Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3859/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın ləğv edilməsi və onun adına çıxarış verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fiziki şəxs X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi, X1 adına verilmiş Çıxarışın ləğv olunması və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin tikintisi üzrə Baş İstehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsinin “Ləhiş” bağlar sahəsindəki 93 № li kooperativinin 95 № li orderi ilə İddiaçı adına Bakı Şəhər İcra Hakimiyyətinin 03 sentyabr 1993-cü il tarixli, 1609 № li qərarına əsasən "Ləhiş” bağlar sahəsindəki 0,12 ha torpaq sahəsi olan 5826 № li bağı Dövlət Reyestn qeydiyyatından keçirərək, Çıxarışın verilməsi, həmin torpaq sahəsinə plan və ölçülərin tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 17.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun Sabunçu rayonu, Maştağa qəsəbəsi. “Ləhiş” bağlar sahəsində ata-babasının bağ sahələri olmuşdur. Sovet Hakimiyyəti dövründə “Ləhiş” bağlar sahəsindəki bağlar müsadirə olunaraq, müharibə veteranlarına, zəhmətkeşlərə və digər sahələrdə çalışan əməkdaşlara 0.50, 0.25 və 0.12 ha ölçülərdə verilmişdir. O, cümlədən onun atası Ağamusa Qurbanovun istifadəsinə 0.12 ha bağ sahəsi verilmiş və onların istifadəsində olmuşdur. Sonraadan Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin “Ləhiş” bağlar sahəsindəki 93 № li kooperativinin 95 № li orderi ilə onun adına Bakı Şəhər İcra Hakimiyyətinin 03 sentyabr 1993-cü il tarixli, 1609 № li qərarına əsasən “Ləhiş” bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 5826 № li bağ verilmişdir. Bu illər ərzində bağların hasarlanmasına icazə olmadığı üçün o həmin bağ sahəsini dəmir və taxtadan çəpərləmiş, meyvə ağacları əkmiş və mütəmadi olaraq hər il, yay mövsümü həmin bağa köçmüşdür. Sonuncu dəfə 10 sentyabr 2015-ci ildə həmin bağdan çıxmışlar. Bir müddət bağa gediş-gəliş olmamışdır. 2019-cu ilin yay mövsümündə “Ləhiş” bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 5826 № li bağa gəldikdə dəmir və taxtadan çəpərlədiyi ərazinin mişar daşı ilə hasara alındığını və qədim taxta qapının dəmir darvaza ilə əvəz olunduğunu gördükdə Sabunçu RPİ 42-ci Polis Bölməsinə müraciət etmiş, lakin, oradan mübahisənin mülki xarakterli olduğunu və müvafiq qaydada məhkəməyə və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi tövsiyə edilmişdir. O, 93 № li kooperativinin 95 № li orderinin arxiv arayışını almaq üçün 29.07.2019-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etmişdir və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 14.08.2019-cu il tarixli, Q-303-112 saylı arxiv arayışına əsasən “Ləhiş” bağlar sahəsindəki 93 № li kooperativinin 95 № li orderi ilə İddiaçı adına Bakı Şəhər İcra Hakimiyyətinin 03 sentyabr 1993-cü il tarixli, 1609 № li qərarına əsasən “Ləhiş” bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 5826 № li bağın ayrılması öz əksini tapmışdır. O, “Ləhiş” bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 5826 № li bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi Dövlət reyestrindən Çıxarışın və Daşınmaz Əmlaka ünvan verilməsi ilə bağlı 22.08.2019-cu il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ********** № li ərizə ilə müraciət etmişdir. Cavabdehin 12.09.2019-cu ıl tarixli, **********94 saylı bildirişi ilə imtina verilmişdir. İmtinaya səbəb “Ləhiş” bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 5826 № li bağ sahəsinin digər fiziki şəxsin, X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirildiyi bildirilmişdir. Bir neçə dəfə əraziyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə mübahisəli bağa baxış keçirmiş, sxematik xəritə ilə 5826 № li bağın eyni bağ olması müəyyən edilmişdir. Fiziki şəxs, X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə bir neçə dəfə dəvət olunsa da idarəyə gəlməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin keçmiş rəisi Zəfər Abdulov problemi tezliklə həll edəcəyini söz vermiş, lakin sözünə əməl etməmişdir. 2020-ci ilin mart ayında o vəzifəsindən uzaqlaşdırılmışdır. 2020-ci ilin aprel ayından karantin elan olduğu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizələrin qəbulu müvəqqəti dayandırıldığı, xəstə və yaşlı olduğu səbəbindən o, “Ləhiş” bağlar sahəsində 12 ha torpaq sahəsi olan 5826 № li bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi, Dövlət Reyestrindən Çıxarışın və Daşınmaz Əmlaka ünvan verilməsi ilə bağlı 20.04.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ********** № li ərizə ilə müraciət etmişdir. Cavabdehin 31.05.2021-ci il tarixli, **********59-saylı məktubu ilə imtina verilmişdir. İmtinaya səbəb 12.09.2019-cu il tarixli, **********94-saylı məktubla cavab verilməsi və həmin məktubda qeyd olunan iradların aradan qaldırılmaması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh İnzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın **********21 saylı 11.01.2022-ci il tarixli yazılı etirazında göstərilmişdir ki, İddiaçı fiziki şəxs X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi, X1 adına verilmiş çıxarışın ləğv olunması və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin tikintisi üzrə Baş İstehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsinin “Ləhiş” bağlar sahəsindəki 93 №li kooperativinin 95 №li orderi ilə İddiaçı adına Bakı Şəhər İcra Hakimiyyətinin 03 sentyabr 1993-cü il tarixli 1609 nömrəli qərarına əsasən “Ləhiş” bağlar sahəsindəki 0.12 ha torpaq sahəsi olan 5826 nömrəli bağı Dövlət Reyetsrdən qeydiyyatdan keçirilərək çıxarışın verilməsi, həmin torpaq sahəsinə plan və ölçülərin tərtib edilməsi vəzifəsinin cavabdeh Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası tərəfimizdən etirazla qarşılanır. Bununla əlaqədar olaraq İddiaçı ünvanlanan **********94 qeydiyyat nömrəli 12.09.2019-cu il tarixli məktubda bildirilmişdir ki, göstərilən ərazi digər fiziki şəxsin adına (X4) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi üçün ərizənin icrası mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən müvafiq torpaq sahəsinə yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki olaraq ölçüsü 1592 kv. metr təşkil edir, 1200 kv. metr hissəsinin üzərində isə X1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmin qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq Bağlar Təsərrüfatı İdarəsi 241 nömrəli kooperativin 68 nömrəli orderinə əsasən aparılmışdır. Bundan əlavə sxematik xəritəyə əsasən mübahisəli torpaq sahəsi 5825 saylı bağın ərazisinə uyğundur. X4 tərəfindən müvafiq torpaq sahəsi özgəninkiləşdirilmiş və hazırda torpaq sahəsinin 0.06 ha hissəsi (5825 saylı bağ) X5, digər 0.06 ha hissəsi isə (5825F saylı bağ) X2 mülkiyyətindədir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikilməsi üzrə ba Baş İstehsalat İdarəsi Ləhiş bağlar sahəsində 93 nömrəli kooperativ tərəfindən verilmiş 95 nömrəli orderin surətindən görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 03 sentyabr 1993-cü il tarixli 1609 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsindən 93 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 5826 saylı bağ sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 12.09.2019-cu il tarixli **********94 saylı,12.09.2019-cu il tarixli **********94 saylı, 31.05.2021-ci il tarixli **********59 saylı, 16.09.2021-ci il tarixli **********00 saylı imtina məktublarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisi 5826 ünvanında yerləşən bağ sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciətlər etmişdir. Hazırda iddiaçı fiziki şəxs, X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi, X1 adına verilmiş Çıxarışın ləğv olunması və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin tikintisi üzrə Baş İstehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsinin "Ləhiş” bağlar sahəsindəki 93 № li kooperativinin 95 № li orderi ilə İddiaçı adına Bakı Şəhər İcra Hakimiyyətinin 03 sentyabr 1993-cü il tarixli, 1609 № li qərarına əsasən "Ləhiş” bağlar sahəsindəki 0.12 ha torpaq sahəsi olan 5826 № li bağı Dövlət Reyestn qeydiyyatından keçirərək Çıxarışın verilməsi, həmin torpaq sahəsinə plan və ölçülərin tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş materiallarında olan; 2-1(112)-9096/2021 saylı inzibati iş üzrə iddia ərizəsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, fiziki şəxs, X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatının etibarsız hesab edilməsi, X1 adına verilmiş Çıxarışın ləğv olunması və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin tikintisi üzrə Baş İstehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsinin "Ləhiş” bağlar sahəsindəki 93 № li kooperativinin 95 № li orderi ilə İddiaçı qızmın adına Bakı Şəhər İcra Hakimiyyətinin 03 sentyabr 1993-cü il tarixli, 1609 № li qərarına əsasən "Ləhiş" bağlar sahəsindəki 0.12 ha torpaq sahəsi olan 5826 № li bağı Dövlət Reyestn qeydiyyatından keçirərək çıxarışın verilməsi, həmin torpaq sahəsinə plan və ölçülərin tərtib edilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xıdmətininin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi 04.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 29.10.2021-ci il tarixli 2-1(112)-9096/2021 saylı qərardadı ilə İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinin təmin edilməsi və hazırkı iş üzrə verilmiş iddianın geri götürülmüş sayılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 29.10.2021-ci il tarixli 2-1(112)-9096/2021 saylı qərardadından narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.01.2022-ci il tarixli 2-1(112)-740/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9096/2021 saylı 29.102021-ci il tarixli qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-9096/2021 (hazırki İş № 2- 1(112)-7432/2022) saylı inzibati iş üzrə məhkəmə iclası 29.04.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan digər iddiası məhkəmənin icraatına daha əvvəl daxil olmaqla, hazırda məhkəmənin icraatında olduğundan, hazırki iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 45, 78, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın ləğv edilməsi və onun adına çıxarış verilməsi” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3859/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3859/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver