Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3857/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X8 və X7 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “üçüncü şəxslərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh həvalə olunması barədə”iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, 30 saylı mənzildən X6 və X4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, 30 saylı mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Daha sonra ona məlum olmuşdur ki, X8 və X3 mülkiyyətində olan mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. X8 və X4 şəxsiyyəti barədə hər hansı bir məlumat yoxdur, həmçinin, həmin şəxslərin iddiaçı tərəfindən sözügedən mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasına dair heç bir razılıq verilməmişdir. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, X6 və X1 məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdi. Lakin Cavabdeh müraciəti təmin etməkdən imtina etmişdir. Bakı şəhəri Cavabdeh imtinası əsassızdır. Hazırlıq icraatının gedişində məhkəmənin 07 iyul 2020-ci il tarixli, 2-1(112)- 3857/2020 saylı qərardadı ilə X8 və X2 şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 20 avqust 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, 30 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzili satıcı, X9 adlı şəxslə onun arasında notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən alqı-satqı müqaviləsi bağlanarkən üçüncü şəxslər onların yaşayış yeri üzrə qeydiyyatda olduqları mənzilin satılmasına etiraz etmədiklərinə dair notariusa ərizələr təqdim etsələr də, hələ də həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bir neçə dəfə mənzilin özgəninkiləşdirilməsi barədə aidiyyəti orqanlara müraciət etsə də, üçüncü şəxslərin ona məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaları mülkiyyəti üzərində sərəncamvermə hüququnu həyata keçirməsinə maneə yaradır. Bu halları əsas tutaraq, adına olan çıxarışı əlavə etməklə X6 və X4 yaşayış yeri üzrə ona məxsus mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, xahişi təmin olunmamış, cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Bakı şəhəri Xəzər rayon polisidarəsinin məhkəməyə daxil olmuş məktublarında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Üçüncü şəxslər X8 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişləri “bu ünvanda yaşamır” qeydləri ilə poçt rabitə xidməti tərəfindən geri qaytarılmışdır. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdeh Xəzər RPİ-nin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 5 tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, 30 saylı mənzildə xx.xx.1990-cı il təvəllüdlü X8 və xx.xx.1963-cü il təvəllüdlü X7 yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı şəhəri Cavabdehndən məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 0556277-1220 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü X7 xx.xx.2004-cü il tarixdə, xx.xx.1990-cı il təvəllüdlü X8 xx.xx.2010-cu il tarixdə Xəzər RPİ tərəfindən ilk dəfə ünvan 1 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarının tələblərinə uyğun olaraq qeydiyyata alınma əsasları 5 (beş) il saxlanıldıqdan sonra məhv edildiyindən L.Haşımovanın və Y.Aşumovanın sözügedən ünvana qeydiyyata alınma əsaslarını müəyyən etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 018-5954-1220 saylı məktubda bildirilmişdir ki, ünvan 2 ünvanı üzrə Cavabdeh tərəfindən xx.xx.1963-cü il təvəllüdlü X7 ilk dəfə xx.xx.2004-cü il tarixdə AZE-01983187 nömrəli və xx.xx.1990-cı il təvəllüdlü X8 isə xx.xx.2010-cu il tarixdə AZE-07430866 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər. Qeyd olunan şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə müəyyən olunmuş qaydada məhv edilmişdir. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən **********26 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş 07 oktyabr 2019-cu ildə bağlanmış müqavilənin təsdiq edilmiş surətindən aydın olur ki, müqavilə üzrə satıcı X9 ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, 30 saylı mənzili müqavilə üzrə alıcı İddiaçı satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, 30 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. - 5 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisindən 1033 nömrəli xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, 30 saylı mənzilə dair İddiaçı adına rəsmiləşdirilmiş, reyestrdə 4Ə-1845 nömrəsi ilə qeydiyyata alınmış daşınmaz əmlakın alqısatqı müqaviləsi üzrə işdə olan sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən olunur ki, ƏMDK yanında DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********12-05101-093032 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə xüsusi mülkiyyət hüququ ilə satıcıya məxsus olan həmin mənzil sonuncu tərəfindən iddiaçıya satılarkən sözügedən mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan X8 (AA0671044, ASAN 5 – xx.xx.2010; FİN: 5QT1KTQ) və X7 (AZE 14266046, Xəzər RPİ – xx.xx.2014, FİN: 2D85Y5U) notariat kontoruna ərizələr təqdim edərək yaşayış yeri üzrə qeydiyyatda olduqları mənzilin satılmasına etiraz etmədiklərini bildirmişlər. -Xəzər RPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 1672M-3220 saylı məktubda onun Xəzər RPİ-yə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. İş materiallarından məlum olur ki, üçüncü şəxslərin yazılı razılığı ilə onların yaşayış yeri üzrə qeydiyyatda olduqları mənzil notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına özəlləşdirilmiş, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən imtinanın qanunvericilikdə təsbit edilmiş hüquqi əsasları göstərilmədən imtina edilmiş, məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin sənədlərindən görünür ki, onların hər ikisi yetkinlik yaşına çatmış şəxslərdir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də, iddiaçının məqsədi üçüncü şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Xüsusilə də, hazırkı iş üzrə iş materiallarında üçüncü şəxslərin adlarından tərtib edilmiş razılıq ərizələrinin olması nəzərə alınsa, bu cür konkret halda onların sözügedən mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması iddiaçının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzil üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqlarının məcmusu olan mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilməsini istisna etməməlidir. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslər X6 və X4 uzun müddət faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, 30 saylı mənzildən X6 və X4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 28, 30 saylı mənzildən X6 və X4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3857/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3857/2020
20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver