Məhkəmə qərarları › İş №2-1(112)-3851/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3851/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3851/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili 5 saylı “Asan xidmət” mərkəzində fərdi qaydada fəaliyyət göstərən Vəkil1, cavabdeh-Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 X4 üzrə Mərkəzi Filialının nümayəndəsi-“Əkrəm Həsənov və Partnyorları” vəkil bürosunun vəkili X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 X4 üzrə Mərkəzi Filialı) qarşı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 Bakı şəhəri Nəsimi rayon şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “pensiyanın dayandırılması haqqında sərəncamın ləğv edilməklə güzəştli şərtlərlə pensiyanın bərpa edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 X4 üzrə Mərkəzi Filialına (bundan sonra mətndə X4 üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1959-cu ildə Ucar rayonunda doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1974-cü ildə başlamış və xx.xx.1990-cı ildən etibarən "NMS 25" saylı gəmidə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan motorçu vəzifəsində işləməyə başlamışdır. İddiaçıya DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan vəzifələrdə ən azı 25 il işləmiş şəxs kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin 60 yaşı tamam olmadığından, o, hal-hazırda Dəniz Xidmətləri Departamenti Donanma Xidmətinin Limançı gəmisində baş mexanik vəzifəsində işini davam etdirir. 2019-cu ilin iyun ayının 1- dən onun pensiyasının ödənişi DSMF-nin Bakı şəhəri Nəsimi ravon şöbəsi tərəfindən dayandırılmışdır. İmtina məktubunda buna səbəb kimi göstərilmişdir ki, "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çaldıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə cavabdeh X4 üzrə Mərkəzi Filialı onun müraciəti üzrə inzibati icraatda imtinanın səbəblərini konkret göstərməmiş, ona əmək pensiyasının dayandırılmasının səbəbləri göstərilməmiş, bərpa edilməsinə münasibət bildirmədən yenidən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə sənədləri təqdim etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda nəzərdə tutulmasını, eləcə də x xxxxxx 2006-cı il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq zərərli əmək şəraitində əmək stajına malik olan şəxsdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cii maddəsinin "b" bəndinə əsasən 57 yaşdan, yəni xx xxxxxx 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona görə də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh X4 İdarəsinin nümayəndəsi və vəkili X2 məhkəməyə iddianın mümkünsüz sayılmasına dair təqdim etdiyi iddiaya dair vəsatətdə göstərmişdir ki, iddiaçı cavabdehdə lazımi qaydada müraciət edib imtina almadan məhkəməyə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”na 2 nömrəli əlavəyə əsasən, pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş cavab məktubunda iddiaçıya məlumat verilmişdir ki, müvafiq sənədlərin əsilləri cavabdehə təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi məsələsinə baxıla bilər. Yəni iddiaçının müraciətinə mahiyyəti üzrə baxılmamış və imtina verilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli Qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1 -ci maddəsinə əsasən, İPM-in 35.1 -ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1 -ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bundan sonra sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 Bakı şəhəri Nəsimi rayon şöbəsinin (bundan sonra mətndə DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi) “Pensiya miqdarının dəyişdirilməsi barədə” xx xxxx 2019-cu il tarixli sərəncamının ləğv edilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh X4 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən verilmiş iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilərək, DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi inzibati məhkəmə icratına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında izahat verərək, təmsil etdiyi tərəfin iddianı qəbul etmədiyini və iddiaçının qanunla müəyyən olunmuş qaydada güzəştli şərtlərlə iş stajına malik olmadığının nəzərə alınaraq məhkəmədən iddiaçının iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Ucar rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli xx.xx.1976ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1974-cü ildə Ucar kolxozlararası tikinti idarəsinə fəhlə işinə qəbul olunmuşdur. xx.xx.1974-cü ildə idarənin 107 №-li əmrinə əsasən işdən azad edilmişdir. xx.xx.1975-ci ildən xx.xx.1975-ci il tarixədək müvəqqəti olaraq həmin idarədə fəhlə işləmişdir. xx.xx.1976-cı il tarixdə Dop sahəsinə birinci dərəcəli fəhlə işinə qəbul edilmişdir. xx.xx.1976-cı ildə 1-ci dərəcəli çilingər – gəmi ustası ixtisası verilib və eyni vəzifəyə işə qəbul olunmuşdur. xx.xx.1977-ci ildə Dop sahəsinin ləğv olunması ilə əlaqədar eyni mexaniki sexə vəzifəyə keçirilmişdir. xx.xx.1977-ci ildə eyni sexdə ikinci dərəcə verilmişdir. xx.xx.1978-ci ildə işdən azad edilmişdir (hərbi xidmətə çağırış ilə əlaqədar). xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci ildə Bakı gəmi təmiri zavodu mexaniki sexə ikinci dərəcəli çilingər – gəmi ustası vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1980-ci ildə eyni sexdə üçüncü dərəcə verilmişdir. xx.xx.1982-ci ildə Enerqomexaniki təmir sexinə nasos stansiyasının ikinci dərəcəli maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.1982-ci ildə İstehsalat – dispetçer şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə Bakı Dəniz Limanı Liman sahilində 2-ci sinif matrosu vəzifəsinə qəbul edilmişdir. xx.xx.1985-ci ildə liman donanmasının “Buxtovıy” liman/sahil gəmisində 2-ci sinif sahil matrosu hesab edilmişdir. xx.xx.1985-ci ildə eyni yerdə “Orbita” liman/sahil gəmisində 2-ci sinif matrosu, xx.xx.1985-ci ildə eyni yerdə “Orbita” liman/sahil gəmisinin bosmanı, xx.xx.1985-ci ildə eyni yerdə “Trudovik” liman/sahil gəmisinin 1-ci sinif matrosu, xx.xx.1988-ci ildə “Trudovik” liman/sahil gəmisinin bosmanı, xx.xx.1989-cu ildə “Orbita” liman/sahil gəmisinin 1-ci sinif matrosu, xx.xx.1990-cı ildə “HMC-25” 1-ci sinif motorçu; 1-ci sinif matros, xx.xx.1992-ci ildə “Kosmos” 1-ci sinif motorçu; 1-ci sinif matros, xx.xx.1992-ci ildə “HMC-21” 1-ci sinif motorçu; 1-ci sinif matros, xx.xx.1996-cı ildə “Limançı” gəmisində növbə mexaniki, xx.xx.1998-ci ildə “Şirinov” gəmisinə növbə mexaniki, xx.xx.1998-ci ildə “E.Kazımov” gəmisində növbə mexaniki, xx.xx.2005-ci ildə “E.Kazımov” gəmisində müvəqqəti böyük mexanik, xx.xx.2005-ci ildə “E.Kazımov”-da növbə mexaniki, xx.xx.2005-ci ildə “E.Kazımov” gəmisində müvəqqəti böyük mexanik, xx.xx.2007 “E.Kazımov” gəmisində daimi böyük mexanik, xx.xx.2007-ci ildə “Limançı”-da müvəqqəti növbə mexaniki, xx.xx.2007-ci ildə “Əhmədli” gəmisində böyük mexanik, xx.xx.2008-ci ildə “Limançı” gəmisinə növbə mexaniki, xx.xx.2008-ci ildə “N.Şirinov” gəmisinə müvəqqəti böyük mexanik, xx.xx.2008-ci ildə “E.Kazımov” gəmisinə böyük mexanik, xx.xx.2008-ci ildə “N.Şirinov” gəmisinə müvəqqəti böyük mexanik, xx.xx.2009-cu ildə “E.Kazımov” gəmisinə böyük mexanik, xx.xx.2016-cı ildə ştat cədvəlinə əsasən həmin vəzifəylə Donanma xidmətində sayılmışdır. xx.xx.2017-ci ildə struktur dəyişikliyi ilə əlaqədar Donanma ilə dəniz xidmətinin Elxan Kazımov gəmisinə mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu ildə Dəniz xidmətləri departamenti “Donanma xidmətinin “Elxan Kazımov” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu ildə Dəniz xidmətləri departamenti Donanma xidmətinin “Limançı” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir, xx.xx.2019-cu ildə Dəniz xidmətləri departamenti Donanma xidmətinin “Günəşli” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci ildə Dəniz xidmətləri departamenti Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir. Hal-hazırda Dəniz xidmətləri departamenti, Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisində baş mexanik vəzifəsində çalışır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İRD 147 nömrəli xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1984-cü ildə Bakı Dəniz Limanında (indiki “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC) 1244/Л nömrəli əmrə əsasən Dəniz donanmasına 2 dərəcəli matros vəzifəsinə işə qəbul edilmişdir. 195/л saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən “Buxtovıy” gəmisində 2 dərəcəli sahil matrosu. 460/ л saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən “Orbita” gəmisinə 2 dərəcəli matros, 1033/ л saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən “Orbita” gəmisində bosman, 1518/ л saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən “Trudovik” gəmisinə 1 dərəcəli matros, 145/ л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Trudovik” gəmisində bosman, 1248/ л saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən Orbita” gəmisinə bosman, 2312/л saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən “NMS-25” gəmisinə 1 dərəcəli motorçu-matros, 366/л saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən “Kosmos” gəmisinə 1 dərəcəli motorçu-matros, 37/k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən “Limançı" gəmisinə növbə mexaniki, 143/k saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisinə növbə mexaniki, 88/k saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən “E.Kazımov” növbə mexaniki, 127/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində böyük mexanik, 170/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində növbə mexaniki, 184/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində böyük mexanik, 136/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən “Limançı” gəmisinə növbə mexaniki, 138/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən “Əhmədli” gəmisinə böyük mexanik, 02/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən “Limançı” gəmisində növbə mexaniki, 103/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisində böyük mexanik, 115/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisində böyük mexanik, 142/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisinə böyük mexanik, 01/k saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən E.Kazımov” gəmisinə böyük mexanik, 1/027 saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən Donanma və dəniz xidmətinin “E.Kazımov” gəmisində baş mexanik, 1/206.3 saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən Dəniz xidmətləri departamenti, Donanma və dəniz xidmətinin “Limançı” gəmisinə baş mexanik, 1/298 saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən Dəniz xidmətləri departamenti, Donanma və dəniz xidmətinin “Günəşli” gəmisində baş mexaniki vəzifəsinə keçirilmişdir. Hal-Hazırda Dəniz xidmətləri departamenti, Donanma və dəniz xidmətinin “Günəşli” gəmisində baş mexanik vəzifəsində çalışır. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda motorçular və mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən **********7 №li xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş İddiaçı pensiya işinin surətindən müəyyən olunur ki, DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinin 1742 nömrəli qərarı ilə İddiaçı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında güzəştli şərtlərlə yaşa görə xx.xx.2016-cı il tarixdən 177,58 manat məbləğində ömürlük pensiya təyin edilmiş, Şöbənin “Pensiyanın miqdarının dəyişdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli sərəcamı ilə sonuncuya xx.xx.2017-cı il tarixdən ömürlük 248,44 manat məbləğində pensiya verilməsi qərara alınmışdır. DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinin “pensiya miqdarının dəyişdirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli sərəncamı ilə İddiaçı tələb olunan güzəştli iş stajının olmadığı üçün pensiya ödənişinin dayandırılması və 7.927,73 manat məbləğində artıq ödənilmiş pensiyanın bərpa olunması qərara alınmışdır. “Kapital Bank” 28 May filialının xx.xx.2019-cu il tarixli qəbzin surətindən grünür ki, İddiaçı tərəfindən 7.927,73 manat məbləğində artıq ödənilmiş pensiya DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinə qaytarılmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2020-ci il tarixli MC02/02-338 nömrəli və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC X7 Donanmasının xx xxxx 2020-ci il tarixli TQ№10/02-497 nömrəli cavab məktubları ilə bildirilmişdir ki, sorğularda adları qeyd olunan “Buxtovıy”, “Orbita”, “Trudovik”, “NMS-25”, “Kosmos”, “Limançı”, “N.Şirinov”, “E.Kazımov” və “Günəşli” gəmiləri “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə (ASCO)məxsus və aid deyildir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İRD 078 nömrəli xx.xx.2020-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixində Bakı Dəniz Limanına (indiki “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC) işə qəbul edilmişdir. Hazırda o, Dəniz xidmətləri departamenti, Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisində baş mexanik vəzifəsində işləyir. İddiaçı Əhnəd oğlu çalışdığı dövr ərzində “Buxtovıy”, “Orbita”, “Trudovik”, “NMS-25”, “Kosmos”, “Limançı” (əvvəlki adı “Trudovik”), “N.Şirinov”, “E.Kazımov” (əvvəlki adı “Kosmos”) və “Günəşli” (əvvəlki adı “Orbita”) gəmilərində müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilərin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindədir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: 1) “Buxtovıy-yedək gəmisi; 2) “NMS-25”-neft yığan gəmi; 3) “Limançı”yedək gəmisi; 4) “N.Şirinov”-yedək gəmisi; 5) “E.Kazımov”- yedək gəmisi; 6) “Günəşli”yedək gəmisi. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətlərə cavab olaraq, X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli eyni məzmunlu imtina məktublarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanlara əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə hesab edir ki, mübahisələndirilən xx xxxx 2019-cu il tarixli sərəncam maddi-hüquqi baxımdan qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İş materiallarından göründüyü kimi iddiaçının ümumi iş stajı (xx.xx.2006-cı il tarixədək mövcud olmalı 25 il) işin mübahisələndirilməyən hallarındandır. İddiaçının xüsusi iş stajına (xx.xx.2006-cı il tarixədək mövcud olmalı 12 il 6 ay) gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda aşağıdakı peşələr nəzərdə tutulmuşdur: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması- bölmə 3 (kod 23003000); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod 23003010); Xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla) (kod 23003020). Məhkəmə araşdırması zamanı iş materiallarından, o cümlədən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş İRD 078 nömrəli xx.xx.2020-cu il tarixli arayışdan müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi “Buxtovıy”, “Orbita”, “Trudovik”, “NMS-25”, “Kosmos”, “Limançı” (əvvəlki adı “Trudovik”), “N.Şirinov”, “E.Kazımov” (əvvəlki adı “Kosmos”) və “Günəşli” (əvvəlki adı “Orbita”) gəmiləri müvafiq olaraq yedək və neft yığan gəmilər (yardımçı-xidmət gəmiləri) olmaqla “Üzən heyət”ə aid deyillər. Belə olan halda iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan da yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinin tələbinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar