Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3838/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “dəymiş zərərə görə 87754,87 manat (səksən yeddi min yeddi yüz əlli dörd manat səksən yeddi qəpik) pul məbləğinin Aqrar Sığorta Fondundan tutularaq İddiaçı ödənilməsi barədə” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Aqrar Sığorta Fonduna qarşı “dəymiş zərərə görə 87754,87 manat (səksən yeddi min yeddi yüz əlli dörd manat səksən yeddi qəpik) pul məbləğinin Aqrar Sığorta Fondundan tutularaq İddiaçı ödənilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqrar Sığortacı-Aqrar Sığorta Fondunun adından çıxış edən "xxxx" ASC ilə Aqrar Sığortalı İddiaçı arasında xx.xx.2022-ci il tarixində BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS-**********3649-QS, BS-**********- QS,BS-**********4 QS, BS-**********-QS, BS-**********9-QS, BS-**********-QS, BS- **********-QS, BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS- **********-QS, BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS-202211382- QS,BS-**********-QS, BS-**********-QS, BS-**********-QS saylı Sığorta Şəhadətnamələri bağlanmışdır. Həmin şəhadətnamələr üzrə ümumi sığorta məbləği 117154,87 manat müəyyən edilmiş və Sığortalı tərəfindən 2296,74 manat sığorta haqqı ödənilmişdir. Vasitəçi Aqrar Sığortaçı kimi “Qala Sığorta“ Açıq Səhmdar Cəmiyyəti göstərilmişdir.Şəhadətnamədə Siğorta təminatının sığorta haqqı ödənildikdən 7 gün sonra başlandığı razılaşdırılmışdır. Şəhadətnamədə Sığortanın xx.xx.2023-cü il saat 23:59-dan xx.xx.2023-cü il saat 23:59-dək qüvvədə olması göstərilir.Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi Oğuz rayonudur. Sığortalı tərəfindən Oğuz rayonunun Başağıl kəndində 150 ha sahədə taxıl əkilmişdir. 2023-cü ildə bir neçə dəfə güclü dolu yağmişdır.01 iyun 2023-cü ildə yağması səbəbindən taxıl zəmilərinə böyük zərər dəyməsi barədə Dövlət hidrometeorologiya Komitəsinin məlumatı əsasında “Report” İnformasiya Agentliyi məlumat yaymışdır. Məhz bu səbəbdən məhsuldarlıq 2022-ci ilə nisbətən 2023-cü ilə xeyli aşağı düşmüşdür. Taxılın əkilməsi və biçilməsi də daxil olmaqla 1 ha şəlkilən xərc 1100 manat təşkil edir.150 ha sahəyə çəkilən xərc 165000 manat təşkil edir. 2022-ci ildə məhsuldarlıq hər hektardan 4000 kq olduğu halda, 2023-cü ildə, zəmilərə dolu zərər vurğuduğu ildə məhsuldarlıq hər hektardan 700 kq olmuşdur. Buğdanın bir iki kq-nın satışı sahədən 0,28 manat təşkil edir. 2022-ci ildə gəlir 165000 manat olduğu halda, 2023-cü ildə 29400 manat olmuşdur. Göründüyü kimi dolu yağması nəticəsində əldə olunan gəlir 135600 manat (bir yüz otuz beş min altı yüz) az ölüşdür. Şəhadətnamələr üzrə ümumi sığorta məbləği 117154,87 manat müəyyən edilmiş və 2023-cü ildə güclü dolu yağması nəticəsində məhsuldarlıq xeyli aşağı olmuş, əldə edilən gəlir 29400 manat (iyirmi doqquz min dörd yüz) olmuşdur. (117154,87 manat-29400 manat=87754,87 manat). Həmin məbləğin İddiaçı ödənilməsi barədə "xxxx" ASC-yə müraciət etmiş, lakin sığortaçı tərəfindən hər hansı bir cavab verilməmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, sığortalı İddiaçı ilə Fondun adından onun idarəedici qurumu olan – "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair buğda bitkisi üzrə BS-**********-QS, BS-**********-QS, BS**********-QS, BS-**********-QS, BS-**********-QS və BS-**********-QS nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən sığortalanmış əkin sahələrinə xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinədək müqavilənin sığorta riskləri bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) risklərin baş verməsi nəticəsində sığortalanmış məhsullara dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisə nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və hadisənin araşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra-Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş rəydə sığortalanmış əkin sahələrini alaq otları basdığı, təminata daxil hər hansı riskin aşkarlanmadığı və sahəyə quraqlıq nəticəsində zərər dəydiyi qeyd olunmuşdur. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həm qanunvericiliklə, həm də sığortalı İddiaçı ilə bağlanmış sığorta müqavilələri üzrə quraqlıq riski üzrə təminat verilmədiyindən və Qanunun 17.1-ci maddəsinə əsasən, sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edilməsi Fondun vəzifəsi olduğundan nəticədə sığorta hadisəsinin mövcud olmadığı əsası ilə Fond tərəfindən sığorta ödənişinin verilməsindən imtina barədə qərar (2024-cü il 4 aprel tarixli 12-9/2-H-42-257/2024 nömrəli məktub ilə) qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1–ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2), xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.(3.1) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(3.2) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh Aqrar Sığorta Fondu inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi cavabdeh Aqrar Sığorta Fondu inzibati orqan deyildir. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 6.1. Aqrar sığortanın tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir. 6.2. Sığorta qaydaları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə aşağıdakılar müəyyən olunur: 6.2.1. sığorta haqqının hesablanması, ödənilməsi qaydası və forması; 6.2.2. sığorta haqqı üzrə güzəştlər və əlavələr; 6.2.3. qismən sığorta, azadolma və gözləmə müddəti; 6.2.4. sığorta müqaviləsinin forması; 6.2.5. sığorta müqaviləsinin bağlanılması müddətləri; 6.2.6. bu Qanunun digər maddələrində müəyyən edilən hallar. 6.3. Sığorta qaydalarına sonradan edilmiş dəyişikliklər qüvvədə olan sığorta müqavilələrinə şamil edilmir. 6.4. Aqrar sığorta məhsulunun şərtləri sığorta qaydalarına uyğun olaraq hazırlanır və hər bir aqrar sığorta məhsulunun şərtləri özündə sığortalıya göstərilən xidmətlərin növləri və tarifləri, sığorta müqavilələri ilə bağlı məsələləri ehtiva edir. 6.5. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir. 6.6. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır. 6.7. Aqrar sığorta müqaviləsi sığorta qaydaları və aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş müddətdən artıq müddətə bağlanıla bilməz. 6.8. Aqrar sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta predmeti olan əmlaka mülkiyyət, istifadə və icarə hüququ başqa şəxsə keçərsə, aqrar sığortalının hüquq və vəzifələri də həmin şəxsə keçir. Bununla əlaqədar müqaviləyə müvafiq dəyişikliklər edilir və bu barədə məlumatlar aqrar sığorta informasiya sisteminə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən, 1.1.1. Bu Qaydalar “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun (bundan sonra – Qanun) 6.1-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində aqrar sığorta mexanizminin tənzimlənmə meyarlarını müəyyən edir. 1.1.2. Aqrar sığorta müqaviləsindən (bundan sonra – sığorta müqaviləsi) irəli gələn və bu Qaydalarla tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Məcəllə), “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Qanunla tənzimlənir. 1.2.1. Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə edilir:
1. Aqrar Sığorta Fondu (bundan sonra – Fond) - Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən qeyrikommersiya hüquqi şəxs; 1.5.1. Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. 1.6.1. Sığorta məbləği bu Qaydaların 1.6.2-1.6.4-cü yarımbəndlərinin tələbləri nəzərə alınmaqla sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 1.10.1. Sığorta müqaviləsi sığortalının müraciəti əsasında ASİS vasitəsilə sığortalı ilə Fondun adından idarəedici qurum arasında bağlanılır. İddia ərizəsinə əsasən iddiaçı BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS-**********3649-QS, BS-**********-QS,BS-**********4 QS, BS-**********-QS, BS- **********9-QS, BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS- **********-QS, BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS- **********-QS, BS-202211382-QS,BS-**********-QS, BS-**********-QS, BS-**********-QS saylı Sığorta şəhadətnamələrə əsaslanaraq, ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Qanunvericiliyinə əsasən sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Göründüyü kimi, mübahisə cavabdehin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə deyil, tərəflər arasında bağlanılmış sığorta müqavilə üzrə yaranan mübahisədir. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti inzibati xarakter daşımır, xüsusi hüquq münasibət kimi müəyyənləşdirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, tərəflər arasında yaranmış mübahisənin mülki məhkəmə icraatında həlli üçün ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova