Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3841/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində mülkiyyətində olan 18 kv.m sahəli və 30/855 reyestr nömrəli texniki pasport sənədli sökülmüş dəmir qarajıma görə kompensasiya olaraq həmin qarajın texniki pasportunda göstərilən həqiqi dəyəri 29.555,66 manatın və xx.xx.2013-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək manatın infilyasiyasını nəzərə almaq şərti ilə qeyd olunan tarixlərdə dəyən 21300 manat zərərin və beləliklə cəmi 50.855.66 manat olmaqla Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yaşadığı ünvanın həyətyanı sahəsində aparılan abadlıq işləri zamanı iddiaçının mülkiyyətində olan 18 kv.m sahəsi, beton özüllü, qarajın iç tərəfindən divarları kərpiclə hörülmüş, avtomobilin təmiri üçün nəzərdə tutulan mişar daşı ilə dərinliyi 1.60 sm çalası olan və ehtiyyat hissələrinin yuyulması üçün nəzərdə tutulmuş daş tikilili vannaya malik olan dəmir qarajım sökülmüşdür. Söküntü zamanı İcra Hakimiyyəti nümayəndələri sökülən qarajlara görə dövlət tərəfindən qaraj sahiblərinə kompensasiyanın, sənədli qarajların isə dəyərinin ödəniləcəyini bildirmişdir. Lakin bu günədək iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. İddiaçı məsələ ilə bağlı xx.xx.2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinə məktubla müraciət etmişdir. İcra Hakimiyyəti xx.xx.2013-cü il tarixli məktubunda bildirmişdir ki, abadlıq işləri başa çatdıqdan sonra bu məsələyə baxılacaqdır. Amma abadlıq işləri bitdikdən sonra iməsələ ilə bağlı heç kəsin maraqlanmadığını görərək xx.xx.2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin qəbulunda olmuşdur. Sökülən qaraja görə kompensasiyanın ödənilməsi ilə bağlı müraciət etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti isə öz növbəsində məsələyə baxılması üçün qaraja aid sənədlərin İcra Hakimiyyətinə təqdim edilməsini bildirdi. İddiaçının qarajla bağlı sənədləri İcra Hakimiyyətinə təqdim etməsinə baxmayaraq məsələ ilə bağlı heç bir cavab verilməmişdir. İddiaçının 76 yaşı var, neçə illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən uzun müddət məsələ ilə maraqlana bilməmişdir. Aidiyyəti üzrə dövlət müəssələrinə gediş-gəliş iddiaçı üçün çətinlik yaradır. Məsələyə laqeyd münasibət səhhətinə kəskin təsir göstərir. Qaraj iddiaçının ailəsi üçün gəlir mənbəyi idi. Qaraj sökülənədək onu kirayə məqsədilə aylıq 150 manat dəyərində qonşuya icarəyə verməklə gəlir əldə etmişdir. İddiaçının həyat yoldaşı 1999-cu ildə dünyasını dəyişmişdir və iddiaçı tək başına 3 övladı böyüdür. 2012-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qarajın sökülməsi iddiaçının ailəsinin gəlir mənbəyinə də təsir etmişdir. Belə ki iddiaçının mülkiyyətində olan qarajın 2012-ci ildə sökülməsi nəticəsində aylıq icarə haqqı 150 manat olmaqla ailə büdcəsinə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2013-cü ildən xx.xx.2024-cü il tarixinədək 21300 manat ziyan vurulmuşdur. 2023-cü ildə Binəqədi Rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı yenidən xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmişdr. Məktuba cavab olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti bildirmişdir ki, məsələnin həlli ilə bağlı məktuba baxılması üçün Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə yönləndirilmişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyi məktubla bildirmişdir ki, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişi əsasında podratçı təşkilat tərəfindən 8-ci mikrorayon İ.Dadaşov küçəsi 71 saylı binanın həyətyanı sahəsində abadlıq işləri həyata keçirdən müddətdə ərazidə bütün qaraj və qurğular sökülərək sakinlərin istifadəsinə verilmişdir. Halbuki bu günki gün qarajların yeri avto dayanacaq kimi fəaliyyət göstərir. Mənzil Kommunal Təsərrüfat Birliyi həmçinin bildirmişdir ki, abadlıq zamanı sifarişçi və podratçı kimi iştirak etmədiyindən köməklik göstərmək səlahiyyətləri xaricindədirlər. Beləliklə 2013-cü ildən dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə qarajın sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi üçün etdiyi müraciətlərə köməklik göstərilmir. İddiaçıya məxsus qarajın ümumi sahəsi alqı-satqı müqaviləsində 18 kv.m, texniki pasportunda isə 16.5 kv.m, ilkin həqiqi dəyəri olaraq 29.555.66 manat göstərilmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçının tələbinin qısa məzmunu ondan ibarət olmuşdur ki, 1991-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində 71 saylı binanın qarşısında yerləşən sahəsi 18,0 kv.m olan qarajı X1 almışdır. 2012-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işləri aparılan zaman Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində 71 saylı binanın qarşısında yerləşən sahəsi 18,0 kv.m olan ona məxsus qaraj sökülmüşdür. İddiaçı M.S.Əliyevanın ona məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir aktın olması barədə və cavabdeh tərəfindən onun hüquq və azadlıqlarını pozan (mülki hüquqlarını pozan) hərəkətlərin edilməsi barədə heç bir sübut təqdim etmədən Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi irəli sürmüşdür. M.S.Əliyevanın Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi barədə iddia irəli sürməsi və cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması tələbi əsassızdır. Belə ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində 71 saylı binanın qarşısında yerləşən ona məxsus 18 kv.m sahəsi olan dəmir qarajının Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər hansı bir dəlil təqdim etməmişdir. İş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçıya məxsus qarajın sökülməsi ilə əlaqədar olaraq hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyindən məsuliyyət daşıya bilməz. Qeyd olunanlardan əlavə, iddiaçının 50.855.66 manat kompensasiya ödənilməsi tələbi ilə əlaqədar bildiririk ki, yuxarıda bildirdiyimiz kimi cavabdeh şəxs Binəqədi Rayon İcra Hakimiyyəti olmadığından bu məbləğ ondan tələb oluna bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. AR İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələbini iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Beləliklə də, hesab edirik ki, iddiaçının Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi Rayon İcra Hakimiyyətinə qarşı əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul etməyinizi Sizdən xahiş edirəm. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilir.
4. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, əməkdaşların yerində apardığı araşdırma zamanı məlum olmuşdur ki, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişi əsasında podratçı təşkilat tərəfindən 8-ci mikrorayon, İ.Dadaşov küçəsi 71 saylı binanın həyətində abadlıq işləri həyata keçirilən müddətdə, abadlaşdırılan əraziyə düşən bütün növ müvəqqəti qurğular, metal quraşdırmclar ərazidən kənarlaşdırılmış və həmin sahədə sakinlərin istirahəti üçün park salınmışdır. Məlumat üçün qeyd edilir ki, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi 71 saylı ünvanda həyata keçirilən abadlıq işlərində Binəqədi rayon Mənzil-X2 sifarişçi və podratçı təşkilat kimi iştirak edmədiyindən, köməklik göstərməsi səlahiyyətləri xaricindədir.
5. “Qaraj alqı-satqısı haqqında” xx.xx.1991-ci il tarixli Müqaviləyə əsasən X5 Kirov rayon XDS İK-nin 68/259 №-li xx.xx.1982-ci il tarixli qərarı və Bakı şəhər sovetinin 05/383 №-li 19 may 1982-ci il tarixli sərəncamı əsasında mülkiyyətində olan Bakı şəhəri, 8-ci mikrorayonda yerləşən ümumi sahəsi 18 kv.m olan qarajı İddiaçı satmışdır.
6. Bakı şəhəri, Binəqədi rayon, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində yerləşən dəmir qaraja dair 2000-ci il noyabr ayında tərtib olunmuş texniki pasportu iş materiallarına əlavə edilmişdir.
7. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 02-85/25 nömrəli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” Rəydə qeyd olunmuşdur ki, qiymətləndirici qarşısında qoyulmuş suala uyğun olaraq aparılmış hesablamalar və təhlillərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8 MKR. İ.Dadaşov küçəsi, 71 saylı evin yaxınlığında X4 məxssus olmuş 18 kv.m. qarajın hazırki tarixə bazar dəyəri: 1.0 kv.m. = 1480,0 (min üç yüz əili) manat; 18.0kv.m. = 26600,0 (iyirmi altı min altı yüz) manat təşkil edir. Qiymətləndirmə zamanı icraçının mütəxəssislərinin Azərbaycan Respublikası ərazisində əldə etdiyi təcrübəni nəzərə almaqla dünya və ölkə praktikasında qəbul olunmuş metodikalar və standartlar nəzərə alınmışdır.
8. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddianın təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, Ali Məhkəmənin qərarı ilə kompensasiya ödənilməsi təmin olunan iddia tələbi üzrə qaraj qonşuluqda yerləşir.
9. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən iddiaçı tələblə bağlı müddəti ötürmüşdür, eyni zamanda qarajın kirayə verilməsi ilə bağlı hər hansı hüquq müəyyənedici sənəd mövcud deyil.
II. İddianın növü və mümkünlüyü
10. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.
12. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
13. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində mülkiyyətində olan 18 kv.m sahəli və 30/855 reyestr nömrəli texniki pasport sənədli sökülmüş dəmir qaraja görə texniki pasportda göstərilən həqiqi dəyəri 29.555,66 manatın və xx.xx.2013-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək manatın infilyasiyasını nəzərə almaq şərti ilə qeyd olunan tarixlərdə dəyən 21300 manat zərərin, ümumilikdə 50.855.66 manat kompensasiya ödənilməsini tələb etmişdir.
14. X8 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
16. Məhkəmə ilk növbədə nəzərə alır ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktublarda aydın şəkildə qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayon ərazisində aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə əlaqədar olaraq, məhəllələrin daxilində yerləşən bütün növ konstruksiyadan olan müvəqqəti xarekterli primitiv, yöndəmsiz və pərakənda halda quraşdırılmış qarajların yerləşdiyi ərazilər abadlaşdırılaraq, sakinlərin istifadəsi üçün park salınmış və ümumi istifadəyə verilmişdir.
17. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, abadlaşdırma işlərinin aparılması zamanı sökülmüş dəmir qaraj ilkin olaraq Kirov rayon XDS İK-nin 68/259 №-li xx.xx.1982ci il tarixli qərarı və Bakı şəhər sovetinin 05/383 №-li 19 may 1982-ci il tarixli sərəncamı əsasında X3 mülkiyyətində olmuş, daha sonra “Qaraj alqı-satqısı haqqında” xx.xx.1991-ci il tarixli Müqaviləyə əsasən X5 Kirov mülkiyyətində olan Bakı şəhəri, 8-ci mikrorayonda yerləşən ümumi sahəsi qarajı İddiaçı satmışdır. Müvafiq qaraja dair İddiaçı adına 2020-ci ilin noyabr ayında texniki pasport tərtib olunmuşdur.
18. Odur ki, abadlaşdırma işlərinin aparılması zamanı sökülmüş (hazırki iş üzrə mübahisələndirilən) qarajın İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır və əmlakdan məhrum edilmə nəticəsində cavabdeh tərəfindən kompensasiyanın ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilmişdir.
19. “X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
20. Hazırkı müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir (ikinci qayda).
21. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
22. Məhkəmə nəzərə alır ki, iddiaçı əmlakın sökülməsinin qanuniliyini mübahisələndirmir, sökülmüş əmlaka görə kompensasiya ödənilməsini tələb edir.
23. Məhkəmə ödəniləcək kompensasiyanın məbləği ilə bağlı mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-474/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərara uyğundur.
24. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 474/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarına əsasən mübahisə üzrə iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda (hazırki iş üzrə mübahisələndirilən qarajla eyni ərazidə) yerləşmiş dəmir qarajın abadlaşdırma işlərinin aparılması məqsədilə sökülməsi nəticəsində kompensasiyanın ödənilməsi ilə bağlıdır.
25. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-474/2020 nömrəli, xx.xx.2020-ci il tarixli analoji Qərarına əsasən iddia tələbi təmin olunmuş və ümumi sahəsi 26,4 kv.m təşkil edən dəmir qaraja münasibətdə 16000 manat kompensasiya ödənilməsi qərara alınmışdır.
26. Məhkəmə müəyyən edir ki, mübahisələndirilən qaraj X5 tərəfindən İddiaçı mülkiyyətinə verilən zaman “Qaraj alqı-satqısı haqqında” xx.xx.1991-ci il tarixli Müqavilədə ümumi sahə 18 kv.m kimi qeyd olunsa da, 2020-ci il noyabr ayında tərtib edilmiş texniki pasporta əsasən mübahisələndirilən dəmir qarajın faktiki sahəsinin 16,5 kv.m təşkil etdiyi müəyyən edilir.
27. Məhkəmə qeyd edir ki, sahəsi 26,4 kv.m olan dəmir qaraja münasibətdə 16000 manat kompensasiya məbləği ödənilməsi müəyyən edildiyi (1 kv.m uyğun kompensasiya məbləği 606 manat təşkil edir) nəzərə alınaraq eyni ərazidə yerləşən sahəsi 16,5 kv.m olan dəmir qaraja münasibətdə 10000 manat kompensasiya ödənilməsi ağlabatan və ədalətli hesab edilir.
28. Odur ki, iddia tələbinin qismən təmin edilməsi və iddiaçıya ödəniləcək kompensasiya məbləğinin 10000 (on min) manat məbləğində müəyyən olunması üçün faktiki şərtlər mövcuddur.
29. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən 16,5 kv.m dəmir qarajın sökülməsinə görə cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 10.000 (on min) manat məbləğində kompensasiya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva