Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3838/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, yaranmış fərq məbləğinin ödənilməsi və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ona hüququnun yarandığı gündən, yəni 29 sentyabr 2020-ci ildən 47 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin və ona vurulmuş maddi və mənəvi ziyana görə 5000 manat məbləğində təzminatın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1973-cü ildə anadan olmuş və 47 yaşı tamam olana kimi 30 il ümumi və 23 il 10 ay güzəştli iş stajı vardır (xx.xx.1990-xx.xx.1993, xx.xx.1993-xx.xx.1996-a kimi ümumi, xx.xx.1996-cı ildən hal - hazıra kimi Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində güzəştli iş dövrü). Ümumi iş stajının 15 il 03 ayı (xx.xx.1990 - xx.xx.1993, 20.12,1993— xx.xx.2006), güzəştli iş stajının isə 09 il 06 ayı (xx.xx.1996 - xx.xx.2006 - cı illər). 01 yanvar 2006 - cı ilə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında qanunun 13 - cü maddəsinin “a” bəndinə əsasən AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3-cü bəndinin 12003000 -17541 koduna müvafiq olaraq hava hərəkəti idarəetmə dispetçeri kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajıdır. “Əmək pensiyaları haqqında” qanunun 9.8 və 9- cu maddəsində göstərilən işlərdə, bu qanunun qüvvəyə mindiyi günədək, yəni 01 yanvar 2006-cı ilə kimi güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı ( 15 il 03 ay ümumi və 09 il 06 ay güzəştli) olduğuna görə, əvvəllər qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında qanunun 13 - cü maddəsinin “a” bəndində müəyyən edilmiş tələblərə müvafiq olaraq hüququ yaranan 29 sentyabr 2020 - cı ildən yəni 47 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranacaq fərq məbləğinin ödənilməsi üçün 10 sentyabr 2021 - ci ildə DOST xidməti vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etdi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9,8 və 9 maddələrinin tələbinə əsasən qanunun 32.1 və 32.1.1 maddələri ilə, 01 yanvar 2006 - cı ilə kimi 15 il 03 ay ümumi və 09 il 06 ay güzəştli iş stajı olduğuna görə ona güzəştli şərtlərlə əmək pensiyasına hüququ yarandığı 29 sentyabr 2020-ci ildən yəni 47 yaşından pensiya təyinatı aparılmalıdır. Lakin ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28 oktyabr 2021-ci il **********9 saylı cavab məktubu ilə onun 2006-cı ilin yanvar ayına kimi 20 ildən az cəmi 15 il 03 ay 19 gün ümumi və 09 il 06 ay 29 gün güzəştli iş stajının olduğunu bildirərək pensiya təyinatından imtina edilmişdir. İnzibati orqan “Əmək pensiyaları haqqında” qanunun 9.8 və 9-cu maddəsinə əsasən onun “Vətəndaşların pensiya təminatı” haqqında qanunun 13-cü maddəsinin “q” bəndinə əsasən 50 yaşına çatdıqda 20 il ümumi və 10 il güzəştli iş stajının olduğu halda güzəştli şərtlərlə pensiya almaq hüququ olmasını bildirir. “Əmək pensiyaları haqqında” qanunun 5-ci maddəsinə əsasən vətəndaşların müxtəlif pensiya almaq hüququ olduğu halda ona yalnız bir pensiya təyin edilir. “Əmək pensiyaları haqqında” qanunun 9.8 və 9 maddələrinə əsasən “Vətəndaşların pensiya təminatı” haqqında qanunun 13-cü maddəsininn “a” bəndinə əsasən kişilərin 50 yaşına çatdıqda 20 il ümumi və 10 il güzəştli, qadınların isə 45 yaşına çatdıqda 15 il ümumi və 7il 06 ay güzəştli iş stajı ilə pensiya almaq hüququ vardır. İddiaçının güzəştli iş stajı yuxarıda qeyd etdiyi kimi Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarının XXİ Nəqliyyat bölməsinin 3-cü bəndinin 12003000-17541 kodunda göstərilən Hava hərəkətini idarə edən dispetçer vəzifəsidir. 01 avqust 1997-ci ildən 01 avqust 2000-ci ilə kimi yaş həddinin hər ay 06 ay artırılması ilə əlaqədar 01 yanvar 2006-cı ilə kimi tələb olunan iş stajı olduğu üçün onun 28 sentyabr 2021-ci ildən 47 yaşından güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranır. Bildirilmişdir ki, bu vaxta kimi “Vətəndaşların pensiya təminatı” haqqında qanunun tələbləri ilə 01 yanvar 2006-cı il tarixə hüquq qazanmış dispetçerlərin hamısına “Əmək pensiyaları haqqında” qanunun 9.8 və 9-cu maddələrinə əsasən “Vətəndaşların pensiya təminatı” haqqında qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən Nazirlər kabinetinin 1 saylı siyahısına uyğun olaraq pensiya təyinatı aparılmışdır. İddiaçı belə hesab edir ki, inzibati orqanın 28 oktyabr 2021-ci il **********9 saylı məktubu əsassız olduğu üçün ləğv edilməli, “Əmək pensiyaları haqqında” qanunun 9,8 və 9-cu maddələrinə əsasən 01 yanvar 2006-cı ilə kimi güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan iş stajının olduğu üçün, ona 28 sentyabr 2020- ci ildən 47 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Eyni zamanda cavabdehin ona qanuni hüququ olan pensiyanın, qanunsuz və əsassız olaraq təyin etməməsi, ona cox böyük mənəvi və maddi ziyan vurmuşdur. Onların bu özbaşına hərəkətlərindən çox pis əsəb, mənəvi sarsıntı və iztirab keçirmişdir. İş üzrə cavabdeh onun iş şəraitini, buna görə qanunla xüsusi olaraq güzəştlərin nəzərdə tutulduğunu bilə-bilə nəzərə almaması iddiaçıda qanunlara inamsızlıq yaratmışdır. İddiaçı hesab edir ki, cavabdehdən bu qanunsuz hərəkətləri nəticəsində ona vurduğu mənəvi və maddi ziyana görə 5000 manat məbləğində təzminatın alınaraq ona ödənilməsi barədə qərar da çıxarılmalıdır.
3. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun əsaslandırmışdır. Yazılı etirazda bildirilmişdir: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli **********9 nömrəli cavab məktubunda iddiaçının yaşı həmçinin ümumi iş stajı və güzəştli iş stajı qanunla tələb olunandan az olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “q” bəndinə uyğun olaraq, dispetçer şəhadətnaməsi olub hava hərəkətini idarə edən qadınlar 50 yaşına çatdıqda, azı 20 il ümumi iş stajı olduqda və bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışırlarsa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Bundan əlavə, İddiaçı iddia ərizəsində “maddi və mənəvi ziyana görə 5000 manat məbləğində təzminatın ödənilməsi öhdəliyini qeyd etmişdir, lakin aşağıda qeyd olunan səbəblərdən təmin edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 8-ci bəndinə əsasən, plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki işdə, cavabdehin hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmədiyindən iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik deyil. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015- ci il tarixli, 05 saylı qərarının 2.3-cü maddəsində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmıştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılması üçün vacib şərtlərdən biri iddiaçının iddiasında irəli sürdüyü tələblə əvvəlcədən inzibati orqana müraciət etməsidir. Lakin, iddiaçının “maddi və mənəvi zərərə görə 5000 manat məbləğində təzminatın ödənilməsi” tələbinə dair cavabdeh inzibati orqana müraciəti olmamışdır. Təqdim olunan sənədlərə əsasən, iddiaçının yaşı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “q” bəndinə uyğun olaraq tələb olunandan az olduğuna, eyni zamanda 01.01,2006-cı il tarixədək ümumi iş stajı 20 ildən (15 il 03 gün 19 gün (xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1993-01 06.1996-cı il və xx.xx.1996-xx.xx.2005- ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildərı az (09 il 06 ay 29 gün( xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 5000 manat məbləğində təzminatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi qanunvericiliyə uyğun olmadığından iddia tələbi tərnin edilə bilməz.
4. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 31 avqust 2021-ci il tarixli 237 nömrəli arayışa əsasən xx.xx.1973-cü il təvəllüdlü İddiaçı həqiqətən “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində Hava hərəkəti İdarə edilməsi dispetçeri vəzifəsində, ən böyük intensivli və mürəkkəb bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirir: xx.xx.1996-ci il tarixdən xx.xx.1996 il tarixli 9/ş saylı əmr xx.xx.2021-ci il tarixədək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilmiş 21 Nəqliyyat bölməsinin 3 maddəsinin 12003000-1 541 bəndinə müvafiq olaraq hava hərəkəti idarəetmə dispetçeri vəzifəsində işləməsi üzrə iş stajı 25 il 02 ay 10 gün təşkil etdi.
5. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti aşağıdakıları bildirmişdir:
1. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli 305 nömrəli Qanunu xx.xx.2007-ci il tarixli 260-İİİ QD nömrəli Qanuna müvafiq olaraq qüvvədən düşmüşdür. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
2. Əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya almaq hüququna malik şəxslərin əmək funksiyaları arasındakı fərqlər barədə məlumatın verilməsi "xxxx" QSC-nin səaliyyətinə ail deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1№-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını həmin siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 45 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cu maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan lespublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq bildirilmşdir ki, X4 Dövlət Sosial X11 rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Mülki aviasiyada ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava imanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon, köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsinin yerinə yetirən işçilər-dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların) bölməsinə (21.3) uyğun yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Daha sonra 2 saylı Bakı İnzibati Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2-1 (82)- 1117/2017 ıömrəli qərarına əsasən adıçəkilən şəxsin əmək pensiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının XXİ-Nəqliyyat bölməsinin **********541 nömrəli (Mülki aviasiyada ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri)) koduna uyğun xx.xx.2009-cu il tarixindən yenidən hesablanmışdır. X5 Fondun Abşeron rayon şöbəsi tərəfindən Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının XXİ-Nəqliyyat bölməsinin **********541 nömrəli koduna uyğun olaraq xx.xx.2018-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. X2 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli 2-1(82)5451/17 nömrəli Qərarı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının XXİ-Nəqliyyat bölməsinin **********541 nömrəli koduna uyğun xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. X6 Fondun Xəzər rayon şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 may 2019-cu il tarixli 2-1(82)-1758/2019 nömrəli məhkəmə qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının XXİ-Nəqliyyat bölməsinin **********541 nömrəli koduna uyğun xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
6. İddiaçı xx.xx.1973-cü il təvəllüdlüdür. İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.1996-cı il tarixdən xx.xx.2021-ci il tarixədək «Azəraeronaviqasiya» müəssisəsində və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin «Azəraeronaviqasiya» Hava Hərəkəti İdarəsində Hava hərəkəti İdarə edilməsi dispetçeri vəzifəsində, ən böyük intensivli və mürəkkəb bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirmişdir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddia tələbinin rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İPM-in 34.1-cü maddəsinə əsasən, Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
11. Odur ki, kompensasiyanın ödənilməsi hissəsində iddia tələbi ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanla bağlı aksesser tələb olduğundan həmin əsas iddia növü (öhdəliyin icrası haqqında iddia) çərçivəsində məhkəmə tərəfindən baxılmalıdır. Qeyd edilən hissədə (kompensasiyanın ödənilməsi) tələb İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aid olmadığından inzibati orqana bununla bağlı ayrıca müraciətin olması qanunda nəzərdə tutulmamışdır.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
14. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
- Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
15. “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 9.1-ci maddəsinə əsasən, Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
16. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.
18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin q) bəndinə əsasən: Dispetçer şəhadətnaməsi olun hava hərəkətini idarə edən qadınlar 50 yaşına çatdıqda, azı 20 il ümumi iş stajı olduqda və bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışırlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
19. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
20. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 dekabr 2008-ci il tarixli qərarında deyilir ki, "Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Qeyd edilən halda təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Odur ki, qeyd edilən işlərin halları ilə iddiaçının vəziyyəti, keçirə biləcəyi fiziki və ya mənəvi iztirabın dərəcəsi müqayisə oluna bilməz.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
22. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
23. İddiaçı xx.xx.1973-cü il təvəllüdlüdür. xx.xx.2006-cı il tarixə qədər stajı əmək kitabçasına əsasən ən azı 15 ildir (15 il 03 ay 22 gün).
24. Həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki:
25. İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixə qədər stajı 9 il 7 aydır. İddiaçının qeyd edilən dövrdə əmək fəaliyyəti Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarının XXİ Nəqliyyat bölməsinin 3-cü bəndinin 12003000-17541 kodunda göstərilən Hava hərəkətini idarə edən dispetçer vəzifəsinə uyğundur.
26. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (15 il iş stajı, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (47 yaş yaş).
27. Məhkəmə hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçi kimi yerinə yetirdiyi iş Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarının XXİ Nəqliyyat bölməsinin 3-cü bəndinin 12003000-17541 kodunda göstərilən Hava hərəkətini idarə edən dispetçer vəzifəsinə uyğunluğu iş yeri tərəfindən təsdiqləndiyi halda və onunla eyni vəziyyətdə işləyən şəxslərin (sorğuya cavabda qeyd edilən şəxslərin) məhz qeyd edilən bəndə uyğun olaraq daha əlverişli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı halda, vəziyyətini ağırlaşdıran şərtlərlə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “q” bəndinə əsasən pensiya hüququnun təmin edilməli olduğunu əsaslandırmamışdır. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh qurumun iddiaçıya münasibətdə etirazı və fərqli rəftarı əsaslandırılmamışdır.
28. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X14 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, xüsusi səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə təminat sistemi yaradıldıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin (Mülkiyyət hüququ) tətbiq dairəsinə düşür (Konvensiyanın AİHK 1 saylı Protokolunun 1-ci maddəsi və 14-cü maddəsi ilə birlikdə tətbiqinə dair bax Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00 xx.xx.2009-cu il tarixli qərar [Böyük Palata]). Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X14 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X8rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar).
29. Məhkəmə öz presedent hüququnda müəyyən edib ki: -14-cü maddə üzrə məsələnin meydana çıxması üçün nisbətən oxşar vəziyyətlərdə olan şəxslərlə fərqli rəftar edilməlidir. Bu cür fərqli rəftar obyektiv və ağlabatan əsasa malik deyilsə, başqa sözlə, qanuni məqsəd daşımırsa və ya tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, ayrı-seçkilik sayılır. İştirakçı dövlətlər digər analoji vəziyyətlərdə mövcud fərqlərin fərqli rəftara haqq qazandırıb-qazandırmadığını və nə dərəcədə haqq qazandırdığını qiymətləndirərkən müəyyən dərəcədə sərbəstliyə malikdirlər (Burden Birləşmiş Krallığa qarşı [BP], ərizə № 13378/05, 60-cı bənd, AİHM 2008). -Konvensiyanın 14-cü maddəsinin məqsədləri üçün rəftar fərqi “obyektiv və ağlabatan əsaslara malik olmadıqda”, yəni “qanuni məqsəd” güdmürsə və ya istifadə edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, ayrı-seçkilik xarakteri daşıyır (Molla Sali işi § 135). -Rəftardakı hər bir fərq Konvensiyanın 14-cü maddəsinin pozulması demək deyil. Yalnız müəyyən edilə bilən xüsusiyyətə və ya “statusa” (“əlamətə”) əsaslanan rəftardakı fərqlər 14-cü maddənin mənasında ayrı-seçkiliyə səbəb ola bilər (Molla Sali v. Greece [GC], no. 20452/14, § 134, 19 December 2018). - Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
31. İddiaçı xx.xx.1973-cü ildə anadan olub və 47 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etmişdir.
32. Odur ki, iddia qismən təmin edilməli, 47 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən iddiaçıya güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, yaranmış pensiya fərqi iddiaçıya ödənilməli, pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir.
33. İddiaçının pensiya fərqinin birdəfəlik ödənməsi hüququ qanunda nəzərdə tutulmadığından, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
34. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
35. İddiaçının hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən iddia tələbi təmin edildiyindən iddia tələbi maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində əsaslı hesab edilə bilməz. Belə ki, maddi zərərə münasibədə pensiya fərqinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi inzibati orqan tərəfindən təmin edilməlidir. Digər tərəfdən imtina nəticəsinə hansı mənəvi zərər və iztirablar keçirməsini iddiaçı əsaslandırmamışdır.
36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı 47 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva