Məhkəmə qərarları › İş №2-1(112)-385/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-385/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-385/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X4 iştirаkı ilə, İddiаçı İddiaçıcаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı“Məcburi köçkün statusunun və vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hərəkətlərinin qanunsuz hesab etməklə ona və ailə üzvlərinə “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində anadan olmuş və bu rayonda yaşamışdır. O, 1990-cı ildə X12 ilə ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.1991-ci il təvəllüdlü qızı Məmmədova Sevinc və xx.xx.1992-ci il təvəllüdlü Hüseynzadə Maşallah adlı uşaqları anadan olmuşdur. Ağdərə rayonu ermənilər tərəfindən işğal edilən zaman o, ailə üzvləri ilə bu rayondan məcburi köçkün düşmüş və Bakı şəhəri Binəqədi rayonunda məskunlaşmış və bu barədə kifayət qədər sübutlar olduğu üçün Bakı şəhər Binəqədi rayon İH-nin Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə şöbəsində məcburi köçkün kimi qeydiyyata alınmış, məcburi köçkün statusundan istifadə etmişdir. Lakin son vaxtlar o və ailə üzvləri ünvan 1-ə qeydiyyata alınmağını səbəb göstərilməklə, bu statusdan məhrum edilmişdirlər. İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmiş və 01/4660 saylı xx.xx.2016-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, onun ailə üzvləri məcburi köçkün hesab edilmirlər.Cavabdehin imtinası əsassızdır.Belə ki, Ağdərə rayonu erməni işğalçıları tərəfindən işğal edilən zaman o həmin rayonun sakini kimi qeydiyyatda olmuş, ailə üzvləri də bu rayonda yaşamış, məcburi köçkün düşmüşdürlər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbi tam əsassızdır. Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirlməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnamələrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə xx xxxx 2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 3.1-ci bəndinin tələbinə əsasən Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. X1 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir.Təqdim edilmiş sənədlər Komitənin status sektorunda araşdırılmış və müəyyən edilmişdir ki, Oqtay Hüseynov 1985-1991-ci illərdə Bakı şəhərində keçmiş Bakı sovet ticarəti texnikumunda təhsil almış və təhsilini başa çatdırdıqdan sonra xx.xx.1991-ci ildən Göygöl (keçmiş Xanlar) rayonuna hərbi qeydiyyata düşmüşdür. xx.xx.1994-cü ildə isə Göygöl rayonundan hərbi qeydiyyatdan çıxaraq yenidən Bakı şəhəri, Binəqədi rayonuna qeydiyyata düşmüşdür. (əsas: X8 məxsus xx.xx.1987-ci ildə Binəqədi rayon Hərbi komissarlığı tərəfindən verilmiş NZ ******* seriyalı hərbi bilet). Araşdırma zamanı Komitənin miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin 2007-2019-cu illərə aid elektron məlumat bazasında yuxarıd adı qeyd olunan iddiaçı və onun ailə üzvlərinə aid məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı işğal rayon icra hakimiyyətləri tərəfindən tərtib olunmuş ərizələr Komitəyə təqdim olunurdu və məcburi köçkün vəsiqəsi verilirdi. İddiaçı şəxsə verilmiş xx.xx.2000-ci il tarixli 14796 nömrəli məcburi köçkün vəsiqəsini də eyni qaydada təqdim olunmuş ərizəyə əsasən verilmiş və başqa hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının 2004-cü il 16 iyul tarixli 03 nömrəli qərarı ilə “Qaçqınlara və məəcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərin verilməsinə dair Qaydalar” təsdiq olunmuş və Qaydalara uyğun olaraq məcburi köçkün statusnun verilməsi həyata keçirilmişdir. Hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx xxxx 2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları təsdiq olunduqdan sonra məcburi köçkün vəsiqəsinin verilməsi bu qaydalara əsasən tənzimlənir. Qaydaların 4.1.1-ci bəndinə əsasən sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün statusu verilir. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və yaş şəhərdə yaşayış yeri üzzrə daimi qeydiyyatda (passport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. 1992-ci ilin oktyabrında Azərbaycan hökümətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon- Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür. X2 anadan olduğu Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonuna verilmişdir. Qaydaların tələblərindən göründüyü kimi X11 1993-cü ildə Kəlbəcər rayonunun (Ağdərə rayonunun Çərəktar kəndi) işğalından əvvəl İddiaçı xx.xx.1991-ci ildən (rayonunun işğalından əvvəl) Göygöl (keçmiş Xanlar) rayonuna hərbi qeydiyyata düşmüşdür. Odur ki, X3 rayonunun (Ağdərə Çərəktar kəndi) işğalından əvvəl xx.xx.1991-ci ildən hərbi qeydiyyatdan çıxadığından ona Qaydaların tələblərinə əsasən məcburi köçkün statusu verilə bilməz. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə dəftərxanası vasitəsilə teleqram təqdim edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Məhkəmə iş üzrə kifayət qədər araşdırmanın aparıldığı, lazimi sorğulara cavab məktublarının daxil olduğunu üçün şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Qərardadı ilə iddia tələbi “ailə üzvlərinə məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. AZE№17256691 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx xxxx 1967-ci il təvəllüdlü İddiaçı Azərbaycan, Ağdərə rayonu, Çərəktar kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı xx xxxx 2000-ci ildə AA№16824 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərilmiş sorğuya xx xxxxxx 2019-cu il tarixli 02/3107 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, xx xxxx 1967-ci il təvəllüdlü X5 və həyat yoldaşı xx.xx.1970-ci il təəvəllüdlü X9 məcburi köçkün statusunun olub-olmaması barədə Komitənin status sektorunda mavafiq araşdırıma aparılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı 1985-1991-ci illərdə Bakı şəhərində keçmiş Bakı sovet ticarəti texnikumunda təhsil almış və təhsilini başa vurduqdan sonra xx.xx.1991-ci ildən Göyğöl rayonuna qeydiyyata düşmüşdür. xx.xx.1994-cü ildə isə Göyğöl rayonundan qeydiyyatdan çıxaraq yenidən Bakı şəhəri, Binəqədi rayon qeydiyyatına düşmüşdür. (əsas: vətəndaşa məxsus xx.xx.1987-ci ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən verilmiş NZN№5679401 seriyalı hərbi bilet). İddiaçı həyat yoldaşı X12 ilə aralarında olan nikahları 1991-ci ildə pozulduğundan, S.Nəbiyevanın öz sənədlərinə əsasən işğal rayonunda qeydiyyatda olub-olmaması barədə heç bir məlumat aşkar edilmədiyindən, onun barəsində müvafiq sənədlər təqdim edildiyi halda statusunun olub-olmadığı barədə rəy verilə bilər. Komitənin Miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin 2007- 2019-cu illərə aid elektron məlumat bazasında yuxarıda adı qeyd olunan şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə qeyd aşkar edilmədi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 0xx/xx-5345/1 nömrəli arayışdan görünür ki, X12 xx.xx.1970-ci ildə Qəbələ rayonunda anadan olmuş, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 9, mənzil 86-da qeydiyyatda olmuş, xx.xx.2005-ci il tarixdən hal-hazıradək ünvan 1-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 0xx/xx-5345/1 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində anadan olmuş xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək ünvan 1-də, xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Göygöl rayonunun Çaykənd kəndində qeydiyyatda olmuş, xx.xx.2013-cü il tarixdən hal-hazıradək ünvan 1-də qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-3362-1220 nömrəli xx xxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X9 və xx.xx.1967-ci il təvəllüdlü X5 1991-ci il tarixdən 2020-ci il tarixədək yaşayış yeri üzrə qeydiyyatları barədə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 01/9715 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, onun məcburi köçkün statusunun verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinə daxil olmuş müraciətinə baxılmışdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.4.12 bəndinin tələblərinə görə, sakini olduqları rayon işğal edilən zaman ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan məcburi köçkün statusunnu almaq niyyətində olan şəxslər aşağıda qeyd olunan sənədləri məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduqları Komitənin müvafiq rayon sektoruna və ya nümayəndəliyinə təqdim etməlidirlər: Şəxsiyyət vəsiqənin və hərbi biletin əsli və surəti; Ali, orta ixtisas və peşə təhsil müəssisəsinin diplomunun əsli və surəti; Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış; İşğal illərində tələbə olmuş şəxsin təhsil aldığı dövrdə müvəqqəti qeydiyyatda olduğu ünvanda tərtib olunmuş sənədin təsdiqlənmiş surəti (Forma-A və ya Forma-13); Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış; 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Qanunvericiliklə müəyyn olunmuş qaydada sənədlər təqdim edildikdən sonra məcburi köçkün statusunun verilməsi məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 583 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1991-ci il tarixdə Xanlar rayon hərbi komissarlığı tərəfindən hərbi vəzifəlilərin qeydiyyatına alınmış və xx.xx.1994-cü il tarixdə hərbi vəzifəlilərin qeydiyyatdan çıxarılaraq Gəncə şəhər Kəpəz rayon Hərbi komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin xx xxxx 2020-ci il tarixlki 806 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1987-ci il tarixdə keçmiş Kirov rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 07.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək SSRİ SQ-də xidmət etmişdir. xx.xx.2017-ci il tarixdə ehtiyatda olmağın son yaş həddinə çatdığına görə hərbi uçotdan çıxarılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Göygöl rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli 163-10759-1220 nömrəli məktubdan görünür ki, xx xxxx 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmuşdur. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab etmir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən, həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx xxx 2013-cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «AzərbaycanRespublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla «məcburi köçkün» statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın - 1.1-ci bəndinə görə “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qəbul edir; - 1.2-ci bəndinə görə məcburi köçkünlər «Qaçqınların və məcbiri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunu ilə və bu Qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər; - 4.1-ci bəndinə görə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına (4.1.1-ci yarımbənd), sakini olduqları rayon işğal edldikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına (4.1.2-ci yarımbənd), sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə (4.1.3-cü yarımbənd), hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən təxris olunduqdan sonra) (4.1.4-cü yarımbənd), sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə (4.1.5-ci yarımbənd), valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara (4.1.6-cı yarımbənd), məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara (4.1.7-ci yarımbənd), “məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə (4.1.8-ci yarımbənd) verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya verilmiş xx.xx.2000-ci il tarixli 14796 nömrəli məcburi köçkün vəsiqəsi işğal olunmuş rayon icra hakimiyyəti tərəfindən tərtib olunmuş ərizə əsasında Komitə tərəfindən verilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının 2004-cü il 16 iyul tarixli 03 nömrəli qərarı ilə “Qaçqınların və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydalar”ı təsdiq olunmuşdur. Daha sonra xx xxxx 2013-cü il tarixdə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir və hazırda məcburi köçkün statusunun verilməsi bu Qaydalarla tənzimlənir. Beləliklə, Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X11 qanunvericiliklə («Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın müddəları ilə) “məcburi köçkün” satusu və onu təsdiq edən vəsiqə verilməli şəxslərin (Qaydaların 4.1.-cı bəndi) sırasına daxil olmadığından, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ona “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsində imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə ki, Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab məktublardan müəyyən olunur ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Xanlar rayon hərbi komissarlığı tərəfindən hərbi vəzifəlilərin qeydiyyatına alınmış və xx.xx.1994-cü il tarixdə hərbi vəzifəlilərin qeydiyyatdan çıxarılaraq Gəncə şəhər Kəpəz rayon Hərbi komissarlığına göndərilmişdir. Kəlbəcər rayonunun( Ağdərə rayonunun Çərəktar kəndi) isə 1993-cü ilin iyulun 7-də işğal olunmuşdur. Beləliklə də, iddiaçıya məcburi köçkün statusunun verilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən ödəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlunun cаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “Məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “Məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar