Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3828/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qərarın ləğv edilməsi və borc məbləğinin silinməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla iddiaçıya münasibətdə pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilərək, bununla bağlı 2023-cü ilin avqust ayında qəbul etdiyi yeni qərarın və bu qərar əsasında iddiaçıya hesablanmış borc məbləğinin ləğv edilməsi, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla iddiaçıya münasibətdə pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilərək, bununla bağlı 3-17-1/3-7-13354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli yeni qərarın və bu qərar əsasında iddiaçıya hesablanmış borc məbləğinin ləğv edilməsi, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-1998-ci illərdə - Azərbaycan ETMEK və KPl-də mütəxəssis, kiçik elmi işçi, böyük elmi işçi, 1998-2000-cı illərdə 16-cı dərəcə üzrə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2000-2007-ci illərdə 1 nömrəli Yerli İqtisad Məhkəməsinin hakimi, 2007-2020-ci illərdə - Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışmış və xx.xx.2020-ci ildə pensiyaya çıxmışdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi çalışdığı son iki illik dövr üzrə aylıq əmək haqqı məbləği, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə və bu əmək haqqı məbləği əsasında aldığı və məcburi dövlət sosial sığortasına cəlb olunan hakimlik stajının 15 ilinə görə vəzifə maaşının 45% həcmində və elmi dərəcəyə görə 15% əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı və məzuniyyətlə əlaqədar iki aylıq əmək haqqı məbləğində müavinət, eləcə də müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla iddiaçıya xx.xx.2020-ci il tarixindən 4642 manat məbləğində pensiya təyin olunmuşdur.Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamına əsasən pensiya məbləğinə 10% aylıq maddi yardım əlavə olunaraq, 2022-ci il yanvarın 1-dən pensiyası 5106,72 manat məbləğində müəyyən edilmiş və iddiaçı həmin pensiya məbləğini 2022-ci ilin sentyabr ayınadək almışdır.”AR Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 23 iyun 2022-ci il tarixli Qanunlara əsasən 01 iyul 2022-ci il tarixindən apellyasiya məhkəmələri hakimlərinin vəzifə maaşları artırılaraq 2556 (3550 x 90% x 80% = 2556) manat məbləğində müəyyənləşdirilmiş, bu isə vəzifə maaşlarının 43%-dən (2556 : 1782 = 1,4343) çox artması deməkdir. Qanunvericiliyin «əmək haqqındakı sonrakı artımların da nəzərə alınması» normasına əsasən, iddiaçıya təyin olunan 4642 manat pensiya məbləği 43% artım olmaqla 6675,18 manat məbləğində müəyyən olunmalı, Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında pensiya məbləğinə 10% aylıq maddi yardım nəzərə alınaraq pensiyası 7342,7 məbləğini təşkil etməli idi ki, bu da əvvəllər aldığı 5106,72 manat pensiyasının 43 % artması (7342,7 : 5106,72 = 1,43) deməkdir.Lakin əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyənləşən pensiyanı 01 iyul 2022-ci il tarixdən almalı olduğu halda, iddiaçıya iyul-avqust-sentyabr aylarında 5106,72 manat məbləğində pensiya verilmiş, xx.xx.2022-ci il tarixində isə pensiya kartına 6148.03 manat pul köçürülmüşdür və bunun səbəbləri barədə iddiaçıya hər-hansı məlumat verilməmişdir.Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fonduna məktubla müraciət edərək, bu məsələlərə aydınlıq gətirilməsini iddiaçı xahiş etmiş və xx.xx.2022-ci il tarixdə Mərkəzi Filialın 06 dekabr 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, hakimlərin vəzifə maaşları 1 iyul 2022-ci il tarixindən artırıldığı üçün sabiq hakimlərin də pensiya məbləğlərinin həmin tarixdən artırılmalı olması ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, hakim kimi pensiya təyinatı üçün iddiaçı tərəfindən vaxtilə təqdim edilmiş sənədlər son 24 ay üzrə ödənilmiş əmək haqqına aiddir. Bu səbəbdən də pensiyasının hesablanması zamanı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı 5 il üzrə deyil, son 2 il üzrə hesablanmışdır. Cavab məktubunda həmçinin bildirilmişdir ki, göstərilən səbəbdən də əmək pensiyasının qanunvericiliyə uyğunlaşdırılması məqsədilə iddiaçıya 60 ay ərzində ödənilmiş əmək haqqına dair məlumatların təqdim olunması üçün Bakı Apellyasiya Məhkəməsinə sorğu verilmiş və cavab olaraq təqdim edilmiş iddiaçıya dair əmək haqqı cədvəlinə əsasən iddiaçının pensiyası yenidən hesablanmışdır. Həmçinin bildirilmişdir ki, orta aylıq əmək haqqı (4868,07 manat) 80 faizi - 3894,45 manat məbləğində hesablanmalı olduğu halda, 4642,47 manat müəyyən edildiyi və buna görə də həmin dövr üzrə iddiaçıya artıq pul vəsaiti ödənildiyi üçün,iddiaçıya ödənilməli olan 2839,95 manat fərq məbləğinin artıq ödənilmiş pul vəsaiti ilə əvəzləşdirilərək büdcəyə qaytarılması bərpa edilmişdir.Beləliklə, xx.xx.2020-cı il tarixli qərarla təyin olunmuş pensiya məbləğini 2 il ərzində müntəzəm aldıqdan sonra, iddiaçıya müraciət edilmədən, razılığı alınmadan, hər-hansı məhkəmə qərarı olmadan, xəbər verilmədən və iştirakı təmin edilmədən DSMF XŞT üzrə Mərkəzi Filialı tərəfindən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmaqla xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və bu qərar əsasında iddiaçının əmək pensiyası azaldılmış, iddiaçıya borc məbləği hesablanmış və pensiya məbləğindən tutmalar aparılmışdır.xx.xx.2022-ci il tarixli qərar barədə məlumat aldıqdan sonra həmin qanunsuz qərarın ləğvi və bu qərarın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması barədə iddiaçı məhkəmədə iddia qaldırmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə iddia tələbi təmin edilmişdir.Qərardan DSMF XŞT üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2543/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və bu qərar xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. 2023-cü ilin yanvar-iyun aylarında iddiaçıya qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən ləğv olunan xx.xx.2022-ci il tarixli qərar üzrə hesablanan 7051,79 manat məbləğində pensiya ödənilsə də, 2023-cü ilin iyul ayında 8406,24 manat məbləğində (xx.xx.2020-cı il tarixli qərara əsasən) pensiya ödənilmiş, lakin 2023-cü ilin avqust ayında yenidən 7051,79 manat pensiya məbləği pensiya kartına köçürülmüşdür.Bununla əlaqədar iddiaçı Mərkəzi Filiala xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq, yaranmış anlaşılmazlıqların izah olunmasını xahiş etmişdir.xx.xx.2023-cü il tarixdə Mərkəzi Filialdan daxil olmuş məktubda artıq ödənilmiş 13.533,85 manatın əmək pensiyasından tutulması barədə razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim olunması xahiş olunmuşdur.xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq iddiaçının Mərkəzi Filiala ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla qanunsuz olaraq iddiaçıya artıq ödənilmiş kimi hesablanan məbləğin iddiaçının əmək pensiyasından tutulması barədə razılığının olmadığını bildirmiş və xəbərsiz olaraq qəbul edilmiş yeni inzibati aktın qanunvericiliyə uyğun olaraq təqdim olunmasını tələb etmişdir.Lakin uzun müddət keçməsinə baxmayaraq, məktubuna cavab verilməmiş, yeni qəbul edilmiş inzibati akt iddiaçıya təqdim olunmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh inzibati orqan qanunvericiliyin maddi və prosessual tələblərini ciddi şəkildə pozmaqla iddiaçıya münasibətdə qəbul etdiyi yeni qərarla iddiaçının pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla (məktubda bu halın «əvəzləşdirmə» kimi göstərilməsi işin mahiyyətini dəyişmir) bağlı hərəkətlərə yol vermişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6,1.4-cü bəndinə əsasən əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyası yenidən hesablanır.Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. xx.xx.2005-cı il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-cı il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur.“Əmək pensiyaları haqqında" Qanuna əsasən hakimlərə son 24 ay üzrə ödənilmiş əmək haqqı əsasında pensiya hesablandıqda 25 ildən az hakim kimi iş stajı olan şəxslərin faiz dərəcələri 80 faizdən aşağı olur.İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-cı maddəsinə əsasən pensiya təyin edilsəydi pensiya faizi 20 il 27 gün hakimlik stajına uyğun olaraq 65 faiz müəyyən ediləcəkdir, yəni müvafiq müəyyən edilmiş faiz dərəcəsindən (80 faiz) aşağı olacaqdır. Hakimlərin vəzifə maaşları 1 iyul 2022-ci il tarixindən artırıldığı üçün sabiq hakimlərin də pensiya məbləğləri həmin tarixdən artırıldı. Bununla əlaqədar aparılan araşdırma zamanı məlum olub ki, hakim kimi pensiya təyinatı üçün iddiaçı tərəfindən vaxtilə təqdim edilmiş sənədlər son 24 ay üzrə ödənilmiş əmək haqqına aiddir. Bu səbəbdən də iddiaçının pensiyasının hesablanması zamanı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı 5 il üzrə deyil, son 2 il üzrə hesablanmışdır. Əmək haqqının tərkibinə daxil olan bəzi əlavələr əvvəllər mövcud olmadığından son 5 il ilə müqayisədə son 2 il üzrə orta aylıq əmək haqqı daha yüksək məbləğdə olmuşdur. İddiaçının pensiyası 24 ay üzrə əmək haqqı əsas götürülməklə 80 faizlə hesablanmışdır, nəticədə, iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. İddiaçıya ödənilməli olan 2839,95 manat fərq məbləği müəyyən edilmişdir, həmin 2839,95 manat pul vəsaiti iddiaçıya artıq ödənilmiş 15758,29 manat vəsaitdən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş pul vəsaiti 12918,34 (15758,29-2839,95) manat təşkil etmişdir. İddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4013.43 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 4178,25 manat ödənilmişdir. Buna görə də iddiaçıya maddi yardım üzrə artıq ödəmə 164,82 manat təşkil etmişdir. Nəticədə, iddiaçıya 13083,16 (12918,34+164,82) manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur. İddiaçıya ödənilməli olan 903,76 manat fərq məbləği ona artıq ödənilmiş 13083,16 manat vəsaitdən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş pul vəsaiti 12179,40 manat təşkil etmişdir.Daha sonra iddiaçı Mərkəzi Filiala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərin qanunsuz hesab olunması və bununla bağlı qəbul edilən qərarın ləğv edilməsi, ilkin təyin edilmiş pensiya məbləği bərpa olunmaqla, ödənilməyən pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5172/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarının icrası məqsədilə iddiaçının əmək pensiyası 01 07.2023-cü il tarixindən ilkin hesablama qaydasına uyğun qaydada 8406,24 manat məbləğində bərpa edilmişdir və qərarın icrası barədə Bakı İnzibati Məhkəməsinə müvafiq məktubla məlumat verilmişdir.Eyni zamanda, iddiaçının pensiyasının qanunauyğun qaydada yenidən hesablanması məqsədilə sözügedən məhkəmə qərarında ifadə olunan mövqeyə uyğun olaraq təkrar inzibatı icraata başlanmışdır. Belə ki, iddiaçının pensiya məbləğinin yenidən hesablanması haqqında mülahizələrinin dinlənilməsi üçün iddiaçıya xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Lakin məktubda qeyd olunan tarixədək iddiaçı Mərkəzi Filiala gəlməmiş, həmçinin pensiya hüququ ilə bağlı hər hansı mülahizəni təqdim etməmişdir. Sonra isə iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 5.Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 7.İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 8.Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. 9.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1977-ci ildən xx.xx.2000-ci ilə qədər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində işləmişdir, xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilə qədər 1 nömrəli Azərbaycan Respublikası Yerli iqtisad məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin hakimi işləmişdir; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçının illik əmək haqqı 2018-ci ilin son 3 ayı üçün cəmi 8864,64 manat, 2019-cu ildə cəmi 62017,47 manat, 2020-ci ilin ilk 9 ayı üçün 63537,43 manat olmuşdur; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərar ləğv edilmiş və iddiaçıya ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2543/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmişdir; Cavabdehin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icrası məqsədilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq 8406,24 manat məbləğində müəyyən edilmişdir. 10.Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsinə dair inzibati icraat materiallarında olan cavabdehin iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçının 5803,09 manat məvacibi nəzərə alınaraq 4642,47 manat pensiya təyin edilmişdir. 11.Cavabdehin xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanaraq 5589,12 manat müəyyən edilmişdir. İV. Məhkəmənin mövqeyi 12.Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
13. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 14.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında;20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 15.”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 100-cü maddəsinin ikinci hissəsinə əsasən hakimlərin müstə-qilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmaz-lığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. 16.“Hakimlərin statusuna dair Avropa Xartiyasının” 6.1-ci maddəsinə əsasən «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçılmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə mümkün olduğu miqdarda onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. 17.«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarı ilə qərara alınmışdır: 1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən:- 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin;- 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. 18.İşin faktiki hallarına əsasən İddiaçı 2000-ci ildən hakim təyin edilmiş şəxs olmaqla 2020-ci ildə son yaş həddi ilə vəzifədən azad edilmişdir, bununla əlaqədar məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçının pensiya təminatı onun hakim işlədiyi dövrdə qüvvədə olmuş və eləcə də qüvvədə olan daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericliyin müddəaları tətbiq edilməlidir. İnzibati iş materiallarından göründüyü kimi iddiaçıya ilkin olaraq xx.xx.2020-ci ildə işdən çıxması ilə bağlı 4642,47 manat məbləğində pensiya təyin edilmişdir, sonradan cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq 3894,45 manat müəyyən edilmişdir və həmin qərarla cavabdeh tərəfindən iddiaçıya 15758,29 manat artıq ödəmələrin hesablandığı müəyyən edilmiş və 2839,95 manat vəsait büdcəyə bərpa edilmişdir. İddiaçının iddiası əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, hal-hazırda qanuni qüvvəyə minmiş qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərar ləğv edilmiş və İddiaçı ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir, qeyd edilən qərarın icrası məqsədilə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanaraq 8406,24 manat müəyyən edilmiş və bu barədə məhkəməyə məlumat verilmişdir, bundan sonra isə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı növbəti dəfə - xx.xx.2023cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul etmiş və əmək pensiyasının məbləğini 5589,12 manat müəyyən etmişdir. Beləliklə, faktiki olaraq cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı pensiya təyin edilməsi haqqında ilkin qərarını ləğv edərək yeni, pensiyanın yenidən hesablanması haqqında adlandırılan, əslində isə mahiyyəti etibarı ilə yenidən daha az məbləğdə pensiya təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur. Belə ki, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırki vəziyyətdə iddiaçıya münasibətdə qəbul edilmiş, mübahisələndirilən qərarla cavabdeh faktiki olaraq iddiaçının razılığı olmadan və məhkəmə qərarı olmadan dolayısı ilə cavabdehin artıq hesablanaraq verilmiş hesab etdiyi məbləğin tutulması ilə bağlı qanunvericiliyin şərtlərinə əməl edilmədən icra edilməsinə yönəlmiş hərəkətə yol vermişdir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 20.«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad – inzibati orqabnla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düsgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına,bu Qanuna və digər əlaqəli hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
21. Lakin iddiaçıya pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə məlumat verməmişdir. 22.Habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçının mübahisələndirildiyi qərar (inzibati akt) iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi ilə bağlı qəbul edilməmişdir. 23.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 24.Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.
25. Göstərilənlərə `əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla İddiaçı münasibətdə pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilərək, bununla bağlı 3-17-1/3-7-13354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli yeni qərarın və bu qərar əsasında iddiaçıya hesablanmış borc məbləğinin ləğv edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. 26.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
28. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 32, 34, 68, 69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. İddiaçı münasibətdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilərək, bununla bağlı 3- 17-1/3-7-13354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli yeni qərarın və bu qərar əsasında İddiaçı hesablanmış borc məbləğinin ləğv edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qoyulsun. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа