Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3855/2023 05.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X22 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X11, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və əlavələrin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X14 (xx.xx.1937-xx.xx.2013) ümumilikdə Azərbaycanın “Məişət Xidməti” sahəsində 57 ildən artıq fəaliyyət göstərmişdir. Bununla yanaşı, o, 1986-cı ildən “Əmək Veteranı” titulu ilə qiymətləndirilmişdir. Bu da, onun xalqına, dövlətinə layiqincə xidmət göstərməsinin təzahürüdür. Əri vəfat etdikdən sonra, onun əmək pensiyası müvafiq qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən ona təyin edilmişdir. X9 əmək pensiyası hesablanarkən bir sıra qanun pozuntularına yol verilərək, yəni mövcud əmək stajı tam hesablanmamış, yalnız 47 il 4 ay sığorta stajı nəzərə alınmışdır. Bu rəsmi faktı ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən İlham Hüseynov, 16 yanvar 2020-ci il tarixli cavab məktubunda bir daha təsdiqləyir. Onun tərəfindən DSMF-nin Nəsimi rayon şöbəsinə dəfələrlə rəsmi qaydada müraciət edilərək, mərhum əri X9 əmək pensiyasının hesablanarkən baş vermiş hüquq pozuntularının aradan qaldırılması və əmək pensiyasının yenidən tam, düzgün hesablanması tələb edilmişdir. Buna baxmayaraq, bu hüquq pozuntusu hələ də, öz hüquqi həllini tapmamışdır. Ard-arda rəsmi müraciətlərinin birində, Azərbaycan Respublikasının ƏƏSMN yanında DSMF-nin Direktor müavini Mətin Əsgər tərəfindən 13 aprel 2020-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, sığortaedən, yəni, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin İstehsal və Xidmət Müəsisələrinin İdarəetmə Mərkəzi, tərəfindən ərinin əmək haqqısı ödənilməməklə bərabər, heç bir sığorta ödənişi də, həyata keçirilməmişdir. Bu hüquq pozuntusu, cavabdeh İdarənin hər cür rəsmi yalan məlumatlar verməklə də, öz əksini tapmışdır. Belə ki, X14 ilə cavabdeh idarə arasında 30 avqust 1999-cu il tarixində “Əmək Müqaviləsi” (kontraktı) bağlanmış olduğu halda, idarə cavab məktubunda rəsmi olaraq həyasızcasına təkzib edir. Bu fakt da, İdarənin bir daha ancaq qanunsuz, hüquqa zidd əməl və hərəkətlərlə məşğul olmasından xəbər verir. İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət edərək təyin olunmuş pensiyanın yenidən hesablanması və əlavə ödənişin verilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin “Sosial ödənişlərinin təyinatı üzrə Mərkəzi Filialı”-nın 10 oktyabr 2022-ci il tarixli, **********8 №-li cavab məktubunda göstərilir ki, X9 adı sığortaolunan kimi qeyd olunmadığı üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. X9 cavabdeh idarənin balansında olan 7 saylı atelyenin işçisi olmağı ilə yanaşı, İdarə ilə “Əmək Müqaviləsi” bağlamasını bir neçə rəsmi faktlarla sübuta yetirmək mümkündür və vacibdir: 1. xx.xx.2001-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi X13 “Yanğın Təhlükəsizliyi” sertifikatı verirsə, o zaman nə üçün cavabdeh X3 cavabdeh idarə ilə aralarında “Əmək Müqaviləsi” bağlanmamasını rəsmi məlumat olaraq cavab məktubunda bildirir; 2. Cavabdeh idarənin 13 avqust 2010-cu il tarixində Yasamal rayon Telefon Qovşağının rəsinə rəsmi ünvanladığı məktubunda X9 nəinki, cavabdeh idarənin tabeliyində olan 7 saylı atelyenin işçisi, hətta maddi-məsul şəxsi göstərilmişdir; 3. Cavabdeh idarə ilə X14 arasında 30 avqust 1999-cu ildə bağlanan “Əmək Müqaviləsi” (kontraktı); 4. Nə əcəbsə, cavabdeh idarənin X6 müntəzəm olaraq, hər ay qeyri-qanuni olaraq aldıqları “Xidmət haqqı” adı altında mənimsənilən pullar idarə tərəfindən cavab məktubunda rəsmi təsdiqlənir; 5. İdarənin balansında olan 7 saylı atelyenin bütün kommunal, təsərrüfat, məişət xərclərinin də X14 tərəfindən həyata keçirilməsini, ödənilməsini də, İdarə rəsmən təsdiqləyir; 6. Azərbaycan Respublikasının ƏƏSMN yanında DSMF -nin Direktor müavin Mətin Əsgərin 13 aprel 2020-ci il tarixli cavab məktubu da cavabdeh idarənin ancaq öz mənafelərinə xidmət göstərməsinə bir işarə olmasıdır; 7. Ən əsas məqam da ondan ibarətdir ki, X3 “Əmək Kitabçası”ndakı qeydləri, mərhum əri vəfat etdiyi günədək, yəni, xx.xx.2013-cü ilədək rəsmi qeyd etmişdir. O, xx.xx.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə “əmək pensiyasının yenidən hesablanmasına dair” iddia ərizəsi ilə müraciət etmişdir. Həmin məhkəmə prosesi zamanı cavabdeh X1 əmək haqqısından DSMF-na heç bir ödəniş etməməsi faktı bir daha öz əksini tapmışdır. İdarə inzibati orqan olmadığından o, iddiasını geri götürmək qərarına gəlmişdir. O səbəbdən 04 iyun 2021-ci il tarixində İdarəyə heç vaxt ödəmədikləri “əmək haqqısı” və DSMF-yə nə qədər pul məbləğinin köçürülməsi barədə ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Həmişə olduğu kimi, 07 iyun 2021-ci il tarixli **********52 saylı cavab məktubunda yalan məlumatlarla rastlaşmış və ona görə də, bu qanunsuzluğun qarşısını almaq məqsədilə, konstitusion hüquqlarının pozulmasının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı xx.xx.1995-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi 31 07.2014-cü il tarixədək davam etdirilmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 14.1 -ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 1.1. 18 yaşına çatmamış; 1. 2 . 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;. 2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyqun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa. orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;. 3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacıvəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşma çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Qanunun 34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Sadalanan qanunvericilik normalarının tələblərinə uyğun olaraq İddiaçı təyin edilmiş yasa görə əmək pensiyası onun müraciəti əsasında əri X9 ölümü ilə əlaqədar xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmişdir. Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bildirirlər ki, yaşa və əlilliyə görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə keçdikdə, pensiya ilk növbədə vəfat edənin sığorta göstəriciləri nəzərə alınmaqla hesablanır. Qanunun 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Qanunun 26.2-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Belə ki, X12 məxsus sənədlərə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1959 - xx.xx.1962ci illər ərzindəki hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 47 il 11 ay sığorta stajı əsasında İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiya məbləğində dəyişiklik olmamışdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sıqortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bildirirlər ki, sığortaedən Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (SUN: **********3) tərəfindən təqdim edilmiş 2006-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) X9 adı sığortaolunan kimi qeyd olunmadığı üçün sözügedən dövrlər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Bu səbəbdən də “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna əsasən sıqortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sıqortaedənin vəzifəsi olduğundan İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə müraciət etməsi məqsədəmüvafiqdir. Məlumat üçün bildirirlər ki, İddiaçı ailə başçısı itirməyə görə əmək pensiyasının məbləği 338,62 manat məbləğində olmaqla qanunvericiliyinin tələblərinə uyğun hesablanmışdır. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi qanunamüvafiq deyildir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1942-ci il təvəllüdlüdür.
8. X7 adına 20 may 1959-cu il tarixdə açılmış əmək kitabçasına əsasən, xx.xx.1956-cı il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.1997-ci il tarixədək müxtəlif vaxtlarda müxtəlif peşələrdə işləmiş, xx.xx.1998-ci ildə DƏK-in İstehsalat və Təsərrüfat İdarəsinə dərzi qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə ölümü ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmiş hesab edilmişdir.
9. 30 avqust 1999-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin istehsalat və Təsərrüfatı idarəsi ilə X14 arasında iyun 1999-avqust 2003-cü il tarixədək əmək müqaviləsi bağlanmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş 111M nömrəli 08 sentyabr 2014-cü il tarixli əmrə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə uyğun olaraq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Nizamnaməsinin 6.3-cü bəndinin 5-ci abzası rəhbər tutularaq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelyenin dərzisi X10 vəfat etməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi 29 dekabr 2013-cü il tarixindən xitam verilmiş hesab edilmişdir. Əmrə əsas F.Nümayəndə xx.xx.2014-cü il tarixli AZ-İ seriyalı 684016 nömrəli ölüm haqqında şəhadətnaməsinin surəti olmuşdur.
11. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 684016 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X15 xx.xx.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə, 397 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamə xx.xx.2014-cü il tarixdə verilmişdir.
12. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinin müraciətinə cavab olaraq verilmiş 10 oktyabr 2022-ci il tarixli **********8 nömrəli “Ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması haqqında” imtina məktubuna əsasən, müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İddiaçı xx.xx.1995-ci il tarixində yaşa görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi xx.xx.2014-cü il tarixinədək davam etdirilmişdir. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyası müraciəti əsasında əri X9 ölümü ilə əlaqədar xx.xx.2014-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmişdir. Məlumat üçün bildirirlər ki, yaşa və əlilliyə görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə keçdikdə, pensiya ilk növbədə vəfat edənin sığorta göstəriciləri nəzərə alınmaqla hesablanır. Təqdim etdiyi mərhum F.Abbasova məxsus sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən, xx.xx.1959-cu il tarixindən xx.xx.1962-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 47 il 11 ay sığorta stajı əsasında İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyasının məbləğində dəyişiklik olmamışdır. Əlavə olaraq bildirirlər ki, sığortaedən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (SUN: **********3) tərəfindən təqdim edilmiş 2006-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) X9 adı sığortaolunan kimi qeyd olunmadığı üçün sözügedən dövrlər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Bu səbəbdən, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsi olduğundan müraciətində qaldırdığı məsələ ilə bağlı sığortaedən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə müraciət etməsi məqsədəuyğundur. Müraciətlə əlaqədar olaraq bildirirlər ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği 338,62 manat məbləğində olmaqla qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.
13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən 22 dekabr 2022-ci i ltarixli **********7 nömrəli məktubla iddiaçıya məxsus pensiya işinin 119 vərəqdə təsdiq edilmiş surətləri təqdim eidlmişdir.
14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli **********87 nömrəli məktuba əsasən İddiaçı əmək pensiyasının yenidən hesablanmasının operativ araşdırılması məqsədilə ünvan 3 ünvanında yerləşən 7 saylı atelyenin müdiri olmuş mərhum X2 Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində (ƏMDK İXMİM) fəaliyyəti ilə bağlı müvafiq sənədlərin məhkəməyə təqdim olunması barədə sorğu-məktubunuza Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, ƏMDK İXMİM-in arxivində və iş üzrə iddiaçının mərhum əri X9 şəxsi işində işə qəbul olunmasına dair kadr əmri və onunla ƏMDK İXMİM arasında əmək müqaviləsi (kontrakt) mövcud olmamış və onun işdən azad olunmasına dair əmək kitabçasında edilmiş qeyd isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən verilmiş müvafiq əmr əsasında olunmuşdur.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X4 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli 3-21-306/2-163/2023 nömrəli məktuba əsasən İddiaçı “əmək pensiyasının yenidən hesablanıb ödənilməsinə dair” iddiası üzrə məhkəmənin icraatındakı işin operativ araşdırılması məqsədilə, Bakı şəhəri, Nəsimi ravonu, A.Məhərrəmov küçəsi. 27A ünvanında yerləşən 7 saylı atelyenin müdiri olmuş X9 adına məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə dair məlumat verilməsi barədə sorğu-məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra-Xidmət) tabeliyində olan “X4 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsində (bundan sonra-Mərkəz) baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Mərkəzin arxivində X14 ilə sorğuda göstərilmiş hüquqi şəxs statusuna malik keçmiş qurumlar arasında əmək müqaviləsinin mövcud olmasına və adı çəkilən şəxsin adına məcburi sosial sığorta haqqı üzrə əməliyyat aparılmasına dair heç bir arxiv sənədi yoxdur. Eyni zamanda qeyd edilmişdir ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin hüquqi varisi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fəımaninin 7.3-cü yarımbəndinə əsasən Xidmətin tabeliyində Mərkəzdir.
16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli 3-17-1/2-135529/2023 nömrəli məktuba əsasən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta (Monitorinq)” altsisteminin “Sığortaolunanların reyestri” bölümündən əldə edilən məlumatlara əsasən bildirirlər ki, X14 (FİN: 1QZZVFA) sığortaçıda sığortaolunan kimi uçota alınmamışdır. Eyni zamanda bildirilmişdir ki, sığortaedən “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi” (SUN: **********3) tərəfindən təqdim edilmiş 2006-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumat”larda F.Abbasovun adı sığortaolunan kimi qeyd olunmamış, xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə məlumatlar aşkar olunanmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
23. Məhkəmə ilk öncə qanunvericiliyin aşağıda göstərilən normalarına istinad etməyi zəruri hesab edir:
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ. I. Hər kəsin sosial təminat hüququ vardır. II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək ensiyası hüququ vardır:
1. Vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 1.1. 18 yaşına çatmamış; 1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 1.3. Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;
2. Ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, orqanizmin funksiyalarının 61-80 faizi və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;
3. Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
28. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı hesab edir ki, mərhum əri X9 xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək işlədiyi dövrün ona məxsus əmək kitabçasında qeyd edilməsinə və bunu təsdiq edən əmək müqaviləsinin mövcud olmasına baxmayaraq onun sosial sığorta stajına daxil edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
29. Cavabdehin həmin dövrlərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı dəlili isə ondan ibarət olmuşdur ki, sığortadən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (SUN: **********3) tərəfindən təqdim edilmiş 2006-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzər sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) X9 adı sığortaolunan kimi qeyd olunmadığı üçün sözügedən dövrlər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmadığından həmin dövrlər onun sığorta stajına daxil edilməmişdir.
30. Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə razılaşır.
31. Belə ki, cavabdehin bu dəlili ilə əlaqədar olaraq məhkəmə bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən. 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən.
32. Göründüyü kimi, istinad edilən Qaydalarda xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu imperativ qayda "Əmək pensiyaları haqqında" Qanun 21.1-ci maddəsinin də, tələbindən irəli gəlir. Bununla bağlı, məhkəmə tərəfindən aidiyyəti qurumlara müvafiq sorğular göndərilərək sözügedən dövrlər hər tərəfli araşdırılmış, araşdırma nəticəsində müəyyən edilmişdir ki, X9 işlədiyi Mərkəzin arxivində əmək müqaviləsinin mövcud olmasına və onun adına məcburi dövlət sosial sığorta haqqı üzrə əməliyyat aparılmasına dair heç bir arxiv sənədi yoxdur. Eyni zamanda Dövlət Sosial müdafiə Fondunda “Sığortaolunanların reyestri” bölməsində sığorta edən “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi” (SUN: **********3) tərəfindən təqdim edilmiş 2006-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda F.Abbasovun adı sığortaolunan kimi qeyd olunmamış, xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə məlumat aşkar edilməmişdir.
33. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin dəlili öz təsdiqini taparaq mübahisəli dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilmədiyindən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, iddiaçının tələbi əsassız hesab edilməklə iddia tələbi təmin edilməməlidir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva