Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3856/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı X9 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçı X9 cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.11.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş mərhum bacısı oğlu X9 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 33 saylı evə pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X9 qanuni nümayəndəsi İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, üçüncü şəxs qismində İddiaçı qeyd olunmaqla 05.11.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş iddiaçı X9 ünvan 1 ünvanında yerləşən 33 saylı evə qeydiyyata alınmağı vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum bacısı X6 ilə mərhum X20 rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 05.11.2006-cı il təvəllüdlü X13 adlı övladları doğulmuşdur. Mərhum bacısı 01.08.2018-ci il tairxdə “qida borusu Cr-i” səbəbindən və onun mərhum əri isə 23.06.2020-ci il tarixdə “ürəyin aterokletik” xəstəliyindən vəfat etmişdir. 05.11.2006-cı il təvəllüdlü X13 isə hələ valideynlərinin xəstə olduqları vaxtdan onun himayəsində olmuşdur. Yetkinlik yaşına çatmayan X9 üzərində himayəçi təyin edilməyi haqqında” Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti başçısının 135 nömrəli, 05.11.2020-ci il tarixli Sərəncamına əsasən o, 05.11.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan X1, tərbiyə olunması, təhsil alması, habelə hüquq və mənafelərinin qorunması onun üzərinə qoyulmuşdur. Bacısı oğlu daimi olaraq onunla onun evində yaşamışdır. Ona görə də onun evinə pasport qeydiyyatına alınmasına dair cavabdeh inzibati orqana müraciət etmişdir. Bakı şəhər Binəqədi rayon polis idarəsinin 26.11.2020-ci il tarixli məktubuna əsasən, X9 ünvan 2 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməyini, qanunda qeyd olunan sənədlərdən hər hansı təqidim edilmədikdə X9 göstərilən ünvana tərəflərindən qeydiyyata alınmasının qanuna müvafiq olmadığı və məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasını bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 02 fevral 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 25.05.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqanın iddiaya dair münasibətləri (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir, cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 qanuni nümayəndəsi İddiaçı iddianı müdafiə edərək və cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə uyğun olmadığının nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətinən müəyyən olunur ki, X7 xx.xx.1976-cı ildə doğulmuşdur. Bakı şəhəri, Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ 855308 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X13 05.11.2006-cı ildə Bakı şəhərində doğulmuşdur. Valideyinlər qrafasında atası X20, anası X6 qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 12126018 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 05.11.2006-cı ildə Bakı şəhərində doğulmuş X13 ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 avqust 2018-ci il tarixli AZ-İ 937013 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 01.08.2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür, ölüm haqda akt qeydləri kitabında 2018-ci ilin 08 ayının 02-ci günün də 210 № ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 oktyabr 2020-ci il tarixli 05/Q-2150/2016 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 23.06.2020-ci il Bakı şəhərində ölmüşdür, ölüm haqda akt qeydləri kitabında 2020-ci ilin 06 ayının 27-ci günün də 594 № ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 06 noyabr 2020-ci il tarixli 135 saylı sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yaşayan vətəndaş İddiaçı 25.09.2020-ci il tarixli E-12-099 saylı ərizə ilə Binəqədi rayon İcra hakimiyyətinə müraciət edərək, 05.11.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan bacısı oğlu X9 üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.13.2, 6.8-cimaddələrinə, “Qəyyumluq və himayəçilik orqanları haqqında Əsasnamə”nin 6-cı maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1, 136, 137 və 139-cu maddələrinə, toplanmış sənədlərə və Binəqədi rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının 05.11.2020-ci il tarixli rəyinə əsaslanaraq Qərara almışdır: 1. ünvan 5 ünvanında yaşayan vətəndaş İddiaçı 05.11.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan bacsısı oğlu X13 üzərində himayəçi təyin edilsin. 2. X2 yetkinlik yaşına çatmayan X1, tərbiyə olunması, təhsil alması, habelə hüquq və mənafelərinin qorunması təmin edilsin. 3. Sərəncamın surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə və vətəndaş İddiaçı göndərilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Kirov rayonu ərazisində yerləşən tikiliyə və tikinti altı sahəyə dair X5 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport verilmişdir. Pasporta əlavə olunmuş ev kitabından müəyyən olunur ki, Kirov rayonu, Sarabski, 1 nörməli evin tikinti sahəsi 109,2 kv.m, torpaq sahəsi isə 812.8 kv.m təşkil edir. Bakı şəhəri Binəqədi rayon M.Ə.X3 Elbrus Cahangir oğluna ünvanladığı 10.04.2014-cü il tarixli K-08/E-01 saylı məktubunda qeyd olunur ki, müraciətçinin M.Ə.Rəsulzadə Bələdiyyəsinə unvanladığı 19.03.2014-cü il tarixli ərizələrinə baxılmışdır. Ərizədə qeyd olunanları araşdırmaq məqsədilə bələdiyyənin işçiləri yaşadıqları ünvanda olmuş və ölçü işləri aparılmışdır. Araşdırma zamanı yaşadıqları 33 saylı evinin həyətyanı torpaq sahəsinin ümumi ölçüsünün 812 kv. m. olduğu müəyyən edilərək iştirakı ilə akt tərtib edilmişdir. Bələdiyyənin “Yerli vergilərin, ödənişlərin qeydiyyatı və yığımı şöbəsi”ndə X8 adında olan şəxsi hesab kodu İddiaçı adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Asan 1” tərəfindən 08.12.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan müəyyən olunur ki, xx.xx.1976-cı il təvəllüdlü X10 30 oktyabr 2004-cü il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Bakı şəhəri, Binəqədi rayon İcra hakimiyyəti başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəsinin və ünvan 8 ünvanında pasport qeydiyyatında olan və yaşayan X4 (AZE seriyalı ********); ünvan 9 ünvanında pasport qeydiyyatında olan və yaşayan X12 ( AZE seriyalı ********); ünvan 10 ünvanında pasport qeydiyyatında olan və yaşayan X11 ( AZE seriyalı ********); iştirakı ilə tərtib olunmuş 09.04.2021-ci il tarixli aktdan görünür ki, X9 valideyinləri vəfat etdikdən sonra o, 30.07.2020-ci il tarixdən etibarən qanuni himayəçisi olan İddiaçı daimi yaşadığı və pasport qeydiyyatında olduğu Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, ev 33 ünvanında yaşayır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdehin 059-4310E-3270 saylı, 26.11.2020-ci il tarixli məktubu ilə imtina edilmiş və imtinada Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət olunmalıdır. Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə X9 göstərilən ünvana tərəflərindən qeydiyyata alınması imkan xaricində olduğu bildirilmişdir. Qeydiyyatla əlaqədar məhkəməyə müraciət etməsi məqsədə müvafiq hesab edilir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi rayon polis idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 059-16314 saylı 13 may 2021-ci il tarixli məktubdan və məktuba əlavə olunmuş fərdi uçot kartoçkasından müəyyən olunur ki, İddiaçı 30.10.2004-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İPM-nin 26.1.2-ci maddəsinə əsasən mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna malikdirlər. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2114/2020 saylı iş üzrə qəbul etdiyi 25 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, 28.09.2005-ci il təvəllüdlü N.V. oğlu məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan 28.09.2005-ci il təvəllüdlü N.V. oğlu publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. İddia əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İddiaçı 05.11.2006-cı il təvəllüdlü X9 qeydiyyata düşmək istədiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 33 saylı ev himayəçisi İddiaçı istifadəsində olmaqla, uzun müddətdir ki, onun daimi yaşayış yeri olduğuna görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.6.-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 35.7-ci maddəsinə əsasən Qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçı 05.11.2006-cı il təvəllüdlü X9 ünvan 11 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 05.11.2006-cı il təvəllüdlü X9 ünvan 5 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3856/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3856/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver