Məhkəmə qərarları › İş №2-1(112)-3827/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3827/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3827/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı pasport qeydiyyatına alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "Q” yaşayış sahəsindəki 9 saylı evin, 32 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmağı öhdəliyinin cabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Dazili İşlər Nazirliyinin Baş Yanğından mühafizə idarəsində işləmiş və işlədiyi dövr ərzində yaşayış sahəsinə ehtiyacı olduğu üçün iş yeri üzrə mənzil növbəsinə dayanmışdır. Həmin dövrdə onun mənzil şəraiti nəzərə alınaraq növbəlilik əsasında Səbail rayon icra Hakimiyəti Başçısının xx.xx.1993-cü il tarxli 242 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsindəki 9 saylı evin, yaşayış sahəsi 17,96 kv.m olan 1 otaqlı, 32 saylı mənzil (keçmiş 4031 -ci cənub məhəlləsi, ev 9, mənzil 32) orderlə ona verilmişdir. Mənzil oa verildikdən sonra o ailəslə (ərilə) həmin mənzilə köçərək yaşamağa başlamış və sonradan ailədaxili problemlər yarandığından o sözügedən ünvana həmin dövrdə qeydiyyata düşmədən yenidən ata evinə qayıdaraq öz ailə üzvlərilə (atası, anası və diğər yaxınlarıya) yaşamağa başlamışdır. Həyat yoldaşı X3 ilə xx.xx.2009-cu ildə nikahları pozulmuşdur. Hal Hazırda sözügedən mənzilə qeydiyyata alınmaq qərarına gəldiyi üçün müvafiq sənədləri Suraxanı RİP-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi və şöbəsinə təqdim etmişəm. Lakin Suraxanı RİP-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi və şöbəsi ona məxsus mənzilin qeydiyyat vəsiqəsi olmadığını əsas gətirərək xx.xx.2020-ci il tarixli 099-30481Z-128 saylı imtna məktubu vermiş və müraciəti nəticəsiz qalmışdır. Mövcud qanunvericiliyə uyğun olaraq yaşadığı mənzilə yaşayış hüququnun tanınması və yaşayış yeri üzrə qeydiyyata alınmaq məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişir. Məhkəməyə məlum edir ki, ona məxsus mənzilə qeydiyyata alınmağına məhkəmə qaydasında hüquqi qiymət verilməli, o Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "Q” yaşayış sahəsindəki 9 saylı evin, yaşayış sahəsi 17,96 kv.m olan 1 otaqlı, 32 saylı mənzilinə qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmdən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "Q” yaşayış sahəsindəki 9 saylı evin, 32 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmağı öhdəliyinin cabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki Səbail rayon icra Hakimiyəti Başçısının xx.xx.1992-ci il tarxli 242 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsindəki 9 saylı evin, yaşayış sahəsi 17,96 kv.m olan 1 otaqlı, 32 saylı mənzil (keçmiş 4031 -ci cənub məhəlləsi, ev 9, mənzil 32) orderlə iddiaçıya verilmişdir. -Azərbaycan Respublikası DİN DYM və QXİİ-nin sosial inkişaf və maddi texniki təminat komissiyasının 5 nömrəli Protokolundan görünür ki, Azərbaycan Respublikası DİN DYM və QXİİ-nin mənzil növbəsində olan 15 nəfər əməkdaşın siyahısı və güzəştli növbədə olan 4 nəfər əməkdaşın siyahısı təsdiq edilmişdir. -Nikahın pozulması haqqında AZ-İ Ⅶ097918 nömrəli 18 dekabr 2009-cu il tarixli Şəhadətnamədən görünür ki, X3 ilə X4 arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18 dekabr 2009-cu il tarixdə 306 nömrə ilə qeydiyyat aparılmışdır. -Bakı şəhər İcra Hakimiyyət Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 105 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli 34 saylı Arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsindəki 9 saylı evin, 32 saylı mənzili Səbail rayon icra Hakimiyəti Başçısının xx.xx.1992-ci il tarxli sərəncamı əsasında X1 verilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Suraxanı rayonu, 4041 məhəlləsi, B9, M32 ünvanının Səbail rayon icra Hakimiyəti Başçısının xx.xx.1992-ci il tarxli 272 nömrəli sərəncamında göstərələn ünvan 5 ünvanının ünvan 6 ünvanı ilə eynilik təşkil edibetməməsi barədə məlumat sorğu əsasında Suraxanı rayon İcra Hakimiyyətindən, Bakı şəhər İcra Hakimiyyət Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 105 saylı Mənzil-Kommunal İstismarı Sahəsindən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və X2 tələb edilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Məhkəmənin sorğusuna cavab olaraq verilən məktubda ünvan 8 ünvanının dəyişdirildiyi və hazırda Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 9, mənzil 32 kimi adlandırılmışdır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 096-30481Z-1220 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, iddiaçının hal-hazırda yaşadığı suraxanı rayonu, 4031 cənub məhəlləsi B9M32 Daşınmaz Əmlakın dövlət Reyestr Xidməti” tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi olmadığından İddiaçı həmin ünvana qeydiyyata almaq mümkün deyildir. Məhkəmə qeyd edir ki, qeydiyyatın həyata keçirilməsi üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan sənədlərdən hesab edilən Səbail rayon icra Hakimiyəti Başçısının xx.xx.1992-ci il tarxli 242 saylı sərəncamı cavabdeh inzibati orqana, o cümlədən məhkəməyə təqdim olunduğundan, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Göründüyü kimi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi ilə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsindən savayı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi təqdim etməsi tələb olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun bərabərlik prinsipini nəzərdə tutan 12.1, 12.2, 12.3 və 12.4-cü maddələrinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Hazırki iş üzrə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi Səbail rayon icra Hakimiyəti Başçısının xx.xx.1992-ci il tarxli 242 saylı sərəncamını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan əsaslar olduğundan iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "Q” yaşayış sahəsindəki 9 saylı evin, 32 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "Q” yaşayış sahəsindəki 9 saylı evin, 32 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar