Məhkəmə qərarları › İş №2-1(112)-3828/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3828/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3828/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçılar İddiaçı1, X10, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 Səmid oğlu, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 Ağa oğlu, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X11) “istismara icazə sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, X10, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 Səmid oğlu, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 Ağa oğlu, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2018-ci il tarixli, 89 nömrəli istifadə olan tikinti obyektinin istismara icazə sənədinin etibarsız hesab edilməsi (ləğv edilməsi)” tələbini irəli sürərək məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Belə ki, yaşadıqları binanın qarşısındakı həyətdə əhalinin təşəbbüsü ilə 1980-ci illərdə tikilən və 2012-ci ildə yenidən qurulan əhalinin xeyir-şər evinin/ictimai tədbirlər evinin - (əvvəllər tanımadıqları şəxs) X4 adma özəl obyekt kimi qeydə alınması (xx.xx.2018 tarixli Reyestr Çıxarışının verilməsi) barədə məlumatsız olmuşdurlar, çıxarış məsələsi gizli saxlanılmışdır. Bu barədə 2023-cü ilin fevral ayında təsadüf nəticəsində Quliyev Emin adlı şəxs tərəfindən bildirildikdə məlum olmuşdur. Sakinlərin şikayətləri nəticəsində dövlət orqanları tərəfindən verilmiş rəsmi cavablardan məlum olmuşdur ki, Məmmədov 2 Nadir Fətulla oğlunun adı ilə qeydə alınmış xx.xx.2018 tarixli, ******* saylı Çıxarışın verilməsinə əsas olmuş Binəqədi Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 258 saylı qərarı və xx.xx.2006-cı il tarixli, 297 saylı alqı-satqı müqaviləsi, mövcud obyektin istismarına icazə verilməsinə dair xx.xx.2018 tarixli 89 nömrəli icazə sənədi (istismar aktı) saxtadır, deməli bu cür “sənəd”lər əsasında N.Məmmədovun adma verilmiş reyest çıxarışı da tamamilə qanunsuzdur, rastlaşdıqları hallar sənəd saxtakarlığından ibarətdir, əhalinin ictimai tədbirlər evini faktiki olaraq saxta sənədlərlə zəbt ediblər, nəticəsi qanuni mənafeyimizə ziddir, qanuni mənafeyi pozur.Hesab edilir ki, xeyir-şər evinin əvvəllər olduğu kimi əhalinin ümumi istifadəsinə qaytarılması üçün adıgedən “Sənədləşmə”lər etibarsız hesab olunmalı, ləğv edilməlidir. Belə ki, ünvanı qeyd olunan binaların 1970-ci illərdən etibarən sakinləridirlər, burada yaşayırlar və binalara dair həyətlərin abadlaşdırılmasında, yaşıllaşdırılmasında dövlətlə birlikdə çox ağır və təmənnasız, danılmaz xidmətlərimiz olmuşdur. Binaların əhatə etdiyi ərazi - Bakı Şəhərinin Baş Planına əsasən Landşaft Rekreasiya zonası kimi əhalinin zəruri istifadəsi üçün təyin edilmiş və 1974-cü ildən etibarən BŞİK-nın Mədəniyyət Şöbəsinin balansında (keçmiş Pionerlər bağının, hazırki M.Ə.Rəsulzadə parkının filialı kimi) 5 nəfərlik işçi heyyəti və 12 növ müxtəlif əyləncə elementlərindən ibarət olan Ana və Uşaq Parkı qurulmuş, 1980-ci illərdə “X32” münasibətilə başlanmış xoşməramlı tədbirlər zamanı həmin Rekreasiya Zonasının müəyyən hissəsində, futbol meydançası. Kirov rayon Şahmat Məktəbi, yaşıllıq istirahət sahələri təşkil edilmiş, əhalinin təşəbbüsü ilə xeyir-şər evi tikilmiş, daimi istifadəsində olmuşdur. Növbəti mərhələdə xeyir-şər evinin yanında 30- 35 kv.m ölçülü, yüngül konstruksiyadan ibarət olan dondurma və limonad satışı üçün Çeburaşka adlı köşk qurulmuşdur. X24 dağıldıqdan sonra köşkün adı "xxxx" kimi qeyd edilmiş və həmin köşkün sahibləri əlavə tikinti işləri aparılmaqla xeyir-şər evinin divarlarına birləşdirilmiş, sakinlər etiraz etdikdə həmin artırmanın həmin hissəsi sökdürülmüşdür. 2004-cü ildə “Ailəvi" obyektini digər şəxslər, yəni Bakı İnşaat MTK tərəfindən satın alınmış və xeyir-şər evinin də MTK-ya satılması üçün danışıqlar aparmış, lakin əhali tərəfindən birmənalı şəkildə etiraz edilmişdir. Bir müddət sonra gecə saatlarında MTK-nın adamları tərəfindən xeyir-şər evinin dam örtüyü vurub sındırılmışdır. Mübahisə yarandıqda isə bəhanələri belə olmuşdur ki, xeyir-şər evinin dam örtüyü köhnə olduğuna fəhlələr ora çıxarkən ağırlığa sözməyib sınıb dağılmışdır. Sakinlər öz vəsaitləri hesabına dam örtüyünü təmir etdirmiş, Binəqədi Bəldiyyəsi tərəfindən də köməklik göstərilmişdir (Sənədlərin surəti əlavə edilir). MTK növbəti mərhələdə burada çoxmərtəbli tikinti işlərinin aparılması məqsədilə "xxxx" obyektini sökdürüb ləğv etdirmiş, traktor vasitəsilə həyəti qazıb dağıtmışdır. Əhalinin şikayətləri ilə bağlı aparılmış kompleks araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, aparmaq istədikləri tikintiyə görə MTK tərəfindən hazırlanmış sənədlər saxtadır, MTK-nın hərəkətləri qanunsuzdur. Özbaşınalığın qarşısı alınmış, lakin MTK həyətinin dağıdılmış hissəsini bərpa etməkdən imtina etdiyinə görə sakinlər səfərbər olaraq əraziyə texniki vasitələr və inşaat materialları gətirmiş, bərpa etməyə başlamışlar. Məsələyə dövlət tərəfindən də reaksiya verilmiş və həmin vaxtlarda Binəqədi Rayon İcra Hakimiyyətinin başısı vəzifəsinin yeni təyin edilmiş X.İsgəndərov əraziyə gəlib sakinlərlə görüşərək bildirmişdir ki, vətəndaşların ardıcıl şikayətlərinin qanuna uyğun surətdə təmin edilməsi məqsədilə məsələ yuxarı orqanlar tərəfindən nəzarətə götürülmüşdür və müvafiq köməkliklər göstəriləcəkdir. Xeyir-şər evinin yaxınlığında, 182 nömrəli binanın həyətində 1988-ci ildən etibarən sakinlərə məxsus olan 12 sayda qaraj mövcud olmuşdur. Məsələ xeyir-şər evi ilə bağlı olduğuna görə qaraj sahiblərinin çox hissəsi razılaşmış və qarajlar ərazidən götürülmüşdür. Tikintiyə başlanan zaman isə İcra hakimiyyəti tərəfindən bildirildi ki, 1 saylı Mənzil İstismar Sahəsinin özünün iş otaqları yoxdur, hazırki yer icarəyə götürülmüşdür, ona görə də burada 2 mərtəbə tikiləcək, 1-ci mərtəbə xeyir-şər evi kimi, 2ci mərtəbə isə Mənzil İstismar sahəsinə veriləcək. Bu hal isə hamının əsaslı narazılığına səbəb olmuşdur. Çünki MİS-in 16 saylı binanın birinci mərtəbəsində, daha sonra isə 135 saylı məktəbin yanında özünün qərargahı olmuş, lakin sonradan həmin yerlər özəl məqsədlər üçün satılmış, növbəti mərhələdə İ.P.Dadaşov küçəsi 5 nömrəli binanın həyətində 2 mərtəbə tikdirirək orada işləmiş və hazırda isə bildirmişlər ki, həmin yer də onlara aid deyil. Yəni xeyir-şər evi ilə bağlı başlanılmış tədbirlərə (sonradan) həmin MİS-ə aid növbəti qərargah məsələsinin “calanmasının” gələcəkdə digər problemlərə səbəb olacağı məlum olduğuna görə məsələ əhalinin, əsasən də qarajların sahiblərinin böyük etiraz və şikayətlərinə səbəb olmuşdur. Vəziyyəti belə görən qaraj sahibləri qarajların əvəzini tələb etmişlər. Çünki xeyir-şər evinin tikintisinə görə qarajlarının sökülməsinə {təmənnasız surətdə) razılıq vermişlər. Nəticədə yeni xeyir-şər evinin tikintisi bir tərəfi isə sökdürülmüş halda saxlanılmışdır.İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, əhali ilə İcra Hakimiyyəti arasında yekdil fikir olmadığına, narazılıqlar yarandığına görə İcra Hakimiyyəti məsələyə qarışmaq istəmir və məqsədəuyğundur ki, təmir-bərpa işləri sakinlərin özləri tərəfindən davam etdirilsin. Ərazidə yaşayan imkanlı şəxslərin və digərlərinin köməkliyi ilə abadlıq və xeyir-şər evi ilə bağlı tədbirlər davam etdirilmişdir. Bir müddət sonra Bakı Şəhər İcra Hakimiyyəti, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR FHN və digər orqanlar tərəfindən gəlmiş nümayəndələr tikinti işlərini dayandırmış və danışıqları belə olmuşdur ki, “inşaat materiallarının əhalinin şəxsi vəsaiti hesabına alınması, köməklik göstərilməsi mümkündür, lakin tikinti işləri aidiyyatı orqanlar, o cümlədən İcra Hakimiyyəti və Bələdiyyə tərəfindən təşkil olunmalıdır və (qanunsuz tikintilərə yol verilməməsi üçün) təmir-bərpa işlərinin təsdiqlənmiş layihə əsasında həyata keçirilməsi barədə Rayon İcra Orqanlarına məktublar təqdim olunmuşdur, əks təqdirdə isə belə alınır ki, burada özbaşına tikinti işləri aparılır”. BİŞH MŞBİ (Bakı şəhərinin baş memarı İddiaçı4) tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərova, Polis İdarəsinin rəisi A.Məhərrəmova və sakinlərə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan ərazidəki xeyir-şər evi yaxınlıqdakı məsafədə yenidən bərpa edilir digər tədbirlər həyata keçirilir, lakin gələcəkdə aparılan abadlıq işləri mütləq qaydada sakinlərin narazılıq və xahişləri nəzərə alınmaqla və təsdiqlənmiş layihə sənədləri əsasında həyata keçirilməlidir. Binəqədi RİH-in xx.xx.2012 tarixli cavab məktubunda bildirilmişdir ki, ərazidəki qaraj və xeyir-şər evinin sökdürülməsi və yenidən qurulması abadlıq işləri çərçivəsində sakinlərin razılığı əsasında həyata keçirilmişdir. AR DŞAK, Binəqədi Bələdiyyəsinin xx.xx.2013, xx.xx.2012 tarixli cavab məktublarında bildirilmişdir ki, qeyd olunan ünvanda əhalinin istifadəsi üçün xeyir-şər evi qurulur, digər tikintiləri nəzərdə tutulmamışdır. Tikinti Dövlət Orqanlarının nəzarəti ilə həyata keçirilmiş, sökdürülmüş köhnə xeyir-şər evinin salamat materiallarından yenisinin tikintisində istifadə olunmuş, tələb olunan digər materiallar da alınmış, sakinlərin köməkliyi ilə tikinti başa çatdırılmışdır. Xeyir-şər evi hazır olduqdan sonra qapının açarları sakinlərdə olmuş, toplanmış vəsait hesabına müxtəlif məişət əşyaları, avadanlıqlar, o cümlədən soyuducu, elektrik plitəsi və s. alınmış, əsasən hüzür məclislərində istifadə olunmuş, bu istiqamətdə hər hansı bir problemlər baş verməmişdir. Mərasim zamanında isə gələnlərə ya məclis sahibinin yaxın qohumları, ya da ki özləri tərəfindən danışılaraq kənardan gətirilən işçilər (aşbaz, çayçı, ofisiant) tərəfindən xidmət göstərilmişdir. Yəni xeyir-şər evi ümumi mənafeyə xidmət göstərmiş, hər hansı bir şəxsi mənafeyə yol verilməmişdir. Qonşuların bu barədə ümumiyyətlə heç bir niyyətləri də olmayıb. Covid-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təyin edilmiş məlum qadağalar zamanı (2020-ci ilin əvvələrindən) xeyir-şər evindən istifadə edilməsi dayandırılmış, polis tərəfindən nəzarətdə saxlanılmışdır. 2023-cü ilin yanvar ayından istifadəyə razılıq verilmişdir. Xeyir-şər evi binasının həyətində yerləşir və ətrafında boş yer olduğuna görə maşınlarını burada saxlamışdır. 2023-cü ilin fevral ayının sonlarında tanımadıqları şəxslər “maşınların buradan götürülməsini” tələb etmiş və xeyir-şər evi ilə bərabər həyətinin bir hissəsinin ətrafına gül dibçəklərindən ibarət ’’hasar” çəkərək bağlanmış, xeyir-şər evinin və ərazinin onlara məxsus olduğunu bildirmişlər. Sakinlərin 102 polis xidmətinə etdikləri müraciətlərə cavab olaraq: 5-ci Polis Bölməsinin xx.xx.2023cü il tarixli cavab məktubunda bildirilmişdir ki, xeyir-şər evi üzrə X12 adına xx.xx.2023-cü il tarixli Reyestr Çıxarışı verilmişdir, ona görə də mübahisəli məsələ ilə əlaqədar olaraq məhkəməyə müraciət olunmalıdır. Quliyev Emin bildirmişdir ki. ona böhtan deyirlər, o bu yeri Nadir və Elşən adlı şəxslərdən etibarnamə ilə satın almışdır və alarkən burada məişət əşyaları görməyib. Bildirildi ki, Nadir və Elşən adlı şəxslər tərəfindən burada hər hansı bir tikinti işləri aparılmayıb, məsələ aydınlıq gətirilməsi məqsədilə həmin Nadir və Elşən adlı şəxslərlə görüşülüb danışılmasının təşkil edilməsini, həmin reyestr çıxarışı ilə tanış olmağını dəfələrlə xahiş edilsə də, E.Quliyev imtina etmişdir. Torpaq sahəsinin və oradakı xeyir-şər evinin tikintisinin Məmmədova qətiyyən aidiyyatı olmayıb və yoxdur. Əgər həmin vaxt burada Məmmədov tərəfindən özəl tikinti işləri aparılsaydı, qarşısı mütləq qaydada AR DŞAK. FHN, BŞİH tərəfindən dayandırılar, sənədlər müəyyənləşdirildikdən sonra razılaşdırıla və ərizələrimizə verilən cavablarda bu barədə qeyd olunardı. Lakin cavab məktublarının hamısında əhaliyə aid olan xeyir-şər evinin yenidən qurulması barədə qeyd olunmuş, bu istiqamətdə razılaşdırılmışdır. Son vaxtlar isə belə məlum olmuşdur ki, Binəqədi RİHB olmuş X.İsgəndərov 2018-ci ilin iyun ayında vəzifədən kənarlaşdırılmış, təxminən 2 aydan sonra Rayon Rəhbərliyinə Elxan Allahverdiyev təyin olunmuşdur. Bələdiyyənin adıgedən 2006-cı il tarixli qərarı isə İcra Hakimiyyətindəki dəyişikliklər zamanı yaranan boşluq müddətində (yəni İcra hakimiyyəti başçısı vəzifəsinin yeri boş olan müddətdə) şəxsi mənafe zəminində düşünülərək təşkil edilmişdir və həmin saxta qərar müəyyən orqanlara təqdim edilmiş, inandırıb aldatmaqla xeyir-şər evi üzrə öz adlarına reyestr çıxarışının alınmasına nail olmuşdur. Qarşı tərəflərin özləri tamahları ucbatından vəziyyəti bu cür həddə çatdırmışlar. Dövlətin mövcud qanunvericiliyi, toplanmış sənədsübutlar faktiki surətdə təsdiq edir ki, ünvanı qeyd olunan ərazi ictimai zona kimi vətəndaşlara məxsusdur, bu istiqamətdə məsələ qaldırmaqda subyektiv hüquqları vardır, ərazidəki xeyir-şər evi əhalinin təşəbbüsü ilə tikilmişdir. Həmin xeyir-şər evinin yerləşdiyi torpaq sahəsinə dair N.F.Məmmədovun adına verilən Binəqədi Bələdiyyəsinin adıgedən qərarı isə saxtadır, nəticəsi qanunvericiliyə, əhalinin qanuni mənafeyinə, konstitusion, insani hüquqlarına ziddir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 373 nömrəli sərəncamına əsasən 8-ci mkr, 22№-li binanın həyətində yerləşən 55 nömrəli sahibsiz qaraj binanın 48-ci məzilində yaşayan X7 adına keçirilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 803 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə 295.73 ha torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Binəqədi bələdiyyəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 15/174 nömrəli məktubundan görünür ki, binaların yaxınlığında "xxxx" adlı yeməkxananın işçilərinin quraşdırdıqları mövsümi səyyar çayxananın müvafiq sənədləri olmadığına görə ərazidən yığışdırılmışdır. Yaxınlıqda yerləşən və əsasən hüzür məclisləri üçün istifadə edilən tikilinin (klub 20) '' köhnəlib sıradan çıxmış dam örtüyünün yenisi ilə əvəzlənməsi üçün əhali tərəfindən aparılan təmir-bərpa işlərində köməklik göstərilməsi Bələdiyənin daxili imkanları hesabına təmin edilmişdir. AN-İ seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X13 və X16 arasında bağlanmışdır. X13 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli, 11/5531 nömrəli arayışına əsasən, özünə məxsus olan, Bakı şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən, 1989-cu ildə tikilmiş, tikinti sahəsi 18,0 kvadrat metr olan qarajı X8 mülkiyyətinə verir. X13 qarajı 3.915 (üç min doqquz yüz on beş) manata satdı, X16 isə həmin qiymətə aldı. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 110 nömrəli sərəncamından görünür ki, Kirov Rayon XDS-nin 12/265 saylı 28.06.91-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu 8-ci mikrorayon 182/22 saylı binanın həyətində vətəndaş X9 istifadəsinə verilmiş qaraj Bakı şəhər il saylı-DNK-da təsdiq olunmuş etibarnaməyə (ƏN-İ №-189360, 10.12.09) əsasən vətəndaş X3 istifadəsinə verilmişdir. X2 izah olunmuşdur ki, şəhərsalma- ehtiyacları üçün həmin torpaq sahəsinin dövlət nəfinə geri qaytarılması zərurəti yaranarsa, mövcud qaraj qeyd-şərtsiz olaraq söküləcəkdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli BRB/d-212 saylı məkubundan görünür ki, yaşadığınız evin yanındakı sahədə yalnız əhalinin istifadəsi üçün xeyir-şər evinin qurulmasına başlanılmış, digər tikintilərin aparılması üçün torpaq sahəsi ayrılmamışdır. Ərazi Bələdiyyənin mütəmadi nəzarətində saxlanılır. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.2012ci il tarixli 7-11/kol-55 saylı məktubundan görünür ki, hal-hazırda Binəqədi rayonu ərazisində Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra abadlıq işləri həyata keçirilir. Bu məqsədlə ərazidə yararsız vəziyyətdə olan, şəhərin görkəminə xələl gətirən sonradan artırılmış tikili və qurğular, qarajlar sakinlərin razılığı əsasında müasir üslubda yüksək keyfiyyətlə yenidən qurulmaqdadır. Qeyd etmək lazımdır ki, həmin binaların həyətində yerləşən Xeyir-Şər evi istismara yararsız olması səbəbindən sökülərək, bir qədər kənar məsafədə yenidən inşa edilmiş, qarşısında isə cərgə ilə 6 ədəd qaraj tikilmişdir. Həmin qarajlarm yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsi yolun genişləndirilməsi zamanı söküldüyündən, obyektin xüsusi mülkiyyətdə olması nəzərə alınaraq, obyekt sahibinə yeni inşa edilmiş qaraj binasının üzərində sökülmüş sahənin bərpa edilməsi üçün şərait yaradılmışdır. Sözügedən ünvanda hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2013-cü il tarixli 05/08-Hol-108-701 nömrəli məktubudan görünür ki, 8-ci mikrorayon 180/20 saylı 9 mərtəbəli binanın həyətindəki xeyir-şər evinin yenidən qurulmasına zəruriyyət yarandığından qonşuluqdakı 182/22 saylı 9 mərtəbəli binann həyətindən yığışdırılmış qarajların yerində qeyd olunan xeyir-şər evinin bərpa edilməsi məqsədəuyğun hesab edilmiş, qarajların isə yaxın məsafədə yerləşdirilməsi nəzərdə tutulmuşdur. Planlaşdırılan təmir-tikinti işlərinin razılaşdırılmış layihə əsasında həyata keçirilməsi üçün Komitə tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsininə və Binəqədi Rayon İcra Hakimiyyətinə məktublar göndərilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/10-8/07 saylı xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, rayon ərazisində təmizlik və abadlıq işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Binəqədi RİH-in xx.xx.2012-ci il tarixli, 68 saylı sərəncamı ilə müvafiq ktmissiya və işçi qruplar yaradılmışdır. «Sərəncamın icrası ilə bağlı qeyd olunan mikrorayonun ərazisində, o cümlədən 20,22 və 26 saylı yaşayış binalarının qarşısında yenidən planlaşdırma, təmizlik və geniş abadlıq işləri aparılmaqla yanaşı köhnə tikililərin memarlıq görünüşünün müasir üslübda yeniləşdirilməsi və qeyri-yaşayış tikililərinin əsaslı yenidənqurulması işlərinə də başlanılmışdır. Belə ki, qeyd olunan binaların həyətində mövcud olmuş xeyir-şər evi tikilisi istismara yararsız olduğundan bir müddət öncə sökülərək bir qədər kənara köçürülmüş yə orada pərakəndə halda əvvəllər inşa edilmiş qarajlar sökülərək cərgə ilə yenidən tikilmişdir. Müəyyən edilmişdir ki, həmin tikililərin yaxınlığında, Nərimanov küçəsində yerləşən və mülkiyyətdə olan qeyri-yaşayış tikilisi yolun genişləndirilməsi zamanı söküldüyündən həmin obyektin sahibi tərəfindən yeni inşa edilmiş qarajların üstündə sökülmüş sahənin bərpası üçün tikinti işlərinə başlanılmışdır. Qeyd olunanları nəzərə alaraq, yenidənqurmaya ehtiyacı olan və köçürülməsi nəzərdə tutulan qeyri-yaşayış tikililərinin və görüləcək işlərin təsdiq olunmuş vahid layihə və aidiyyəti təşkilatların rəyi və razılığı əsasında aparılmasının zəruri olması nəzərə çatdırılmaqla, sakinlərin narazılığına səbəb olan hallara yol verilməməsi üçün müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 31 nömrəli məktubundan görünür ki, Binəqədi rayon, 8-ci mikrorayon, 20, 22, 26 saylı binaların həyətində Azərbaycan SSR, Bakı Şəhər Kirov Rayon Xalq Deputatları Sovetinin İcraya Komitəsinin xx.xx.1986-cı il tarixli xx-xx/2240. saylı məktubu əsasında vətəndaşların təşəbbüsü ilə tikilərək istismara verilmiş 18x15 kv.m ölçülərindən ibarət birmərtəbəli tikili (əhalinin istifadə etdikləri xeyir-şər evi) 2012-ci ilin 3cü rübündə aparılan abadlıq işləri çərçivəsində əhalinin razılığı ilə sökdürülmüş və müasir üslubda yenidən qurularaq ümumi istifadəyə qaytarılmış, əlavə olaraq ətraf sahəyə asfalt örtüyü çəkilərək avtomobillər üçün parkinq təşkil edilmişdir. Ərazidə təyinatından asılı olmayaraq ümumiyyətlə qanunsuz tikintilərə yol verilmir, əhalinin arzu, istək və təkliflərini qanun çərçivəsində təmin olunması üçün Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəlikləri tərəfindən mütəmadi olaraq ictimai müzakirələr, dinləmələr təşkil olunur. Ərazi Binəqədi Rayon İcra Hakimiyyətinin ciddi nəzarətindədir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli BRB-Kol-15 nömrəli məktubundan görünür ki, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, 182 nömrəli evin qarşısında yenidən qurulmuş mərasim evinin yerləşdiyi torpaq sahəsi “Bələdiyyə torpaqlarının və mülkiyyətlərinin müəyyən edilməsi və onların təhvil verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli, 809 nömrəli sərəncamına və həmin sərəncama qismən dəyişiklik edilməsi barədə 14 iyun 2002-ci il tarixli, 393 nömrəli əlavə sərəncamına əsasən Binəqədi Bələdiyyəsinə ayrılmış 292,71 hä ölçülərindən ibarət olan torpaq sahələri çərçivəsindədir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7.2- ci maddəsinə ziddir. Müraciətə digər hissədə baxılması Binəqədi Bələdiyyəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli BRB/KOL-01 nömrəli məktubundan görünür ki, 8-ci mikrorayon N.Nərimanov küçəsi 22 saylı binanın arxa hissəsində yerləşən xeyir-şər evi yerləşən torpaq sahəsi Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin inzibati ərazisi daxilində ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidir. Binəqədi RPİ-nin PB-nın xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Vət.İddiaçı5 Mirsəftər oğluna mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********27 saylı məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 153.7 kv.m olan qeyri-yaşayış binası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 258 nömrəli qərarına, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 297 nömrəli müqaviləyə, xx.xx.2018-ci il tarixli 89 nömrəli istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə sənədinə əsasən ilkin olaraq xx.xx.2018-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-79 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X14 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-9/2-20615/5-99/2023 saylı məktubundan görünür ki, Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 258 nömrəli qərarı və xx.xx.2006-cı il tarixli 297 nömrəli müqaviləsi Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Flialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-03625/2023 saylı məktubundan görünür ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarxili 258 saylı qərar və xx.xx.2006-cı il tarixli, 297 saylı müqavilə Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli BRB/H-19 nömrəli məktubundan görünür ki, Binəqədi Rayon Binəqədi Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı ıl tarixli, 258 saylı qərar və xx.xx.2006-cı il tarixli, 297 saylı müqavilə X1 məlumatlar Bazasında aşkarlanmamışdır və sözügedən qərarın etibarsızlığı ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli 3-21-3-02/2-H-0357-8/2024 saylı məktubundan görünür ki, adıgedn Xeyir-şər evi üzrə M.F.Məmmədovun adına reyestr çıxarışının verilməsində Binəqədi Bələdiyyəsinin xx.xx.2006 tarixli 258 №-li qərarı və Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli icazə sənədi istismar aktı əsas olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/-KOL-071/11-8/2024 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı təqdim edilmiş müvafiq hüquqmüəyyənedici sənədlər əsasında ünvan 3 ünvanda yerləşən qeyri- yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir. Qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən, rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 5-10/2-1-12/2-169/2024 saylı məktubundam görünür ki, ünvanı göstərilən qeyri-yaşayış obyekti (xeyir-şər evi) ilə əlaqədar X4 adına verilmiş 05 iyul 2018-ci il tarixli 89№-li istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə sənədinin ləğv edilməsi istiqamətində qaldırılan məsələnin məhkəmə müstəvisində həll edilməsi məqsədə müvafiq hesab olunur. Azərbaycan Respublikası Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-10/2-2967/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”na və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında təsdiq olunmuş iş nomenklaturuna uyğun olaraq, müvəqqəti saxlama müddəti başa çatmış sənədlər daimi saxlanmaq üçün Dövlət arxivinin Bakı filialına təhvil verilir. O cümlədən, RİH başçısı sərəncamlarının müvəqqəti saxlama müddətinin 5 il olmasını nəzərə alaraq, sözügedən qarajın podratçısı barədə məlumatlar Rayon İcra Hakimiyyəti arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-665/2025 saylı məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 182F ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq sözügedən ünvanda yerləşən qeyri-yaşayış binasına dair müvafiq sənədlərin təsdiq edilmiş surəti göndərilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şosesi, 182F ünvanında yerləşən qeyri-yaşayış binası X14 xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli X11 və X21 arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, X11 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 182F ünvanında yerləşən, ümumi sahəsi 153.7 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə X17 200000 manat qiymətinə satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2018-ci il) Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şosesi, 182F ünvanında yerləşən qeyri-yaşayış binası X4 xüsusi mülkiyyətindədir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satq yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli, 297 nömrəli müqavilədən görünür ki, X18 mülkiyyətindəki 8mkr., N.Nərimanov küçəsi, 22 saylı binanın arxasında 387 kv.m olan torpaq sahəsini X6 vermişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 258 nömrəli qərarından görünür ki, Binəqədi rayonu, 8mkr., N.Nərimanov küçəsi, 22 saylı binanın arxasında 387 kv.m olan torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X4 mülkiyyətinə verilmişdir. Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə tapşırılır ki, X11 ilə icarə müqaviləsi bağlansın.Ayrılmış torpaq sahəsinin tikinti işlərinə, tikiləcək obyektin layihəsi memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlansın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin, xx.xx.2018-ci il tarixli 89 nömrəli istofadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazədən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi rayonu, 8mkr., Azadlıq prospekti, 20 saylı binanın qarşısında qeyri-yaşayış obyektinə icazə vermişdir.Binanın ümumi sahəsi layihə üzrə və faktiki 153.78 kv.m-dır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia)inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən inzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İşin materialları müəyyən edilir ki, birgə iddiaçıların mübahisələndirdiyi qeyri-yaşayış binasının yerləşdiyi ərazi Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən X6 ayrılmışdır. Hazırkı işdən iddiaçıların 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Bundan başqa, birgə iddiaçıların mübahisələndirdiyi istismara icazə sənədi 2018-ci il tarixli olması, eləcə də iddiaçıların həmin qeyri-yaşayış sahəsinin tikintisindən uzun müddət əvvəldən məlumatlı olmaları iddia ərizəsindən və təqdim edilən sənədlərdən aydın olur. Belə olan halda, məhkəmə buraxılmış prosessual müddətin üzürlü səbəblərinin və birgə iddiaçıların subyektiv hüququn mövcudluğunun araşdırılması məqsədi ilə iddiaçılara əlavə olaraq vaxt verilməsini və araşdırmanın davam etdirilməsini prosessual qənaət prinsipinə əsasən məqsədə müvafiq hesab etmir. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X19rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B). İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçılar qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, inzibati aktın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 2, 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar