Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3851/2021 01.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiаçı İddiaçı oğlunun cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh orqanın **********8 nömrəli 04 dekabr 2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılmasına, onun 24.07.1982-ci ildən 01.06.1983-cü il tarixədək Masallı rayon “Pravda” sovxozunun avto-traktor parkında işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 23.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan yəni 23.03.2019-cu ildən güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus MT-1 № ******* nömrəli 15 avqust 1983-cü il tarixli əmək kitabçasının məlumatlarına əsasən o, 24.07.1982-ci il tarixdə “Pravda” sovxozuna fəhlə qəbul edilməklə Avto-traktor parkında çilingər təyin edilmiş, 01.06.1983-cii il tarixində həmin işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin normanın tələbi nəzərə alındıqda, onun 1982-ci il 24 iyul tarixdən 1992-ci il 1 yanvar tarixədək işlədiyi dövr sığorta stajına daxil edilməlidir. Bu zaman onun hansı əmək haqqını almağı əhəmiyyətə malik deyildir və bu dövrə münasibətdə cavabdehin bildirdiyi dəlilin hüquqi əsası yoxdur. Cavabdehin mübahisələndirdiyi iş dövrü ona məxsus əmək kitabçasının məlumatlarına əsasən təsdiq edilir. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, 1979 - 1980-ci illərdə əyani olaraq 113 №-li Lənkəran kənd texniki peşə məktəbini bitirmiş (1 il), 14.05.1980-ci ildən 31.05.1982-ci ilədək hərbi xidmətdə olmuş (2 il, 17 gün), 24.07.1982-ci ildən 01.06.1983cü ilədək “Pravda” sovxozunda fəhlə-çilingər (10 ay, 8 gün), X9 Donanması üzrə: 17.08.1983-cü ildən 23.09.1983-cii ilədək “Qlavmomeft”gəmisində şagird matros (1 ay, 6 gün), 23.09.1983-cü ildən 01.02.1984-cü ilədək həmin gəmidə 2-ci dərəcəli matros (4 ay, 9 gün), 01.02.1984-cii ildən 03.05.1989-cıı ilədək “Nefteqaz” gəmisində 1-ci dərəcəli matros (5 il, 3 ay, 2 gün), 03.05.1989-cıı ildən 12.03.2003-cü ilədək “Quraxçay” gəmisində kranmeystr köməkçisi (13 il, 10 ay, 9 gün), 12.03.2003-cü ildən 19.04.2005-ci ilədək “Kunarçay” gəmisində kranmeystr (2 il,1 ay, 7 gün), 19.04.2005-ci ildən 01.08.2007-ci ilədək “A.Kərimov” gəmisində kranmeystr köməkçisi (2 il, 3 ay, 12 gün), 01.08.2007-ci ildən 28.09.2012-ci ilədək “A.Kərimov”gəmisində kranmeystr (5 il, 1 ay, 27 gün) vəzifələrində işləmişdir.n 28.09.2012-ci ildən hal hazıradək “Kurançay” gəmisində kranmeystr vəzifəsində işləyir. Göründüyü kimi onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 26 il, 3 ay, 10 gün təşkil edir. Həmin stajın yarıdan çoxu, yəni 22 il, 4 ay, 14 günü ona57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. 01.07.2017-ci il tarixinədək isə onun ümimi iş stajı 37 il, 9 ay, 9 gün təşkil edir. Həmin 37 il, 9 ay, 9 gün əmək stajın yarıdan çoxu, yəni 33 il, 10 ay, 14 günü ona 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, 17.08.1983-cü ildən hal-hazıradək X9 Donanmasında işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş vəzifələrə uyğundur və əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının, Mərkəzi Filiala təqdim etdiyi 15 avqust 1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 24.07.1982-01.06.1983-cü il tarixləri arasındakı dövr ərzində Masallı rayon “Pravda” soxvozunda işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajını və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı 12.02.2020-ci il tarixində aidiyyəti üzrə sorğu verilmişdir. 03.03.2020-ci il tarixində daxil olmuş müvafiq cavabda 24.07.1982-ci il tarixində iddiaçının “Pravda” sovxozunun avtotraktor parkında çilingər təyin edilməyi və 01.06.1983-cü il tarixində həmin işdən azad edilməyini təsdiq edən hər hansı sənəd aşkar olunmadığı və adıçəkilən sovxozun əmək haqqı sənədləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Bu fakt Masallı rayon Arxivi tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən də 24.07.1982-01.06.1983-cü il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından İddiaçı ümumi iş stajın 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 4 ay 14 gün) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın nümayəndəsi X6 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. AZE № ******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-cı il tarixdə Masallı rayonunda anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. HЗ-4280256 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 14 may 1980-ci ildən 31 may 1982-ci ilədək Sovet ordusu sıralarında xidmət etmişdir. İşdə olan iddiaçının İT-İ-0862669 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -24.07.1982-ci ildən 01.06.1983-cü ilədək- “Pravda” sovxozunda fəhlə çilingər vəzifəsində işləmişdir; -17.08.1983-cü ildə “Başdənizneft” kran gəmisinə matros köməkçisi qəbul edilmiş; -23.09.1983-cü ildə 2-ci sinif matros keçirilmiş; -01.02.1984-cü ildə 1-ci sinif matros keçirilmiş; -03.05.1989-cü ildə Qiraxçay kran gəmisinə kran ustası köməkçisi keçirilmiş; -12.03.2003-cü ildən 19.04.2005-ci ilədək Kunarçay” gəmisində kranmeystr; -19.04.2005-ci ildən 01.08.2007-ci ilədək “A.Kərimov” gəmisində kranmeystr köməkçisi; -01.08.207-ci ildən 28.09.2012-ci ilədək “A.Kərimov” gəmisində kranmeystr vəzifələrində işləmiş; -28.09.2012-ci ildən hal-hazıradək “Kurançay” gəmisində kranmeystr vəzifəsində işləyir. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin attestatından görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildə Azərbaycan SSR Lənkəran 113 nömrəli kənd texniki peşə məktəbinə daxil olmuş və 13 may 1980-ci ildə elektrik mantyor peşəli heyvandarlıq mexnizator peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. Masallı rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxivinin 19 mart 2020-ci il tarixli A-132 nömrəli arxiv arayışından görünür ki,X1 24.07.1982-ci il tarixli 187/3 saylı sabiq “Pravda” üzümçülük sovxozuna, fəhlə qəbul edilməklə avtomobil-traktor parkına çilingər təyin olunmuş, 06.06.1983-cü il tarixli 114-2 saylı əmrlə ərizəsinə əssən işdən azad edilmişdir. "xxxx" QSC X4 EN01/02-579 nömrəli 20 avqust 2019-cu il tarixli arxiv arayışına əsasən o həqiqətən 17.08.1983-cü ildə X9 Donanmasının k/s “Qlavmorneft” gəmisinə şagird matros peşəsinə (17.08.1983-cü il tarixli 184-k nömrəli əmr) işə qəbul edilmişdir. 23.09.1983-cü ildə həmin gəmiyə 2-ci dərəcəli matros (23.09.1983-cü il tarixli 216-k nömrəli əmr), 01.02.1984-cü ildə t/x “Nefteqaz” gəmisinə 1-ci dərəcəli matros (01.02.1984cü il tarixli 23-k nömrəli əmr), 03.05.1989-cu ildə k/s“Quraxçay” gəmisinə kranmeystr köməkçisi vəzifəsinə (24.05.1989-cu il tarixli 101 -k nömrəli əmr) keçirilmişdir. 12.03.2003cü ildə "Kunarçay" gəmisinə kranmeystr (12.03.2003-cü il tarixli 57-k nömrəli əmr), 19.04.2005-ci ildə “A.Kərimov” gəmisinə kranmeystr köməkçisi (19.04.2005-ci il tarixli 93-k nömrəli əmr), 01.08.2007-ci ildə “A.Kərimov” gəmisinə kranmeystr vəzifəsinə (01.08.2007ci il tarixli 170-k nömrəli əmr) keçirilmişdir. 27.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (27.09.2012-ci il tarixli 1114-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 28.09.2012-ci ildə “Kunarçay” gəmisinə kranmeystr vəzifəsinə (28.09.2012-ci il tarixli 704-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Kunarçay” gəmisində kranmeyst vəzifəsində çalışır. Yuxarıda adı çəkilən gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq oiaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma" idarəsi 07.03.2007-ci ildən X9 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X9 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır "xxxx" QSC X4 EN01/02-796 nömrəli 30 dekabr 2019-cu il tarixli arxiv arayışına əsasən o, 17.08.1983-cü ildən X9 Donanmasının "Qlavmorneft", “Nefteqaz-26”, “Çıraxçay), "Kunarçay”, “A. Kərimov” gəmilərində üzən heyət tərkibində matros, kranmeystr peşəsində işləmişdir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Hal-hazırda “Kunarçay” gəmisində kranmeystr vəzifəsində əmək fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 04 dekabr 2020-ci il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, 15 avqust 1983-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında 24 07.1982-01 06 1983-cü il tarixləri arasındakı dövr ərzində Masallı rayon “Pravda" sovozunda işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajınızı və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı 12.02.2020-ci il tarixində aidiyyəti üzrə sorğu verilmişdir. 03.03.2020-ci il tarixində daxil olmuş müvafiq cavabda 24.07.1982-ci ıl tarixində “Pravda” sovxozunun avtotraktor parkında çilingər təyin edilməyiniz və 01.06.1983- cü il tarixində həmin işdən azad edilməyinizi təsdiq edən hər hansı sənəd aşkar olunmadığı və adıçəkilən sovxozun əmək haqqı sənədləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Bu fakt Masallı rayon Arxivi tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən də 24.07.1982-01 06.1983-cü il tarixləri arasındakı dövrü əmək stajınıza daxil etmək mümkün olmadığından sizin ümumi iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 4 ay 14 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXVİİİ. Nəqliyyat” bölməsində-23003010-üzən heyət; dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti( daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət,şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda (21.2) “Dəniz və çay donanması” bölməsinin “b” bəndində üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla); xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı da təqdim edilmişdir. İşin hallarına əsasən qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, 25 ildən çox əmək stajı (hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Qeyd olunan iş stajı, orduda xidmət illəri və təhsil illəri cəmləndikdə, iddiaçının 01.01.2006-cı il tarixədək 26 il 04 ay 19 gün ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının 24.07.1982-ci ildən 01.06.1983-cü ilədək “Pravda sovxozunda fəhlə çilingər, 17.08.1983-cü il tarixdən 01.01.2006-cı tarixədək X5 işlədiyi şagird matros, matros və kranmeystr peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-xü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istessalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda (21.2) “Dəniz və çay donanması” bölməsinin “b” bəndində zərərli iş kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının qanunla tələb olunan müddətdə (23 il 02 ay 23 gün) güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) . Göründüyü kimi iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi , ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu yəni 23.03.2019-cu -ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 57 yaşdan, 23.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3851/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3851/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver