Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-383/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv olunması və İddiaçı xidmətə bərpa edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” barədə iddia ərizəsi ilə 25 sentyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4.-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Yasamal rayon Polis İdarəsində polis nəfəri vəzifəsində işləmişdir. Lakin Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə) və 10-cu (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) bəndləri ilə daxili işlər orqanlarından xaric edilmişdir. İddiaçı həmin əmri qanunsuz, əsassız və ədalətsiz hesab etməklə yanaşı sözügedən əmrin məhkəmənin qərarı ilə ləğv edilməsini və beləliklə xidmətə bərpa olunmasını zəruri hesab edir. Cavabdeh iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki, Yasamal RPİ-nin PPXB-nin sabiq polis nəfəri İddiaçı barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində aparılmış xidməti təhqiqatın nəticələrinə dair tərtib olunmuş arayışa əsasən İddiaçı Azərbaycan Respublikası “Polis haqqında” Qanunun 5 və 29-cu, DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “DİO əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 3, 4, 13 və 17-ci maddələrinin və DİN-in xx.xx.2009-cu il tarixli 330 nömrəli əmri ilə təsdiq edilmiş “DİON-da intizam nizamnaməsinin” 3.2 və 3.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozduğuna görə Yasamal RPİ-nin xx.xx.2020-ci il tarixli Ə96-91-20 nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehi də nəzərə alınmaqla Yasamal RPİ-nin xx.xx.2020-ci il tarixli Ə145-091-20 nömrəli əmri ilə “daxili işlər orqanlarında xidmətdən xaric” edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia ərizəsiniin baxılmasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1888/2021 saylı 25 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsində göstərdiyi dəlillərin araşdırılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2698/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-1888/2021 saylı qərardadının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “işin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur, birinci instansiya məhkəməsinin iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair birinci vəsatətinə dair hər hansı qərardad qəbul etməməsi, ikinci vəsatətinə münasibət bildirilməməsi, yekunda isə iddianı müddətin ötürülməsi əsası ilə mümükünsüz sayılması prosessual qanunvericiliyin tələbləri baxımından qanuni olmamışdır. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixdə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv olunması və İddiaçı xidmətə bərpa edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işi Bakı İnzibati Məhkəməsinə yenidən baxılması üçün göndərmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi xx.xx.2022-ci il tarixli 039-5901-1222 nömrəli məktubu ilə inzibati iş ilə əlaqədar sənədlərin, Yasamal rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli Ə45-091-20 nömrəli əmrinin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi xx.xx.2022-ci il tarixli 039-8820-1222 nömrəli məktubu ilə bildirmişdir ki, sabiq polis serjantı Lətif Abbasovun barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində xidməti yoxlama aparılaraq həmin əməkdaş yol verdiyi qəbahətlərə görə Yasamal rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli Ə45-091-20 nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. İş materiallarında olan Bakı şəhər Yasamal rayon polis idarəsinin Azərbaycan Respublikası DİN-nin Baş kadrlar idarəsiniin rəisi polis general mayoru Rafiq Abbasova ünvanlanmış 12 may 2020-ci il tarixli məktubuna əsasən, daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, Bakı şəhəri Yasamal RPİ-nin post-patrul bölüyünün sabiq polis nəfəri İddiaçı İmameddin oğlunun xidməti vəsiqəsi göndərilmişdir.Qoşma AZ 52765 nömrəli vəsiqə. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı iddia ərizəsindən göründüyü kimi iddia tələbi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsindən və xidmətə bərpa edilməsindən ibarətdir. İddia mübahisələndirmə növünə aiddir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı 28 aprel 2021-ci il və 29 iyul 2021-c il tarixlərdə “iddia qaldırmaq müddətinin bərpa edilməsi haqqında” vəsatətlərlə məhkəməyə müraciət etmişdir. Vəsatətlər onunla əsaslandırılmışdır ki, daxili işlər orqanlarında xidmətdən xaric olunanda əmək kitabçası verilsə də, Yasamal rayon Polis idarəsinin rəisinin qeyd edilən əmrinin təsdiq edilmiş surəti verilməmişdir. Bununla bağlı cavabdeh təşkilata dəfələrlə etdiyi müraciəti nəticəsiz qalmış, mübahisələndirmək istədiyi əmrin tarixinin və nömrəsinin əmək kitabçasında yazıldığı bildirilmişdir. Nəticədə daxili işlər orqanlarında xidmətdən xaric edilməsinin səbələrini və əsaslarının nədən ibarət olmasından məlumatsız olmuş və pozulmuş əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə əsaslandırılmamış iddia ərizəsi ilə müraciət edə bilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İddiaçı İmameddin oğluna ünvanlanmış 14 may 2020-ci il tarixli, 091-22641A- 3220 nömrəli məktubuna əsasən bildirilmişdir ki, tutduğunuz vəzifədən azad olmağınız barədə Yasamal RPİ-nə daxil olmuş ərizənizə baxılmışdır. Siz Yasamal RPİ-nin xx.xx.2020-ci il Ə40 ş\h-091-20 nömrəli əmri ilə, “Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə və 10-cu (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozuqda) bəndləri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmisiniz, qəbul edilmiş qərarın dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İddiaçı İmameddin oğluna ünvanlanmış 20 may 2020-ci il tarixli, 245-27615A-3220 nömrəli məktubuna əsasən bildirilmişdir ki, daxili işlər orqanlarında xidmətdən öz arzunuzla xaric olunmağınız barədə DİN-in rəhbərliyinə ünvanladığınız müraciətə Bakı şəhər Baş Polis İdarəsində baxılmışdır. Bildirilir ki, Yasamal RPİ-nin xx.xx.2020-ci il tarixli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10 cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmisiniz. ” İddia ərizəsinə əlavə edilmiş yuxarıda qeyd edilimiş məktublardan göründüyü kimi, İddiaçı onun barəsində cavabdehin verdiyi xx.xx.2020-ci il tarixli əmr barədə 2020-ci ilin may ayında məlumatlı olmuşdur, məhkəməyə isə iddiaçı 25 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda İddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş 30 gün müddət buraxılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının “iddia qaldırmaq müddətinin bərpa edilməsi haqqında” vəsatətlərdə göstərdiyi iddia müddətinin buraxılmasının səbəbi mübahisələndirmək istədiyi əmrin tarixinin və nömrəsinin bilməməsi –üzürlü səbəb kimi qiymətləndirilmir. Çünki, iddiaçının mübahisələndirmək istədiyi əmrin tarixinin və nömrəsinin bilməməsi ona hüquqi müdafiə vasitələrindən istifadə edilməsinə mane olmamışdır. Belə ki, inzibati- prosessual qanunvericiliyinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə mübahisələndirmə növündə iddia ilə qanunvericilikdə - həm Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan 30 gün müddətini, həm də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş bir ay müddətini üzrsüz səbəbdən buraxmaqla müraciət etdiyi üçün, buraxılmış müddətin bərpası barədə vəsatəti təmin edilməməlidir, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin mübahisələndirilməsi üçün Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət buraxıldığından və iddia tələbinin qalan hissəsi isə həmin əmrinin nəticəsi ilə bağlı olduğundan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Buraxılmış müddətin bərpası barədə iddiaçının vəsatəti təmin edilməsin. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri Yasamal rayon Polis İdarəsi rəisinin Ə40 ş/h-091-20 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-383/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-383/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver