Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3843/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə Ağahüseyn qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi və sair” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2006-cı il üzrə 3795 manat 36 qəpik və 2007-ci il üzrə 4480 manat 82 qəpik məcburi dövlət sığorta sisteminə hesablanmış məbləğlərin, habelə 25 ildən artıq olan 32 il 5 ay əmək stajının əmək pensiyasının hesablanması zamanı nəzərə alınması, hər ay üzrə tutulmuş məbləğlərin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-cü ilin avqust ayından bank sistemində əmək fəaliyyətinə başlamış və 2012-ci ilin fevral ayının 21-də tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2000-ci ildən xx.xx.2012-ci ilədək olan dövrdə Azərbaycan Beynəlxalq Bankının Yasamal filialında işləmişdir. 2019-cu ilin may ayında pensiya yaşına çatması ilə əlaqədar olaraq ona 292 (iki yüz doxsan iki) manat pensiya məbləği təyin edilmişdir. DSMF tərəfindən hesablanmış qeyd olunan məbləğlə razı olmadığını dəfələrlə rəsmi şəkildə aidiyyəti üzrə bildirmişdir. Araşdırma ilə fərdi hesabı üzrə 2006-2007-ci illərə görə ödənişlər və 2006-cı ilə qədər olan dövr üzrə iş stajının tam nəzərə alınmaması aşkar edilmişdir. Bu səbəbdən aidiyyəti üzrə lazımi sənədlər (o cümlədən, iş yerindən F3 hesabatı üzrə çıxarış və notarial qaydada əmək kitabçasının təsdiq olunmuş surəti) aidiyyəti üzrə təqdim edilmişdir. Qeyd olunan araşdırmadan sonra pensiya mıbləği yenidən hesablanaraq aktivləşdirilməsinə baxmayaraq, 2020-ci ildə pensiya məbləği yenidən azaldılmış və eyni zamanda artıq ödənilmiş məbləğə görə hər ay üzrə pensiya məbləğindən 2024-cü ilə qədər 59 (əlli doqquz) manat tutulma qərara alınmışdır. Buna səbəb kimi 2006-2007-ci illər üzrə ödənişlərin fərdi hesabda əks olunmaması və əmək stajının 25 ildən artıq olmaması göstərilmişdir. Tərəfindən bununla əlaqədar DSMF-yə müraciət olunmuş və müraciət xx.xx.2021-ci il tarixli **********6 nömrəli iş üzrə qeydə alınmışdır. Müraciətdən sonra 2021-ci ilin mart ayınadək Fondun Pensiya şöbəsində baxılmış, sonra isə İnformasiya-Texnologiya şöbəsinə göndərilmişdir. Cari ilin yanvar ayından 10 ay, Mart ayından isə 8 ay keçməsinə baxmayaraq işə bu günədək baxılmamışdır. Tərəfindən xx.xx.2021-ci tarixində DSMF-yə təkrarən şikayət göndərilmişdir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunmasına baxmayaraq (“DOST” xidmətinə 4 dəfə, DSMF-yə qəbulla 5 dəfə və xx.xx.2021-ci il tarixdə təkrar Ərizə ilə) bu günədək lazımi cavab alınmamışdır. Ailə başçısı olan mərhum X2 itirməyinə görə onun aldığı əmək pensiyası xx.xx.2021-ci il tarixdən ona təyin edilmişdir (xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktub) ki, həmin məbləğdən də hər ay 2024-cü ilədək 59 (əlli doqquz) manat məbləğin tutulması bildirilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı 31 yanvar 2021-ci il tarixdə, məhkəmə iclasında ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 31 yanvar 2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarı təhsil dövrünün staja daxil edilməklə pensiyanın yenidən hesablanması (artırılması) istisna olmaqla, qalan hissədə, yəni 2006 və 2007-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınmamaqla pensiyanın azaldılması hissəsində ləğv edilməsini, ödənilməmiş aylar üzrə pensiya məbləğinin hesablanaraq ödənilməsini, pensiyadan tutulmaların aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, tutulmuş məbləğlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının pensiyasında tutulmalar həyata keçirilir. Lakin bununla bağlı ayrıca inzibati akt qəbul edilməmişdir. Yalnız iddiaçının pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1958-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır; Məhkəmə araşdırması zamanı təqdim olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmk pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli 4258 nömrəli qərarından görünür ki, İddiaçı yenidən hesablanmış pensiya məbləği 370 manat 44 qəpik olmuşdur; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmk pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli 5616 nömrəli qərarından görünür ki, “Əmək pensiyaları haqqına” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə uyğun olaraq, İddiaçı xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə 596 manat 49 qəpik məbləğində əmək pensiyası təyin olunmuşdur; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə 1 yanvar 2006-cı il tarixindən 1 yanvar 2008-ci il tarixədək sığortaolunan İddiaçı (SSN: **********085) xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə heç bir məlumat öz əksini tapmamışdır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı Yasamal Filialı (SUN: **********6) tərəfindən 2006 və 2007-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunan İddiaçı (SSN: **********085) fərdi şəxsi hesabında öz əksini tapmaması ilə bağlı məsələyə münasibət bildirilməsi üçün Fonda xx.xx.2022-ci il tarixində **********3 nömrəli məktubla müraciət olunmuşdur; ABB Yasamal filialı tərəfindən verilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”dan görünür ki, İddiaçı (SSN: **********085) xeyrinə 2006-cı il üzrə 3.795,36 manat, 2007-ci il üzrə 4.480,82 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Göstərilən sənədlər Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən təsdiq edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ilin oktyabr ayı da daxil olmaqla 484,45 manat pensiya almışdır. İddiaçının təhsil dövrünün sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması ilə bağlı müraciətinə əsasən cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilərək, təhsil dövrü sığorta stajına daxil edilsə də, 2006 və 2007-ci illər üzrə X3 iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması əsası ilə (qərarda bu barədə hər hansı qeyd aparılmasa da, pensiya işində olan iddiaçıya ünvanlanmış məktubda açıqlanmışdır.) pensiya məbləği son nəticədə 370,44 manata endirilmiş və bununla da artıq ödəmə müəyyən olunaraq, 2020-ci ilin noyabr ayından başlayaraq iddiaçının razılığını almaqla hər hansı inzibati akt qəbul etmədən və ya məhkəməyə bu barədə müraciət etmədən faktiki olaraq tutulmalar həyata keçirilmiş, 2020-ci ilin noyabr, dekabr ayları və 2021-ci ilin yanvar ayı üzrə 312,61 (370,44 - 57,83) manat pensiya ödənilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə 596,49 manat pensiya təyin edilmiş, həmin məbləğdən hər ay 59,64 manat tutulma həyata keçirilməklə 536,85 manat pensiya ödənilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın təhsil dövrünün staja daxil edilməklə pensiyanın yenidən hesablanması (artırılması) istisna olmaqla, qalan hissədə, yəni 2006 və 2007-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınmamaqla pensiyanın azaldılması hissəsində ləğv edilməsini, ödənilməmiş aylar üzrə pensiya məbləğinin hesablanaraq ödənilməsini, pensiyadan tutulmaların aparılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, tutulmuş məbləğlərin qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırkı iş üzrə ilk növbədə araşdırılmalı hal 2006 və 2007-ci illər üzrə iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi olmuşdur ki, bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan ABB Yasamal filialı tərəfindən verilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”dan da göründüyü kimi, iddiaçının xeyrinə 2006-cı il üzrə 3.795,36 manat, 2007-ci il üzrə 4.480,82 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Göstərilən sənədlər Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən təsdiq edilmişdir. Belə olan halda, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilərkən, 2006 və 2007-ci illər üzrə X3 iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamasına istinad olunaraq pensiya məbləğinin azaldılması əsassız və qanunsuz olmuşdur. Odur ki, qərar mübahisələndirilən həmin hissədə ləğv edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçının digər “cavabdeh inzibati orqanın tutulmaların aparılması ilə bağlı hərəkətlərinin qanunusuz hesab edilməsi” ilə bağlı tələbinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılıdır. Başqa sözlə pensiyanın yenidən hesablanması barədə qərarın mübahisələndirilən hissədə ləğv olunması bu tələbin də təmin edilməsini şərtləndirir. Digər tərəfdən, məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü “cavabdeh inzibati orqanın tutulmaların aparılması ilə bağlı hərəkətlərinin qanunusuz hesab edilməsi” tələbi təkcə yuxarıda şərh olunduğu kimi maddi-hüquqi baxımdan deyil, həmçinin prosessualhüquqi baxımdan da əsaslıdır. Belə ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. İPM-in 70.3-cü maddəsinə əsaən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı barəsində xx.xx.2020-ci il tarixli qərarı əlverişsiz nəticə yaradan hissədə yuxarıda qeyd olunanlara əsasən qanunsuz hesab edilməklə ləğv olunduğundan və cavabdehin tutulmaların aparılmasına dair hərəkətləri qanunsuz hesab olunduğundan onun nəticələri də aradan qaldırılmalı və ödənilməmiş aylar üzrə pensiya məbləği hesablanaraq ödənilməli, iddiaçıya ödənilən pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, 4258 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qismən, təhsil dövrünün sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanması (artırılması) hissəsi istisna olmaqla, qalan hissədə, yəni 2006 və 2007-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınmamaqla pensiyanın azaldılması hissəsində ləğv edilməli və həmin qərara əsasən ödənilməmiş aylar üzrə pensiya məbləği hesablanaraq İddiaçı ödənilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı pensiyasından tutulmaların aparılmasına yönəlmiş hərəkətləri qanunsuz hesab edilməli və tutulan məbləğlər İddiaçı qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, 4258 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qismən, təhsil dövrünün sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanması (artırılması) hissəsi istisna olmaqla, qalan hissədə, yəni 2006 və 2007-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınmamaqla pensiyanın azaldılması hissəsində ləğv edilsin və həmin qərara əsasən ödənilməmiş aylar üzrə pensiya məbləği hesablanaraq İddiaçı ödənilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı pensiyasından tutulmaların aparılmasına yönəlmiş hərəkətləri qanunsuz hesab edilsin və tutulan məbləğlər İddiaçı qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3843/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3843/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver