Məhkəmə qərarları › İş №2-1(112)-3857/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3857/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3857/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X1 kаtibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X4rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 mart 1989-cu il tarixdən halhazıradək qanunla müəyyən edilmiş qaydada zərərli istehsalat sahəsi hesab edilən “Bakı Metropolitenində işləyir. Belə ki, o, xx.xx.1989-cu il tarixdə “Baştunelmetrotikinti”nin “İttifaqmetroxüsusitikinti” İdarəsinə suvaqçı, 2-ci peşə olaraq rəngsaz peşəsinə işə qəbul edilmişdir. 22 iyun 1990-cı il tarixdə “Bakıtuneltikinti” İstehsalat Birliyinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə işə keçməsi ilə əlaqədar işdən azad edilmiş, həmin idarəyə xx.xx.1990-cı il tarixdə suvaqçı peşəsinə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə həmin idarədə izoləedici peşəsinə keçmiş və xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir. Bundan sonra xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Metropoliteninin Tunelqurğuları xidmətində gecə işi olmaqla suvaqçı peşəsində, xx.xx.1995-ci il tarixdən yol xidmətində operator peşəsində (tuneldə yalnız gecə işində-xüsusi zərərli əmək sahəsində) çalışmışdır. Bundan sonra o, xx.xx.2014-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yol xidmətinin yolların vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində operator peşəsində (tuneldə yalnız gecə işində- xüsusu zərərli əmək şəraitində), xx.xx.2015-ci il tarixdən Diaqnostika və X2 Defektoskopiya qrupunda ultrasəsli defektoskop aparat operatorun köməkçisi peçəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdən hazıradək Diaqnostika və X2 Defektoskopiya qrupunda tuneldə yalnız gecə işində - xüsusi zərərli əmək əmək şəraitində olmaqla ultrasəsli əmək Defektoskop aparatının operatoru peşəsində işləyir. Onun işlədiyi tuneldə peşələr güzəştli şərtlərlə təqaüdə çıxmağa əsas verir. Ona görə ki, tuneldə xüsusilə ağır və zərərli əmək şəraitində əmək stajı 32 il 5 ay 28 gün təşkil edir. Bu fakt "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, A/17 №-li arayışı ilə də təsdiq edilmişdir. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1-ci “Dağ-mədən” bölməsinin 1.1.2-ci, 21-cinəqliyyat bölməsində və 21.5-ci-Metropolitenlər yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr və.s göstərilmişdir. O, xüsusilə ağır və zərərli əmək şəraitində işlədiyi üçün pensiyaya çıxmaq üçün Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2022-ci il tarixli, A/17 №-li arayışı alaraq 19 yanvar 2022-ci il tarixdə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə göndərmiş, lakin dəfələrlə müraciət etməyinə baxmayaraq ona həmin təşkilat heç bir cavab verməmişdir. O, əmək kitabçasında təsdiq edilmiş məlumata görə faktiki olaraq 32 il 5 ay 28 gün ümumi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlər üzrə əmək stajını tam toplamışdır. 15 iyun 2014-cü ildə qanunda nəzərdə tutulan 52 yaşı keçməsinə baxmayaraq cavabdeh tərəfindən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququmdan qanunsuz olaraq məhrum olmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh özünün xx.xx.2022-ci il tarixli, **********9 saylı məktubu ilə onun qanuni xahişini müxtəlif bəhanələrlə təmin etməmişdir. Cavabdeh onun xahişini rədd edərkən heç bir əsası olmayan hallara istinad etmişdir. Belə ki, xx.xx.2006-ci il tarixinədək onun ümumi əmək stajı 20 il deyil, 18 il 7 ay, 11 gün, güzəştli stajı isə 10 ilədək olmasını bildirmişdir. Digər tərəfdən cavabdeh onun əmək kitabçasındakı rəsmi məlumatların həqiqiliyinə şübhə ilə yanaşmışdır. Halbuki əmək kitabçasındakı qeydlər işlədiyi qurum tərəfindən rəsmi qaydada möhürlə təsdiqlənmişdir. Bu fakt "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli A/17 saylı arayışı ilə bir daha tam təsdiq olunur. Cavabdehin imtinası işin faktiki halları ilə tam ziddiyyət təsdiq edir. Cavabdehin imtinası fərziyyə xarakterli olmaqla tam əsassızdır. Ona görə də iddiaçının iddia tələbi qanuni olmaqla faktlarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-14328/2022 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X7 əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1)tələb olunan yas həddinə çatdıqda, 2) xx.xx.2006-cı il tarixədək azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. İkinci sərt: İddiaçı tərəfindən təqdim edilmiş ******* nömrəli hərbi biletin, ******* və ******* nömrəli əmək kitabçalarının surətlərinə əsasən İddiaçı 01 yanvar 2006-cı il tarixədək mübahisəsiz ümumi iş stajı 20 ildən azdır (18 il 7 ay 11 gün ( xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1989xx.xx.1990-Ci il, xx.xx.1990- xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)). Üçüncü sərt: İddiaçının 01 yanvar 2006-cı il tarixədək mübahisəsiz güzəştli iş stajı isə 10 ildən az (1 il 5 ay 5 gün ( xx.xx.1990xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göründüyü kimi qanunla tələb olunan şərtlər ödənilmir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclaısnda iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək ona 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1986-cı ildə hərbi xidmətə çağırılmış, xx.xx.1988-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş A ******* nörməli, xx.xx.1986-cı il tarixli diplomun surətinə əsasən İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan SSR Bakı şəhər 10 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1986-cı ildə bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1989-ci il tarixli, AT-V ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə 3-cü dərəcə suvaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixində “Baktuneltikinti” İB-nin 3 saylı TQl-nə suvaqçı peşəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixində izoləedici peşəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixindən işdən azad edilmişdir.xx.xx.1992-ci il tarixindən Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tuneldə yalnız gecə işi olmaqla suvaqçı peşəsinə qəbul olmuş, xx.xx.1995-ci il tarixində işdən azad edilmişdir, xx.xx.1995-ci il tarixindən Yol xidmətində operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə 5-ci dərəcə verilmiş, xx.xx.2014-cü ildə Bakı metropoliteni QSC Yol Xidməti, YVDN hissəsinə 4-cü dərəcə ilə operator peşəsinə qəbul edilmişdir (iş gecə tuneldə xüsusi zərərli iş şəraiti). İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.2008-ci il tarixli, 03750301 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci ildə Az TMT SC XTİİ-nə 3-cü dərəcəli suvaqçı vəzifəsinə qəbul olunmuşdur, xx.xx.2009-cu ildə 4-cü dərəcəli suvaqçı vəzifəsinə keçirilmişdir, xx.xx.2009-cu ildə işdən azad edilmişdir, xx.xx.2010-cu ildə Az TMT SC XTİİ-nə 4-cü dərəcəli suvaqçı vəzifəsinə qəbul olunmuşdur, xx.xx.2010-cu ildə 5-ci dərəcəli suvaqçı vəzifəsinə keçirilmişdir, xx.xx.2013-cü ildə 3-cü dərəcəli fəhlə keçirilmişdir, xx.xx.2004-cü ildə 4-cü dərəcəli suvaqçıixtisası verilmişdir, xx.xx.2014-cü ildə öz xahişi ilə işdən azad edilmişdir, xx.xx.2014-cü ildə Bakı metropoliteni QSC Tikinti Departamentinin XTİD-nə 4-cü dərəcə ilə suvaqçı peşəsinə qəbul edilmişdir, xx.xx.2014-cü ildə 5-ci dərəcə verilmişdir, xx.xx.2015-ci ildə Diaqnostika və X2 Detektoskopiya qrupuna 5-ci dərəcə ilə ultrasəsli detektoskop aparat operatorunun köməkçisi peşəsinə keçirilmişdir, xx.xx.2019-cu ildə Diaqnostika və X2 Detektoskopiya qrupuna 5-ci dərəcə ilə ultrasəsli detektoskop aparat operatoru peşəsinə keçirilmişdir (yeraltı, 20 faiz zərərli). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 40N-10/3-1579 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy İdarəsinə xx.xx.1989-cu il tarixində suvaqçı/ikinci peşə olaraq rəngsaz peşəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixində “Baktuneltikinti” istehsalar Birliyinin 3 saylı Tikinti-Quraşdırma İdarəsinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixində "Baktuneltikinti” İB-nin 3 saylı TQl-nə suvaqçı peşəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixində izoləedici peşəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixindən işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tuneldə yalnız gecə işi olmaqla suvaqçı peşəsində, xx.xx.1995-ci il tarixindən Yol xidmətində operator peşəsində (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraitində) çalışmışdır. xx.xx.2014cü il tarixindən "xxxx" QSC-nin Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində operator peşəsində (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraitində), xx.xx.2015-ci il tarixindən Diaqnostika və X2 Defektoskopiya qrupunda ultrasəsli defektoskop aparat operatorunun köməkçisi peşəsində çalışmışdır. 01.01,2019cu il tarixindən hal-hazıradək Diaqnostika və X2 Defektoskopiya qrupunda tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraitində olmaqla ultrasəsli defektoskop aparatının operatoru peşəsində işləyir. İddiaçı işlədiyi peşələr güzəştli şərtlərlə təqaüdə çıxmağına əsas verir, onun tuneldə xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitində əmək stajı 33 il 5 ay (otuz üç il beş ay) (xx.xx.2022-ci il tarixinə) təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarına əsasən «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1.2ci Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ- mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr (izolyasiyaçılar), 21-ci Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr), 29.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər hissəsinin a) fəhlələr (rəngsazlar, suvaqçılar) bəndlərinə aiddir ki, bu da xx.xx.1993-cü il tarixli 320 saylı qərarın müvafiq olaraq 10100000 İ. Dağ-mədən işləri bölməsinin 10103000 2-ci Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər maddəsinin 1010300a—12520, 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2. Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr, 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) 2290100a a) fəhlələr bəndinin 2290100a—13450, 2290100a—19727 kodları altında göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-ci il tarixli, 13-19/2-373/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı əmək fəaliyyəti haqqında aşağıdakıları nəzərinizə çatdırırıq: xx.xx.1989-cu ildə SSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnel - metrostroyun Soyuz- metrospetsstroy İdarəsində suvaqçı/rəngsaz (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) vəzifəsinə təyin edilmişdir. xx.xx.1990-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə - “Bakıtuneltikinti" İstehsalat Birliyinin 3 saylı Tikinti - Quraşdırma idarəsində suvaqçı (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) vəzifəsinə təyin edilmişdir. xx.xx.1990-cı ildə izoləedici (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə Tunel qurğuları xidmətində suvaqçı (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) vəzifəsinə təyin edilmişdir. xx.xx.1995-ci ildə Yol xidmətində operator (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci ildə Diaqnostika və metroloji təminat mərkəzində ultrasəsli defektoskop aparat operatorunun köməkçisi (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu ildə Diaqnostika və metroloji təminat mərkəzində ultrasəsli defektoskop aparatının operatoru (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) vəzifəsinə təyin edilmişdir. İddiaçı tuneldə xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı xx.xx.2023-cü il tarixinə 33 il 07 ay 13 gün (otuz üç il yeddi ay on üç gün) təşkil edir və aşağıda göstərilən cədvələ uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarına əsasən «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın və həmin Siyahıya dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 nömrəli Qərarın müvafiq bəndlərinə aiddir: - suvaqçı/rəngsaz - 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər hissəsinin a) fəhlələr (rəngsazlar, suvaqçılar) sətri. - izoləedici - xx.xx.2022-ci il tarixli 451 nömrəli Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) və 1.4.1-ci (21 5.1 -ci yarımbənd) bəndlərinin (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) yarımbəndinin izoləedicilər sətri. -operator,ultrasəsli defektoskop aparat operatorunun köməkçisi, ultrasəsli defektoskop aparatının operatoru- xx.xx.2022-ci il tarixli 451 nömrəli Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) və 1.4.1-ci (21.5.1-ci yarımbənd) bəndlərinin (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) yarımbəndinin ultrasəsli defektoskop aparatının operatoru və operator köməkçiləri sətri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” QSC yaradılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - İddiaçı xx.xx.2022-ci il tarixdə Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına müraciət etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilmşdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az (18 il 7 ay 11 gün ( xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1995- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 10 ildən az (1 il 5 ay 5 gün (xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd edilənlərə əsasən əmək kitabçanıza və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasının əsası iddiaçının tələb olunan ümumi və güzəştli iş stajının olmaması ilə bağlı olmuşdur. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır. İddiaçı xx.xx.1968-ci il təvəllüdlü olmaqla 52 yaşını xx.xx.2020-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən onun tələb olunan xx.xx.2006-cı il tarixədək ümumi iş stajı: xx.xx.1986-xx.xx.1988-ci ilədək hərbi xidmət dövrü 02 il 28 gün, xx.xx.1985- xx.xx.1986-cı ilədək təhsil dövrü 10 ay 04 gün, xx.xx.1989- xx.xx.1990-cı ilədək 01 il 03 ay 08 gün, xx.xx.1990- xx.xx.1992-ci il ilədək 01 il 09 ay 04 gün, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il ilədək 02 il 08 ay 02 gün, xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixədək 10 il 08 ay 27 gün olmaqla ümumilikdə 19 il 04 ay 13 gün təşkil edir. Həmçinin, iddiaçının əmək kitabçasından əlavə təqdim etdiyi Elektrikləşdirmə və mexanikiləşdirmə İdarəsinin Abşeron rayon İxtisaslaşdırılmış şöbəsinin 05 nömrəli, xx.xx.1989-cu il tarixli arayışına əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək olan 01 ay 15 gün stajı iddiaçının ümumi iş stajına daxil edilsə belə 19 il 05 ay 28 gün edir ki, yenə də iddiaçının ümumilikdə xx.xx.2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajı toplamadığı müəyyən olunur. Bundan əlavə iddiaçının tələb olunan güzəştli iş stajına gəldikdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsinə güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını əlavə etmişdir. Həmin arayışdan, eləcə də məhkəmə sorğuları ilə işəgötürən "xxxx" QSC-dən alınmış cavab məktublarından müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi zərərli işlərdən yalnız bir vəzifə üzrə -xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək işlədiyi izoləedici (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) vəzifəsi 01 il 05 ay 06 gün olmaqla Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında 10100000 İ. Dağ-mədən işləri bölməsinin 10103000 2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bölməsində 1010300a –a)fəhlələr: 1010300a—12520 izolyasiyaçılar vəzifəsinə uyğundur. İddiaçının işlədiyi digər vəzifələr isə eyni Qərarla təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na (22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) 2290100a a) fəhlələr bəndinin 2290100a—13450, 2290100a—19727 kodları) uyğun olmaqla iddiaçıya 1 nömrəli siyahı üzrə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatına əsas vermir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajı, 1 nömrəli siyahı üzrə 10 il xüsusi iş stajı yoxdur. Belə olan halda, Qanunun xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən tələb olunan ümumi staj və güzəştli iş stajı tələbi iddiaçıya münasibətdə ödənilmir. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan təyin edilməsi mümkün deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar