Məhkəmə qərarları › İş №2-1(112)-3833/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3833/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3833/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçının hüquqi varisi X1 nümayəndəsi və vəkili X17 (Bakı şəhərində qeydiyyatdadır, “Femida” vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhəri qeydiyyatdadır, İxtisası: hüquqşünas, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsinin məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna(Məhkəmə Mübahisələri ilə İş İdarəsi) qarşı “ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1977-1993-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. 1990-cı ilin iyul ayından 1992-ci ilin noyabr ayınadək olan dövrdə müxtəlif vaxtlarda rəhbərlik tərəfindən cəbhə bölgəsinə ezam edilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında, erməni cinayətkarlarına qarşı mübarizədə iştirak etmişdir. 26.08.2019-cu il tarixdə veteran kimi qeydiyyata alınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən veteran vəsiqəsi ona təqdim edilmişdir. İddiaçı hazırda 80 (səksən) manat müavinət alır. Veteran kimi müavinət almağa başladığı tarixdən əvvəlki 3 il üçün də müavinət almaq hüququna malikdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsinə baxmayaraq, fond tərəfindən müraciətinə qanuni müddət ərzində heç bir münasibət bildirilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, İddiaçı veteran vəsiqəsi 2019-cu ilin avqust ayında verilmişdir. İddiaçının veteran vəsiqəsi əsasında müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 23.08.2019-cu il tarixindən təqaüd təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilmsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı adı və vəsiqəsi” 2019-cu ilin avqust ayında verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından, hazırki halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnun olması istisna edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırkı işi üzrə qəbul etdiyi 2-1(112)-5078/2020 saylı 20.08.2020-ci il tarixli qərardadı ilə İddiaçı vəfatı ilə əlaqədar olaraq onun cavabdeh Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fonduna qarşı “ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi vəzifəsinin qoyulması haqqında” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı vərəsələri X9, X5, X10 və X13 Bakı İnzibati Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2-1(112)-5078/2020 saylı qərardadından narazı qaldığı üçün apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməsinin xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1895/2020 saylı işi üzrə qəbul etdiyi 11.11.2020-ci il tarixli qərardadına əsasən X9, X5, X10 və X13 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5078/2020 saylı 20 avqust 2020-ci il tarixli qərardadı ləğv edilərək, işin sonra prosessual hərəkətlərinin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İnzibati Prosessual Məcəlləsinin 34.1.-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər Məhkəmə iclasında iddiaçının hüquqi varisi X1 nümayəndəsi və vəkili X17 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izаhаt və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: 032974 nömrəli vəsiqəyə əsasən, İddiaçı Daxili İşlər Nazirliyi tərəfindən 26.08.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı 18.05.2020-ci il tarixli məktubuna əsasən, o, 26.08.2019-cu il tarixdən əvvəlki 3 (üç) il üçün ona veteran müavinətinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vərəsələri X9, X5, X10, X13 tərəfindən 11.08.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizələrində göstərilmişdir ki, İddiaçı 13.06.2020-ci il tarixdə vəfat etmişdir; onlar miras üçün notariat kontoruna müraciət edərək ölüm tarixindən 6 ay sonra qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə alacaqlar; qeyd edilənləri nəzərə alaraq həmin iş üzrə onların iddiaçı qismində qəbul edilərək işə baxılmasını xahiş etmişlər. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə “X8” AQİS-in 04.08.2020-ci il tarixli çıxarışından görünür ki, X18 və X7 05.11.2020-ci il tarixdə 137 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə “X8” AQİS-in 04.08.2020-ci il tarixli çıxarışına əsasən, X1 ata qrafasında İddiaçı, ana qrafasında X9 göstərilmişdir. AZE 07771053 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 26.03.1960cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AZE 15162709 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 24.07.1982-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AZE 13298892 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 24.08.1986cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 352570 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 12 fevral 1990-cı ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında X9 göstərilmişdir. AZ-İV 107309 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 24.07.1982-ci ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında X9 göstərilmişdir. 328 882 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ilə Orucova (Məmmədova) Şahnaz Xanpaşa qızı xx xxxx 1955-ci il tarixdə nikaha daxil olmuşlar. AZ-İİ 091361 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı 13 iyun 2020-ci il tarixdə ölmüşdür. Məhkəmə 02 fevral 2021-ci il tarixli sorğusu ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinə müraciət edərək, 13 iyun 2020-ci il tarixdə vəfat etmiş İddiaçı ölümü ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması, vərəsələrinin dairəsinin müəyyən edilməsi barədə müvafiq məlumatların təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17.02.2021-ci il tarixli, 05/1130-11 nömrəli məktubuna əsasən, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən İddiaçı adına Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində vərəsəlik işi açlılaraq X3 (Bakı şəhəri, 8 mkr, S.S.Axundov küçəsi, ev 1B, mənzil 73) qanun üzrə vərəsəlik şəhadətnaməsi verildiyi müəyyən edimişdir. Məhkəmə 19 fevral 2021-ci il tarixli sorğusu ilə 12 saylı notariat ofisinə müraciət edərək, 13 iyun 2020-ci il tarixdə vəfat etmiş İddiaçı adına Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində açılmış vərəsəlik işi üzrə notariat hərəkətlərinə dair sənədlərin surətlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında Notariat Ofisi tərəfindən 29.03.2021-ci il tarixdə məhkəməyə daxil olan sorğuya cavab məktubu ilə bildirilmişdir ki, 13.06.2020-ci il tarixdə ölmüş İddiaçı Fəman oğlunun adına 04.08.2020-ci il tarixdə Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində 8V-22 reyestrli vərəsəlik işi açılmış və 12.11.2020-ci il tarixdə 2V-41 reyestrli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik işi üzrə aparılmış notariat işinə dair sənədlərin surəti məktuba qoşma olaraq təqdim edilmişdir. İddiaçı vərəsələri X9, X10, X13 22.04.2021-ci il tarixli məhkəməyə təqdim edilmiş ərizələrində bildirmişlər ki, onlar mirasın qəbulu zamanı Elməddinin xeyrinə paylarından imtina etmişlər və iddia edilən məbləği tam şəkildə tələb etmək hüququ artıq Elməddindədir; qeyd edilənləri nəzərə alaraq, tələblərini geri götürmüşlər. Bakı şəhər 12 saylı (dövlət) Notariat Ofisinin 12 noyabr 2020-ci il tarixli 2V/41 nömrəli notariat işinin surətindən görünür ki, İddiaçı vərəsəsi X4r. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ona 26.08.2019-cu il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı 13 iyun 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının oğlu X5 iddiaçının müharibə veteranı kimi 26 avqust 2019-cu il tarixdən əvvəlki 3 il üçün almadığı müavinət məbləğlərinin ona ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçının tələbini əsassız hesab etmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə uyğun olaraq, hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 aprel 2006-cı il tarixli, 11/27-12 saylı və 08 noyabr 2007-ci il tarixli 11/27-10 saylı təlimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”yə uyğun olaraq müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi güc strukturları (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və s.) tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranlarına müavinət həmin komissiyanın qərarı ilə müharibə veteranı adı və ya müharibə veteranı vəsiqəsi verildiyi tarixdən təyin edilib ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. İşin təkzib olunmaz halı ondan ibarətdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 26 avqust 2019-cu il tarixdə verilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Beləliklə, yuxarıda qeyd olunduğu kimi iddiaçıya müharibə veteranı vəsiqəsi 26 avqust 2019-cu il tarixindən verilmiş, Azərbaycan Respublikası Prezidentinin 641 saylı Fərmanı isə 15 aprel 2019-cu il tarixdə qəbul edilmişdir və həmin fərmanla 2019-cu ilin aprelin 1dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan veteranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir, başqa sözlə, müharibə veteranı vəsiqəsini 26 avqust 2019-cu il tarixdə, yəni, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanından sonra aldığı üçün iddiaçı 26 avqust 2019-cu il tarixindən sonra 80 manat məbləğində təqaüd almalı, əvvəlki illər üçün isə qeyd edilən sosial müavinətlərin tələb edilməsi qanuna uyğun deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar