiş X9 ********** nömrəli qeydiyyat vərəqəsindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş bu qeydiyyat vərəqəsi İddiaçı MMC VÖEN **********, AZ1053, ünvan 11 ünvanda yerləşən **********-10001 kodu olan Anbar təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyini təsdiq edir. NKA-nın markası: Verifone X990, Zavod nömrəsi V1E0012842, NMQ-in zavod nömrəsi: **********4E**********57, NKA-nın uçota alınma tarixi: 05.05.2020,qeydiyyat vərəsəinin verilmə tarixi: 07.05.2020 göstərilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” 18.08.2020-ci il tarixli, **********3812 nömrəli qərarı əsasında Cəmiyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 12 ünvanda yerləşən anbarda 19.08.2020-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının nümayəndələri tərəfindən malların elektron qaimə-faktura əsasında təqdim edilməməsi faktının aşkar edilməsi nəticəsində, 19.08.2020-ci il tarixli DVX seriyalı 001095 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilin, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmamış və bir nüsxəsi qəbul edilməmiş, “Operativ vergi nəzarəinin həyata keçirilməsi haqqında” Qərar, “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış” və “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim oluması haqqında” Tələbnamə ilə tanış olunmuş və həmin sənədlər imzalanmışdır. Tərtib edilmiş akt əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericilinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.10.2020-ci il tarixi, **********8499 nömrəli Qərarı əsasında iddiaçı barəsində 61.771.1 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin 08.10.2020-ci il tarixli, **********556300 nömrəli məktubu ilə Cəmiyyətin dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. İddiaçı tərəfindən 13.10.2020-ci il tarixdə sözügedən qərardan və ümumiyyətlə operativ vergi nəzarəti yoxlamasından inzibati qaydada şikayət verilmiş, inzibati şikayət üzrə müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə Cəmiyyətin direktoru N.Ağayevin izahatı alınmış, N.Ağayev araşdırmaya təqdim etdiyi izahatında bildirmişdir ki, Cəmiyyətin fəaliyyəti Vergi Məcəlləsinin tələblərinə uyğun aparılır, müəssisə 28.04.2020-ci il tarixdən mal idxalına başlamış, həmin malı satmaq üçün 2020-ci ilin aprel ayında online nəzarət-kassa aparatı sifariş edilmiş, idxal olunan mallar meyvə olduğundan təcili satış təşkil etmək lazım olduğu üçün, onlayn nəzarət-kassa aparatı üzrə servis mövcud vəziyyətlə əlaqədar qeyri-stabil çalışdığından avadanlığın quraşdırılması gecikmiş, bu zaman aralığında pərakəndə formada satılmış malların pulunun tərəflərindən toplanaraq bank hesabına mədaxil edilmişdir. Onlayn nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra həmin məbləğlər toplam olaraq may ayında kassada qeydə alınmış, cəmiyyətin əsas fəaliyyət növü topdan satış olmuş, tərəflərindən heç bir hüquqi şəxsə mal satmamışlar, bu səbəbdən də, elektron-qaimə faktura təqdim etməmişlər. Malları pərakəndə qaydada onlayn nəzarət-kassa aparatında çek təqdim etməklə satmışlar, onlayn nəzarət-kassa aparatının bir çek üzrə məbləğinin böyük olmasının pandemiya ilə əlaqədar onlayn nəzarət-kassa aparatının gec quraşdırılması səbəbindən ayrı-ayrı satış əməliyyatlarının toplanaraq may ayında böyük məbləğdə-kassa aparatına daxil edilməsi ilə əlaqədardır. İnzibati şikayətin araşdırılması zamanı vergi orqanı tərəfindən belə bir nəticəyə gəlinmişdir ki, Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 12 ünvanda yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsinə görə tərtib olunmuş 19.08.2020-ci il tarixli, DVX seriyalı, 001095 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt etibarlı hesab edilməli və bu akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.10.2020-ci il tarixli, **********8499 nömrəli Qərar dəyişdirilmədən saxlanılmalı və vergi ödəyicisinin şikayəti təmin edilməməlidir. Hazırki, iddiasında iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin onun barəsində qəbul etdiyi 08.10.2021-ci il tarixli, **********8499 nömrəli qərarının ləğvini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 08.10.2020-ci il tarixli qərarından yuxarı inzibati orqana şikayət vermiş, yuxarı inzibati orqanın inzibati şikayətin təmin edilməməsi barədə 06.01.2021-ci il tarixli qərarından sonra 25.01.2021-ci il tarixdə hazırkı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının vergi orqanının qərarından yuxarı vergi orqanına inzibati şikayət verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın nəticəsini gözlədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı şikayətinə dair vergi orqanının 06.01.2021-ci il tarixli qərarını aldıqdan sonra 25.01.2021-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcələsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarəini keçirmək hüququna malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə, vergi orqanları vergi nəzarətini vergi ödəyicisilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçor və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparılmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmn obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə opearativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şxəslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şxəsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsində qeyd olunmuşdur ki, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC-nin əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olmuş, vergi orqanın razılığı əsasında pərakəndə satışla məşğul olmuş, vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilərkən vergi orqanı Azərbayan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Cavabdeh orqanın əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən 13.05.2020-30.05.2020-ci il tarixlərdə X13 61771.70 manat mədaxil edilməklə, ona məsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olduğu halda, həmin sənəd əsasında təqdim etməmişdir (əsas: “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malalrın təsərrüfat sunyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsəsləsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 19.08.2020-ci il tarixli, DVX seriyalı, 001095 nömrəli akt). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim ediməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərində) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. Məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən X13 13.05.2020-30.05.2020-ci il tarixlərdə 61771.70 manat məbləğində mədaxil edilməsi iddiaçının pərakəndə deyil, topdan satış ticarət fəaliyyətini həyata keçirməsi demək deyildir. Çünki, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydasında əlavə olaraq POSterminalların da istifadəsi nəzərdə tutulur. Yalnız müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Bu zaman isə alıcı məhsulun son istehlakçısı hesab olunduğu üçün pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də, vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Cavabdehin iddiaçının X13 bir əməliyyat çərçivəsində böyük məbləğlər mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə iddiaçıya məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması dəlili əsassızdır. Çünki, vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfinədn bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər biri vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 11.2-ci maddələrinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 oktyabr 2020-ci il tarixli, **********8499 nömrəli Qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar