Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3847/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (X22 və X23 3-cü şəxs qismində cəlb olunmaqla) sərəncamın qismən etibarsız hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və İstismarı Birliyinin 29 dekabr 2004-cü il tarixli 92 nömrəli protokolunun, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2004-cü il tarixli 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsindən bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinin, X3 və İstismarı Birliyi ilə vətəndaş X9 arasında 11 yanvar 2005-ci il tarixdə Ləhiş ərazisindəki 3144 saylı bağ sahəsinə dair bağlanmış 33877 saylı müqavilənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə X22 və X23 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər. İddiaçı daha sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin verdiyi 30 noyabr 1990-cı il tarixli orderə əsasən Ləhiş bağlar sahəsindən 177 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ iddiaçının X7nın istifadəsinə verilmişdir. X7 23 dekabr 2005-ci il tarixdə vəfat etmişdir. Bağ sahəsini dəmir setka ilə çəpərləmiş və orada müxtəlif meyvə ağacları, meynələr əkmişlər. Mütəmadi olaraq bağ sahəsindən istifadə edərək həmin meyvə ağaclarının məhsullarından bəhrələnmişlər. Anasının vəfatından sonra bağ sahəsinə ancaq yay ayları gedə bilmişlər. Təxminən 2012-ci il tarixdə bağ sahəsinə gedərkən görmüşdür ki, bağın bir tərəfi qazılıb və orada hasar çəkilməsi üçün hazırlıq işləri görülüb. Bunu kimin etdiyini öyrənmək istəsə də bütün yayı orada heç kimi görə bilməmiş və heç bir məlumat əldə edə bilməmişdir. Sonrakı illərdə də heç nə baş verməmişdir. 2018-ci ilin aprel ayında o, bağ torpaq sahəsini özəlləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubu ilə onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2-1(82)-3451/2018 saylı qərardadı ilə iddia ərizəsi mümkünsüz sayılaraq, ona bildirilmişdir ki, ilk növbədə miras əmlakın - Bakı şəhəri, Ləhiş bağlar sahəsi, 177 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsinin 23.12.2005-ci ildə vəfat etmiş X21 məxsus olması haqqında arayışın verilməsi barədə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməlidir. O, yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin İdarənin 24.01.2019-cu il tarixli **********62 saylı imtina məktubunu 04 fevral 2019-cu il tarixdə almışdır. Həmin imtinada göstərilir ki, 177 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsidə yerləşən 3144 nömrəli bağ sahəsinin ayrılmasına dair X15 adına order İdarənin arxivində mövcuddur. Məlumat üçün bildirilmişdir ki, vətəndaşın Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 3144 nömrəli bağ sahəsi üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 01.05.2018-ci il tarixli ərizə ilə 1 salı Bakı Ərazi İdarəsinə müraciətinə göstərilən sahənin digər fiziki şəxsin adına qeydiyyata alınması barədə **********25 nömrəli, 21.05.2018-ci il tarixli məktubla cavab verilmişdir. Belə ki, imtina məktubundan görünür ki, həmin bağ sahəsinə mərhum X15 adına order İdarənin arxivində mövcuddur. Lakin idarə arayış verməkdən imtina etmişdir. Ona görə də mərhum X15 vərəsəsi kimi o, yenidən məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sərəncamına cavab olaraq məhkəməyə sənədlər təqdim olunmuşdur. Həmin sənədlərə əsasən məhkəmədə bildirilmişdir ki, onun iddiasına iddia icraatı qaydasında baxılmalıdır. 2019-cu il may ayında o, iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və sənədləri geri götürmüşdür. Səhhətimdə olan problemlə bağlı məhkəməyə 24.01.2020-ci il tarixdə müraciət etmişdir. İnzibati-İqtisadi Məhkəməsinin sərəncamına əsasən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, onun X7na Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyi tərəfindən 30 noyabr 1990-cı il tarixli orderlə Ləhiş bağlar sahəsindən 177 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ sahəsi verilməsinə baxmayaraq, X3 və İstismarı Birliyi 11 yanvar 2005-ci il tarixdə həmin bağ sahəsinə dair vətəndaş X9 ilə 33877 saylı müqavilə bağlamışdır. Həmin müqavilə əsasında 10.12.2013-cü il tarixdə Torpaq sahəsinin kadastr planı alınmış və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhəri 5 saylı Notariat Kontorunun 17 yanvar 2014-cü il tarixli 52 saylı məktubundan görünür ki, X9 13.12.2004-cii il tarixdə vəfat etmişdir. Belə olan halda X9 11 yanvar 2005-ci il tarixdə X3 və İstismarı Birliyi ilə necə müqavilə bağlaya bilərdi. Müqavilənin saxta olması heç bir şübhə doğurmur. Belə ki, X4 ölümündən sonra X3 və İstismarı Birliyi 29 dekabr 2004-cü il tarixli 92 saylı protokolunu təsdiq edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edir və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 30.12.2004-ci il tarixli 319 saylı Sərəncamının 2.42-ci bəndi ilə həmin tarixə kimi vəfat etmiş və onunla müqavilə olmadan iddiaçının anasına məxsus olan bağ sahəsinə dair iclas protokolu təsdiq edilir. Bundan sonra 14 mart 2014-cü il tarixdə onun qızı həmin bağ torpaq sahəsinə öz adına vərəsə kimi Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında onun adına 01.04. 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bütün göstərilən sənədlər verilərkən heç kim müqavilənin 11 yanvar 2005-ci il tarixdə bağlanmasını nəzərə almamış və yaxud da nəzərə almaq istəməmişlər. Mərhum anası X16 vərəsəsi kimi onun həmin bağ sahəsinə istifadə hüququ vardır. 3144 saylı bağ sahəsi anasının istifadəsinə Bakı şəhər İcraiyyə Komitəsinin 05.11.1990-cı il tarixli 7/374 saylı qərarına əsasən, yəni bunu etməyə vəkil edilmiş dövlət orqanının qərarına əsasən Ləhiş bağlar sahəsində 177 saylı BTK-nın nəzdində verilmişdir. Hesab edir ki, bağ sahəsinə dair X7nın adına verilmiş orderin qüvvədə olması onu göstərir ki, 13.12.2004-cü il tarixdə vəfat etmiş X4 adına bağlanmış müqavilə onun ölümündən sonra bağlandığından qanuni hesab edilə bilməz. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X3 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 177 saylı kooperativ tərəfindən verilmiş orderdən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 05.11.1990-cı il tarixli, 7/374 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 177 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ sahəsi X21 ayrılmışdır. Order 177 saylı BTK-nın sədri tərəfindən 30.11.1990-cı il tarixdə imzalanmışdır. İşdə olan AZ-İ 171415 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 23 dekabr 2005-ci il tarixdə vəfat etmişdir. İşdə olan Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 12 mart 2018-ci il tarixli, 148 saylı məktubdan görünür ki, X12 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı notariat kontoruna X27 və İddiaçı tərəfindən müraciə daxil olmuşdur. X17 23.12.2005-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsələri X27 və İddiaçı ərizələri əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 3144 saylı bağ sahəsində olan 0,12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən X18 verilmiş 36/1635 saylı, 07.11.2013-cü il tarixli arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2004-cü ilə dair sərəncamlar kitabında X3 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında“ 30.12.2004-cü il tarixli, 319 saylı sərəncam vardır. “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X3 və İstismar Birliyinin 29 dekabr 2004-cü il tarixli, 92 saylı Protokolu təsdiq edilmişdir. /protokol əlavə olunur/. 29 dekabr 2004-cü il tarixli, 92 saylı protokoldan görünür ki, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.1997-ci il tarixli, 233 nömrəli sərəncamının 2.42-ci bəndinə əsasən X6 Ləhiş ərazisində bağ sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X3 Departamenti ilə X9 arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqavilədən görünür ki, Birlik tərəfindən Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 0,12 ha 3144 saylı bağ sahəsi 11.01.2015-ci ilədək T.Kazımovanın istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 10.12.2013-cü il tarixli, 36676 nömrəsi ilə uçota alınmış A № 480141 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.metr sahəsi olan 3144 saylı bağ Bakı şəhər İH-nin BTİ və İB-nin 11.01.2005-ci il tarixli, 33877 saylı müqaviləsi ilə bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı plan və ölçüsü tərtib edilmişdir. Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 2014-cü il tarixli məktubdan görünür ki, X5 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə notariat kontoruna X23 tərəfindən müraciət olunmuşdur. T.Kazımovanın 13.12.2004-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsə S.Sultanovanın ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 3144 saylı bağ sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3144 saylı 0,116456 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 06.02.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 45282 nömrəli vərəqində X4 adına qeydiyyata alınmışdır. Bakı şəhər 5 saylı notariat kontoru tərəfindən 14 mart 2014-cü il tarixdə verilmiş 2V- 1-64 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13 dekabr 2004-cü ildə vəfat etmiş X4 vərəsəsi qızı X19r və miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 5 ünvanında yerləşən 0,116456 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3144 saylı 0,116456 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 01.04.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 45282 nömrəli vərəqində X13 adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 3144 saylı bağ sahəsinə dair arxiv qovluğundakı bütün sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.05.2021-ci il tarixi, **********55 saylı məktub əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 33877 nömrəli müqavilə əsasında ayrılmış 3144 bağ sahəsinə və 177 nömrəli BTK nəzdində ayrılmış 3144 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba yuxarıda sadalanmış X4 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, X13 adına verilmiş RX seriyalı ******* saylı Çıxarışların, Bakı şəhər 5 saylı notariat kontoru tərəfindən 14 mart 2014-cü il tarixdə verilmiş 2V-1-64 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 10.12.2013-cü il tarixli, 36676 nömrəsi ilə uçota alınmış A № 480141 saylı torpaq sahəsinin plan və ölçüsünün, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X3 Departamenti ilə X9 arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqavilənin, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən X18 verilmiş 36/1635 saylı, 07.11.2013-cü il tarixli arxiv arayışının, həmin arayışa əlavə olunmuş 29.12.2004-cü il tarixli, 92 saylı protokolun, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X3 və istismarı birliyi tərəfindən Ləhiş bağlar sahəsindəki 177 saylı kooperativ tərəfindən X15 adına verilmiş orderin surətindən əlavə aşağıda qeyd olunan sənədlərin surəti əlavə edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X3 və istismarı birliyi tərəfindən 177 saylı kooperativin sədrinə ünvanlanmış 30 noyabr 1990cı il tarixli məktubdan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 05 noyabr 1990-cı il tarixli 7/374 saylı qərarına əsasən X21 177 saylı kooperativin tərkibində bağ sahəsi verilməsinə icazə verilmişdir. Həmin məktuba əlavə edilmiş AN-İ № ******* saylı, 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X23 ünvan 7 ünvanında yerləşən 0,116456 ha torpaq sahəsini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3144 saylı 0,116456 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 03.05.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 45282 nömrəli vərəqində X14 adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması dövründə məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən 30.04.2021-ci il tarixli, 05/2-3491/13 saylı məktubla məhkəməyə təqdim edilmiş 1071 saylı, 24 avqust 2005-ci il tarixli ölüm haqqında akt qeydindən görünür ki, 21.04.1936-cı il təvəllüdlü X9 13 dekabr 2004-cü il tarixdə vəfat etmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X3 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 177 saylı kooperativ tərəfindən verilmiş orderə əsasən Bakı şəhər icraiyyə komitəsinin 05.11.1990-cı il tarixli, 7/374 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 177 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3144 saylı bağ sahəsi 30.11.1990-cı il tarixdə X21 ayrılmışdır. Həmin bağ sahəsinin sonuncuya ayrılmasına baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 319 saylı, 30.12.2004-cü il tarixli sərəncamının 2.42-ci bəndinə əsasən bağ sahəsi X8 ayrılmış və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Baş Təsərrüfatının İnkişafı Departamenti X3 Departamenti ilə X9 arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli, 33877 saylı müqaviləyə əsasən sözügedən bağ sahəsi Tamara Kazımovanın istifadəsinə verilmiş, sonuncunun adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Daha sonra həmin bağ sahəsi vərəsəlik qaydasında onun qızı X13 adına 01.04.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. S.Sultanova onun adına mülkiyyət hüququ əsasında qeydə alınmış bağ sahəsini AN-İ № ******* saylı, 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 və sonuncunun mülkiyyət hüququ 03.05.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda bağ sahəsi X14 mülkiyyətindədir. Göründüyü kimi bağ sahəsi ilkin olaraq X21 ayrılmışdır və X.Yaqubovaya bağ sahəsinin ayrılması barədə qərar və order qüvvədə olduğu halda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndinə əsasən sözügedən bağ sahəsi X6 ayrılmışdır. Buna dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 Departamenti ilə X9 arasında 11 yanvar 2005-ci il tarixdə bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə bağlanmışdır. Halbuki iş materiallarında olan sənədlərdən görünür ki, X9 13 dekabr 2004-cü il tarixdə vəfat etmişdir. Həmçinin məhkəmə araşdırması dövründə bağ sahəsinin X.Yaqubovaya ayrılması barədə Bakı şəhər icraiyyə komitəsinin 05.11.1990-cı il tarixli, 7/374 saylı qərarının hazırda qüvvədə olub-olmaması barədə məlumatın verilməsi cavabdehdən tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab verilməmiş, həmin qərarın ləğv olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndi həmin bağ sahəsinin Xalsa Yaqubovaya ayrılması barədə Bakı şəhər icraiyyə komitəsinin 05.11.1990-cı il tarixli, 7/374 saylı qərarı qüvvədə olduğu halda, həmçinin sərəncam verilənədək artıq ölmüş şəxs barəsində verildiyindən hüquqi cəhətdən etibarlı sayıla bilməz. İnzibati akt ölmüş şəxs barəsində verildiyindən o, icrası mümkün olmayan inzibati akt olmuşdur və həmin inzibati aktın etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia)inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2004-cü il tarixli, 319 saylı sərəncamının X4 adına Ləhiş bağlar sahəsində bağ sahəsi ayrılması barədə 2.42-ci bəndi etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3847/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3847/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver