Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3858/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə, 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, X6, X7, X3, X8 və X12 3-cü şəxslər qismində cəlb edilərək “mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi” nə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinə qarşı məhkəməyə müraciət edərək, kirayə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh kimi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentini, üçüncü şəxs kimi isə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(112)-3858/2020 saylı qərardadı ilə X6, X7, X3, X8 və X12 3-cü şəxslər qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X13 xx xxxx 2016cı ildə vəfat etmişdir. Dörd ilə yaxındır ki, 1 saylı Mənzil Kommunal Təsərrüfat Birliyi ilə kirayə müqaviləsi bağlaya bilmir, səbəbi isə mənzildə yaşayanların razılığa gələ bilməməsidir. Belə ki, onun qızları və oğlu razıdırlar, lakin keçmiş gəlini və nəvələri kirayə müqaviləsinin onun adına bağlanmasına razılıq vermirlər. Mənzilə aid order mərhum yoldaşının X4 adına verilmiş, ailə tərkibli kimi həyat yoldaşı və dörd övladının olan üç qızlar və bir oğlunun adı qeyd edilmişdir. Həmin şəxslər birinci dərəcəli vərəsələridirlər. Cavabdehin imtinası qanunsuz və əsassızıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X14 etiraz edərək bildirmişdir ki, mənzilin İddiaçı adına kirayə müqaviləsi bağlanması üçün mənzildə qeydiyyatda olan vətəndaşların notarial qaydada təsdiq olunmuş razılıq ərizələri 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim edilməlidir. Əks təqdirdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Depaartamentində onun adına kirayə müqaviləsi bağlanması üçün sərəncam verilməsi qeyri mümkündür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X14 inzibati orqanın imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 453 nömrəli xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı A.Manafov küçəsi, 15/21 nömrəli evin 65 nömrəli mənzilində qeydiyyatdadır. AZ-İ №-li 796225 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 ürək çatışmamazılığından xx xxxx 2016-cı ildə ölmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışdan görünür ki, İddiaçı-xx.xx.1946, X3-xx.xx.1995, X8-xx.xx.1998, X9-xx.xx.2007, X6-xx.xx.1971, X12xx.xx.2002, X7-xx.xx.1993, X10-xx.xx.2007, X11-xx.xx.1968 Bakı şəhəri, A.Manafov küçəsi, ev 15/21, mənzil 65-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinat Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli K-01 nömrəli imtina məktubdan görünür ki, mənzilin onun adına kirayə müqaviləsi bağlanması üçün mənzildə qeydiyyatda olan vətəndaşların notarial qaydada təsdiq olunmuş razılıq ərizələri 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təqdim edilmədiyindən müraciətinə baxılması qeyrimümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33-cü maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinə görə icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Bakı ŞİH Başçısının xx.xx.2000-ci il tarixli 154 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhər Mənzil kommunal X1”nin 2.4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş kirayə (icarə) müqaviləsinin dəyişdirilməsi, rəsmiləşdirlməsi tədbirlərinin yerinə yetirilməsi Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin vəzifələri sırasına daxildir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normaları baxımından hazırkı inzibati mübahisəyə qiymət verərək belə qənaətə gəlir ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 15/21, 65 nömrəli mənzildə qeydiyyatda olaraq yaşayan şəxslər- X6, X7, X3, X8 və X5 müvafiq razılıq ərizəsi, eləcə də həmin şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığından, cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin həmin mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərə-fin-dən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunan Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan im--ti--na olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilmə-mə--si-nin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məh-kə-mə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, X6, X7, X3, X8 və X12 3-cü şəxslər qismində cəlb edilərək “mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi, X6, X7, X3, X8 və X12 3-cü şəxslər qismində cəlb edilərək “mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi” dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3858/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3858/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver