Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3853/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçı X1, iddiaçının vəkili və nümayəndəsi X5 ştirakı ilə, İddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət Sabunçu rayonu Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 739 saylı qərarı ilə X2 ayrılan 712 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakda qeydiyyata alınmasının cavabdehin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin iş üzrə üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu Bilgəh bələdiyyəsinin X2 712 kv.m torpaq sahəsi mülkiyyətinə verilmiş və üzərində yaşayış evi tikməklə həmin ərazidə yaşayırlar. xx.xx.2023-cü il cavabdehə müraciət edərək, torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına dair rəsmi müraciət ünvanlanmış və poçt qəbzini iddia ərizəsinə əlavə edilir. Şifahi müraciət əsasında cavabdeh kadastr olmadığı üçün torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmasına imtina etmişdir və alacağı cavab bəllidir. İddia ərizəsinə əlavə olunan Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli №739 saylı qərarından göründüyü kimi iddiaçı X2 alı-satqı yolu ilə 712 kv.m torpaq sahəsi satılmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Torpaq sahəsinin sxematik xəritəsi vətəndaş tərəfindən hazırlanmır və həyata keçirilmir, bu səlahiyyət müvafiq icra hakimiyyəti orqanlarına aiddir və təbii ki, baş vermiş uyğunsuzluq da həmin orqanlar tərəfindən aradan qaldırılmalıdır. Qeyd olunanlardan da görünür ki, torpaq sahəsi naturada ayrılaraq onun istifadəsinə verilmiş və bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bütün əsaslar mövcuddur..
4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı tərəfindən təqdim olunmuş “Torpaqların alqı-satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanına uyğun deyil. Belə ki, “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Həmçinin qeyd olunan torpaq sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə-0,04 hektaradək, 5-8-ci zonalar üzrə-0,05 hektaradək, 9-12-ci zonalar üzrə-0.06 hektaradək hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.24-cü maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyriyaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı X4 iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi.
6. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X7 iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclaslarında iştirak etmiş cavabdehin nüməyəndəsi X3 iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddanın rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
12. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 739 nömrəli qərarında qeyd edilmişdir ki, Bilgəh Bələdiyyə ərazisində Az.Qadını küçəsi yeni yaşayış massivində yerləşən 712 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün əvəzi ödənilməklə (alqı-satqı yolu il) İddiaçı mülkiyyətinə verilməsi, İddiaçı torpağın satın alınmasına dair müvafiq qaydada aktın tərtib olunması və torpağın dəyəri (pulla) vətəndaş tərəfindən bələdiyyənin xüsusi hesabına keçirilməsinin təmin olunması qərara alınmışdır.
14. xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair akta qeyd edilmişdir ki, Bilgəh Bələdiyyə ərazisində 712 kv.m torpaq sahəsi satılması barədə 2005-ci il xx.xx.2005-ci il tarixli 739 saylı qərar qəbul edilmişdir.
15. Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 100 nömrəli məktubunda qeyd edilmişdir ki, Bilgəh Bələdiyyəsinin 2000-2008-ci illərə aid sənədlərin Arxiv İdarəsinin xx.xx.2009-cu il tarixli akta əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir.
16. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-1/16-7872/2023 nömrəli məktubundan qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsi "xxxx" ASC-nin balansında olan 647 saylı transformator məntəqəsinin mühafizə zonasında yerləşir.
17. Məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16/2-713/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 739 nömrəli qərarı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana təqdim edilmədiyindən Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir.
18. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-08426/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
IV. Məhkəmənin mövqeyi
19. İddia tələbi Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 739 saylı qərarı ilə iddiaçıya ayrılan 712 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
22. İşdə materiallarında olan "xxxx" ASC-nin məktubunda torpaq sahəsinin "xxxx" ASC-nin balansında olan 647 saylı transformator məntəqəsinin mühafizə zonasında yerləşdiyi qeyd edilmişdir.
23. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun:
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.
24. Yuxarıda qeyd olunan qanunvericilik normasının hazırkı işin hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçıya ayrılması iddia olunan torpaq sahəsinin transformator məntəqəsinin mühafizə zonasında yerləşir.
25. Bununla yanaşı iş materiallarından göründüyü kimi, Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 739 nömrəli qərarı və onun qəbul edilməsi üçün əsas olan sənədləri Bələdiyyə və Dövlət Arxiv İdarəsinin arxivdən əldə edilməsi mümkün olmamışdır.
26. Eyni zamanda iddiaçının təqdim etdiyi Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 739 nömrəli qərarında iddiaçıya Bilgəh Bələdiyyə ərazisində Az.Qadını küçəsi yeni yaşayış massivində yerləşən 712 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verildiyi qeyd edilmişdir. Lakin, bələdiyyə tərəfindən iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün ayrıldığı iddia olunan torpaq sahəsinin ölçüləri Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 8.0.1-ci maddəsi ilə müəyyən edilən müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasından artıq ölçüdə olmuşdur.
27. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 8.0-cı maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək;
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
29. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcudur.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
31. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
32. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva