Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3845/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırkı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 53 yaşının tamam olduğu 05 oktyabr 2015-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Abşeron rayonu Fatmayı kəndində anadan olmuşdur. 24.11.1980-ci ildə Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Bakı şəhəri Binəqədi qəsəbəsində yerləşən Qalanteriya Fabrikində toxucu vəzifəsinə işə qəbul edilməklə əmək fəaliyyətinə başlamış və 01.04.1983-cü il tarixə kimi Qalanteriya Fabrikində işləmişdir. 03.04.1989-cu il tarixdən 07.06.1993-cü il tarixinə kimi Qalanteriya Fabrikinin nəzdində fəaliyyət göstərən "xxxx" və “Rəşad” kooperativlərində və "xxxx" Kiçik Müəssisəsində toxucu vəzifəsində işləmişdir. 09.06.1993cü ildə Qalanteriya Fabriki "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və o, həmin Cəmiyyətin fabrikində “tikişçi” vəzifəsinə keçirilmişdir və 23.01.2003-cü il tarixinə kimi həmin vəzifədə çalışmışdır. Onun işlədiyi Toxuculuq sahəsi zərərli peşələr kateqoriyasına aiddir və o, zərərli əmək şəraitində işləmişdir. Belə ki, o, 12 il 6 ay, 13 gün zərərli peşədə işləmişdir. 22 il 2 ay ümumi əmək stajı və 12 il 6 ay 13 gün isə xüsusi sığorta stajı qazanmışdır.Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 №-li siyahının aşağıdakı əlavəsində onun işlədiyi istehsal sahələri, daşıdığı vəzifələr öz əksini tapmışdır. (2110A04a-1753a; hazırlayıcı, toxucu (parça), əyirici, toxucu, aparat, doldurucu, avtomobil-traktor hissələri, avtoqəlibləmə hissələri, spiral-sarıdıcı araqat, karton və süzgəclər, paranit, yaymalenti (elastik material) təcrübə-sınaq, sənaye-texniki).Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı, Kağız-pambıq, kətan, yun, ipək, kəndir-cut, trikotaj, toxuculuq-qalanteriya, keçə istehsalatları; süni və sintetik istehsalatlarında toxuculuq sexləri (sahə, bölmə). Kağız-pambıq, pambıq, kətan, yun, ipək, kəndir-cut, trikotaj, toxuculuq-qalanteriya, keçə istehsalatları; süni və sintetik istehsalatlarında toxuculuq sexləri (sahə, bölmə). Ütüləmə-qurutma aqreqatının operatorları, Daraqla darama avadanlığının operatorları, Kəndir maşınının operatorları, Kəndir və ip buran maşının operatorları, Burucu avadanlığının operatorları, Burma və dartma avadanlığının operatorları, Lent avadanlığının operatorları.O, 17.11.2020-ci il tarixli ərizə ilə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 53 yaşının tamam olduğu 05 oktyabr 2015-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsinə qərar verilməsini xahiş etmiş, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün hesab edilməmişdir.Hesab edir ki, cavabdeh inzibati orqanın bu hərəkəti qanunsuz və əsassızdır. Belə ki, o, qazandığı 22 il 2 ay ümumi əmək stajını və 12 il 6 ay 13 gün isə xüsusi sığorta stajını 23.01.2003-cü il tarixinə kimi qazanmış və bunun pensiya kapitalı ilə heç bir əlaqəsi yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbinə 24 may 2021-ci il tarixli **********4 saylı etiraz məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli iş stajı 10 ildən az (8 il 1 ay 1 gün) təşkil edir.Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17092,79 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X6 etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: ASAN-SUMQAYİT tərəfindən 21.01.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il təvəllüdlüdür, ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan İİİ-ЖГ 481305 nömrəli X3 Şəhadətnamənin surətindən görünür ki, X2 16.07.1985-ci il tarixdə nikaha daxil olduqdan sonra “Aslanova” soyadını qəbul etmişdir. İşdə olan iddiaçının ИТ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -24.11.1980-ci ildə Qalantereya fabriki 2 №-li sahəyə toxucu şagird vəzifəsinə qəbul edilmişdir. - 02.03.1981-ci ildə həmən sahəyə 3-cü dərəcəli toxucu vəzifəsinə keçirilmişdir. -21.10.1985-ci ildə 4-cü dərəcəli toxucu vəzifəsi verilmişdir. -01.04.1989-cu ildə fabrikin icarəyə verilməsi ilə əlaqədar "xxxx" İstehsalat Birliyinə keçirilmişdir. - 03.04.1989-cu ildə X1 Birliyi "xxxx" “Promqalantereya”-dan tikici sahəsinə 4-cü dərəcəli toxucu köçürülmüşdür. “Rəşad-1” kooperativ adlandırılır. - 01.04.1992-ci ildə "xxxx" Kiçik Müəssisəyə keçirilmişdir. - 07.06.1993-cü ildə Azərbaycan Respublikasının ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. - 09.06.1993-cü ildə Bakı qalantereya dəri və trikotaj məmulatları fabriki Moda sahəsinə tikişçi şagird vəzifəsinə qəbul edilmişdir. - 03.11.1993-cü ildə Moda sahəsinə 2-ci dərəcəli tikişçi keçirilmişdir. - 18.11.1994-cü ildə Moda sahəsinə tikişçi usta vəzifəsinə keçirilmişdir. - 10.06.1997-ci ildə Qalantereya sahəsinə tikişçi keçirilmişdir. - 23.01.2003-cü ildə öz xahişi ilə azad edilmişdir. - 02.07.2020-ci ildə "xxxx" MMC-nin satış əməliyyatları Departamenti Araz Marketlər Şəbəkəsinə xadimə vəzifəsinə qəbul edilmişdir. - 12.08.2020-ci ildə AR ƏM-nin 68.2-ci bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 02 iyun 2021-ci il tarixli 4/1097 saylı sorğuya cavab məktubundan görünür ki, ləğv olunmuş Qalanteriya fabrikinin / “Promqalantereya”/, “Rəşad-1” kooperativin və "xxxx" kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15 dekabr 2020-ci il tarixli **********5 saylı məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən iddiaçının güzəştli iş stajı 10 ildən az (8 il 1 ay 1 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17092,79 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı 05.10.1952-ci il tarixdə doğulmuş, 24.11.1980-02.03.1981-ci illərdə toxucu şagird, 02.03.1981-03.04.1989cu illərdə toxucu, 03.04.1989-07.06.1993-cü illərdə tikici sahəsində toxucu, 09.06.1993- 03.11.1993-cü il tarixlərdə moda sahəsində tikişçi şagird, 03.11.1993-18.11.1994-cü illərdə moda sahəsində tikişçi, 18.11.1994-10.06.1997-ci illərdə tikişçi usta, 10.06.1997- 23.01.2003-cü illərdə qalantereya sahəsində tikişçi vəzifələrində işləmişdir. İddiaçı işlədiyi vəzifələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr olduğunu nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 nömrəli Siyahı üzrə güzəştli peşədə işləməsini qeyd edərək, yaşla bağlı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə və həmin maddəyə edilən əlavəyə istinad edir. Məhkəmə İPMin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərərək, iddia tələbində pensiya təyin edilməsini tələb etdiyi yaş və tarix üzrə dəqiqləşdirilmənin aparılmasını təklif etmiş, lakin iddiaçı pensiya hüququnun 05 oktyabr 2015-ci il tarixdən yarandığını, ona 53 yaşdan pensiya təyin edilməli olduğunu bildirərək, dəqiqləşdirilmə aparılmasından imtina etmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. “Sığorta stajının hesablanması qaydası”nı 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. -1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; -2. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən avqustun 1-dək hər il 6 ay artırılır. İddia ərizəsindən və məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahatlardan aydın olur ki, iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə ona pensiya təyin edilməsini xahiş edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 10 il güzəştli iş stajına malik olub-olmamasıdır. Belə ki, iddiaçının 02.03.1981-03.04.1989-cu illərdə işlədiyi vəzifənin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulması mübahisələndirilməyərək, həmin dövr iddiaçının xüsusi stajına 8 il 1 ay 1 gün hesablanmış, 03.04.1989-07.06.1993, 09.06.1993- 03.11.1993, 03.11.1993-18.11.1994, 18.11.1994-10.06.1997, 10.06.1997-23.01.2003-cü illərdə işlədiyi tikici sahəsində toxucu, moda sahəsində tikişçi şagird, moda sahəsində tikişçi, tikişçi usta və qalantereya sahəsində tikişçi vəzifələrinin isə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr olması mübahisələndirilmişdir. İddiaçı tikici sahəsində toxucu peşəsinin güzəştli peşələr siyahısında olduğunu bildirərək, 03.04.1989-07.06.1993-cü illərdə işlədiyi iş stajının güzəştli staja aid edilməli olduğunu iddia edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının tikici sahəsində işlədiyi “toxucu” peşəsi nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan (Toxuculuq sənayesi (********) üzrə “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” (2200200a-11602) peşəsinə, “3. Kətan və kəndir-cut istehsalları” (********) üzrə “yaş toxumada məşğul olan toxucular” (2210400a— 17501) və ya “yaş toxumada məşğul olan tesma toxucuları” (2210400a—19136)), nə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərərı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan (26.1.Toxuculuq sənayesi: “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları”; 26.3.Kətan və kəndircüt istehsalı: “yaş toxumada məşğul olan toxucular” və ya “yaş toxumada məşğul olan tesma toxucuları”; habelə iddiaçının iddia ərizəsində və cavabdehin kassasiya şikayətinə etirazında istinad etdiyi 32.Toxuculuq istehsalatı. toxucular: metal və sintetik tor toxuyan toxucular) vəzifələrə (peşələrə) uyğunluğu müəyyən edilmir. Belə olan halda iddiaçı üçün tələb olunan 10 il güzəştli iş stajı tamamlanmır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının nə əvvəllər qüvvədə olan, nə də ki hazırki qanunvericilik normalarına müvafiq olaraq tələb olunan güzəştli stajı olmadığından iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3845/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3845/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver