Məhkəmə qərarları › İş №2-1(112)-3840/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3840/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3840/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Şücahət oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X5 əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu “Güzdək” əhəgdaşı faydalı qazıntı yatağında keçirilmiş baxış əsasında İddiaçı MMC barəsində əsassız və qanunsuz şəkildə tərtib olunmuş 000451 saylı aktı və onun əsasında qəbul olunmuş qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X5 əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu “Güzdək” əhəgdaşı faydalı qazıntı yatağına gələrək əraziyə baxış keçirmiş və xx.xx.2021-ci il tarixində 000451 saylı akt tərtib etmişdir. Aktda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X5 yerin təki fəaliyyətinin tənzimlənməsi və nəzarət şöbəsinin mütəxəssisi X16 faydalı qazıntı ehtiyatlarının uçotunu aparmaq məqsədi ilə Bakı şəhəri Qaradağ rayonu “Güzdək” əhəngdaşı faydalı qazıntı yatağına baxış keçirib və baxış keçirilən ərazidə 7417 kv.metr sahə, dərinliyi 2.4 metr olmaqla 17800 kub metr həcmində əhəngdaşı hasilatının aparıldığı qeyd edilmişdir. Bundan başqa həmin aktda İddiaçı MMC-nin əməkdaşları yoxlamada iştirak etmədikləri qeyd edilmişdir. undan başqa aktda agentliyin arxiv sənədlərinin araşdırılması zamanı İddiaçı MMC-nin “X20” aktının mövcud olmaması müəyyən edilmişdir. Nəticə olaraq İddiaçı MMC tərəfindən müvafiq icazə sənədi olmadan istismar işləri aparmaqla 2 yer təki haqqında Azərbaycan Respubliasının qanunun 9,10,21,46-cı maddələrin tələblərinin pozulduğu qeyd edilmişdir. Bakı şəhəri Qaradağ rayonu “Güzdək” əhəngdaşı faydalı qazıntı yatağına dair Azərbaycan Eespublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən “Babək” firması üçün xx.xx.2007ci il tarixdə 00061 saylı 5 il müddətinə akt və xx.xx.2008-ci il tarixdə 037816 Nə -li lisenziya X11 Görülməsi və X21 Agentliyi tərəfindən 5 il müddətinə verilmiş və həmin ərazidə “Babək” firması tərəfindən hasilat aparılmışdır. Arxiv sənədlərindən də məlum olur ki, Bakı şəhəri X12 xx.xx.1954- cü il tarixli 49/1214 nömrəli qərarı ilə, Bakı Şəhəri Güzdək qəsəbəsinin 100 hektar ərazi kariyer məqsədi ilə Şaumyan kolxozuna ayrılmışdır. Bu da Bakı şəhəri Qaradağ rayonu “Güzdək” əhəngdaşı faydalı qazıntı yatağının 1954-cü ildən bu günə kimi istismar edildiyini sübut edir. X2 rayon İcra hakimiyyəti başçısına müraciət edərək icarə qaydasında 5.25 hektar torpaq sahəsini mişardaşı istehsal etmək məqsədi ilə ayrılması arzusunda olduğunu bildirmiş, müraciət əsasında komissiya keçirilmiş və 5.25 hektar torpaq sahəsi 15 il müddətinə X8 ayrılması haqda razılığa gəlinməsi ilə bağlı aktvə Abşeron rayonunun istifadəsində olan dövlət torpaqlarının yerquruluşu planından çıxarış tərtib edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 116 saylı sərəncamı ilə 5.25 hektar torpaq sahəsi 15 il müddətinə X8 ayrılmışdır. Sərəncam əsasında Abşeron rayon icra hakimiyyəti başçısı X14 və X4 arasında 2013-cü ilə aid müqavilə imzalanmışdır. Həmin sözügedən ərazi “Güzdək” əhəngdaşı faydalı qazıntı yatağı X9 tərəfindən istismar edildikdən sonra ərazi digər şəxslərin istifadəsinə verilmişdir. Sonradan həmin ərazi Fizuli adlı şəxs tərəfindən İddiaçı MMC-yə istifadə edilməsi üçün verilmişdir. İddiaçı MMC Bakı şəhəri Qaradağ rayonu “Güzdək” əhəgdaşı faydalı qazıntı yatağının istismarına 2021-ci ilin yanvar ayından başlanmışdır. Qeyd etmək lazımdır ki, 2021-ci ilə kimi şəhəri Qaradağ rayonu “Güzdək” əhəgdaşı faydalı qazıntı yatağında istismar işləri digər şəxslər tərəfindən aparılmış, sonrasında 2021-ci ilin yanvarından 2021ci ilin avqust ayınadək İddiaçı MMC tərəfindən hasilat işləri cəmi 8 ay ərzində davam etmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X7 əməkdaşları tərəfindən İddiaçı MMC tərəfindən həmin ərazidə 17800 kub metr həcmində hasilat aparılmadığı halda həmin hasilatın İddiaçı MMC tərəfindən aparılması barədə qanunsuz akt tərtib edilmişdir. X5 əməkdaşları tərəfindən tərtib edilmiş 000451 saylı akt İddiaçı MMC-ə təqdim edilməmiş, sözügedən akt barədə Azərbaycan Respublikası Baş Prokrorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində İddiaçı MMC barəsində aparılan araşdırma zamanı məlumatımız olmuşdur və sorğu nəticəsində xx.xx.2021-ci ildə tərtib olunmuş 000451 saylı akt barədə rəsmi şəkildə xx.xx.2024-cü ildə məlumat əldə etmişik. Həmin aktın ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X6 xx.xx.2024-cü il tarixində tərəfimizdən ərizə ilə müraciət edilmiş, lakin həmin ərizəmizə cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya yazılı münasibətdə bildirmişdir ki, mübahisələndirilən xx.xx.2021ci il tarixli 000451 nömrəli baxış aktı Agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində monitorinq apararkən tərtib edilmiş aktdır. Həmin akt inzibati akt deyildir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən “inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir”. Agentliyin əməkdaşı tərəfindən tərtib edilən akt dövlətə məxsus (faydalı qazıntı ehtiyatı dövlət və ya sahə balansında qeydə alınmış) yatağa baxış zamanı ərazinin (yer təki sahəsinin) vəziyyətinin təsvir edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. Həmin aktda hər hansı hakimiyyət tədbiri əks edilməyib. Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Əvvəldə qeyd olunduğu kimi 000451 saylı akt inzibati akt deyildir və bu səbəbdən də ləğv edilə bilməz. Yalnız o halda mübahisə yarana bilərdi ki, əgər həmin akt əsasında yoxlamanın yekunlarına dair qərar qəbul edilsə idi, mübahisə predmeti həmin inzibati akt ola bilərdi. Lakin həmin akt əsasında İddiaçı MMC barəsində hər hansı inzibati akt qəbul edilməmişdir. Əlavə olaraq bildirirlər ki, yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, eyni zamanda fəaliyyət istiqamətlərinə uyğun olaraq, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək Agentliyin Nizamnaməsinə əsasən (3.1.11-ci və 3.1.13-cü bəndlər) onun əsas vəzifəsidir. Qeyd olunan yataqda keçirilən monitorinqin məqsədi də məhz yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparmaq və görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Odur ki, iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı işdən müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X5 xx.xx.2021-ci il tarixli, 000451 nömrəli Aktına əsasən İddiaçı MMC tərəfindən müvafiq icazə sənədi olmadan istismar işləri aparmaqla “Yer təki haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10, 21, 46-cı maddələrinin pozulması müəyyən olunmuşdur. Hazırkı iddia üzrə iddiaçı cavabdehin sözügedən aktının (qərarının) ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 000451 nömrəli aktı iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır. Belə ki, qeyd edildiyi kimi inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Beləliklə, hüquqi nəticə yaratmaq imkanından məhrum olan inzibati aktın ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Odur ki, mübahisə predmeti olan akta münasibətdə iddia mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar