Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3864/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra -cavabdeh) müraciət edərək, əmək pensiyası məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının sonuncu xidmət keçdiyi orqandan 13 iyun 2024-cü il tarixində tərxis olunmağı ilə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində 1 iyul 2017-ci il tarixinədək 30 il 11 ay 5 gün, 1 iyul 2017-ci il tarixindən sonra 6 il 11 ay 13 olmaqla cəmi xidmət müddəti 37 il 10 ay 18 gün göstərilmişdir. Əmək pensiyasının hesablanması aşağıdakı qaydada müəyyən edilir: 1. xx.xx.2017-ci il tarixinədək 30 il 11 ay 5 gün xidmət müddətinə münasibətdə- 25 il üçün - təminat xərcliyinin 65 faizi; -5 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (5x3) təminat xərcliyinin 15 faizi. 2. xx.xx.2017-ci il tarixindən sonra 6 il 11 ay 13 gün müddəti üçün isə -6 il üçün - hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi; -11 ay üçün - təminat xərxliyinizi 1,83 faizi. Qeyd olunanlara əsasən iddiaçıya Mərkəzi Filial tərəfindən 14 iyun 2024-cü il tarixindən təminat xərcliyi (4267,85 manat) 93,83 (65+15+12+1,83) faizi-4004,52 manat məbləğində əmək pensiyası təyin edilərək ödənilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 37 il 10 ay hərbi xidməti nəzərə alınmaqla xx.xx.2017-ci il tarixədək 20 illik hərbi xidmətinə münasibətdə 55 faiz, 20 ildən yuxarı hərbi xidmətinin 10 ilinə münasibətdə 30 faiz (30-20 x 3 faiz=30 faiz), 01 iyul 2017-ci il tarixdən sonrakı 6 il 11 ay xidmət illərinə münasibətdə 13,83 faiz, cəmi 98,83 faiz miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 37 il 10 ay hərbi xidməti nəzərə alınmaqla xx.xx.2017-ci il tarixədək 20 illik hərbi xidmətinə münasibətdə 55 faiz, 20 ildən yuxarı hərbi xidmətinin 10 illinə münasibətdə 30 faiz, 01 avqust 2016-ci il tarixdən sonrakı 7 il 10 ay xidmət illərinə münasibətdə 15,66 faiz, cəmi 100 faiz miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh tərəfindən 14 iyun 2024cü il tarixindən təminat xərcliyinin 93,83 faizi məbləğində yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçusu kimi əmək pensiyası təyin edilərkən əmək stajının xx.xx.2024-cü il tarixinədək olan normalar əsasında tam nəzərə alınmaması təminat xərcliyinin 98,83 faiz əvəzinə 93,83 faizi məbləğində hesablanması ilə nəticələnmişdir. Sonuncu xidmət keçdiyi orqandan 13 iyun 2024-cü il tarixində tərxis olunmağı ilə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş iddiaçıya dair məlumat vərəqində 1 iyul 2017-ci il tarixinədək 30 il 11 ay 5 gün, 1 iyul 2017-ci il tarixindən sonra 6 il 11 ay 13 gün olmaqla, cəmi xidmət müddətiniz 37 il 10 ay 18 gün göstərilmişdir. Yaşa görə hərbi xidmətdən buraxıldığım üçün 01 iyul 2017-ci il tarixinədək xidmət illərinə görə əmək pensiyama əlavələr aşağıdakı qaydada müəyyən edilməlidir: 20 illik hərbi xidmətimə münasibətdə 55 faiz miqdarında, 20 ildən yuxarı hərbi xidmətimin 10 ilinə münasibətdə 30 faiz (30-20 x 3 faiz=30 faiz), 01 iyul 2017-ci il tarixdən sonrakı 6 il 11 ay xidmət illərinə münasibətdə isə 13,83 faiz miqdarında, cəmi 98, 83 faiz. Hazırki mübahisəyə münasibətdə “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq ƏPH AR Qanunun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya həmin dövrə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən 37 il 10 ay hərbi xidmətim nəzərə alınaraq 20 illik hərbi xidmətinə münasibətdə 55 faiz miqdarında, 20 ildən yuxarı hərbi xidmətin 10 ilinə münasibətdə 30 faiz (30-20 x 3 faiz=30 faiz), 01 iyul 2017-ci il tarixdən sonrakı 6 il 11 ay xidmət illərinə münasibətdə isə 13,83 faiz miqdarında, cəmi 98,83 faiz miqdarında pensiya hesablanmalıdır, əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit edilmiş bərabərlik prinsipi ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuş və etirazda imtina məktubunda qeyd olunanlar təkrarlanaraq göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20 14 1- ci maddəsinin 01 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla Bu qanunun 20.1.11 -ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixınədək təminat xərcliyindəkı sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. İş materiallarına əsasən İddiaçı sonuncu xidmət keçdiyi orqandan - (Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti) 13 iyun 2024-cü il tarixdə tərxis olunmağı ilə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş məlumat vərəqəsində 01 iyul 2017-ci il tarixədək 30 il 11 ay 05 gün, 01 iyul 2017ci il tarixdən sonra 06 il 11 ay 13 gün olmaqla cəmi xidmət müddəti 37 il 10 ay 18 gün göstərilmişdir. Belə olan halda əmək pensiyasının hesablanması qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 1. 01 07.2017-cı il tarixədək 30 İM 1 ay 05 gün xidmət müddətinə münasıbətdə- 25 il üçün- təminat xərcliyinin 65 faizi; 5 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb))- hər ilə görə 3 faizi miqdarında olmaqla (5x3) təminat xərcliyinin 15 faizi. 2 01 07.2017-ci il tarixdən sonra 06 il 11 ay 13 gün müddəti üçün isə- 6 il üçün- hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi; 11 ay üçün- təminat xərcliyinin 1 83 faizi. Qeyd olunanlara əsasən, V.X1 tərəfindən 14 iyun 2024-cü il tarixdən təminat xərcliyinin (4267.85 manat) 93.83 (65+15+12+1.83) faizi 4004.52 manat məbləğində əmək pensiyası təyin edilərək ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixində Elektromexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1994-cü il tarixində Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 3-cü bəndinə müvafiq olaraq işdən azad edilmiş, xx.xx.1994-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi-Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli 132şh əmrin çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq polkovnik-leytenant İddiaçı istefaya buraxılmış və 13 iyun 2024-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. 005139 nömrəli xx.xx.2024-cü il tarixli əmək pensiya təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqindən görünür ki, AR DTX Aparatının tərkibində olan şöbənin rəisi polkovnik leytenant İddiaçı xx.xx.2024-cü il tarixdə istefaya buraxılmış, onun xx.xx.2017-ci il tarixədək 30 il 11 ay 05 gün, xx.xx.2017-ci il tarixdən sonra 06 il 11 ay 13 gün olmaqla, ümumilikdə 37 il 10 ay 18 gün xidmət müddəti olmuş, təminat xərcliyi 4267,85 manat təşkil etmişdir. Cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-8872/2024 saylı qərarından görünür ki, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, cəmi xidmət ili 37 il 10 ay, pensiya faizi 93,83 % qəbul edilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən ona təyin edilən əmək pensiyasının düzgün hesablanmadığını iddia edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -ƏPQ): - 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. - 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.10-cu bəndinə əsasən Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 20 ildən və 20.14.4cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. Qaydanın 5.10.-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişiklik edilmiş və 5.10-cu bənddə “20 ildən” sözləri “25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən)” sözləri ilə əvəz edilmişdir. Həmin qərarın 2-ci bəndinə əsasən Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir. Beləliklə, istinad olunan normalardan görünür ki, hərbi qulluqçuya 2024-cü il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilərkən qulluq stajına görə əmək pensiyasına əlavələr:
1. 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi;
2. 25 ildən yuxarı hərbi xidmətin 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi;
3. həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün 2 faizi miqdarında hesablanır. İşdən görünür ki, cavabdeh iddiaçıya pensiya təyin edərkən qulluq stajına görə əlavənin məbləğini yuxarıda göstərilən qaydada hesablamış, 25 il üçün 65 faiz, 25 ildən yuxarı hərbi xidmətin 2017-ci il iyulun 1-dək olan dövrü üçün 3 faiz olmaqla, 15 faiz, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün 2 faizi olmaqla 13,83 faiz müəyyən etmiş, bununla da onun bu hesablaması qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı bu hesablama ilə razılaşmamış, ona ƏPQ-nın xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.14.1-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir, hansı ki, həmin maddəyə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşmır və qeyd edir ki, Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyası yalnız həmin tarixədək əmək pensiyası hüququ yaranan şəxslərə münasibətdə tətbiq edilə bilər. Lakin işdən görünür ki, iddiaçının hərbi qulluqçu kimi yaşa görə pensiya hüququ xx.xx.2024-cü il tarixdə yaranmışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova