Məhkəmə qərarları › İş №2-1(112)-3856/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3856/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3856/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə, ev 2 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus binanın 2-ci korpus, 2-ci mərtəbəsində olan 2 otaqlı, 119 kv.m sahəsi olan, 42 saylı mənzilə dair hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binanın 2-ci korpus, 2-ci mərtəbəsində olan 2 otaqlı, 119 kv.m sahəsi olan 42 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binanın 2-ci korpus, 2-ci mərtəbəsində olan 2 otaqlı, 119 kv.m sahəsi olan 42 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilməsinin “ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binanın 2-ci korpus, 2-ci mərtəbəsində olan 2 otaqlı, 42 saylı mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə iddiaçı arasında 16 fevral 2016-cı il tarixli Mənzil Tikintisi və Satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, "xxxx" MTK tərəfindən tikilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, 119 kv.m sahəsi olan 42 nömrəli mənzil iddiaçı tərəfindən satın alınmış və "xxxx" MTK tərəfindən verilmiş 16 fevral 2016-cı il tarixli kassa mədaxil qəbzinə əsasən mənzilin dəyəri olan 178500 (yüz yetmiş səkkiz min beş yüz) manat iddiaçı tərəfindən tam şəkildə ödənilmiş və mənzilin dəyərinin tam ödənilməsi təsdiq edən 16 fevral 2016-cı il tarixli maliyyə arayışı "xxxx" MTK tərfındən təqdim edilmişdir. İddiaçı müqavilə öhdəliyini tam şəkildə həyata keçirsə də, "xxxx" MTK müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil vermək istəməməmişdir. İddiaçı "xxxx" MTK-ya qarşı ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2ci mərtəbəsindəki 42 saylı mənzillə bağlı sahibliyinə və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsi tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-440/2018, hakim G.A.Əsədova) iddiaçının tələbi təmin edilərək ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzillə bağlı iddiaçının sahibliyinə və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Eyni zamanda "xxxx" MTK iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2106-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, kassa mədaxil orderinin və maliyyə arayışının ləğv olunmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)- 3184/2018, hakim A.B.Əliyev) "xxxx" Mənzil-Tikinti Kooperativinin iddiaçıya qarşı “tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli mənzil tikintisi və satışına dair müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2016-cı il tarixli maliyyə arayışının və kassa mədaxil orderlərinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Hər iki qətnamədən "xxxx" MTK tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-843/2019, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) "xxxx" Mənzil-Tikinti Kooperativinin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsindən "xxxx" MTK tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə, Kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi tərəflər arasında olan mübahisəyə məhkəmə müstəvisində hüquqi qiymət verilərək, iddiaçının haqlı tələbi məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Daha sonra iddiaçının vəkili tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilərək Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə, ev 2 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus binanın istismara qəbul edilib-edilməməsi, istismara qəbul edilmişsə istismara qəbul aktının təsdiq edilmiş surətinin təqdim olunması xahiş olunmuş, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 16 iyun 2020-ci il tarixli məktubla sorğuya cavab olaraq bildirimişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə, ev 2 ünvanında yerləşən 2 girişli, 11 (+texniki) mərtəbəli, 1-ci mərtəbəsi qeyri-yaşayış olan, 3 səviyyə yarımzirzəmili yaşayış binasının istismarına xx.xx.2019-cu il tarixində 051 nömrəli icazə sənədi verilmişdir. Eyni zamanda iddiaçının vəkili tərəfindən xx.xx.2020-ci il tarixində "xxxx" Mənzil Tikinti Kooperativinə sorğu göndərilərək, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə, ev 2 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus binanın 2-ci korpus, 2-ci mərtəbəsində olan 2 otaqlı 42 saylı mənzilin İddiaçı satışına dair "xxxx" Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının protokolundan çıxarışın təsdiq edilmiş surətinin təqdim olunması tələb olunmuş, "xxxx" Mənzil Tikinti Kooperativi tələbi yerinə yetirmədiyi üçün, məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2ci mərtəbəsindəki, ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilinin iddiaçıya ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarının verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-492/2022 sayılı, xx.xx.2022- ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra qətnamə icra olunması üçün Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Rəfail Səfərov tərəfindən icraata başlamaq haqqında qərar qəbul etmiş, lakin, "xxxx" Mənzil-Tikinti Kooperativinin direktoru Vahib İsmayılov icra şöbəsinin çağrışına gəlmədiyi üçün onun barəsində xx.xx.2022-ci il tarixində axtarış barədə qərar qəbul edilərək icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Həmin vaxtdan 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, Nərimanov rayon Polis İdarəsi tərəindən Vahib İsmayılovun saxlanılaraq Nərimanov rayon İcra və probasiya şöbəsinə təhvil verilməsi barədə hər hansı tədbir görülmədiyindən, İcra məmuru isə hansı tədbirlərin görüldüyü barədə Polis İdarəsindən məlumat almadığından iddiaçı ərizələrlə X10 cənab Vilayət Eyvazova və Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciətlər etmişdir. Məhz həmin müraciətlərədn sonra Vahib İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq İcra şöbəsinə təhvil verildi. "xxxx" Mənzil-Tikinti Kooperativinin direktoru Vahib İsmayılov İcra şöbəsində verdiyi izahatında icra sənədi üzrə tələbi qəbul etmədiyini açıq-aşkar qeyd etmiş, məhkəmə qərarını icra etməyəcəyini nümayiş etdirmişdir. İcra məmurunun təqdimatına məhkəmədə baxılan zaman, Vahib İsmayılov iddiaçının "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilməməyi barədə "xxxx" Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarını məhkəməyə təqdim etməklə, məhkəmə qətnaməsinin icra etməyəcəyini bildirmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-492/2022 nömrəli, xx.xx.2022- ci il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MTK-nın rəhbəri X2 barəsində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2738/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, "xxxx" MTK-nın rəhbəri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayətləri isə təmin edilməmişdir. İddiaçı ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 4 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus binanın 2-ci korpus, 2-ci mərtəbəsində olan 2 otaqlı, 119 kv.m sahəsi olan, 42 saylı mənzilə dair hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubla iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina etmiş və məktubda göstərmişdir ki, ünvan 5 ünvanda inşa edilmiş yaşayış binasının 42 saylı mənzilinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim edilməmişdir. Müraciətə əlavə olunmuş 46 saylı, xx.xx.2016-cı il tarixli maliyyə arayışında ünvan ünvan 6 İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmaql iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

6. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının 42 saylı mənzilinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim edilməmişdir. Müraciətə əlavə olunmuş 46 saylı, xx.xx.2016-cı il tarixli maliyyə arayışında ünvan ünvan 7 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır

7. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, , İddiaçı ünvan 1, 42 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********76 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının 42 saylı mənzilinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim edilməmişdir. Bundan əlavə, mənzilə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh orqan yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

11. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar

14. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə "xxxx" MTK inzibati icraata adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6091/2019 nömrəli Qərarına əsasən: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-440/2018, hakim G.A.Əsədova) İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iddiası təmin edilmiş, ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzillə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-3184/2018, hakim A.B.Əliyev) iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli mənzil tikintisi və satışına dair müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2016-cı il tarixli maliyyə arayışının və kassa mədaxil orderlərinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-843/2019, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) "xxxx" Mənzil-Tikinti Kooperativinin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6091/2019 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 3606/2022 nömrəli Qətnaməsinə əsasən: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(005)- 492/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 8 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsindəki ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilin İddiaçı ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 3606/2022 nömrəli Qətnaməsi ilə cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(005)-492/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

17. "xxxx" Mənzil Tikintisi Kooperativinin Mənzil Tikintisi və Satışına dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 9 ünvanda yerləşən satıcı "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus binanın 2-ci giriş, 2-ci mərtəbəsində ümumi sahəsi 119 m2 təşkil edən 42 saylı mənzil alıcı İddiaçı təhvil vermişdir.

18. "xxxx" MTK tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli Maliyyə arayışında qeyd olunur ki, ünvan 10 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Binanın 2-ci korpus, 2-ci mərtəbəsində olan 2 otaqlı 42 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Bu mənzillə bağlı MMC-yə borcu yoxdur.

19. Dövlət Şəhərsalma və Arxitektura Komtəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası çərçivəsində "Zirvə-MV” Mənzil-Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 2 ünvanında yerləşən 2 girişli, 11 (+ texniki) mərtəbəli, 1-ci mərtəbəsi qeyri-yaşayış olan, 3 səviyyə yarımzirzəmili yaşayış binasının istismarına xx.xx.2019-cu il tarixində 051 nömrəli icazə sənədi verilmişdir.

20. 18 iyun 2019-cu il tarixli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına İcazə” sənədinə əsasən: Binanın əsas texniki göstəricilərinin və Ölçü tərkib hissələrinin istismar təyinatının Göstəricilərin adı vahidi faktiki vəziyyətini əks etdirən layihə üzrə 1.Binanın ümumi sahəsi, m2 20378,5 o cümlədən: - mənzillərin ümumi sahəsi m2 10042,15 - qeyri-yaşayış sahəsi: zirzəmi və 1-ci mərtəbə m2 7504,4 - liftin maşın şöbəsi və texniki otaq m2 880,4

2. Mənzillərin sayı ədəd 86

3. Mərtəbələrin sayı ədəd 11 (+texniki mərtəbə+terras)

4. Girişlərin sayı ədəd 2

3. Tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, adı – Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 2; 2 girişli, 11 (+ texniki) mərtəbəli, 1-ci mərtəbəsi qeyriyaşayış olan, 3 səviyyə yarımzirzəmili yaşayış binası

4. Tikinti obyektinin istismar təyinatı - yaşayış sahəsi

5. Tikintiyə dair icazəverici sənədlər – Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 247 nömrəli sərəncamı

6. Tikinti obyektinin sahibi (sifarişçisi) - "xxxx" Mənzil-Tikinti Kooperativi

7. İstismara hazırlığı barədə rəyin tarixi və qeydiyyat nömrəsi – xx.xx.2019-cu il, № 0053

8. Tikinti obyektinin əsas texniki göstəriicləri: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2019-cu il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir.

IV. Məhkəmənin mövqeyi

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

24. X9 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

25. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. Məhkəmə hazırki iş üzrə araşdırmanı X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır:

27. 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

28. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

29. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X9 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).

30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, "xxxx" Mənzil Tikintisi Kooperativinin Mənzil Tikintisi və Satışına dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 9 ünvanda yerləşən satıcı "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus binanın 2-ci giriş, 2-ci mərtəbəsində ümumi sahəsi 119 m2 təşkil edən 42 saylı mənzil alıcı İddiaçı təhvil vermişdir. "xxxx" MTK tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli Maliyyə arayışında qeyd olunur ki, ünvan 10 (digər hüquqmüəyyənedici sənədlərdə ev 2 olaraq qeyd olunduğu nəzərə alınaraq, 2A olaraq qeyd olunması texniki xəta hesab edilir) ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Binanın 2-ci korpus, 2-ci mərtəbəsində olan 2 otaqlı 42 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və bu mənzillə bağlı MMC-yə borcu yoxdur.

31. Cavabdeh imtinanın dəlili olaraq ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının 42 saylı mənzilinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim edilmədiyini bildirmişdir.

32. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022ci il tarixli 2(005)-492/2022 saylı qətnaməsi ilə ünvan 8 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsindəki ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilin İddiaçı ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. Eyni zamanda ünvan 8 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş 2-ci mərtəbəsindəki ümumi sahəsi 119 kv.m olan 42 saylı mənzilin İddiaçı ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarının əslinə məhkəmə iclasında baxış keçirilərək movculuğu təsdiq edilmişdir.

33. Məhkəmə nəzərə alır ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binanın 2-ci korpus, 2-ci mərtəbəsində olan 2 otaqlı, 42 saylı mənzil iddiaçının sahibliyində və istifadəsindədir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iddiası təmin edilmiş, ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsindəki 42 saylı mənzillə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh MTK tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli mənzil tikintisi və satışına dair müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2016-cı il tarixli maliyyə arayışının və kassa mədaxil orderlərinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə "xxxx" Mənzil-Tikinti Kooperativinin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6091/2019 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, hazırki iddia tələbinin predmeti olan mənzil məhkəmə qərarına əsasən İddiaçı sahiblik və istifadə üçün təhvil verilmişdir.

34. Məhkəmə eyni zamanda qeyd edir ki, 18 iyun 2019-cu il tarixli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına İcazə” sənədinə əsasən xx.xx.2019-cu il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir.

35. Məhkəmə daşınmaz əmlakın inventarlaşdırmasının və qeydiyyata alınmasının sənədləşdirilməsinin lazımi qaydada aparılmalı olduğu qənaətindədir. Lakin qeyd edilən hərəkətlərin aparılması hüquq sahiblərinin üzərinə ona aid olmayan və həddən artıq yük qoyulması ilə nəticələnməməlidir.

36. Cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.

37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən:

38. Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, əks yanaşma iddiaçının X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

43. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

44. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 11 ünvanında inşa edilmiş yaşayış binasının 42 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar