Məhkəmə qərarları › İş №2-1(112)-3832/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3832/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3832/2021 27.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlu icraatımda olan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı cavabdehin üzərinə öhdəliyin qoyulması tələbinə dair inzibati mübahisəyə dair iş üzrə iddiaçılar tərəfindən verilmiş iddiadan imtina barədə ərizəyə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardım ilə bağlı əmək haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi məqsədilə İddiaçı1 adına 1440 (min dörd yüz qırx) manat, İddiaçı2 adına 7068 manat, İddiaçı3 adına 210 (iki yüz on) manat, İddiaçı4 adına 942 (doqquz yüz qırx iki) manat və İddiaçı5 adına cəmi 31.688 (otuz bir min altı yüz səksən səkkiz) manat (9.144+22.544 manat) vəsait ödənilməsinin təmin olunması üçün inzibati aktın qəbul edilməsi barədə Bakı şəhəri Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5136/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1782/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərardadına əsasən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5136/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçılar dəftərxana vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etdiklərini, iş üzrə icraata xitam verilməsini və ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə onlara qaytarılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin «Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz» müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı cavabdehin üzərinə öhdəliyin qoyulması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddiaçıların iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçılara izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar