Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3846/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin imtinasının qanunsuz və əsassız hesab edilərək iddiaçıya yaşa görə həmin dövrdə tələb olunan xx.xx.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı ildə doğulmuşdur. xx.xx.1973 xx.xx.1974-cü illərdə peşə təhsili almışdır. xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək tikinti idarəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1975 - xx.xx.1977-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1976-cı ildən 46 №-li Tikinti İdarəsində yenidən əmək fəaliyyətinə başlamaqla xx.xx.1983-cü ilədək, xx.xx.1985-ci ildən 19 saylı Xüsusi Tikinti İdarəsində dülgər kimi işləməklə xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilədək Evtikmə kombinatında, xx.xx.1992-ci ildən xx.xx.2007-ci ilədək Kosmik tədqiqatları zavodunda işləmişdir. İşlədiyinə dair məlumatlar xx.xx.1974-cü ildə adına açılmış əmək kitabçasında öz əksini tapır. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun tətbiqinə dair Qaydalara əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı iş stajı əmək kitabçası əsasında aparılır. xx.xx.2006-cı ilədək ümumi iş stajı əmək kitabçası əsasında, xx.xx.2006-cı ildən sonrakı dövr Qanunun 1.0.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta ödənişləri əsasında nəzərə almır. Adına açılmış əmək kitabçasına əsasən xx.xx.2006-cı ilədək ümumi iş stajı Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyinatı üçün tələb olunan 25 ildən çoxdur. Bu səbəbdən əmək pensiyası təyinatı üçün sənədlərini Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala təqdim etsə də, adıçəkilən cavabdeh orqan ümumi iş stajının 25 ildən az olduğunu göstərməklə, əmək pensiyası təyinatından imtina vermişdir. Cəmi ümumi iş stajını hərbi xidmət dövrü ilə birlikdə 21 il 06 ay təşkil etdiyi qeyd edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.1956-cı ildə doğulmuşdur. xx.xx.1973 - xx.xx.1974-cü illərdə peşə təhsili almışdır. xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək tikinti idarəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1975 - xx.xx.1977-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1976-cı ildən 46 №-li Tikinti İdarəsində yenidən əmək fəaliyyətinə başlamaqla, xx.xx.1983-cü ilədək, xx.xx.1985-ci ildən 19 saylı Xüsusi Tikinti İdarəsində dülgər kimi işləməklə xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilədək Evtikmə kombinatında, xx.xx.1992-ci ildən xx.xx.2007-ci ilədək Kosmik tədqiqatları zavodunda işləmişdir. İşlədiyinə dair məlumatlar xx.xx.1974-cü ildə adına açılmış əmək kitabçasında öz əksini tapır. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunim tətbiqinə dair Qaydalara əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı iş stajı əmək kitabçası əsasında aparılır. xx.xx.2006-cı ilədək ümumi iş stajı əmək kitabçası əsasında, xx.xx.2006-cı il tarixdən sonrakı dövr Qanunun 1.0.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta ödənişləri əsasında nəzərə almır. Eyni zamanda, sığorta ödənişlərinin silinməsi barədə çox hörmətli və hər bir Azərbaycan Respublikası vətəndaşının hüquqlarının qarantı olan Prezidentin müvafiq sərəncamı var. Məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi sığorta olunanın deyil, sığorta edənin vəzifəsidir ki, buna da nəzarəti cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu həyata keçirirdi. Cavabdehin imtinasının əsassız hesab edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletin surətinə əsasən sığorta stajı xx.xx.2006-cı il tarixədək sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 21 il 6 ay təşkil edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X6 X2 xx.xx.2021-ci il tarixli № 01-9/91 nömrəli arayışına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi Kosmik X3 xx.xx.1995-ci il tarixdən əməkhaqqı almadığı üçün xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr sığorta stajına daxil edilməmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qeyd olunan norma öz əksini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında da tapmışdır. Belə ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7- ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)- 1838/2023 nömrəli qərarında bildirilmişdir: İş materiallarına əlavə edilmiş iddiaçının “Star LLC” firmasında 1996- 2000-ci illər üzrə əmək haqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ilin may- dekabr ayları üzrə, 1997-1998-ci illər üzrə tam, 1999-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000-ci ilin yanvar-aprel ayları üzrə əmək haqqı almışdır. Əmək haqqı alınan ayların cəmi 3 il 9 aya bərabərdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, istinad etdiyi sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 1996-2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar - iddiaçının 1996-2000-ci illərdə olan iş stajı dəqiq araşdırılmalı, qəbul edilən və qəbul edilməyən iş illərinin (aylarının) hüquqi əsasları məhkəmə qərarında dəqiq göstərilməlidir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının sığorta stajının 25 ildən az olması müəyyən edilərsə, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı xüsusatlar da araşdırımalı, yığılan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-Q-44716/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən xx.xx.2006-cı il tarixədək sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 21 il 6 ay təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X6 X2 xx.xx.2021ci il tarixli № 01-9/91 nömrəli arayışına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi Kosmik X3 xx.xx.1995-ci il tarixindən əməkhaqqı almadığı üçün xx.xx.1995-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixdən müddətsiz yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə, pensiya təminatı hüququna yenidən baxıla bilər. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli X6 X8 tərəfindən 88 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.1992-ci il tarixindən Kosmik X3 işə qəbul edilmiş İddiaçı xx.xx.2007-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 07 iyul 2021-ci il tarixli **********1 nömrəli “Əməkhaqları barədə arayışın verilməsi haqqında məktubuna cavab olaraq, 16 iyul 2021-ci il tarixində 01-9/91 nömrəli məktubla İddiaçı üçün əməkhaqqı və başqa gəlirlər haqqında arayış və işə qəbul, işdən çıxma əmrləri barədə arayış təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2-1(112)-11609/2023 nömrəli məktubun icrası ilə bağlı Kosmik X2 arxivinə təkrar baxış keçirilmiş və İddiaçı barəsində sonuncu əmrinin xx.xx.1995-ci il tarixində 145/k nömrəli əmr olduğu və bu əmrlə Təsərrüfat sahəsinin aşbazı vəzifəsində 01,09.1993-cü ildən xx.xx.1995-ci ilədək işlədiyi müddətə 42 təqvim günü + 9 gün + 18 gün əmək stajı əlavə olunmaqla, cəmi 60 təqvim günü hesabı ilə xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək növbəti məzuniyyətə buraxılmışdır. Əməkhaqqı ödəniş cədvəllərinə əsasən İddiaçı sonuncu dəfə 1995-ci ilin noyabr ayında göstərilən məzuniyyət əmri nəzərə alınmaqla 126609.00 manat məzuniyyət pulu almışdır. 1996-2007-ci illər üzrə əməkhaqqı cədvəllərində İddiaçı adına rast gəlinməmiş, ona əməkhaqqı hesablanmamış və Kosmik X3n heç bir əməkhaqqı almamışdır. İddiaçı ilə eyni dövrdə çalışmış və onu tanıyan əməkdaşların (X5, X9, X1) verdiyi məlumata görə, 1995-ci ildən zavodun istehsal gücü az olduğundan, bir çox əməkdaşlar öz hesabına məzuniyyətə göndərilmiş, yeməkxana fəaliyyətini dayandırmışdır. İddiaçı aşbaz peşəsində çalışdığından, 1996-2007-ci illərdə öz hesabına məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinə ünvanlanmış **********1 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar vətəndaş İddiaçı müraciəti daxil olmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı işlədiyi Kosmik X3 xx.xx.1992-ci ildən xx.xx.2007-ci ilədək olan iş stajı və almış olduğu əmək haqqı məbləğlərinin müvafiq sənədlər üzrə dəqiqləşdirilməsi məqsədilə həmin illərin əmək haqları, işə girmə və işdən çıxma əmrləri barədə arayışın verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli X6 X8 tərəfindən təqdim edilmiş 92 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Kosmik X3 işləyən İddiaçı üçün əmək haqqı və başqa gəlirləri: Aylar 1993-cü il (rubl) 1994-cü il (rubl) 1995-ci il (rubl) Yanvar 6325,00 4025.00 31245.00 Fevral 6325.00 9375.00 43750.00 Mart 8231.00 9943.00 43750.00 Aprel 43750.00 10490.00 43750.00 May 6325.00 9375.00 43750.00 İyun 7353.56 11250.00 43750.00 İyul 7600.00 11250.00 43750.00 Avqust 10350.00 11250.00 43750.00 Sentyabr 10350.00 12500.00 75994.00 Oktyabr 10350.00 17812.50 32813.00 Noyabr 40250.00 23125.00 126609.00 Dekabr 40250.00 23125.00 0.00 Cəmi: 160034.56 153520.50 572911.00 Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli X6 X8 Kadrlar və Ümumi İşlər şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, arxiv sənədlərinə əsasən İddiaçı xx.xx.1992-ci ildə X7 Zavodda (KCTZ) aşbaz vəzifəsində işə qəbul edilmişdir. (xx.xx.1992-ci il tarixli 146/k №-li əmr). xx.xx.1994-ci il tarixində Azərbaycan Respublikası (ƏM) Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. (xx.xx.2007-ci il tarixli 61\k № li əmr). SSRİ Nazirlər Sovetinin xx.xx.1981-ci il tarixli 1682 sayli qərarına əsasən X11-İstehsalat Birliyinin (KTEİB) nəzdində olan XC MKB "Kaspi” EM, TEKTİ, Naxçıvan "Araz" X14, (“Biosfer" ElB-yi, SKTB və s. Azərbaycan SSR Elmlər Akademiyasının tərkibinə daxil edilmişdir. 1985-ci ildə Azərbaycan SSR X11 İstehsalat Birliyi (KT EİB) öz struktur bölmələri ilə Birliyin SSRİ Ümumi Maşınqayırma Nazirliyinin Baş Kosmos İdarəsi tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 580 saylı xx.xx.1992-ci il tarixli Fərmanı ilə Milli Elmlər Akademiyasının X11- İstehsalat Birliyinin (KTEİB) bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi (AMAKA) yaradılmışdir. Azərbaycan Respublikası Prezidentinin 490 saylı xx.xx.1993-cü il tarixli Fərmanına əsasən AMAKA Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 839 saylı Fərmanına əsasən AMAKA Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibindən çıxarılıb və Milli Elmlər Akademiyasının tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 463 saylı xx.xx.2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Milli Aerokosmik Agentliyi (МАКА) Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tabeçiliyindən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyinə verilmişdir. “AMAKA” Kosmik X2 145/k saylı xx.xx.1995-ci il tarixli əmrinin 3-cü paraqrafından görünür ki, təsərrüfat sahəsinin aşbazı İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi müddətə 42 təqvim günü + 9 + 18 gün əmək stajı əlavə olunmaqla, cəmi 60 təqvim günü hesabı ilə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 2 illik növbəti məzuniyyətə buraxılmışdır. H3 seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********5 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim edilən xx.xx.1974-cü il tarixində tərtib edilmiş əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “Cihazqayırma Təcrübə” zavodundaki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********3 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən xx.xx.1974-cü il tarixdə tərtib edilmiş əmək kitabçasına və H3 № ******* saylı hərbi biletinin surətinə əsasən sığorta stajı 21 il 6 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16384,45 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X6 X2 xx.xx.2021-ci il tarixli № 019/91 nömrəli arayışına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi Kosmik X3 xx.xx.1995-ci il tarixindən əməkhaqqı almadığı üçün sözügedən dövrün sığorta stajına əlavə edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmin Qanununun 22-1.5-ci 2019cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2020-ci il tarixdən 130 manat məbləğinə yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********0 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. xx.xx.1974-cü il tarixində tərtib edilmiş əmək kitabçasının və H3 № ******* nömrəli hərbi biletinin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 21 il 6 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 6 ay sığorta stajına uyğun olaraq 15715,77 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X6 X2 xx.xx.2021-ci il tarixli № 01-9/91 nömrəli arayışına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi Kosmik X3 xx.xx.1996-cı il tarixindən əməkhaqqı almadığına görə sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. İddiaçıya 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ var. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçının əmək kitabçasına əsasən, xx.xx.1973-cü il tarixdə əmək fəaliyyətinə başlayıb. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı 21 il 6 ay təşkil edir. Mübahisəli sosial sığorta stajı isə iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrdür. Belə ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi Kosmik X3 xx.xx.1995-ci il tarixdən əməkhaqqı almadığı üçün xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr sığorta stajına daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan yaş həddinə çatmağını və ən az 25 il sığorta stajının olmasını əsas gətirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Ümumilikdə isə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16384,45 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Mübahisəli iş dövrü ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli X6 X8 tərəfindən bildirilmişdir ki, 1996-2007-ci illər üzrə əməkhaqqı cədvəllərində İddiaçı adına rast gəlinməmiş, ona əməkhaqqı hesablanmamış və Kosmik X3n heç bir əməkhaqqı almamışdır. İddiaçı ilə eyni dövrdə çalışmış və onu tanıyan əməkdaşların (X5, X9, X1) verdiyi məlumata görə, 1995-ci ildən zavodun istehsal gücü az olduğundan, bir çox əməkdaşlar öz hesabına məzuniyyətə göndərilmiş, yeməkxana fəaliyyətini dayandırmışdır. İddiaçı aşbaz peşəsində çalışdığından, 1996-2007-ci illərdə öz hesabına məzuniyyətdə olmuşdur. “Əmək pensiyaları haqqqında” Qanunundan: 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146.1ci maddəsinə əsasən Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikasının Qanunundan (01 iyul 1999cu il tarixədək qüvvədə olmuşdur) : Maddə 14. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər: Məzuniyyət hüququ verən əmək stajına işçinin faktik işlədiyi vaxtdan savayı aşağıdakı dövrlər də daxil edilir. iş yerinin və qanunvericilikdə nəzərdə tutulan hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin əmək haqqı ödənilməli olan məcburi işburaxma dövrü; sosial sığorta üzrə müavinət verilməklə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; qanunsuz və əsassız həbs edilməklə və ya ittiham edilərək azadlıqdan məhrum edilməklə və yaxud azadlıqdan məHrum edilmədən qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edilməklə işdən kənarlaşdırılan və müəyyən edilmiş qaydada tam bəraət alaraq işə bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun iddiaçının əmək haqqı almadığı aylar və illər üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsindən və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2019 – 30 iyun 2020 il üçün kişilər üçün pensiya yaşı 64 yaş 6 aydır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. xx.xx.2020-ci ci il tarixdə iddiaçı 64 yaşı tamam olur ki, bu qeyd edilən dövrə tələb edilən yaş şərti ödənilməmiş olur. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaşdır. Məhkəmə qeyd edir ki, iddiaçının 65 yaşına çatdıqdan sonra (xx.xx.2021-ci il tarixdən) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il stajı olarsa yaşa görə əmək pensiyası hüququ yarana bilərdi. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il stajının olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin “65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəyişdirilməsi halında da iddia uğurlu olmayacaqdır. Qeyd edilənlərə əsasən, prosessual qənaət prinsipindən çıxış edərək məhkəmə iddiaçıya iddia tələbinin dəyişdirilməsi barədə hüquqi yardım göstərilməsini zəruri hesab etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-3846/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3846/2024
08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver