Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3860/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «sənədlərin götürülməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə yoxlamanın predmetinə aid olan mühasibat sənədləri (qaimə-fakturalar, bank sənədləri (o cümlədən valyuta hesabları üzrə), kassa sənədləri, vergi hesab-fakturaları, gəlirləri və xərcləri təsdiq edən digər sənədlər), debitor və kretitorla hesablaşmalar kitabı, direktorun və baş mühasibin təyin edilməsi barədə əmrlər, ezamiyyə əmrləri və digər daxili əmrlər; fəaliyyət strukturu haqqında əsasnamə, əmr, fəaliyyətə icazə verən xüsusi razılıq (Lisenziyalar), aidiyyəti sertifikatlar, torpaq sahəsi üzərində daimi və ya müvəqqəti istifadə etmək hüquqi verən qərar (müqavilə); əsas vəsaitlərin siyahısı (qalıq dəyərləri göstərilməklə); dövriyyə cədvəlləri, kassa kitabı, baş kitab, vergi hesab-fakturalarının qeydiyyatı kitabı, kassa mədaxil orderlərinin qeydiyyat kitabı, material hesabatları, anbara daxil və xaric olan malların uçotu kitabı, təsdiqlənmiş sonuncu invertizasiya məlumatları, ƏDV depozit hesabından çıxarış; ştat cədvəli, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması cədvəlləri, DSMF ilə hesablaşmaya aid sənədlər, əmək kitabçaları; müəssisənin təsərrüfat subyektləri (anbar, ticarət sahəsi, ofis və s.) barədə məlumat, icarə müqavilələri, vergilərin hesablanması ilə bağlı olan digər aidiyyəti mühasibat sənədləri, habelə kompyuterlər, prosessorlar və elektron informasiya daşıyıcıları) götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80ci, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «sənədlərin götürülməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3860/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3860/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver