Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-383/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 10 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-89/2024 saylı qərarının ləğv edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı rəsmi olaraq 1992-ci ildə Cəbrayıl rayon hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 15.03.92-27 saylı əmrlə N saylı hərbi hissələrdə xidmət etmişdir. Cəbrayıl rayonunun müdafiəsi zamanı xx.xx.1993-cü tarixində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində ağır yaralanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin 7.2 bəndinin a yarımbəndinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 250 nömrəli xx.xx.2011-ci il tarixli protokoluna uyğun olaraq, aldığı xəsarətlər - diaqnoz: “mərmi partlaması nəticəsində yaranmış qəlpə yaralanmasından sonra ənsə nahiyyəsində, hər iki baldır və said nahiyyələrində və sağ əlın arxa səthində çapıq toxumaları” (Cəbrayıl RHK-nın xx.xx.2011-ci il tarixli 172 saylı göndərişi, xx.xx.2010-cu il tarixli 740 nömrəli arayışı, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-53/2011 saylı qətnaməsi, Silahlı Qüvvələrin Məhkəmə X4 verilmiş xx.xx.2010-cu il tarixli 409 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir) “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. xx.xx.2016-cı il tarixdə cavabdehin müvafiq komissiyası tərəfindən müayinə olunmuş, tərtib etdikləri rəyə əsasən iddiaçıya 2-ci qrup əlillik təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə növbəti müayinə zamanı qurumun müvafiq komissiyası tərəfindən “diaqnoz əlillik təyin etmir” kimi qərar qəbul edilmişdir. Dəfələrlə müxtəlif tibb müəssələrində müalicə alsa da, səhhətində heç bir irəliləyiş yoxdur, əksinə qulaqlarının hər ikisində aldığı travmadan sonra kəskin eşitməzlik yaranıb. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: Kəllədaxili travma, keçirilmiş kəllə beyin travmasından b/beyin əzilməsindən və ənsə nahiyyəsinin yaralanmasından sonrakı (1993) davamlı qalıq əlamətləri tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ayda 7-8 dəfə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 265 nöməli, xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.2010-cu ildə Silahlı Qüvvələrin Məhkəmə X5 məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Mərmi partlaması nəticəsində yaranmış qəlpə yaralanmasından sonra ənsə nahiyyəsində, hər iki baldır və said nahiyyələrində və sağ əlin arxa səthində çapıq toxumaları” (Cəbrayıl RHK-nın xx.xx.2011-ci il tarixli 172 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 740 nömrəli arayışı, Cəbrayıl Rayon Məhkəməsinin 2 (072)-53/2011 saylı qətnaməsi, Silahlı Qüvvələrin Məhkəmə X4 verilmiş xx.xx.2010-cu il tarixli 409 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, MN MHHK-nin həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin a) bəndi. TSEK tərəfindən verilmiş 13792 nömrəli, xx.xx.2011-ci il tarixli arayışa əsasən xx.xx.2011-ci ildə aparılmış müayinə əsasında İddiaçı ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S00-S09 – Başın travmaları – S06 – kəllədaxili travma – S06.8 – digər kəllədaxili travmalar. Diaqnozun mətni: keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 032114 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2013- cü il tarixədək AR Müdafiəsi zamanı alınmış xəsarətlə bağlı ikinci dərəcəli əlillik təyin edilmişdir. TSEK tərəfindən verilmiş 454494 nömrəli, xx.xx.2014-cü il tarixli arayışa əsasən xx.xx.2014-cü ildə aparılmış müayinə əsasında İddiaçı ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S00-S09 – Başın travmaları – S06 – kəllədaxili travma – S06.8 – digər kəllədaxili travmalar. Diaqnozun mətni: keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş məlumata əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə təkrar müayinə olunmuş, ona xx.xx.2015-ci ildən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar. Digər daimi ağrı, ətraflarda daimi ağrı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti İddiaçı 2 (ikinci) dərəcə 5 il müddətinə əlillik verilmişdir. TSEK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışa əsasən xx.xx.2015-ci ildə aparılmış müayinə əsasında İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S80-S89 – Diz və baldırın travmaları – S81 – Baldırın açıq yarası – S81 – Baldırın açıq yarası – S81.0- Diz oynağının açıq yarası Diaqnozun mətni: diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar. Digər daimi ağrı, ətraflarda daimi ağrı. Meyar: 2.2. İkinci dərəcə əlillik – Digər: Diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar. TSEK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışa əsasən xx.xx.2016-cı ildə aparılmış müayinə əsasında İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə əlillik təyin edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S80-S89 – Diz və baldırın travmaları – S81 – Baldırın açıq yarası – S81 – Baldırın açıq yarası – S81.0- Diz oynağının açıq yarası Diaqnozun mətni: diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar. Digər daimi ağrı, ətraflarda daimi ağrı. Meyar: 2.2. İkinci dərəcə əlillik – Digər: Diz oynağının açıq yarası, odlu silahla yaralanmadan sonra hər iki diz oynağının ön səthində çapıqlar. TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən xx.xx.2021-ci ildə aparılmış müayinə əsasında İddiaçı əlillik təyin edilmişdir. X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri – G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar – G44 – Baş ağrısının digər sindromları – G44.3 – Xroniki porttravmatik baş ağrısı. Diaqnozun mətni: T90.5 Kəllədaxili travmaların nəticələri, Mərmi partlaması nəticəsində keçirilmiş kəllə beyin travmasından və baş beyinin silkələnməsindən sonrakı (1993) davamlı qalıq əlamətləri tez tez təkrarlanan vegetativ damar krizlərlə və koxleo-vestibulyar paroksizmlərlə eşitmə funksiyasının pozulması ilə dayaq hərəkət funksiyasının pozulması ilə. Ağırlaşma G44.3 Xroniki posttravmatik baş ağrısı, xroniki postravmatik kranialgiya, tez-tez təkrarlanan paroksizmlərlə. Ağırlaşma H83.3 Daxili qulağın səs effektləri, postravmatik koxlear paroksizmlər. Ağırlaşma G93.8 Baş beynin digər dədiqləşdirilmiş zədələnmələri, postravmatik ensefalopatiya tez-tez təkrarlanan koxleo-vestibulyar paroksizmlərlə və gvegetativ krizləri ilə. Ağırlaşma H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, neyrosensor ağır eşit. Meyar: imtina edilir. İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması – səbəb – ixtisaslaşmış müayinə və müalicə olunması məsləhətdir. TSEK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.2022-ci ildə aparılmış müayinə əsasında İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – T90- T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T90 – Başın. Diaqnozun mətni: kəllədaxili travmaların nəticələri, mərmi partlaması nəticəsində, keçirilmiş kəllə beyin travmasından və baş beyinin silkələnməsindən sonrakı davamlı qalıq əlamətləri teztez təkrarlanan vegetativ damar krizlərlə və koxleo-vestibulyar paroksizmlərlə eşitmə funksiyasının poulması ilə dayaq hərəkət funksiyasının pozulması ilə. Meyar: İmtina edilir. İmtina edilmə səbəbi: göndərişin natamam doldurulması – Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırkı vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun. TSEK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.2022-ci ildə aparılmış müayinə əsasında İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – T90- T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T90 – Başın. Diaqnozun mətni: kəllədaxili travmaların nəticələri, mərmi partlaması nəticəsində, keçirilmiş kəllə beyin travmasından və baş beyinin silkələnməsindən sonrakı (1993) davamlı qalıq əlamətləri tez-tez təkrarlanan vegetativ damar krizlərlə və koxleo-vestibulyar paroksizmlərlə eşitmə funksiyasının poulması ilə dayaq hərəkət funksiyasının pozulması ilə. Meyar: İmtina edilir. İmtina edilmə səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında sonuncu müayinəyə dair xx.xx.2023-ci il tarixli məlumata əsasən İddiaçı əlilliyin təyin edilməsinə diaqnoz öz təsdiqinin tapmaması səbəbi ilə imtina edilmişdir. Diaqnoz: kəllədaxili travma, keçirilmiş kəllə beyin travmasından b/beyin əzilməsindən və ənsə nahiyyəsinin yaralanmasından sonrakı (1993) davamlı qalıq əlamətləri tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ayda 7-8 dəfə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4136 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli 172 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinin surətinə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli bildirişinə Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: üzvi (qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və eşitmə qüsuru ilə F07.0 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 409 nömrəli iddiaçının canlı məhkəmə - tibbi müayinəsi aktının surətinə əsasən İddiaçı məhkəmə tibbi müayinəsi zamanı ənsə nahiyyəsində, hər iki baldır və said nahiyyələrində və sağ əlin arxa səthində çapıq toxumalar - sağalmış yaraların izləri aşkar edildi. Həmin çapıq toxumalar ilə əlaqədar hər hansı bir tibbi sənəd olmadığından onların dəqiq müddəti barədə fikir söyləmək mümkün deyildir, lakin özünün göstərdiyi vaxtda və şəraitdə, yəni xx.xx.1993-cü il tarixdə partlamış mərminin qəlpələrinin təsirindən əmələ gəlmələri də inkar olunmur. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-53/2011 nömrəli, 10 mart 2011-ci il tarixli qətnaməsinin surətinə əsasən xx.xx.1973-cü ildə Cəbrayıl rayon Nüzgar kəndində anadan olmuş İddiaçı 23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun erməni işğalçılarından müdafiəsi zamanı gedən döyüşlərdə düşmənin qarşı tərəfdən atdığı artileriya mərmisinin partlanması nəticəsində yaralanaraq xəsarət alması faktın müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 16686/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qərarına əsasən İddiaçı barəsində aparılmış müayinə əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyinin müəyyən olunması meyarları”-na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmənin qərardadı İddiaçı əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən araşdırma aparılması və bunun üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməsi, bunun nəticəsi barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həmin müddət ərzində məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-4/2-1888/2024 nömrəli vətəndaşın əyani müayinə olunması haqqında məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin A00110404NSP nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 T216/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də Bera testindən keçirilərkən ona “İki tərəfli koxlear nevrit. Neyrosensor ağır eşitmə İV dərəcə” Diaqnozu qoyulmuşdur. Onun xx.xx.2023-cü il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” PHŞ-də isə “Odlu silah yaralanmasından sonra sol diz oynağının iç-ön, sol baldırın orta 1\3-nin ön, aşağı 1\3-nin iç, sağ baldırın yuxarı 1\3-nin iç, aşağı 1\3-nin içarxa, sol dirsək oynağının arxa-tış sağ dirsək oynağının arxa səthində dartıcı çapıq toxumaları, L4-L5 fəqərəarası diskin yırtığı (5mm sinir kötüyünün sıxılması) , L5-S1 fəqərə diskin yırtığı (6mm), dural kisə və sağ lateral foraminal sinirin kökcüyünün sıxılması, L5 fəqərə cisminin arxaya doğru spondilolistezi, hər iki budçanaq oynağının İİİ dərəcəli koksartrozu, hərəkət məhdudiyyəti, yaxınlaşdırıcı kontrakturası (solda uzaqlaşma 20dər., bükmə 25dər.) Sol diz oynağının İİİ dərəcəli deformasiya edici artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 170dər., bükmə 160dər.) əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması. (S 81.0; S 81.7; S 51.0; Y36.2 ; L91.0; S33.0; M16.7; M24.5; M17.5 M62.5; R52.; R26.8). R-ji müayinənin nəticəsi: Hər iki bud-çanaq oynağının İİİ dərəcəli koksartrozu, sol diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu.” diaqnozu, xx.xx.2023cü il tarixdə “Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də müayinəsi zamanı (Bera testi əsasında və otoskopik müayinə əsasında) “İkitərəfli Koxlear nevrit. Neyrosensor ağır eşitmə İV dərəcə.” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişi tam doldurulmuşdur və orada qeyd edilən xəstəliklər onun stasionarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Həmin diaqnozlar ona əyani və laborator-instrumental müayinələrin əsasında qoyulmuşdur. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 T568/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də Bera testi əsasında təyin edilmiş “İki tərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə İV dərəcə” diaqnozu müəyyən edildi. Sualın digər hissəsində göstərilən həmin diqnozun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9-cu bəndinin (Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri) 9.1.3.; 9.1.4.; 9.1.4.5 yarımbəndindəki ağırlaşmalara səbəb olub-olmasının təyini məhkəmə-tibb ekspertlərinin deyil, Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. Məhkəmənin qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi (psixiatrik) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli, 228 saylı ekspert rəyinə əsasən yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı barotravma ilə əlaqədar) emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri - (anamnestik məlumatlara görə çavuş rütbəsində ordu sıralarında hərbi xidmət etdiyi dövrdə İ Qarabağ döyüşlərdində iştirak etdiyini zaman döyüş zonasında xx.xx.1993-cü ildə mərmi partlaması nəticəsində başından dalğa zərbəsi və qəlpə yaraları alması, tibb məntəqəsinə gətirilməsi, müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıtması, 1996-cı ildə hərbidən təxris edilməsi, sonradan aldığı kəllə-beyin travmasından sonra onda eşitmədə zəiflik, əsəbilik, yuxu pozuntusu halları meydana gəldiyi üçün X8 xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “Keçirilmiş ağır qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Baş beyin ağır dərəcəli əzilməsinin davamlı qalıq əlamətləri. Bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət. Hər iki baldır və said nahiyəsində çoxsaylı çapıq toxumaları. Posttravmatik ensefalopatiya hipertenziya sindromla nəzərəçarpan asteno-nevrotik sindrom” diaqnozu ilə müalicədə olması, ona əlillik dərəcəsi təyin edildiyini, sonradan psixi vəziyyəti və digər şikayətləri ilə əlaqədar müxtəlif tibbi müəssisələrə müraciətlərinin olması, hazırki müayinə zamanı şikayətləri - ağır eşitmə, əsəbilik, aşağı ətraflarda, onurğada ağrılarından əziyyət çəkməsini bildirməsi, sorğu gedişatında psixi statusunda az nəzərə çarpan astenizasiyası və əsəbilik biruzə verməsi sübut edir. İş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İddiaçı hal-hazırda Üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı barotravma ilə əlaqədar) emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). İşdən göründüyü kimi iddiaçıya İddiaçı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Bera testi əsasında qoyulmuş “İkitərəfli koxlear nevrit. Neyrosensor ağır eşitmə İV dərəcə” diaqnozunun, həmçinin İddiaçı Bakı Baş Səhiyyə İdarəsinin göndərişində qoyulmuş “baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası, üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funsiyaların enməsi” diaqnozunun ona əlillik təyininə əsas verib-verməməsinin aydınlaşdırılması üçün iş üzrə məhkəmə-tibbi və psixiatrik ekspertizalar təyin edilmişdir. Qeyd edilməlidir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəiklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd oluna “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər. Həmi “baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası, üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funsiyaların enməsi” diaqnozu “Meyarlar”da nəzərdə tutulmuş aşağıdakı ağırlaşmalara səbəb olduğu halda şəxsə əlillik təyinatına səbəb ola bilər: 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski 35-60 2 il. 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarına dair ekspert rəylərində iddiaçının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsi istisna olunmur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 T216/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində iddiaçıda “İkitərəfli Koxlear nevrit. Neyrosensor ağır eşitmə İV dərəcə.” Diaqnozunun istina edilmədiyi bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli, 228 saylı ekspert rəyində iddiaçıda halhazırda üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı barotravma ilə əlaqədar) emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edildiyi qeyd edilmişdir. Lakin, hər iki ekspert rəyndə həmin xəstəliklərin əlillik təyinatına əsas verən ağırlaşmalara səbəb olub-olmamasının ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Qeyd edilməlidir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçının həmin diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olubolmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-89/2024 saylı qərar ləğv edilsin və İddiaçı əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-383/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-383/2025
10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver