Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3856/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 22 fevral 2024-cü il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1964-cü ildə Oğuz rayonunda anadan olmuş, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək olan müddətdə 86 nömrəli Texniki Peşə Məktəbində “tokar” ixtisası üzrə peşə təhsili almışdır. xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək olan müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1981-ci il tarixdən müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, hazırda da əmək fəaliyyətini davam etdirir. Əmək kitabçasından və güzəştli arayışdan da görünür ki, hələ xx.xx.2024-cü ilədək olan müddətdə iddiaçının 25 il 07 ay 19 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Bu isə o deməkdir ki, ona 60 yaşının tamam olduğu 22 fevral 2024-cü ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli idi. İddiaçı bununla bağlı xx.xx.2024cü il tarixdə ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər iddiaçıya münasibətdə mövcuddur. Həmçinin, iddiaçının işlədiyi peşənin (qəza-bərpa işləri üzrə çilingər) və sahənin bina, qurğu, və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrinə aid və bağlı olduğu iş işəgötürən tərəfindən verilmiş güzəştli arayışla təsdiq olunur. Bununla bağlı, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı sübut bizə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi xx.xx.2024-cü il tarixli güzəştli arayışında işlədiyi qeyd olunmuş sahə və vəzifələr müvafiq siyahıdakı sahə və vəzifələrlə üst-üstə düşmür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəzabərpa işlərinin çilingərləri və ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Б seriyalı, 686030 nömrəli Diplomun surətinə əsasən iddiaçı 01 sentyabr 1981-ci ildə Bakı şəhəri 86 nömrəli texniki məktəbə daxil olmuş və 21 iyul 1982-ci ildə tokar peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə iddiaçıya 3-cü dərəcəli tokar ixtisası verilmişdir. НЗ seriyalı, ******* nömrəli Hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1981xx.xx.1982-ci il tarixlərdə 86 saylı Texniki Peşə Məktəbində təhsil almış, xx.xx.1982-ci il tarixdə “İskra” zavoduna 3-cü dərəcəli tokar vəzifəsinə qəbul olmuş, xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. xx.xx.1985-ci il tarixdə “İskra” zavoduna 3-cü dərəcəli tokar vəzifəsinə qəbul olmuş, xx.xx.1986-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdə Bakı Kanalizasiya Xidməti İdarəsi nəzdində Hövsan Aerasiya stansiyasına 4-cü dərəcəli tokar vəzifəsinə qəbul olmuş, xx.xx.1987-ci il tarixdə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Azərsu Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti İdarəsi X2 sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Kanalizasiya Xidməti İdarəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək “Waterman Services Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialına operator vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərsu Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti İdarəsi X1 2 saylı QXS-də 4-cü dərəcəli qəza bərpa işləri üzrə çilingər, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərsu ASC-nin Bakı Sukanal İdarəsinin 2 saylı qəza bərpa və quraşdırma sahəsinin qəza xidmətində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı Sukanal İdarəsinin Xətai rayon Sukanal Departamentində Kanalizasiya xidmətində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək Azərsu ASC-nin Bakı Sukanal İdarəsinin təmir tikinti sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2017-ci il tarixdən bü günə kimi X3 Cəmiyyətinin Xətai rayon Sukanal İdarəsində Kanalizasiya şəbəkələrinin istismarı xidmətində qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləyir. Azərbaycan Respublikası "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş 02 saylı, 04 mart 2024-cü il tarixli güzəştli arayışa əsasən iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Azərsu Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti İdarəsi X2 sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Kanalizasiya Xidməti İdarəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərsu Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti İdarəsi X2 sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərsu ASC-nin Bakı Sukanal İdarəsinin 2 saylı qəza bərpa və quraşdırma sahəsinin qəza xidmətində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı Sukanal İdarəsinin Xətai rayon Sukanal Departamentində Kanalizasiya xidmətində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək Azərsu ASC-nin Bakı Sukanal İdarəsinin təmir tikinti sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2017-ci il tarixdən bü günə kimi X3 Cəmiyyətinin Xətai rayon Sukanal İdarəsində Kanalizasiya şəbəkələrinin istismarı xidmətində qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləyir. Bu ixtisas AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 Nli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısının 35-ci bəndinə əsasən (Ümumi peşələr) güzəştli sayılır. (yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri 2290000a-18447) (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri – 2900000). Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 25 il 7 ay 19 gündür. Azərbaycan Respublikası "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 11 saylı, 14 noyabr 2024-cü il tarixli Arxiv Arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi X1 müəssisəsinin qəza xidməti sahəsində qəza bərpa işləri üzrə çilingər (Əmr 32- K.xx.xx.1995-ci il); xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi "xxxx" Səhmdar Cəmiyyəti Kanalizasiya Xidməti İdarəsi Kanalizasiya şəbəkələrinin İstismar sahəsində qəza bərpa işləri üzrə çilingər (Əmr 05-k,xx.xx.2004-cü il); xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti idarəsi X2 sahəsində qəza bərpa işləri üzrə çilingər (Əmr 31-K,xx.xx.2008-ci il); xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi "xxxx" ASC-nin Bakı Sukanal İdarəsinin 2 saylı qəza bərpa və quraşdırma sahəsinin qəza xidmətində qəza bərpa işləri üzrə çilingər (Əmr 32- K,xx.xx.2011-ci il); xx.xx.2012-ci il tarixdən xx.xx.2016-ci il tarixə kimi Bakı Sukanal İdarəsinin Xətai rayon Sukanal Departamentində Kanalizasiya şəbəkələrinin istismarı xidmətində qəza bərpa işləri üzrə çilingər (Əmr 03-K,xx.xx.2012-ci il); xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Sukanal İdarəsinin təmir tikinti sahəsində qəza bərpa işləri üzrə çilingər (Əmr 618-k,xx.xx.2016-cı il); xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi "xxxx" Səhmdar Cəmiyyətinin Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza bərpa işləri üzrə çilingər, (Əmr 139/K.xx.xx.2017), xx.xx.2022-ci il tarixdən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidmətinə qəza bərpa işləri üzrə çilingər keçirilib, (Əmr №30/K xx.xx.2022). xx.xx.2024-cü il tarixdən Başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilib (Əmr № 389/K xx.xx.2024-cü il); xx.xx.2024-cü il tarixdən bu günə kimi" İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs Xətai rayon Sukanal İdarəsinin Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində qəza bərpa işləri üzrə çilingər işləyir (Əmr № 398 xx.xx.2024). Azərbaycan Respublikası "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingərlərin peşə təlimatı məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 22 fevral 2024-cü il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinin xx.xx.2022ci ildən sonra qüvvədə olan redaksiyasında göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən müddəalarından görünür ki, iddiaçının ona pensiya təyin edilməsini tələb etdiyi 31 yanvar 2022-ci il tarixində qüvvədə olan pensiya qanunvericiliyinə görə kişilər üçün adi pensiya yaşı 65, güzəştli şərtlərlə pensiya yaşı isə 60 yaşdır. Yəni iddiaçıya həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 60 yaşı tamam olmalı, 25 il ümumi stajı, 12 il 06 ay isə güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı olmalıdır. Göründüyü kimi iddiaçının həmin dövrə qədər olan ümumi stajı cavabdeh tərəfindən mübahisələndrilmir. Cavabdeh iddiaçının həmin dövrə qədər olan güzəştli stajının az olduğunu bildirir. Buna səbəb olaraq isə xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi "xxxx" ASC-də Kanalizasiya şəbəkələrinin isismarı xidmətində qəza bərpa işləri üzrə çilingər vəzifəsinin güzəştli pensiya hüququ verən staja aid olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən güzəştli staj kimi nəzərə alınmayan xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi dövrün güzəştli pensiya hüququ verən əmək stajına aid olması "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 14 noyabr 2024-cü il tarixli Arxiv Arayışı ilə təsdiq edilir. Həmin arayışda iddiaçının xx.xx.2004-xx.xx.2006 tarixlərdə "xxxx" Səhmdar Cəmiyyəti Kanalizasiya Xidməti İdarəsi Kanalizasiya şəbəkələrinin İstismar sahəsində qəza bərpa işləri üzrə,xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti idarəsi X2 sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2012ci il tarixdən xx.xx.2016-ci il tarixə kimi Bakı Sukanal İdarəsinin Xətai rayon Sukanal Departamentində Kanalizasiya şəbəkələrinin istismarı xidmətində qəza bərpa işləri üzrə çilingər; xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi "xxxx" Səhmdar Cəmiyyətinin Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü ilə kimi Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidmətinə qəza bərpa işləri üzrə çilingər işləyib. Göründüyü kimi iddiaçının həmin stajı 12 il 06 aydan artıqdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) yarımbəndində nəzərədə tutulmuş “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri” peşəsinə uyğundur. Göründüyü kimi iddiaçı 60 yaşının tamam olduğu 22 fevra 2024-cü ildə 25 ildən artıq ümumi, 12 il 06 aydan artıq güzəştli staja malik olmuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün əsasdır. Bu səbəbdən iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 22 fevral 2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3856/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3856/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver