Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-386/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (X8 və X1 3-cü şəxsər qismində məhkəmə icraatına cəlb edilməklə) “fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X8 və X1 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1.İşin halları İddiaçı cavabdehlər X4, 7 saylı Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının babası X2 qalan Buzovna qəsəbəsi, Ə.Ağayev E.Bünyadov küçələrinin kəsişməsində yerləşən, 1/73 saylı torpaq sahəsinin və evin cizqilərinin çəkilməsi və xəritədən çıxarışın verilməsi, dövlət reyestr xidmətinə təqdim edilməsi və onun əsasında qeyd olunan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş evə çıxarışların verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X12 31 yanvar 2020-ci ildə vəfat etmişdir. Atasından qalan mirası qəbul etmək ücün iddiaçı 7 saylı notariat kontoruna vərəsəliyin açılmasına dair ərizə ilə müraciət etmişdir. Qeyd edir ki, atası vəfatından əvvəl iddiaçının babası X7 Əzizbəyov Rayon İcra Hakimiyətinin 11 noyabr 1988-ci il tarixli qərarı ilə ayrılan 600 kv.m. torpaq sahəsində inşa edilmiş Buzovna qəsəbəsi, Ə.Ağayev E.Bünyadov küçələrinin kəsişməsində yerləşən, 1/73 saylı evdə yaşamışdır. Miras qalmış həmin torpaq sahəsinin cizqisinin verilməsi ücün cavabdehə müraciət etmiş, lakin cavabdehin A-140/2-091/2 saylı xx.xx.2020-il tarixli məktubu ilə ona imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6778/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin Əzizbəyov rayon X15nin İcraiyyə Komitəsinin 11 noyabr 1986-cı il tarixli, 16/108 saylı qərarı ilə mərhum babası X7 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsi, 1/73 saylı ünvanda ayrılmış 600 kv.m. torpaq sahəsinə plan (cizginin) verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş, iş üzrə X8 və X1 məhkəmə icraatına 3-cü şəxs qismində zəruri olaraq cəlb edilmişlər. İş Bakı İnzibati Məhkəməsinə daxil olandan sonra müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar olunmuş 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin və 3-cü şəxslərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Mayıl qızının Cavabdehnə müraciətləri əsasında Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində araşdırma aparılmışdır. Məlum olmuşdur ki, həmin ünvanda yaşayan digər vərəsələrin istifadəsində olan torpaq sahəsinə plan (cizginin) hazırlanmasına etirazlarının olması səbəbindən eləcə də, torpaq sahəsinin rəsmi sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq (əlavə zəbt olunmuş torpaq sahəsi mövcuddur), qeyd olunan torpaq sahəsi mübahisəli olduğundan plan (cizginin) verilməsi Cavabdeh tərəfindən məqsədəuyğun sayılmamışdır. Bundan əlavə, iddia predmeti üzrə cavabdeh inzibati orqan Cavabdeh hesab edilə bilməz. Belə ki, Cavabdeh əvvəllər X15 icraiyyə Komitələri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi qanunla nəzərdə tutulmadığından iddia tələbinin qanuni əsası yoxdur (Analoji iş üzrə Apellyasiya Məhkəməsinin qərarı əlavə olunur). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qeyd olunanları nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. 3-cü şəxs X3 nümayəndəsi və vəkili tərəfindən verilmiş yazılı etirazda bildirilmişdir ki, iddiaçı vərəsə kimi tanınması barədə müraciət etmiş, lakin vərəsə kimi tanınmamışdır. Notariat kontoru tərəfindən iddiaçının vərəsə kimi tanınmasından haqlı olaraq imtina edilmişdir. 1993-cü ildə vəfat edən babasının olümündən sonra faktiki olaraq kimsə vərəsə kimi tanınmamış və həmin əraziyə faktiki olaraq hüquqlarını qoruduğu şəxs faktiki olaraq vərəsə kimi qəbul edərək həmin əmlakı idarə edir. Qanunda məhkəmədə iddia qaldırmaq hüququ əldə etmədən hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən iddia qaldırılmışdır. Qeyd edilən iddia ilə məhkəməyə bu hüquqa malik olan şəxs müraciət edə bilər. Xəzər Rayon İcra Hakimyyətinin başçısının 1-ci müavini cizgi və xəritədən çıxarışın verilməsinin mümkün olmaması barədə cavab yazmaqda haqlıdır. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar. Bildirir ki, “mənafe” və “maraq” ifadələrinin geniş sosial məzmun daşımasına əsaslanaraq demək olar ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinin yeganə forması deyildir. Mülki hüquqi mübahisəni həll edən məhkəmələr bir qayda olaraq iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Bu hallarda məlumdur ki, məhkəməyə müraciət edən şəxsin marağı pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpa olunmasında özünü göstərir. Məsələn, əmlakını qanunsuz şahiddən tələb edən şəxsin marağı həmin əmlak üzərində mülkiyyət hüququnu bərpa etməkdən ibarətdir. Məhkəmə iddiaçının tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun olmasını müəyyən etdikdə onun iddiasını təmin edir. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və bu hüququ həyata keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər Mülki Prosessual Məcəlləsinin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Məhkəməyə müraciət edən şəxslərin mənafe və maraqlarının olması bu maddələrdə birbaşa öz əksini tapmışdır. Lakin bu heç də o demək deyildir ki, məhkəməyə müraciət edən şəxsin mənafe və marağı məhkəmə prosesinin özü üçün əhəmiyyət kəsb etmir. Qeyd etmək lazımdır ki, hər bir müdafiə tədbirinin öz məqsədi, predmeti və arzuolunan nəticəsi olur. Əgər bu və ya digər müdafiə tədbiri müəyyən vəziyyətin möhkəmləndirilməsinə, bərpasına, maneələrin aradan qaldırılmasına səbəb olmursa, deməli, o, məqsədsiz olur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin 1 hissəsi). Hal hazırda iddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ olmadan məhkəməyə iddia ilə müraciət etməsi digər şəxslərin qorunan hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, "...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.” Hesab edir ki, iddia ərizəsi iddia vermək hüququ olmayan şəxs tərəfindən verilib, iddia mümkün hesab edilə bilməz. Tərəf məhkəmədə iddia vermək üçün ilk öncə bu subyektiv hüquqa malik olmalıdır. Vərəsə kimi tanınmayan və qanunla vərəsə kimi qəbul edilməyən şəxsin vərəsəliklə bağlı hər hansı bir hərəkəti yerinə yetirmək hüququ tanınmır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış A-140/2-091/2 nömrəli, 21 sentyabr 2020-ci il tarixli imtina məktubu; AZ-İ seriyalı, 043972 nömrəli nikahin pozulması haqqında şəhadətnamənin surəti; AZ-İ seriyalı, 012333 nömrəli İddiaçı doğum haqqında şəhadətnaməsinin surəti; AZ-İİ seriyalı, 062541 nömrəli X5 ölüm haqqında şəhadətnaməsinin surəti; AZ-İİ seriyalı, 058155 nömrəli X9 ölüm haqqında şəhadətnaməsinin surəti; Əzizbəyov rayon X17 İcraiyyə Komitəsinin 11 noyabr 1986-cı il tarixli, 16/608 nömrəli X7 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamının surəti; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********04 nömrəli, 26 fevral 2020-ci il tarixli məktubu; Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının 28 iyun 1993-cü il tarixli, 363/5 nömrəli fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamının surəti; Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 447 nömrəli, 20 avqust 2020-ci il tarixli arayışı; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Balı Ərazi İdarəsinin **********50 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 31 avqust 2021-ci il tarixli, BA-03997-2021 nömrəli məktubu; Bakı şəhəri Cavabdeh tərəfindən göndərilmiş 1281 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ********* nömrəli, 10 mart 2022-ci il tarixli məktubu; “X16 və Ekspertiza Mərkəzi” MMC-nin 69 nömrəli, 14 mart 2022-ci il tarixli mütəxəssis rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Notariusunun 17 iyun 2020-ci il tarixli, 433 nömrəli məktubunda bildirilmişdir ki, X5 xx.xx.1993-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2020-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsələrinin qızı X1, nəvəsi İddiaçı və qızı X6r. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vemişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İddiaçının babası X10 16 aprel 1993-cü ildə, atası X12 isə 13 yanvar 2020-ci ildə vəfat etmişlər. İddiaçı vəfat etmiş X9 vərəsəsidir. Əzizbəyov rayon Xalq Deputatlar`Sovetinin İcraiyyə Komitəsinin 11 noyabr 1986-cı il tarixli, 16/608 nömrəli sərəncamı ilə iddiaçının mərhum babası X7 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində yerləşən 1/73 nömrəli, 600 kv.m. ümumi sahəsi olan torpaq sahəsi ayrılmış, mərhum atası orada inşa edilmiş evdə yaşamışdır. İddiaçı həmin torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh imtinasında bildirilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsində əlavə sahə mövcuddur, həmçinin qeyd olunan torpaq sahəsi mübahisəli olduğundan, sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. 3-cü şəxs X8 iddiaya dair etiraz edərək məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının 28 iyun 1993cü il tarixli, 363/5 nömrəli sərəncamına əsasən ona Buzovna qəsəbəsində 180 nömrəli sahədə fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsi Əzizbəyov rayon Xalq Deputatlar`Sovetinin İcraiyyə Komitəsinin 11 noyabr 1986-cı il tarixli, 16/608 nömrəli sərəncamı ilə iddiaçının mərhum babası X7 ayrılmış Buzovna qəsəbəsində yerləşən 1/73 nömrəli, 600 kv.m. ümumi sahəsi olan torpaq sahəsi ilə eynilik təşkil edir, torpagın bir hissəsi dövlət ehtiyacları üçün alınmış və iddiaçının mərhum atasına bununla baglı kompensasiya ödənilmişdir. Bununla baglı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Balı Ərazi İdarəsinin **********50 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, (sahəsi 1/73) Ə. Ağayev küçəsi ilə E. Bünyadov küçəsinin kəsişməsində yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 254 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı və 3-cü şəxslər ünvan 2 ünvanında yaşamış və qeydiyyatda olmuş iddiaçının mərhum atasının evində qeydiyyatdadırlar. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 447 nömrəli, 20 avqust 2020-ci il tarixli arayışına əsasən X8 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E. Bünyadov küçəsində qeydiyyatsız yaşayır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh 1281 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, məktubda qeyd edilən məsələnin araşdırılması ilə bağlı tərəflərindən aidiyyəti üzrə Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 1281 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmış və nümayəndəlikdən verilən məlumatda X4 ayrılmış 180 saylı torpaq sahəsi ilə mərhum X7 ayrılmış torpaq sahəsinin ərazisini eyni yer göstərildiyindən, bu məsələ mübahisə predmeti olduğuna görə torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmadığı bildirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ********* nömrəli, 10 mart 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş X7 məxsus yaşayış evinin sökülməsilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə tərəfindən alınmış “X16 və Ekspertiza Mərkəzi” MMC-nin 69 nömrəli, 14 mart 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Xəzər (Əzizbəyov) rayon XDS İK-nin 16/608 saylı, xx.xx.1988-ci il tarixli sərəncamı ilə X7 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1/173 saylı torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından təyinatını, konfiqurasiyasını, koordinatlarını və sair sualları cavablandırmaq mümkün olmamışdır. Beləliklə də 3-cü şəxsin dəlillərinin əsassız oldugu müəyyən edilmiş, özü isə dəlillərinin əsaslı olduguna dair heç bir sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Beləliklə, işin hallarından müəyyən olunur ki, Əzizbəyov rayon X15 İcraiyyə Komitəsinin 11 noyabr 1986-cı il tarixli, 16/608 nömrəli sərəncamı ilə iddiaçının mərhum babası X7 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində yerləşən 1/73 nömrəli, 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Hazırkı iddiasında iddiaçı həmin qərarla ayrılmış torpaq sahəsinin plan cizgisinin tərtib edilərək verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi üzrə cavabdeh qismində qoyulmuş inzibati orqanın cavabdehliyi yaranmışdır. Belə ki, torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş Azərbaycan SSR-nin xx.xx.1971-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq X15 icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əzizbəyov rayon X15 İcraiyyə Komitəsinin 11 noyabr 1986-cı il tarixli, 16/108 saylı sərəncamı ilə iddiaçının mərhum babası X7 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsi, 1/73 saylı ünvanda ayrılmış 600 kv.m. torpaq sahəsinə plan (cizginin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Əzizbəyov rayon X15 İcraiyyə Komitəsinin 11 noyabr 1986-cı il tarixli, 16/108 saylı sərəncamı ilə iddiaçının mərhum babası X7 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsi, 1/73 saylı ünvanda ayrılmış 600 kv.m. torpaq sahəsinə plan (cizginin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva