Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3831/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müavinətlərin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsindən 2000-ci il tarixdən 2014-cü il tarixədək müalicəsi ilə bağlı hər il üçün nəzərdə tutulan ödənilməmiş müavinətin ödənilməsi və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsindən 1996-cı il tarixdən 2019-cu il tarixədək ödənilməmiş müharibə veteranı üçün nəzərdə tutulan aylıq müavinətin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək, həmin ərizələrin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3831/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə- Plan İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsi, İddiaçıcavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı cavabdehdən 2000-ci il tarixdən 2014-cü il tarixədək müalicəsi ilə bağlı hər il üçün nəzərdə tutulan ödənilməmiş müavinətin ödənilməsi və cavabdehdən 1996-cı il tarixdən 2019-cu il tarixədək ödənilməmiş müharibə veteranı üçün nəzərdə tutulan aylıq müavinətin, 1996-cı il tarixdən 2019-cu il tarixədək hər ay əmək haqqından tutulmuş gəlir vergisinin və həmin müddətdə kommunal xərclərə ödədiyi pulların tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrin icraata qəbul edilməsi qərara alınmışdır. Son olaraq xx.xx.2020-ci il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 2005-ci il tarixdən 2014-cü il tarixədək müalicə ilə bağlı hər il üçün nəzərdə tutulan ödənilməmiş müavinətin ödənilməsi və cavabdehdən 1996-cı il tarixdən 2019-cu il tarixədək ödənilməmiş müharibə veteranı üçün nəzərdə tutulan aylıq müavinətin, 1996-cı il tarixdən 2019-cu il tarixinədək hər ay əmək haqqından tutulmuş gəlir vergisinin və həmin müddətdə kommunal xərclərə görə ödədiyi pulların tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə iş üzrə məhkəmə icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “sosial müavinətinin ödənilməsi”nə dair hissəsində iddia tələbi mümkün sayılmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1985-ci ildən Azərbaycan Respublikasının Daxili İşlər orqanında əvvəlcə polis nəfəri, xx.xx.1994-cü il tarixdən xx.xx.2019-cu il tarixədək isə müstəntiq vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2019-cu il tarixli, Ə-3430 ş/h-001-19 nömrəli əmri ilə “xidmətdə olmanın son yaş həddinə çatdığına görə” xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası DİN-nin 2 saylı poliklinikasında “Hipertoniya H” diaqnozu ilə, xx.xx.2016-cı ildən “Şəkərdli diabet İİ tip” diaqnozu ilə, xx.xx.2017-ci il tarixdən “UİX.Gərginlik stenokardiyası.F.S-İ” diaqnozu ilə “D” qeydiyyatındadır. 2015-ci ildən 2019cu il tarixədək olan müddətdə iddiaçıya müalicə olmadığı üçün ildə bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilmişdir. Lakin 2000-ci ildən 2014-cü il tarixədək olan müddət ərzində, yəni, 15 il müddətində müalicə olunmağı üçün iddiaçıya həmin müavinət verilməmişdir. Həmin müddət ərzində öz şəxsi vəsaiti hesabına müalicə olunmuşdur. Həmin ödənilməmiş müavinətin ödənilməsi məqsədi ilə cavabdehə rəsmi ərizə ilə müraciət olunmuş, lakin iddiaçıya imtina edilmişdir. Bundan başqa qeyd olunmuşdur ki, Bakı şəhər Baş Polis İdarəsi rəisinin xx.xx.1991-ci il tarixli 339 nömrəli və xx.xx.1994-cü il tarixli 33 nömrəli əmrləri ilə Goranboy və Ağdam rayonlarında erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə iştirak etdiyinə görə dəfələrlə, yəni, 1996-cı və 2017-ci illərdə Azərbaycan Respublikası DİN-nin rəhbər heyətinə rəsmi raportla müraciət edərək müharibə veteranı vəsiqəsinin verilməsini xahiş etmişdir. Nəhayət çox saylı müraciətdən sonra 2019-cu ilin may ayının 24-də müharibə veteranı vəsiqəsini iddiaçıya verilmişdir. Müharibə veteranı vəsiqəsini iddiaçıya vaxtında vermədiklərindən 1996-cı il tarixdən 2019-cu il tarixədək dövlət tərəfindən müharibə veteranlarına olunan güzəştlərindən məhrum olunmuşdur. Belə ki, müharibə veteranlarına əmək haqqından gəlir vergisi tutulması güzəşt edildiyi halda müharibə veteranı vəsiqəsini iddiaçıya vaxtında vermədiklərindən 1996-cı il tarixdən 2019-cu il tarixədək hər ay əmək haqqından gəlir vergisi tutulmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə ünvanladığı xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli məktublarına əsasən, iddiaçı 1996-cı ildən 2019-cu il tarixədək olan müddətdə, yəni 23 il müddətində məhrum edildiyi hər ay verilən pul müavinətinin iddiaçıya verilməsinə göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 027-155Ş-3220 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 185 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Qərarının 9-cu bəndinin 2-ci abzasına edilmiş dəyişikliyə əsasən daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinət verilir. Qərarın imzalandığı gündən qüvvəyə minməsi baxımından ödəniş yalnız həmin tarixdən etibarən xidmət edən əməkdaşlara şamil edilir. Müvafiq normativ-hüquqi aktın 2005-ci ildən qüvvəyə mindiyi nəzərə alaraq iddiaçıya 2000-2004-cü illər üçün müalicə olunma ilə əlaqədar pul müavinətinin verilməsi qeyri-mümkündür. Məlumat qaydasında bildirilir ki, DİN-in xx.xx.2005-ci il tarixli 35/xiü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydasi”na əsasən daxili işlər orqanlarının əməkdaşlarına müalicə olunma ilə əlaqədar pul müavinətinin verilməsi üçün əməkdaş orqan rəhbərinə raportla müraciət etməlidir. Daha sonra orqan rəhbəri tərəfindən dərkənar verilmiş raport eləcə də müalicənin zəruliyini və ya müalicə olunmanı təsdiqləyən sənəd əsasında xidmət keçdikləri orqanda yaradılmış müvafiq komissiyanın rəyi təqdim edildikdə həmin müavinət ödənilir. İddiaçının müraciəti ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə sorğu edilmiş, baş idarənin xx.xx.2020-ci il tarixli, 0xx-xx-1220 nömrəli məktubu ilə 2005-2014-cü illər üçün qeyd olunan sənədlər Bakı ŞBPİ-nin Maliyyə-plan şöbəsinə təqdim edilmədiyindən iddiaçıya müalicə müavinəti ödənilmədiyi, 2015-2019-cu illərdə isə Bakı ŞBPİ tərəfindən hər il üçün əməkhaqqınıza müvafiq olaraq pul müavinəti ödənildiyi bildirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X12 xx xxxxx 2020-ci il tarixli, 024- 2149Ş-3220 saylı məktubundan görünür ki, Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin almasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə cavab olaraq bildirilmişdir ki, DİN-də yaradılmış komissiya qaldırılan məsələnin müsbət həllini hal-hazırda məqsədəmüvafiq hesab etməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X12 xx xxxx 2020-ci il tarixli, 024- 1861Ş-3220 saylı məktubundan görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi barədə 1996-cı ilin yay aylarında DİN-in X13 İdarəsinə ünvanladığı raportun və qeyd olunan raport əsasında iddiaçıya göndərilmiş cavab məktubunun surətlərinin verilməsi ilə bağlı bildirilmişdir ki, tərtib edilmiş işlər və müraciətlər ən azı 5 il müddətində daxili işlər orqanlarından katibliyində saxlanılaraq, sonradan müəyyən olunmuş qaydada məhv edildiyi səbəbindən qaldırılan məsələnin müsbət həlli mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” xx xxxxxx 2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli 120 nömrəli Fərmanına əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə veteranı adı almış şəxslərə aylıq müavinət ödənilir. Göründüyü kimi, bu qanunvericilik aktlarına görə əmək pensiyası alan sabiq əməkdaşlara aylıq müavinət ödənilir. Göründüyü kimi, bu qanunvericilik aktlarına görə əmək pensiyası alan sabiq əməkdaşlara aylıq müavinət ödənilməsi nəzərdə tutulmamışdır. 1996-2019-cu illərdə almadığı müavinətlərin qaytarılması mümkün deyildir. -İddiaçı Azərbaycan Respublikası DİN-nin X13 İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli raportundan görünür ki, iddiaçı 1985-ci ildən DİO-da, xx xxx 2016-cı il tarixdən hazırki vaxta kimi Qaradağ RPİ-nin 38-ci PB-də təhqiqatçı vəzifəsində işlədiyini, xidmət dövründə iddiaçının Bakı şəhər BPİ-nin xx.xx.1994-cü il tarixli, 33 № və xx.xx.1994-cü il tarixli, 51 №-li əmrləri ilə ermənilərə qarşı döyüşdə iştirak etmək üçün Ağdam rayonunda ezamiyyətdə olduğunu və pul mükafatı ilə mükafatlandırıldığını bildirilmişdir. Bu səbəbdən ona müharibə veteranı vəsiqəsinin verilməsinə göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası DİN-nin Şəxsi X12 İddiaçı ünvanladığı xx xxxx 2017-ci il tarili, 024-779-1217 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, DİN-də yaradılmış komissiya qaldırılan məsələnin müsbət həllini hal-hazırda məqsədəmüvafiq hesab etməmişdir. - Bakı şəhər X9 xx xxxxxxxx 1991-ci il tarixli əmrdən çıxarışdan görünür ki,İddiaçı Azərbaycan Respublikasının Göranboy rayonun əhalisinin qorunması ilə əlaqədar göstərdiyi xidmətə görə mükafatlandırılmışdır. - Bakı şəhər X9 xx xxxxxx 1994-cü il tarixli, 33 nömrəli əmrdən çıxarışdan görünür ki, döyüş bölgələrində yaranmış gərgin vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının DİNnin xx xxxxxx 1993-cü il 029 №-li əmrinə əsasən xx xxxxxx 1994-cü il tarixdə BPİ-nin əməkdaşları Ağdam rayonuna ezam olunmuşdurlar. 1-ci PPXA-nin 1-ci rotasının polis leytenantı İddiaçı. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, Ə-3430ş/h-001- 19 saylı çıxarışdan görünür ki, 135-ci maddəsinin 5-ci bəndi ilə (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq xidmətdən xaric edilməsi, polis mayoru İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, “istefada olan polis mayoru” sayılmaqla, “02” noyabr 2019-cu il tarixdən. xx xxxxxx 2019-cu il tarixə xidmət müddəti: təqvimi hesablama ilə -36 il, 03 ay, 24 gün, imtiyazlı hesablam ilə -41 il, 06 ay, 19 gün təşkil edir. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 032631 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. - Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi X2 İşlər Nazirliyinin Baş X3 ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Şiriyev X6 rayon X5 Şöbəsinin müstəntiqi vəzifəsindən polis mayoru rütbəsi ilə yaşa görə xx.xx.2019-cu il tarixdən DİOdan xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 36 il 03 ay 24 gün, imtiyazlı hesablama ilə 41 il 08 ay 26 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli 54İİİ-Q nömrəli Qanuna əsasən hazırda İddiaçı Dövlət X10 X7 İdarəsi tərəfindən ödənilən pensiya təminatı:vəzifə maaşı- 451 manat, rütbə maaşı -150 manat, xidmət illərinə görə 50 faiz əlavə -300,5 manat, xüsusi işə görə 150 faiz əlavə - 676,5 manat və ərzaq payı əvəzinə kompensasiya – 64 manat, cəmi 1.642 manat təminat xərcliyindən yeni hesablama qaydasına görə 1.642 manat təşkil edir. Müailicə olunma ilə bağlı müavinətlərin verilməsinə dair münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 185 nömrəqli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Qərarının 9-cu bəndinin 2-ci abzasına edilmiş dəyişikliyə əsasən daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Qərarın imzaladığı gündən qüvvəyə minməsi baxımından ödəniş yalnız həmin tarixdən etibarən xidmət edən əməkdaşlara şamil edilir. Müvafiq normativ-hüquqi aktın 2005-ci ildən qüvvəyə mindiyi nəzərə alaraq İddiaçı 2000-2004-cü illər üçün müalicə olunma ilə əlaqədar pul müavinətinin verilməsi qeyri-mümkündür. Məlumat qaydasında bildirir ki, DİN-in xx.xx.2005-ci il tarixli 35/xiü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydası”na əsasən daxili işlər orqanlarının əməkdaşlarına müalicə olunma ilə əlaqədar pul müavinətinin verilməsi üçün əməkdaş orqan rəhbərinə raportla müraciət etməlidir. Daha sonra orqan rəhbəri tərəfindən dərkənar verilmiş raport, eləcə də müalicənin zəruriliyini və ya müalicə olunmanı təsdiqləyən sənəd əsasında xidmət keçdikləri orqanda yaradılmış müvafiq komissiyanın rəyi təqdim edildikdə həmin müavinət ödənilir. Bakı şəhər Baş Polis İdarəsinə sorğu edilmiş, Baş İdarənin xx.xx.2020-ci il tarixli, 0xx-xx-1220 nömrəli məktubu ilə 2005-2014-cü illər üçün qeyd olunan sənədlərin Bakı ŞBPİ-nin Maliyyə-Plan şöbəsinə təqdim edilmədiyindən İddiaçı müalicə müavinəti ödənilmədiyi, 2015-2019-cu illərdə isə Bakı ŞBPİ tərəfindən hər il üçün əməkhaqqında müvafiq olaraq pul müavinəti ödənildiyi bildirilmişdir. Müharibə veteranlarına müavinət pulun verilməsi ilə bağlı bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının x xxxxxx 2008-ci il tarixli 55-İİİQ Qanununun 7.0.6-cı maddəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi şərtlərində onu almaq hüququ müəyyən edilmiş və pensiya hüququ olan şəxslərə müavinət verilməsi nəzərdə tutulmamışdır. Qanunun 11.1.5-ci maddəsində həmin müavinəti almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda müavinətin ödənişinin dayandırılması təsbit edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işlədiyi 2005-2014-cü il dövrlərində müalicə üçün ödənilməmiş müavinətinin ödənilməsini tələb edir və bu halı onunla əsaslandırır ki, həmin dövrlərdə sağlamlığı ilə əlaqədar aldığı müalicənin öz vəsaiti hesabına həyata keçirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddaçının iddia tələbinin əsasını Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməsi və Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaları təşkil edir. Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməsinin 97-ci maddəsinə əsasən, daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədarildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinin 1-ci hissəsinə əsasən, polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 185 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydalarının təsdiq edilməsi haqqında” Qərarının 9-cu bəndinin 2-ci abzasına edilmiş dəyişikliyə əsasən daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. 2005-2014-cü illər üzrə müalicə ilə bağlı müavinətin ödənilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, ilkin olaraq müalicə üçün nəzərdə tutulmuş müavinətin hansı şərtlər əsasında ödənildiyi araşdırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan, həmçinin, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Ə.Həbilovun izahatından məlum olmuşdur ki, daxili işlər orqanlarında xidmət göstərən əməkdaşlara müalicə olunmaları ilə bağlı müavinətin ödənilməsi məhz Daxili İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli, 35\xiü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydası”nın normaları ilə tənzimlənir. Belə ki, “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydası”na əsasən daxili işlər orqanlarının əməkdaşlarına müalicə olunma ilə əlaqədar pul müavinətinin verilməsi üçün əməkdaş orqan rəhbərinə müalicə olunmanı təsdiqləyən sənəd əlavə etməklə raportla müraciət etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya qeyd etdiyi dövrlərdə müalicə olunması ilə əlaqədar cavabdeh orqanın rəhbərinin əmri ilə yaradılmış müvafiq komissiyanın rəyi olmadığından müvafiq ödənişlər aparılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müavinətin ödənilməsinə dair müraciəti xidmətdə olduğu dövr ərzində deyil, xidmətdən xaric edildikdən sonra etmişdir. Göründüyü kimi, iddiaçı müalicə olunması ilə əlaqədar müavinətin ödənilməsi barədə müraciəti xidmət etdiyi müddətdə etməsini sübut edə bilməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı müalicə ilə əlaqədar müavinətin ödənilməsi üçün müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qulluq keçməsinə xitam verildiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə iddiaçının iddia tələbinin ikinci hissəsinə münasibət bildirir. Belə ki, iddiaçı 1996-cı il tarixdən 2019-cu il tarixədək hər ay üçün əmək haqqından tutulmuş gəlir vergisinin və kommunal xərclərin ödənilməsini tələb edir və bu halı onunla əsaslandırır ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqsirli hərəkətinə görə müharibə veteranı vəsiqəsi İddiaçı gec verilmişdir. Göründüyü ki, iddia tələbini ikinci hissəsi özlüyündə iki hissədən ibarətdir: əmək haqqından tutulmuş gəlir vergisinin və kommunal xərclərə görə ödənilmiş pul vəsaitinin qaytarılması. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, ikinci dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir. Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirlərinin 400 manatı gəlir vergisindən azad olunur. Qeyd olunan güzəşt “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən müharibə veteranı sayılan və həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq veteran statusunu təsdiqləyən “Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəni almış şəxslərə, o cümlədən Qarabağ müharibəsinin veteranlarına şamil olunur. Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən isə qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı almış şəxslərə verilən güzəşt hüququ Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində həyata keçirilir. Şərh olunan qanunvericiliyin normalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, müharibə veteranı almış şəxslərə o zaman güzəştlər (kommunal xərclərə görə müavinət və əmək haqqıdan tutulmuş gəlir vergisi) olunur ki, o, müharibə veteranı vəsiqəsini almış olsun. Vətəndaşın əməkhaqqından gəlir vergisinin tutulmaması və ya kommunal xərclərin görə müavinətinin verilməsi ilə bağlı hüquqi isə məhz həmin vəsiqəni aldığı gündən yaranır. İddiaçı müharibə veteranı vəsiqəsinin gec almasının məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyinə istinad edərək, həmin dövrdə onun əməkhaqqısından tutulmuş gəlir vergilərinin və kommunal xərclərinin ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququna malik deyildir. Belə ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi ilkin müraciət zamanı verilən imtina cavabı əsasında iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin, İddiaçı cavabdeh tərəfindən verilmiş imtina məktubları ilə razılaşaraq, ona müharibə veteranı vəsiqəsinin verilməməsini mübahisələndirməmiş və həmin dövrdə məhkəməyə bununla bağlı müraciət etməmişdir. Belə olan halda, İddiaçı əməkhaqqısından tutulmuş gəlir vergisinin və tərəfindən ödənilmiş kommunal xərclərin geri qaytarılması ilə bağlı iddiası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 68, 69 və 85.1-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müavinətlərin ödənilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3831/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3831/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver