Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3866/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1ə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh vəsatət verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı İdarəyə rəsmi müraciəti daxil olmammışdır. İş üzrə məhkəmə tərəfindən xx.xx.2024, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərə məhkəmə hazırlıq iclasları təyin edilmiş lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmənin dəftərxanasına xx.xx.2024-cü il tarixdə ərizə daxil olmuş və həmin ərizədə Bakı şəhərində olmaması bildirilərək məhkəmədə iştirak edə bilməyəciyini və məhkəmənin növbəti iclaslarının iddiaçının iştirakı olmadan baxılıb qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə məhkəmə icraatından yayınmanın nəticələri barədə xəbərdarlıq ünvanlanmış, 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin iddiaçının iradəsinə uyğun olub-olmaması müəyyən edilməsi mümkün olmadığından iddia ərizəsi geri götürülmüş hesab edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdə iddiaçıya məxsus olması iddia edilən 6 fərqli imza mövcuddur:
1. iddia ərizəsindəki imza (səh. 3);
2. iddiaçı tərəfindən notarial qaydada verilmiş etibarnaməki imza (səh. 7);
3. iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindəki imza (səh. 8);
4. məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə dair məhkəmənin dəftərxanasına verilən ərizədəki imza (səh. 9);
5. iş materiallarına əlavə edilməsi üçün sənədlərin təqdim edilməsinə dair ərizədəki imza (səh. 58);
6. Cavabdeh İdrəyə müraciət edilməsinə dair ərizədəki imza (səh. 60). Qeyd edilən imzalar vizual baxışdan birbirindən kəskin şəkildə fərqlənir. Məhkəmə həmin imzalardan iddiaçının şəxsiyyət vəsiqəsində və iddiaçı tərəfindən notariusun iştirakı ilə 11 saylı notariat ofisində xx.xx.2024-cü ildə verilmiş etibarnamədəki imzanı daha mötəbər hesab edir. Lakin iddia ərizəsindəki və məhkəmənin dəftərxanasına təqdim edilən ərizələrdəki imzalar ilə, şəxsiyyət vəsiqəsindəki və etibarnamədəki imzalar vizual baxımdan aşkar fərqlidir. Məhkəmə qeyd edir ki, iddiaçının adından məhkəmənin dəftərxanasına Bakı şəhərində olmaması və üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməməsi barədə ərizənin təqdim edilməsinin özü göstərir ki, həmin ərizələr iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən məhkəməyə təqdim edilmşdir. Belə ki, Bakı şəhərində olmama ilə, məhkənin dəftərxanasına şəxsən ərizə təqdim edilməsi ziddiyət təşkil edən haldır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında iddiaçınını adından X1 verilmiş etibarnamin əlavə edilmişdir. Həmin şəxsin iddiaçının nümayəndəsi ola bilməsi ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi nümayəndə tərəfindən deyil, İddiaçı adından verilmişdir. Digər tərəfdən həmin şəxsin nümayəndə kimi iddiaçını təmsil edə bilməsi, onun adından iddia verə bilməsi üçün iddiaçının yaxın qohumu və ya vəkil olması da müyyən edilmir. İnzibati Prosessual Məcəllənin 31-ci maddəsinə görə, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Normanın tələbindən göründüyü kimi, inzibati məhkəmə icraatında fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkili ola bilər. AZEMİS elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən iddiaçıınn ailə üzvü müəyyən edilmir. Analoji vəziyyətdə məhkəmə icraatında olan digər mübahisələr üzrə iddia tələbləri üzrə məhkəmədə işlərə baxılaraq mahiyyəti üzrə qərarlar qəbul edilmiş, lakin sonradan iddiaçı məhkəməyə müraciət edərək tərəfindən hər hansı iddia ərizəsinin verilmədiyi bildirilmişdir. Məhkəmə tərəfindən iddiaçının məhkəmə iclasında şəxsin iştirak etməsi, əks halda iddianın geri götürülmüş hesab edilməsinə dair xx.xx.2025-ci il tarixli məktub göndərilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İnzibati Prosessual Məcəllənin 49.1-ci maddəsinə görə, sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər: ... 49.1.5. proses iştirakçılarının şəxsən məhkəməyə gəlmələrinə dair sərəncam vermək; Həmin Məcəllənin 57.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb edə bilər. Odur ki, hazırkı iddia tələbinin iddiaçının iradəsinə uyğun olması müəyyən edilmədiyindən və iddiaçı şəxsən məhkəmə iclaslarında iştirak etmədiyindən iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov