Məhkəmə qərarları › İş №2-1(112)-3854/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3854/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3854/2024 19.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, təqdim olunmuş sənədlərə əsasən həqiqi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının (xüsusi statusunun) və müharibə veteranı vəsiqəsinin verilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini və ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əizə təmin edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.N92-ci il tarixdə Ağdam RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N92-ci il tarixli, 04 nömrəli əmri ilə xx.xx.N92-ci il tarixdən həmin hərbi hissənin tədris batalyonunun tərkibinə daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N may N92-ci il tarixli, 42 nömrəli əmri ilə xx.xx.N92-cı il tarixdən tədris batalyonunun siyahısından çıxarılmışdır və 5-ci rotaya təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli 0N nömrəli əmri ilə həmin hərbi hissənin 4-cü MAT-nun şəxsi heyəyinin siyahısına daxil edilmişdir və bütün növ təchizatla təmin edilmişdir. N92-N94-cü illərdə həmin hərbi hissənin tərkibində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə iştirak etmişdir. Döyüşlərdə olan zaman xəsarət almışdır. Yaralanma ilə əlaqədar əmrlə hospitala göndərilmiş və uzun müddət müalicədə olmuşdur. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N96-cı il tarixli, N4N nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N5 iyul N96-cı il tarixli, N7 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı səbəbi ilə şəxsi heyətin siyahısından çıxarılmış və SHXÇDX-nin Ağdam rayon şöbəsinə göndərilmişdir. Bütün bunlar hərbi bileti, Mərkəzi Arxivin arayışı, o cümlədən, digər sənədlərdlə öz təsdiqini tapır. Döyüşlərdə iştirak etməyinə baxmayaraq tərxis olunduqdan sonra ona veteran adı verilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etsə də, müraciətinin heç bir faydası olmamışdır. Müdafiə Nazirliyinin müvafiq komissiyası onun hərbi döyüşlərdə iştirakını və əmrlə tərxis olunmağını təsdiq edən sübutları yetərli saymamışdır. Halbuki, o, əmrlə hərbi hərbi xidmətə çağırılmış, şəxsi heyət siyahısına daxil edilmiş, hərbi hissədə xidmətdə olmuş, döyüşmüş, əmrlə ehtiyata buraxılmışdır. Cavabdeh təşkilat heç bir əsas olmadan ehtiyata buraxılma əmrinin olmadığını bildrisə də, təqdim etdiyi sənədlər bunu açıq aşkar təkzib edir. Cavabdeh xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, təqdim olunmuş sənədlərə əsasən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin bəndə əlavə edilmiş Qeydə görə bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Əsasnamənin 2-ci hissəsinə əsasən bu Əsasnamənin N-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə, yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması başa düşülür. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən iddiaçının bu iki şərti ödəməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Müdafiə Nazirliyi Mərkəzi Arxivinin NN6 nömrəli, xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki: “ N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 04 №-li əmrilə İddiaçı (əsas: bənd N, sıra 48, səh N40, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N92-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilmişdir. N №-li hərbi hissə komandirinin N may N92-ci il tarixli 42 №-li əmrilə İddiaçı (əsas: bənd N, sıra 8, səh 69, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N92-ci il tarixdən tədris batalyonun siyahısından çıxarılaraq 5-ci rotaya təyin edilmişdir. 4-cü MAT-u tərk edib qayıtdığına görə İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli 3 №-li əmrilə (əsas: § N, sıra 33, səh 6, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) 4-cü MAT-un şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin edilmişdir. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda yanvar N94-cü il tarixdə (əsas: “yanvar N94”, sıra 84, səh 2N6, məlumatda atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) 4-cü MAT-un hərbi qulluqçusu, sürücü mexanik İddiaçı adı qeyd olunmuşdur. Lakin məvacib alması barədə imzası yoxdur. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 4-cü MAT-un hərbi qulluqçusu, pulemyotçu İddiaçı fevral N94-cü il tarixdə (əsas: “22.02.94-09.03.94”, səh 348, məlumatda atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 4-cü MAT-un hərbi qulluqçusu, pulemyotçu İddiaçı mart N94-cü il tarixdə (əsas: “N5.03.94-22.03.94”, səh 233, sıra 388, məlumatda atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 4-cü MAT-un hərbi qulluqçusu, pulemyotçu İddiaçı aprel N94-cü il tarixdə (əsas: “07.04.94-30.04.94”, səh 323, sıra 393, məlumatda atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 4-cü MAT-un hərbi qulluqçusu, pulemyotçu, sıravi İddiaçı may N94-cü il tarixdə (əsas: “05.05.94-3N.05.94”, səh 549, sıra 387, məlumatda atasının adı yazılmamışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 4-cü MAT-un hərbi qulluqçusu, pulemyotçu, sıravi İddiaçı iyun N94- cü il tarixdə (əsas: “06.06.94-30.06.94”, səh 474, sıra 6, məlumatda atasının adı yazılmamışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 4-cü MAT-un hərbi qulluqçusu, pulemyotçu, sıravi İddiaçı iyul N94- cü il tarixdə (əsas: “06.07.94-26.08.94”, səh 46N, məlumatda atasının adı yazılmamışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 4-cü MAT-un hərbi qulluqçusu, pulemyotçu, sıravi İddiaçı avqust N94-cü il tarixdə (əsas: “29.08.94-N0.09.94”, səh 333, sıra 5, məlumatda atasının adı yazılmamışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda sentyabr N94-cü il tarixdə (əsas: “20.09.94-30.09.94”, səh 347, sıra 5, məlumatda atasının adı yazılmamışdır) 4-cü MAT-un hərbi qulluqçusu, pulemyotçu, sıravi İddiaçı adı qeyd olunmuşdur. Lakin qarşısında “verilməyib” yazılmışdır və məvacib alması barədə imzası yoxdur. Xəstəliyi ilə əlaqədar olaraq 4-cü MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N4 sentyabr N94-cü il tarixli 255 №-li əmrilə (əsas: § 6, sıra N, səh 27, əmrdə vəzifəsi göstərilməyib) müayinə və müalicə üçün Bakı МНР-na göndərilərək ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N6 noyabr N94-cü il tarixli 3N8 №-li əmrində hospitalda olduğu müddətdə 4-cü MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı (əsas: § 5, səh 50, əmrdə vəzifəsi göstərilməyib) avqust, sentyabr və oktyabr aylarının məvacibinin alması barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas:əlifba kitabı “D, E, Ə, Z”, sıra 329, səh 5N) xx.xx.N73-cü il təvəllüdlü İddiaçı xx.xx.N92-ci il tarixdə Ağdam RHK-dan çağırılması, komandirin 0N yanvar N93-cü il tarixli 06 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N96-cı il tarixli N4N №-li əmrinə əsasən komandirin N5 iyul N96-cı ii tarixii N7 №-ii əmriiə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan iyun N92-NN yanvar N93-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin iyun-avqust N92-ci il, dekabr N94-cü il, iyul-avqust N96-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.” - məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 04 №-li əmrindən çıxarışdan görünür ki, rayon hərbi kommisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış gəncləri tədris batalyonunun tərkibinə daxil etmək məqsədi ilə İddiaçı xx.xx.N92-ci ildən tədris batalyonunun tərkibinə daxil edilmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 42 №-li əmrindən çıxarışdan görünür ki, Tədris batalyonunda təlim almış və eyni zamanda hərbi and içmiş əsgərlərin alayın başqa bölgülərində xidmətini davam etmələrini məqsədə uyğun hesab edilmiş və İddiaçı tədris batalyonun 5-ci rotası üzrə xx.xx.N92-ci ildən siyahıdan silinmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 03 №-li əmrindən çıxarışdan görünür ki, həmin tarixdən etibarən aşağıda adları göstərilən əsgərlər göstərilən taborları tərk edib sonra h/h-yə qayıtdıqlarına görə 4-cü taburun şəxsi heyət siyahısına daxil edilmiş və bütün növ təchizatla təmin edilmişlər:

33. İddiaçı - 4-cü MAT - N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 255 №-li əmrindən çıxarışdan görünür ki, həmin tarixdən etibarən aşağıda adları göstərilənlər xəstəliyi ilə əlaqədar olaraq müayinə və müalicə üçün hospitala göndərildikləri üçün ərzaq təminatları dayandırılmış və ərzaq attestatı ilə təmin olunmuşlar: 4-cü MAT-dan- 2. Sır. İddiaçı oğ Bakı MH Polikl. - N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli N7 №-li əmrindən çıxarışdan görünür ki, həmin tarixdən etibarən Azərbaycan Respublikası MN-nin N4N saylı 24.06.96cı il tarixli Əmrinə əsasən aşağıda adları göstərilən hərbi qulluqçuların göstərilən taborların və əlahiddə bölüklərin şəxsi heyət siyahısından çıxarılıb, bütün növ təminatı dayandırılmış, ordu sıralarından azad edilmiş, qeydiyyata düşmək üçün rayon hərbi komissarlıqlarının sərəncamına göndərilmişlər. N5 iyul N96-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiklərinə görə həmin tarixə kimi məvaciblərinin üç qat ödənilməsi qərara alınmışdır: 5-ci motoatıcı tabor 75. Radio tel. s-vi X3 (adı “Natiq” yazılmışdır). - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 2864 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N92-ci il tarixdən xx.xx.N93-cü ilədək, N nömrəli hərbi hissənin xx.xx.N92-ci il tarixdən xx.xx.N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, N74 nömrəli arxiv arayışından görünür ki, vətəndaş İddiaçı xx.xx.N94-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (229 №-li hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: Qarın boşluğunun ön divarının, qara ciyərin zədələnməsi ilə və böyük piyliyin nüfuz edən odlu silah qəlpə yaralanması. Müdafiə nazirinin N87-ci il 260 №-li əmrin 34 q maddəsinin, İ bəndinə əsasən 45 (qırx beş) gün məzuniyyətə ehtiyacı olub. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. Göründüyü kimi, istinad olunan sənədlərdən aydın olur ki, iddiaçı N yanvar N94-cü il tarixdən etibarən N saylı hərbi hissədə xidmət etmiş, xx.xx.N96-cı il tarixdə şəxsi heyət siyahısından çıxarılıb, bütün növ təminatı dayandırılmış, ordu sıralarından azad edilmiş, həmçinin N5 iyul N96-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyinə görə ona həmin tarixə kimi məvacibinin üç qat ödənilməsi qərara alınmış, yəni döyüş bölgəsində xidmət etdiyinə görə mükafatlandırılmışdır. Belə olan halda aydındır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə uyğun olaraq ona müharibə veteranı adının verilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı tələbində haqlıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 68, 69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.N73-cü il təvəllüdlü İddiaçı “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar