Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3846/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 27 aprel N4-cü ildən N may N4-cü ilə kimi Birinci Qarabağ müharibəsində iştirak etməsinə görə ona “Müharibə veteranı” statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N4-cü ildə Qaradağ rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır, döyüş zonasında hərbi xidmət keçərkən 12.05.N4-cü il tarixdə yaralandığı üçün 12.05.N4-cü tarixdən 24.06.N4-cü ilə kimi 5 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciət etdikdə bildirilmişdir ki, iddiaçının Qaradağ RHK-dan çağırılmağı, komandirin 27 aprel N4-cü il tarixli 116 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməyi və yaralanaraq hospitalda olduğu üçün N may N4-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılmağı barədə məlumat vardır. Bundan əlavə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, Bakı şəhəri, Qaradağ RHK tərəfindən N4-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən 12.05.N4-cü ildə aldığı və 12.05.N4-cü ildən 24.06.N4-cü ilə kimi 5 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və xəstəlik-diaqnoz: “Sol baldırın orta 1/3-nin dəlib keçən odlu silah yaralanmasıdır. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. Belə ki, veteranlıq statusunun alınması ilə bağlı təqdim etdiyi sənədlərdə ata adı ilə bağlı uyğunsuzluq iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, hərbi hissədə iddiaçının hərbi xidmət keçməyi ilə bağlı qəbul edilmiş əmrlərdə səhvən atasının adı Əlisaab əvəzinə Əlisaat göstərilmişdir. Nəticədə ata adının səhv göstərilməsinə görə iddiaçıya veteranlıq statusunun verilməsindən imtina edilmişdir. Lakin qeyd olunmalıdır ki, cavabdehin iddiaçıya veteranlıq statusunun verilməsindən imtina etməsi qanunsuzdur. Belə ki, iddiaçı N saylı hərbi hissə komandirinin oktyabr N2-ci il və aprel N4-cü il tarixli nizami hissə üzrə əmrlərində olan səhvlərin düzəldilməsini tələb edə bilmir, nə də ki, həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilir. Əslində mülkiprosessual qanunvericilik hüquqmüəyyənedici sənədlərin hər- hansı şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Lakin hərbi sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi istisnadır. Hərbi sənədlərə münasibətdə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda həmin sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə yol verilmir. Belə olan halda əgər həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi mümkün deyilsə, bu halda inzibati orqan həmin uyğunsuzluğu özü müəyyən etməlidir. Həmin səhv iddiaçının səhvi olmayıb və bu səhvə görə hər-hansı öhdəlik daşıya bilməz. Lakin göründüyü kimi cavabdeh N saylı hərbi hissə komandirinin oktyabr N2-ci il və aprel N4-cü il tarixli nizami hissə üzrə əmrlərində texniki səhv ucbatından ata adının düzgün göstərilməməsi aydın şəkildə göründüyü halda, ona qanunla verilmiş statusu tanımaqdan qanunsuz imtina etmişdir. Hesab edir ki, inzibati orqanın həmin imtinası tam əsassız və qanunsuzdur və qanunla müəyyən edilmiş hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə təqdim edilmiş iddiaya dair 09.04.21-ci il tarixli, 11/1512 saylı yazılı etirazda göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Mərkəzi Arxivin 14.01.2020-ci il tarixli 9/2-450 nömrəli arayışına əsasən İddiaçı “soyadı” müxtəlif göstərildiyindən məlumatın ona aid olub-olmaması bilinmədiyindən və hərbi biletinin 4-cü və 6-cı vərəqlərində olan məlumatlarda düzəlişlərə yol verildiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Sonda iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 3 tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının soyadı Qoçiyev, adı Ədalət, atasının adı isə Əlisaabdır. - 10158 nomrəli 15.08.N4 tarixli arayışdan görünür ki, X4 Azərbaycan Respublikasınin Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət aldığı göstərilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 21.10.2010-cu il tarixli 1065 nömrəli qərarında göstərilir ki, “Bakı ş. Qaradağ RHK tərəfindən N4-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş X5 döyüş zonasında hərbi xidmət keçərkən 12.05.N4-cü ildə aldığı və 12.05.N4-cü ildən 24.06.N4-cü ilə kimi 5 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və xəstəlik - diaqnoz: «Sol baldırın orta 1/3-nin dəlib keçən odlu silah yaralanması. Xroniki xolesisititin kəskinləşməsi. Öd kisəsinin diskineziyası. Əlvan dəmrov, pəncələrin mikozu. Nevrasteniya» (Qaradağ RHK-nın 12.10.2010-cu il tarixli 1347 nömrəli göndərişi. 12.10.2010-cu il tarixli 609 nömrəli arayışı, 5 nömrəli şəhər xəstəxanasından verilmiş 24.06.N4-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - N saylı Hərbi Hissə Komandirinin N may N4-cü il tarixli 131 nömrəli əmrindən çıxarışdan görünür ki, X7 hərbi mükələfiyyətlilərin 12.05.94-cü il tarixdə Tərtər rayonu ərazisində gedən döyüşlərdə yaralandıqları üçün təminatlardan azad edilmişdir. Əmrdə atasının adı Əlisahib yazılmışdır. - İddiaçı Mudafiə Nazirliyinə daxil olmuş ərizəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 16.04.20-ci il tarixli 1/Q-6122 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 13.11.2019-cu il və təkrar 18.03.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 14.01.2020-ci il tarixli 9/2-450 nömrəli arayışında soyadı müxtəlif göstərildiyindən məlumatın ona aid olub-olmaması bilinmədiyindən və hərbi biletin 4-cü və 6-cı vərəqələrində olan məlumatlarda düzəlişlərə yol verildiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 14.01.2020-ci il tarixli 9/2-450 nömrəli arxiv arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, 701№-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas:kitab: 04.04.N4-27.04.N4; səh.-88,sıra-178; qeyd: məlumatda soyadı Qoçuyev, atasının adı Əlisahib yazılmışdır) Qaradağ RHK-dan çağırılmış, 1964-cü il təvəllüdlü X3 27.04.N4-cü il tarixli 116 №li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və yaralanaraq hospitalda olduğu üçün 12.05.N4-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 04.05.N4-cü il tarixli 123 №-li əmrində (əsas: səh.-64, §1, sıra-20; qeyd: əmrdə soyadı Yolçuyev, atasının adı Əlisahib yazılmışdır) “Nizami” təlim mərkəzindən göndərilmiş, Qaradağ RHK-dan çağırılmış, sıravi X2 27.04.N4-cü il tarixdən hesab olunmaqla 6-cı taborun şəxsi heyətinin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin olunması barədə məlumat vardır. 12.05.N4-cü il tarixdə Tərtər rayonu ərazisində gedən döyüşlərdə yaralandığı üçün X7 N №-li hərbi hissə komandirinin 12.05.N4-cü il tarixii 131 №-li əmrilə (əsas: səh.-85, §7; qeyd: əmrdə soyadı Qoçuyev, atasının adı Əlisahib yazılmışdır) bütün növ təminatlardan azad edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin aprel, oktyabr N2-ci il, aprel N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 26.10.2020-ci il 1/Q-14104 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq təkrar bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 13.11.2019-cu il və təkrar 18.03.2020-ci il tarixli iclaslarında baxılmış və 645,679 nömrəli protokollar ilə barəsində müsbət qərar qəbul edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən İddiaçı verilmiş 27.10.2020-ci il tarixli, 9/2-10263 saylı arxiv arayışında göstərilmişdir ki, o, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “04.04.94-27.04.94”, sıra 178, səh 89, məlumatda soyadı Qoçuyev və atasının adı Əlisahib yazılmışdır) 1964-cü il təvəllüdlü X3 Qaradağ RHK-dan çağırılması, komandirin 27 aprel N4-cü il tarixli 116№-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və yaralanaraq hospitalda olduğu üçün N may N4-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-İi hərbi hissə komandirinin N may N4-cü il tarixli 123 №-li əmrində “Nizami” təlim mərkəzindən göndərilmiş, Qaradağ RHK-dan çağırılmış, sıravi X2 (əsas: § 1, sıra 20, səh 64, əmrdə soyadı Yolçuyev və atasının adı Əlisahib yazılmışdır, vəzifəsi göstərilməyib) 27.04.N4-cü il tarixdən hesab olunmaqla 6-cı taburun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. 12.05.N4-cü il tarixdə Tərtər rayonu ərazisində gedən döyüşlərdə yaralandığı üçün X7 N №-İi hərbi hissə komandirinin N may N4-cü il tarixli 131 №-li əmrilə (əsas: § 7, sıra 17, səh 85, əmrdə soyadı Qoçuyev və atasının adı Əlisahib yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) bütün növ təminatlardan azad edilmişdir. Qeyd edilmişdir ki, N №-İi hərbi hissə komandirinin aprel, iyun N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilmişdir ki, 5 №-li şəhər xəstəxanasının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 01.11.2019-cu il tarixli 9/2-17012 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya və 14.01.2020-ci il tarixli 9/2-450 №-li məktubla vətəndaşın ünvanına cavab göndərilmişdir. - Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli, 2(002)-1488/2020 №-li qəraradadından görünür ki, ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. - HЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, soyad və ad xanalarında İddiaçı sözləri əvvəlcə kiril əlifbası ilə yazılsa da, sonradan üzərindən xətt çəkilərək latın əlifbası yazılmışdır. Hərbi biletin 4, 6 və 7-ci səhifələrində qeydlər düzəlişlə edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 13.11.2019-cu il və təkrar 18.03.2020-ci il tarixli iclasında baxılmış və “Müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi tələbini təmin etməkdən imtina edilmişdir. İmtinaya əsas kimi Mərkəzi Arxivin 14.01.2020-ci il tarixli 9/2-450 nömrəli arayışında “soyadı” müxtəlif göstərildiyindən məlumatın iddiaçıya aid olub-olmamasının müəyyən edilə bilməməsi və hərbi biletin 4-cü və 6-cı vərəqələrində olan məlumatlarda düzəlişlərə yol verildiyi bildirilmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edildiyi halda yuxarıda qeyd edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, N saylı №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 1964-cü il təvəllüdlü X3 27.04.N4-cü il tarixli 116 №li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və yaralanaraq hospitalda olduğu üçün 12.05.N4-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 04.05.N4-cü il tarixli 123 №-li əmrində “Nizami” təlim mərkəzindən göndərilmiş, Qaradağ RHK-dan çağırılmış, sıravi X2 27.04.N4-cü il tarixdən hesab olunmaqla 6-cı taborun şəxsi heyətinin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin olunması barədə məlumat vardır. 12.05.N4-cü il tarixdə Tərtər rayonu ərazisində gedən döyüşlərdə yaralandığı üçün X7 N №-li hərbi hissə komandirinin 12.05.N4-cü il tarixii 131 №-ii əmrilə bütün növ təminatlardan azad edilmişdir. N №-li hərbi hissə komandirinin aprel, oktyabr N2-ci il, aprel N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı 14.01.2020-ci il tarixli 9/2-450 nömrəli arxiv arayışında N saylı №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında X7 və X6 adlı şəxslərə məxsus əmrlərin olması müəyyən edilmişdir. İddiaçı xidməti barədə N №-li hərbi hissə komandirinin aprel, oktyabr N2-ci il, aprel N4-cü il tarixli nizami hissə üzrə əmrlərində məlumat aşkar olunmamışdır. Mərkəzi Arxivin 14.01.2020-ci il tarixli 9/2-450 nömrəli arayışında “soyadı” müxtəlif göstərildiyindən həmin məlumatın iddiaçıya aid olubolmamasının müəyyən edilə bilməməsi, iddiaçıya məxsus hərbi biletin 4 və 6-cı vərəqələrində edilmiş düzəlişlər və həmin düzəlişlərin düzgünlüyü barədə qeydin olmaması onların mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz edir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı isə qeyd etdiyi əsasları sübut edə bilməmişdir. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3846/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3846/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver